Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5555/2022 03.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X11 Ağa qızının katibliyi ilə, İddiaçılar İddiaçı2 və X2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı 3-cü şəxs "xxxx" MMC işə cəlb edilməklə sərəncamın ləğv edilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və X4 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı3-cü şəxs "xxxx" MMC işə cəlb edilməklə Bakı şəhər İcra Hakimiyyətinin başçısının 04 mart 2020-ci il tarixli, 51 saylı sərəncamının ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları 45 a saylı evdə yaşayırlar və həmin ev onların qanuni istifadələrindədir. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti başçısının 04 mart 2020-ci il tarixli, 51 saylı sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubları nəzərə alınaraq, Bakı şəhəri, Nəsimi raonu, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsini icarə əsasında iddiaçı "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Həmin sərəncam tamamilə qanunsuz olmuşdur. Belə ki, həmin ərazi Bakı şəhər İcra Hakimiyyətinə məxsus olmamış və onun belə sərəncam vermək səlahiyyəti olmamışdır. Həmin qanunsuz sərəncamdan istifadə edən "xxxx" MMC iddiaçıların mənzildən məcburi qaydada köçürülməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin sərəncam qanunsuz olduğundan ləğv edilməlidir. Sonradan iddiaçılar iddia ərizəsinə əlavə ilə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 04 mart 2020-ci il tarixli, 51 saylı sərəncamının verilməsi nəticəsində onlara vurulmuş 30 000 manat məbləğində zərərin cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsinə əlavə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxıla bilər. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı2 və iddiaçıların vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin mülahizələrinə və dəlillərinə qiymət verərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan iddia ərizəsinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində xx.xx.2021-ci il tarixdə iddia ərizəsi qaldırılmışdır. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən 3194/17 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 51 nömrəli sərəncamının və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki: - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısı tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısına 1-1052 nömrəli, xx.xx.2019-cu il tarixli məktubla müraciət edilərək, "xxxx" MMC-nin rəhbərliyinin Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X6 və Novruzov qardaşları küçələrinin kəsişməsində yerləşən mövcud şəhərsalma və normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən, yaşayış üçün yararsız olan binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi lə bağlı torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsi barədə müraciətinə əsasən, qeyd olunan ünvanlarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə həmin ərazidə yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi ilə bağlı "xxxx" MMC-yə 4,5 ha torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi xahiş edilmişdir. - "xxxx" MMC 09 nömrəli, 25 sentyabr 2019-cu il tarixli məktubla Bakı şəhər İcra Hakimiyyətinin başçısına ərizə ilə müraciət edərək "xxxx" MMC-yə 4,5 ha torpaq sahəsi ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə xx.xx.2019-cu il tarixli, **********46 nömrəli məktub ünvanlanaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən yerquruluşu planı hazırlanarkən ərazidə çox sayda dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin olduğu müəyyən edilmişdir. Həmin obyektlərlə bağlı məsələlərin mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi şərit ilə göstərilən koordinatlar daxilində yerləşən 4,2258 ha torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikinti məqsədilə "xxxx" MMC-yə ayrılmasına etiraz etmirlər. - Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısına 11 fevral 2020-ci il tarixli, 02/07-510 nömrəli məktub ünvanlanaraq bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X6 və Novruzov qardaşları küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin və digər tikililərin sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi üçün "xxxx" MMC-yə 4,5 ha torpaq sahəsinin ayrılmasına dair xx.xx.2019-cu il tarixli, 7-2846/7 nömrəli məktuba Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Qeyd olunan ünvanda yerləşən 4,2258 ha torpaq sahəsinin müvafiq qanunvericiliyə əsasən ərazidəki tikililərin sökülməsi və üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz etmirlər. - Bakı şəhər İcra Hakimiyyəti başçısının 51 nömrəli, xx.xx.2020-ci il tarixli “Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsi haqqında” sərəncama əsasən, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 09 saylı müraciətini, Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 1-1092 saylı, Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli, **********46 saylı və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/07-510 saylı razılıq məktublarını nəzərə alaraq, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndinə və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinə əsasən, 1) Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək, yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə, həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi; 1.1) ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlər, sahədə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən "xxxx" MMC tərəfindən həll edilməsi barədə sərəncam verilmişdir. Beləliklə işin hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 51 nömrəli, xx.xx.2020-ci il tarixli “Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsi haqqında” sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək, yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə, həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə əsasında "xxxx" MMCnin istifadəsinə verilməsi, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlər, sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən "xxxx" MMC tərəfindən həll edilməsi barədə sərəncam verilmiş, həmin sərəncam əsasında "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək, hazırki iş üzrə iddiaçıların Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, ev 45 A-nın üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi, onların həmin ünvandan çıxarılmaqla, evin boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 98 kv.m ümumi sahəsi təmirli yeni mənzilin İddiaçı2 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən İddiaçı2 hər ay 500 manat məbləğində kirayə haqqının ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçılar həmin ərazinin Bakı şəhər icra Hakimiyyətinə məxsus olmamasına və onun belə sərəncam vermək səlahiyyətinin olmamasına istinad etməklə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 51 saylı, xx.xx.2020-ci il tarixli sərəncamının ləğv edilməsini tələb edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə hazırki iş üzrə iddiaçılar İddiaçı2 və X3 qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırılmışdır. İddiaçılar sözügedən sərəncamdan həmin iddia ərizəsi əsasında məlumatlı olmuşlar. Bundan sonra xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişlər. Sərəncamın iddiaçılara cavabdeh tərəfindən rəsmi qaydada təqdim edilməsi barədə iş materiallarında hər hansı bir sübut aşkar edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən mübahisəli sərəncamın qanuniliyinin araşdırılması məqsədilə cavabdeh inzibati orqana sorğu göndərilərək, sərəncamın və sərəncamın verilməsinə əsas olmuş sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi bildirilmiş, cavabdeh tərəfindən məhkəmənin sorğusuna əsasən mübahisəli sərəncam və ona əlavə edilmiş sənədlər məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən mübahisəli sərəncama əsasən "xxxx" MMC-nin və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin müraciətləri əsasında torpaq sahəsinin ayrılması zamanı aidiyyəti qurumlardan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılıq almış və qanunvericiliyin tələblərinə riayət etməklə torpaq ayrılması barədə sərəncam qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57.2-ci maddəsinə əsasən yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 51 saylı, xx.xx.2020-ci il tarixli sərəncamı əsaslı və qanuni olduğundan, həmin sərəncamın ləğv edilməsi üçün əsas olmadığından iddia rədd edilməlidir. Məhkəmə eləcə də, qeyd edir ki, ilkin iddia tələbi olan mübahisəli sərəncamın ləğv edilməsi barədə iddia tələbinə məhkəmə tərəfindən hüquqi qiymət verilərək rədd edildiyindən, hüquqi müqəddəratı həmin tələblə bağlı olan digər törəmə tələb, qanunsuz qəbul edilmiş sərəncam əsasında vurulmuş 30000 manat zərərin cavabdehdən tutulması barədə iddia tələbi də, müzakirə olunmadan rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5555/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5555/2022
03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver