Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5558/2021 09.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn qarşı “ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabına daxil edilməsi öhdəliyinin qoyulması və 31 ay iş stajının müəyyən edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək “ödənişlərin nəzərə alınması və 30 ay iş stajının bərpa olunması” tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1-ci qrup gözdən əlildir. 2011-ci ilin sentyabr ayı, 2013-cü ilin oktyabr, noyabr, dekabr ayları, 2014-cü ilin yanvar, mart, aprel ayları, 2015-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 2016cı ilin 12 ayı, 2017-ci ilin yanvar, fevral, mart ayları üzrə vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməyinə baxmayaraq, həmin ödənişlər onun fərdi şəxsi hesabına daxil edilməmişdir. Dəfələrlə rəsmi müraciət etməsinə baxmayaraq, ödədiyi məbləğlər nəzərə alınmır və həmin məsələ araşdırılmır.
3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurum tərəfinədn verilmiş 27.01.2021-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”ndən əldə edilən məlumatlara əsasən iddiaçı tərəfindən təqdim edilmiş 2011-2014-cü illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlara (Forma B3), 2017-ci ilin ll-İV rübləri, 2018-2019cu illərin l-İV rübləri və 2020-ci ilin l-lll rübləri üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları **********331 nömrəli fərdi şəxsi hesabında öz əksini tapmışdır. Eyni zamanda bildirir ki, Nazirliyin “X1 Sistemi”ndə 2015-2016-cı illərdə və 2017-ci ilin İ rübündə özü-özünü sığortaedən kimi xeyrinizə məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi barədə məlumatlar qeydə alınmamışdır. Belə ki, tərəfindən 2015-ci ilin İİ, İV rübləri, 2016-cı ilin İİİ və İV rübləri üzrə fəaliyyətin olmaması barədə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar təqdim edilmiş, 2015-ci ilin İ, İİİ rübləri, 2016-cı ilin l-ll rübləri və 2017ci ilin İ rübü üzrə isə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar təqdim edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, tərəfindən 2015-2016-cı illərdə və 2017-ci ilin İ rübündə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən- sübutedici sənədlər (ödəniş qəbzlərinin və ya ödəniş tapşıriqlarının surətləri) təqdim edildikdən sonra müraciətində qeyd etdiyi məsələyə müvafiq qaydada baxılacaqdır.
4. Məhkəmənin 04.06.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin “2011-ci ilin sentyabr ayı, 2013-cü ilin oktyabr, noyabr, dekabr ayları, 2014-cü ilin yanvar, mart, aprel ayları, 2015-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 2016cı ilin 12 ayı, 2017-ci ilin yanvar, fevral, mart ayları üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının İddiaçı fərdi şəxsi hesabına daxil edilməsi və 31 ay iş stajının müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulması” kimi dəyişdirilməsi qəbul edilmişdir.
5. Məhkəmə əvvəlki iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini və iş stajının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı bildirdi ki, qeyd edilən iddianı qaldırmaqda məqsədi gələcəkdə pensiya təyinatı zamanı həmin stajın nəzərə alınmış olmasıdır. Hazırda pensiya təyinatı ilə bağlı iddiaçının aidiyyəti inzibati orqana müraciəti yoxdur.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz təqdim edərək onun təmin edilməməsini xahiş etmişdir. İddiaya yazılı etirazda bildirilir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur Belə kı, iddiaçıya ünvanlanmış 27 yanvar 2021-ci il tarixli imtina məktubunda fərdi şəxsi hesabda məcburi dövlət sosial sığorta haqlarının nəzərə alınması üçün qeyd edilən dövrlər üzrə rüblük hesabatların təqdim edilmədiyi qeyd edilmişdir. Belə ki, “Sosial sığorta haqqında” Qanunun 8-ci maddəsinə əsasən sığortaedənlər Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. “Sosial sığorta haqqında” Qanunun 10-cu maddəsinə əsasən sığortaedənlərin vəzifələri aşağıdakılardır: müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək; bu Qanunun 14.5.1-1-ci maddəsində (bu Qanunun 14.5.1-1.10-cu maddəsi istisna olmaqla) nəzərdə tutulan fəaliyyət növlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş gaydada “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta hagqıntn ödənilməsi haggında gəbz” almaqla həyata keçirmək. “Sosial sığorta haqqında” Qanunun 9-1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış corcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər (qanunla təsdiq olunmuş neftqaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə şləyən habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1 dən 5 il müddətində) əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri: fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. Həmin Qanunun 18-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Həmin Qanunun 17-ci maddəsinə əsasən “Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli, 1360-VQD nömrəli Qanununun tətbiqi və "Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21.12.2018- ci il tarixli 421 nömrəli Fərmanın 2.3-cü bəndinə əsasən həmin Qanunun 8-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur. “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları” və “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu Qaydaları”nın təsdiq edilməsi barədə Cavabdeh kollegiyasının 4 nömrəli Qərarının 7.5-ci maddəsinə əsasən sıqortaedənlər rüblük hesabatlarını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müvafiq orqanına kağız formasında və elektron sənəd formasında təqdim edə bilərlər. Elektron qaydada hesabatın baxılması üçün qəbul edildiyini bildirən bildirişdə (Əlavə № 7 ) göstərilən gün, rabitə orqanları vasitəsi ilə göndərilən hesabatın isə DSMF-nin müvafiq orqanına daxil olduğu gün hesabatın təqdim edildiyi gün hesab edilir. Həmin qərarın 7.7-ci bəndinə müvafiq olaraq Fərdi qaydada sahibkarlıq (və ya əmək) fəaliyyəti ilə məşğul olan fiziki şəxs əmək müqaviləsi (kontraktı) ilə işçi qüvvəsindən istifadə etdikdə, o həm özü- özünü sığortaedən fiziki şəxs kimi, həm də başqalarını sığortaedən kimi hesabat təqdim etməlidir. Həmin qərarın 7.11-ci bəndinə müvafiq olaraq məcburi dövlət sosial sığortası .zrə hesabat və sığortaolunanlar haqqında məlumat təqdim edildikdən sonra . dənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi uçot sistemində uçota alınan sığortaolunanların fərdi şəxsi hesabında qanunvericilikdə müəyyən oiunmuş qaydada nəzərə alınır. Həmin qərarın 7.14-cü bəndinə müvafiq olaraq DSMF orqanları rüblük hesabatı qanunvericiliklə müəyyən edilən vaxtda təqdim etməyən sığortaedənlərə hesabatın qanunvericiliklə müəyyən edilən vaxtda təqdim edilməməsinə görə maliyyə sanksiyasının tətbiq olunduğunu bildirir və hesabat 5 (beş) iş günü ərzində təqdim edilmədikdə qanunvericiliklə müəyyən edilmiş digər tədbirlərin görüləcəyi barədə xəbərdarlıq göndərir. Həmin qərarın 7.15-ci bəndinə müvafiq olaraq DSMF orqanı rüblük hesabat təqdim edildiyi gündən 10 gün ərzində kameral sosial sığorta yoxlaması aparmalıdır. Kameral yoxlama zamanı hesabatın doldurulmasında səhvlər aşkar edildikdə və ya hesabatlar müəyyən olunmuş formada (və ya natamam məlumatlar təqdim edildikdə təqdim edilmədikdə, DSMF orqanı tərəfindən bu barədə sığortaedənə müraciət göndərilir və 5 (beş) iş günü ərzində sığortaedəndən düzəliş edilmiş hesabatın təqdim olunması tələb edilir. Həmin qərarın 7.17-ci bəndinə müvafiq olaraq əvvəl təqdim edilmiş hesabat sığortaolunana dair maliyyə göstəricilərinin (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı) dəyişməsi səbəbindən dəqiqləşmə tələb edərsə, sığortaolunanlar haqqında dəqiqləşdirilmiş məlumatlar sığortaedəndə səyyar yoxlama aparılmaqla, digər səbəblərdən dəqiqləşmə tələb edirsə səyyar yoxlama aparılmadan təqdim edilir. Həmin qərarın 9.16-cı bəndinə müvafiq olaraq səyyar yoxlama həyata keçirilərkən məcburi dövlət sosial sığorta haqqının hesablanması, ödənilməsi və uçotu ilə bağlı olan sənədlər (əmək və ya mülkü hüquqi xarakterli müqavilələr, sıqortaolunanın fərdi uçot sistemində uçotu haqqında sənədlər, kassa və bank əməliyyatlarını əks etdirən sənədlər, təh-təl şəxslərin avans hesabatları, əmək haqqı hesablaşma cədvəlləri, mühasibat hesabatları və sair sənədlər) araşdırılmaqla aşağıdakı məsələlərə xüsusi fikir verilməli və bu məsələlər aktda öz əksini tapmalıdır. Yuxarıda göstərilənlərə əsasən İddiaçı məcburi dövlət sosial sığorta haqqının hesablanması, ödənilməsi və uçotu ilə bağlı olan sənədləri cavabdeh inzibati orqana təqdim etmədiyi məlum olur. İddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunsuz hesab edilərək təmin edilməməlidir.
7. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik sahibkarlarla İş üzrə Baş İdarəsi tərəfindən məlumatın təqdim edilməsi haqqında 17.05.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azerbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli Qanununun tətbiqi barədə” 21 dekabr 2018-ci il tarixli 424 nömrəli və “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1351-VQ nömrəli Qanununun tətbiqi barədə” 21 dekabr 2018-ci il tarixli 425 nömrəli Fərmanlarına uyğun olaraq sosial sığorta haqları üzrə yığımların təmin edilməsi 01.01.2019-cu il tarixdən etibarən Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Bununla əlaqədar İddiaçı 2011 -2016-cı illər ərzində hesablamaları və ödəmələri barədə məlumatlar vergi orqanında mövcud deyildir. Mövcud olan baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 2017-ci il ərzində təqdim edilmiş məcburi dövlət sosial sığorta hesabatları ilə 139,2 manat sığorta haqqı hesablanmış və aidiyyəti üzrə 130,0 manat ödənilmişdir.
II. İddianın növü və mümkünlüyü
8. Məhkəmə hesab edir ki, iddianın növü “iş stajının müəyyən edilməsi” hissəsində müəyyən etmə və tanınma, “məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi şəxsi hesabına daxil edilməsi” hissəsində öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.5 və 2.2.3-cü maddələrinə əsasən, inzibati məhkəmə icraatı qaydasında: (2.2.5) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) və (2.2.3.) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
III. Məhkəmənin mövqeyi
9. İPM-in 36.3-cü maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-in 36.4-cü maddəsinə əsasən, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır.
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
11. Məhkəmə müəyyən edir ki, iddiaçının hazırki iddianın qaldırmasında məqsədi İ qrup əlil kimi pensiya təyinatı ilə bağlıdır. İddiaçının 36 yaşı var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçıya tələb olunan stajın hesablanması qaydası aşağıdakı kimidir: (36 yaş – 15 yaş)*4/12=7 il.
12. Lakin pensiya təyinatı ilə bağlı iddiaçının aidiyyəti inzibati orqana müraciəti yoxdur. Məhkəmə qeyd edir ki, aidiyyəti inzibati orqana müraciət məhkəməyə müraciətlə əvəz oluna bilməz. Odur ki, məhkəmə hazırda qaldırılmış iddiada iddiaçının hüquqi marağını müəyyən etmir.
13. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
14. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva