Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5557/2022 30.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “aktın və qərarın təqdim edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021ci il tarixli qərarına əsasən müəssisədə keçirilmiş yoxlamanın nəticəsi üzrə aktın iddiaçıya təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “xx.xx.2021-ci il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın birinci hissəsində göstərilənlərlə bağlı tərtib edilən aktın iddiaçıya təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin 16 mart 2022-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə “iddianın dəyişdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “xx.xx.2021-ci il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın birinci hissəsində göstərilənlərlə bağlı tərtib edilən aktın və həmin akta əsasən vergi ödəyicisinin məsuliyyətə cəlb edilib-edilməməsi ilə bağlı qərarın təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edəsiniz.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin 25 may 2022-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqında” xx.xx.2021-ci il tarixli Qərar ilə İddiaçı MMC-də malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məqsədilə cəmiyyətə məxsus olan ünvan 1 ünvanında yerləşən təsərrüfat obyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə sənədləşdirilməyən mal qalığının mövcudluğunun araşdırılması və müəyyən edilməsi məqsədilə operativ vergi nəzarəti tədbirləri keçirilmişdir. Lakin operativ vergi nəzarəti tədbiri ilə qeyd olunan obyektdə malların həcminin və çeşidinin çox olması eyni zamanda əldə edilmiş və təqdim edilmiş elektron qaimə fakturalarda göstərilən malların adlarında ölçü vahidlərinin göstərilməməsi səbəbindən həmin malların üzləşdirilməsini və yoxlamanın nəticəsinin rəsmiləşdirilməsini qərarda göstərilən müddətdə başa çatdırmaq mümkün olmamışdır. Vergi Məcəlləsində “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqında” Qərarların müddətinin artırılması və ya dayandırılması (təxirə salınması) müəyyən edilmədiyi, eyni zamanda İddiaçı MMC-də operativ vergi nəzarətinin keçirilməsi üçün müəyyən edilən müddət başa çatması səbəbindən əlavə vaxt tələb olunduğu üçün qərarda göstərilən müddətdə vergi ödəyicisinə yeni “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarın açılmasına zərurət yaranmışdır. Bu məqsədlə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli xidməti məktub əsasında xx.xx.2021-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar açılmışdır. Operativ vergi nəzarəti tədbiri xx.xx.2021 -ci il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarda qeyd edilən müddətdə yekunlaşdırılmadığı üçün nəticəsi aktla rəsmiləşdirilməmiş və Vergi Məcəlləsinin 49.1-ci maddəsində müəyyən edilən qərarlardan hər hansı biri çıxarılmamışdır. Məhkəmə tərəfin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqında” xx.xx.2021-ci il tarixli **********4197 nömrəli Qərarı ilə İddiaçı MMC-də (VÖEN **********) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məqsədilə cəmiyyətə məxsus olan ünvan 1 ünvanında yerləşən təsərrüfat obyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə sənədləşdirilməyən mal qalığının mövcudluğunun araşdırılması və müəyyən edilməsi məqsədilə operativ vergi nəzarəti tədbirləri keçirilmişdir. Lakin operativ vergi nəzarəti tədbiri ilə qeyd olunan obyektdə malların həcminin və çeşidinin çox olması eyni zamanda əldə edilmiş və təqdim edilmiş elektron qaimə fakturalarda göstərilən malların adlarında ölçü vahidlərinin göstərilməməsi səbəbindən həmin malların üzləşdirilməsini və yoxlamanın nəticəsinin rəsmiləşdirilməsini qərarda göstərilən müddətdə başa çatdırmaq mümkün olmamışdır. Vergi Məcəlləsində “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqında” Qərarların müddətinin artırılması və ya dayandırılması (təxirə salınması) müəyyən edilmədiyi, eyni zamanda İddiaçı MMCdə operativ vergi nəzarətinin keçirilməsi üçün müəyyən edilən müddət başa çatması səbəbindən əlavə vaxt tələb olunduğu üçün qərarda göstərilən müddətdə vergi ödəyicisinə yeni “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarın açılmasına zərurət yaranmışdır. Bu məqsədlə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********444900 nömrəli xidməti məktub əsasında xx.xx.2021-ci il tarixli **********9744 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar açılmışdır. Operativ vergi nəzarəti tədbiri xx.xx.2021-ci il tarixli, **********4197 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqmda qərarda qeyd edilən müddətdə yekunlaşdırılmadığı üçün nəticəsi aktla rəsmiləşdirilməmiş və Vergi Məcəlləsinin 49.1-ci maddəsində müəyyən edilən qərarlardan hər hansı biri çıxarılmamışdır. İddia ərizəsində iddiaçı xx.xx.2021-ci il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın birinci hissəsində göstərilənlərlə bağlı tərtib edilən aktın və həmin akta əsasən vergi ödəyicisinin məsuliyyətə cəlb edilib-edilməməsi ilə bağlı qərarın verilməsi tələbini irəli sürülmüşdür. İşin faktiki hallarından müəyyən edilir ki, iddianı predmetini təşkil edən akt və qərar mövcud deyildir. Belə olan halda hazırkı iddiaya mahiyyəti üzrə qiymət verilməsi mümkün deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “aktın və qərarın təqdim edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-5557/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5557/2022
30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver