Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5562/2020 28.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, X1 nümayəndəsi X3 (Ünvanı: Quba rayonu, Alpan kəndi; ixtisası: orta təhsil; iş yeri: işləmir) iştirakı ilə, iddiaçı - X7 cavabdeh - Binəqədi rayon icra və probasiya şöbəsinə qarşı “qərarın ləğv edilməsi və hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: X2 cavabdeh Binəqədi rayon İcra və Probasiya Şöbəsinə qarşı 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1 (81)-70/2017 saylı icra sənədi üzrə icraata Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, 1 dərəcəli ədliyyə qulluqçusu Ramin Muradovun xx.xx.2020-ci il tarixli qərarı ilə xitam verilməsinin qanunsuz sayılması, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Ramin Muradovun xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və bu qərarın qəbul edilməsinin Binəqədi rayon İcra və Probasiya Şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri kimi qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavabdehin ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. İddia ərizəsində bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-70/2017 saylı icra sənədinə əsasən mənə əlilliyin təyin olunması məsələsinə yenidən baxılması vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdalıəsi Nazirliyi yanında Dövlət Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulmuşdur. İcra sənədi icra olunması üçün Binəqədi rayon İcra və Probasiya Şöbəsinə göndərmişdir. Həmin dövrdən hal-hazıra qədər Binəqədi rayon İcra və Probasiya Şöbəsi icra sənədini müxtəlif bəhanələrlə icra etməmişdir. Bu vaxt ərzində iddiaçı Binəqədi rayon İcra və Probasiya Şöbəsinin vəzifəli şəxslərinin öz vəzifə səlahiyyətlərini həyata keçirməmələri barədə bütün müvafiq orqanlara dəfələrlə müraciət etmişdir. Binəqədi rayon İcra və Probasiya Şöbəsi icra sənədini icra etməyin əvəzində Binəqədi rayon İcra və Probasiya Şöbəsi həm səlahiyyət həddini aşaraq, həm də tam qanunsuz olraq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-70/17 saylı icra sənədi üzrə icraata Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, 1 dərəcəli ədliyyə qulluqçusu Ramin Muradovun xx.xx.2020-ci il tarixli qərarı ilə xitam verilmişdir. Binəqədi rayon İcra və Probasiya Şöbəsi qərarını bununla əsaslandırmışdır ki, Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli məktubu ilə Elsevər Xəlilova göndərişin rəsmiləşdirilməsindən imtina edilmişdir. Binəqədi rayon İcra və Probasiya Şöbəsinin qərarı tam əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 70/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə X2na əlilliyin təyin olunması məsələsinə yenidən baxılması vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulmuşdur. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 70/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı xx.xx.2017-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 70/2017 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün Binəqəd rayon İcra Şöbəsinə göndərilmişdir. İş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-70/2017 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə icra işinin surətini məhkəməyə göndərmişdir. İş materiallarından görünür ki, Binəqədi rayon İcra Şöbəsi xx.xx.2018-ci il tarixdə “İcraata başlamaq haqqında” Qərar qəbul etmiş və borclu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə “Tələbin könüllü icrası haqqında” Bildiriş göndərmişdir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə Binəqədi Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X13, tələbkar X12, tələbkarın atası X8 və X20 X5 Poliklinika Şöbəsinin müdiri X9 imzaları ilə təsdiq edilmiş Akt tərtib edilmişdir. Həmin Aktdan görünür ki, tələbkar X4 Tədqiqat Ağ X6 həkimlər tərəfindən müayinə olunmuş və ona ambulator kitabçadan çıxarış verilmişdir. İş materiallarından görünür ki, Binəqədi Rayon İcra və Probasiya şöbəsi tərəfindən Quba Rayon Mərkəzi Xəstəxanasına xx.xx.2020-ci il tarixli məktubla müraciət edilərək X12 barəsində müvafiq qərar qəbul edilməsi xahiş olunmuşdur. İş materiallarından görünür ki, Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli cavab məktubu ilə bildirmişdir ki, X11 X20 X6 müayinə edilərək təyin edilmiş diaqnoz ona əlillik alınması üçün şəhadətləndirilməsinə əsas vermir. İş materiallarından görünür ki, Binəqədi Rayon İcra və Probasiya şöbəsi xx.xx.2020-ci il tarixli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət edərək X11 əlilliyin təyin olunması məsələsi ilə bağlı yekun mövqeyinin bildirilməsi xahiş edilmişdir. İş materiallarından görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Binəqədi Rayon İcra və Probasiya şöbəsi xx.xx.2020-ci il tarixli məktubuna cavab olaraq bildirmişdir ki, X11 X20 X10 tərəfindən müəyyən edilmiş diaqnoz Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlilliyin təyininə əsas vermir. İş materiallarından görünür ki, Binəqədi Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli Qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 70/2017 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən X2na əlilliyin təyin olunması məsələsinə yenidən baxması iş materialları ilə öz təsdiqini tapmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən icra haqqında Azərbaycan Respublikası qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlandığı vaxtdan ən çoxu 10 gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən borclu hüquqi şəxsdirsə, icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə icra olunur. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən icra zamanı borclunun yaşayış yeri və ya olduğu yer, yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə, yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana yazılı məlumat verir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun vəzifəsidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki,1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-70/2017 saylı xx.xx.2017-ci il tarixli qərarının icra olunması iş materialları ilə öz təsdiqini tapdığından, hazırkı iddia əsassızdır və təmin edilməməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, X7 cavabdeh Binəqədi rayon İcra və Probasiya Şöbəsinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1 (81)- 70/2017 saylı icra sənədi üzrə icraata Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, 1 dərəcəli ədliyyə qulluqçusu Ramin Muradovun xx.xx.2020-ci il tarixli qərarı ilə xitam verilməsinin qanunsuz sayılması, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Ramin Muradovun xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və bu qərarın qəbul edilməsinin Binəqədi rayon İcra və Probasiya Şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri kimi qiymətləndirilməsinə dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-5562/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5562/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver