Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5563/2022 09.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı “qərarın ləğv edilməsi və s.” iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2021-ci ilin iyul ayı daxil olmaqla əsassız varlanma - vurulmuş maddi ziyan kimi hesablanmış və hər ay 68.15 manat pensiyadan tutulmaqla ümumi hesablanmış 2587.84 manatın pensiyadan tutulması qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının Azərbaycan Dövlət Pedoqoji İnstitutunda 1972-1977 illərdə əyani təhsil aldığı müddət və Suraxanı rayonu 104 N-li məktəbdə 1980-1992-ci illərdə işlədiyi müddət sosial sığorta stajı kimi qəbul edilərək ümumi iş stajının 44 il hesab edilərək işlədiyi illərə görə iş stajını və işlədiyi axırıncı iş yerlərinin vəzifə maaşlarını götürməklə iddiaçının 60 yaşının tamam olduğu vaxtdan pensiyasının səhv hesablanması, pensiyaya əlavələrin, təhsil müddətinin hesablanmadığını və maddi ziyan olan ümumi 2587.84 manat daxil edilməklə pensiyanın kompensasiya daxilində yenidən hesablanaraq, pensiyanın xx.xx.2016-cı il tarixindən məhkəmə qətnaməsi icra olunduğu müddət (yəni, gün, ay il) daxil olmaqla ödənilməmiş pensiya məbləğinin və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qərarın qəbul edilməsi təmin edilməsi, bu iş üzrə vəkil tərəfindən hüquqi yardım göstərilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 400 manat pulun çəkilmiş xərc kimi əlavə olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmasının qət edilməsi təmin edilməsi tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarın ləğv edilməsi, 2021-ci ilin iyul ayı daxil olmaqla iddiaçının pensiyasından tutulmuş vəsaitin birdəfəlik olaraq iddiaçıya geri qaytarılması, iddiaçının 1972-1977-ci illərdə təhsil aldığı 4 il müddət və xx.xx.2006-cı ildən xx.xx.2021-ci illərdə işlədiyi 15 il 1 ay 8 gün, ümumilikdə 44 il 5 ay 8 gün nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya fərqinin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, bu iş üzrə vəkil tərəfindən hüquqi yardım göstərilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 400 manat pulun çəkilmiş xərc kimi əlavə olaraq cavabdehdən iddiaçının xeyrinə tutulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1956-cı il təvəllüdlü İddiaçı Həsən qızı (qız soyadı Pənahova) 1972- 1977 illərdə əyani olaraq Azərbaycan Dövlət Pedoqoji İnstitutunun fizika bölməsində təhsil almışdır. Daha sonra 1980-ci ilin yanvar ayından (indiki Suraxanı) rayonu 104 N- li orta ümumtəhsil məktəbində fiziki müəllimi işləməyə başlamışdır və işlədiyi müddətdə V İ.Lenin adına Qırmızı əmək bayrağı ordeni ilə mükafatlanmışdır. Həmin məktəbdə 1992-ci ilin sentyabr ayı daxil olmaqla ixtisas üzrə fizika müəllimi kimi işləmişdir. 1986-cı ildə xx.xx.1986-cı il tarixli əmrlə Baş müəllim adını qazanmışdır. Fasilə verilmədən 1992-ci ilin oktyabr ayından Binəqədi rayonu 115N-li məktəbdə fizika müəllimi kimi işləməyə başlamışdır. Həmin məktəbdə 2021-ci ilin mart ayınadək fizika müəllimi kimi işləmişdir. 10 fevral 2021-ci il tarixində 65 yaşının tamam olması səbəbindən işəgötürən onunla əmək müqaviləsini uzatmaqdan imtina etdiyindən işdən çıxmalı olmuşdur. Qeyd edilənlərdən aydın olur ki, iddiaçı azı 39 il 2 ay fizika müəllimi kimi işləmişdir. Həm də 70-ci illərdə 5 il əyani təhsil aldığından ümumilikdə azı 44 il əmək stajına malikdir. Onun sağlamlığında ciddi problemlər olduğundan müxtəlif müalicələr almış və əməliyyat olunmuşdur. Nəticədə, 2003-cü il tarixində İİ qrup əlil hesab edilərək Əmək və Əhalinin Sosial Müdafısəsi Nazirliyi tərəfindən əlil pensiyası almağa başlamışdır. Lakin, 115N-li təhsil müəssisəsində fizika müəllimi kimi işləməyi davam etmişdir. 115 N-li Təhsil müəssisəsində fizika müəlliməsi işində işlədiyi müddətdə 2018-ci il tarixində yaşa görə pensiya təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1 müvafiq Xidməti İdarəsinə müraciət etmişdir. Onu yaşa görə pensyia növündə pensiyaya keçirtdilər və yaşa görə pensiya hesablamağa başlamışdır. Həmçinin, yazılı şəkildə 2021-ci ilin mart ayında “işdən çıxarılması ilə bağlı verdiyi sənədlərə əsasən pensiyanın yenidən hesablanması ilə bağlı” AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1 müvafiq Xidməti idarəsinə müraciət etmişdir. Sonuncu dəfə 04 may 2021-ci il tarixində “fərdi şəxsi hesabında toplanmış pensiya kapitalının və əyani təhsil dövrünün pensiya stajına hesablanıb pensiyanın üzərinə əlavə edilməsi və əvvəlki əlillik ilə bağlı pensiyanın bərpa edilməsi ilə bağlı" AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Lakin, müraciətinə məlum olmayan səbəb imtina edilmişdir. Əvəzində bilinməyən 3033.33 manat artıq ödəmə - dəymiş ziyan kimi hesablanmış və hər ay ödənilən pensiyadan bilinməyən məbləğlərdə çıxılma qərarı verilmişdir. Nə baş verdiyini və hansı səbəblərdən onun pensiyasının məbləğinin aşağı olmasını aydınlaşdırmaq üçün sorğular ilə pensiya qurumlarına müraciət etsə də, sorğulara gec və natamam və anlaya bilmədiyi formada cavab verilib. Sorğu əsasında ona məlumat verildi ki, ona artıq hesablanmış 3033,33 manat səhv hesablandığından 2587,84 manata endirilmiş və hər ay 68,15 manat mənə təyin edilmiş pensiyadan çıxılır. Həm də qeyd edilib ki, ona 2021-ci ilin fevral ayında pensiya az hesablandığından pensiya yenidən hesablanaraq 393,16 manata qaldırılmış və oktyabr ayından həmin pensiya təyin edilmişdir. Belə aydın olur ki, ona əslində 2021-ci ilin fevral ayından noyabr ayınadək ödənilməyən hissədə pensiya kompensasiya kimi geri ödənilməli idi. Lakin, iddiaçıya nə yeni məbləğdə pensiya verilir, nə kompensiya ödənilir, nə də artıq ödəniş kimi hesablanmış 2587,84 manat silinməyibdir. Həm də, dəqiq cavab verilmədiyindən hazırki vaxtadək aydın deyil ki, həmin 3033,33 və ya 2587,84 manat necə və hansı qaydalara əsasən hesablanıb. Həm də sonuncu sorğuya cavablardan məlum olub ki, yaşa görə pensiya iddiaçıya xx.xx.2016-cı il tarixindən 60 yaşının tamam olması ilə bağlı təyin edilib. Hesab edir ki, iddiaçıya pensiya təyin edilməsi üçün pensiya kapitalı çox az hesablanıb, belə ki, ölkə prezidentinin Fərmanına əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının AR Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2017-ci illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirildiyindən pensiya kapitalı ən aşağı məbləğdə və səhv hesablanıb. Həm də iş stajı 25 il 4 ay qeyd edilməklə səhv hesablanıb. Lakin, əyani təhsil aldığı müddət ilə birgə ümumi iş stajı 44 il təşkil edir. İddiaçının narazılığı odur ki, ona təyin edilən yaşa görə pensiya növü az və səhv hesablanıb, pensiya həddən artıq aşağıdır. O cümlədən, 2018-ci il tarixində pensiya hesablanan zaman ödənilməli olan əlavələr (staja əlavələr, təhsil müddəti, müəllimlər üçün tibbi siğorta pulu maaşdan ödənildiyi halda) hesablanmayıb, həm də 2021-ci ilin fevral ayında səhv hesablanmış pensiya həmin vaxtdan artırılsa da kompensasiya ödənilmir, həm də guya ona pensiya kimi ödənilmiş artıq 2587,84 manat ziyan silinmir, hər ay ödənilən pensiyadan 68,15 manat əsassız olaraq çıxılır. Bununla əlaqədar iddiaçı AR Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyinə və Cavabdeh1na müraciət edib. Lakin, 05 oktyabr və 22 oktyabr 2021-ci il tarixində ona natamam cavab verilib. Həmçinin, cavabdehlərin hər birinə ayrılıqda yazılı pretenziya ilə müraciət edilsə də hazırki günədək ona rəsmi cavab verilməyib və müvafiq tədbir görülməyib. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına və etiraza əlavəyə uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən xx.xx.2003-cü il tarixdə ümumi xəstəlik səbəbindən 2-ci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli müraciəti əsasında ona təyin edilmiş əlilliyə görə əmək pensiyası Fondun Binəqədi rayon şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası növünə keçirilmişdir. Lakin sözügedən yerdəyişmə zamanı AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 1,3-cü yarımbəndi nəzərə alınmamış, yaşa görə əmək pensiyasının məbləği əlilliyə görə əmək pensiyası məbləğinin üzərinə əlavə edilərək 307,02 manat məbləğində müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq iddiaçıya təyin edilmiş əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar xx.xx.2021 -ci il tarixdən 410,76 manata çatdırılmışdır. Belə ki, həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu Qanunun 31.2-ci maddəsinə uyğun aparılır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 6.2-ci yarımbəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1dən ödənilir. İddiaçı xx.xx.2021-ci il tarixli müraciətinin araşdırılması zamanı yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinin pozulduğu aşkar edilmiş, iddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2016-cı il tarixdə yarandığından yaşa görə əmək pensiyasının məbləği Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş normaları əsasında yenidən hesablanmışdır. İddiaçı təyin edilmiş əmək pensiyasının məbləği 01.01,2006-cı il tarixədək 25 il 04 ay sosial sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10760 manat pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanmış və xx.xx.2018-ci il tarixdən 234,15 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq iddiaçıya təyin edilmiş əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2019-cu il tarixdən 241,717 manata, xx.xx.2020-ci il tarixdən 281,20 manata və xx.xx.2021-ci il tarixdən 312,26 manata çatdırılmışdır. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarı ilə İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği aşağıda verilmiş cədvələ uyğun olaraq yenidən hesablanmışdır. Məbləğ Başlanğıc tarix Son tarix Hesablamayadək olan Hesablandıqdan sonra xx.xx.2018 31.12 2018 307,02 olan 234,15 xx.xx.2019 xx.xx.2019 316,23 241,17 xx.xx.2020 xx.xx.2020 368,72 281,20 xx.xx.2021 xx.xx.2021 410,76 313,26 xx.xx.2021 xx.xx.2021 410,76 393,16 İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının məbləğinin düzgün hesablanmaması nəticəsində ona xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2797,52 manat məbləğində artıq vəsait hesablanıb ödənilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Sözügedən maddənin tələblərinə uyğun olaraq İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği xx.xx.2016-cı il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 6791,87 manat pensiya kapitalı əsasında yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən 393,16 manat, ötən dövr üçün hesablanmış əmək pensiyasının fərq məbləği 209,68 manat müəyyən edilmişdir. İddiaçı əmək pensiyası məbləğinin yenidən hesablanması nəticəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək keçmiş müddət üzrə ödəniləcək 209,68 manat fərq məbləği xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək artıq hesablanıb ödənilmiş 2797,52 manat əmək pensiyası məbləğinin bir hissəsi ilə əvəzləşdirilmişdir. Əvəzləşdirilmədən sonra qalıq borc 2587,84 manat müəyyən edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibatı akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda qeyd edilənlər nəzərə alınmaqla cavabdeh tərəfindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 28.1.2-ci, 63-cü və 64.1-ci maddələri rəhbər tutularaq xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərar qəbul edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli **********2 məktubla iddiaçıya məlumat verilmişdir. Həmin qərarla iddiaçıya təyin olunmuş əmək pensiyasının məbləğinin dəyişdirilməsi və xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş 2587,84 manat məbləğinin Cavabdeh1 hesabına bərpa edilməsi qərara alınmışdır. Bu səbəbdən hesab edirlər ki, cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt qanuni və əsaslı olmuşdur, İddiaçı "inzibati aktın ləğv edilməsi" barədə iddia tələbi təmin olunmamalıdır. Etiraza əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən xx.xx.2003-cü il tarixdə ümumi xəstəlik səbəbindən 2-ci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli müraciəti əsasında ona təyin edilmiş əlilliyə görə əmək pensiyası Fondun Binəqədi rayon şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası növünə keçirilmişdir. Lakin sözügedən yerdəyişmə zamanı AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli. 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasi Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 1,3-cü yarımbəndi nəzərə alınmamış, yaşa görə əmək pensiyasının məbləği əlilliyə görə əmək pensiyası məbləğinin üzərinə əlavə edilərək 307,02 manat məbləğində müəyyən edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli müraciətinin araşdırılması zamanı yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinin pozulduğu aşkar edilmiş, iddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2016-cı il tarixdə yarandığından yaşa görə əmək pensiyasının məbləği Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş normaları əsasında yenidən hesablanmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq iddiaçıya təyin edilmiş əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği 01.012019-cu il tarixdən 241,717 manata, xx.xx.2020-ci il tarixdən 281,20 manata və xx.xx.2021-ci il tarixdən 312,26 manata çatdırılmışdır. İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının məbləğinin düzgün hesablanmaması nəticəsində ona xx.xx.2018-ci il tarixdən xx.xx.2021ci il tarixədək 2797,52 manat məbləğində artıq vəsait hesablanıb ödənilmişdir. İddiaçı əmək pensiyası məbləğinin yenidən hesablanması nəticəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək keçmiş müddət üzrə ödəniləcək 209,68 manat fərq məbləği 01,04.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək artıq hesablanıb ödənilmiş 2797,52 manat əmək pensiyası məbləğinin bir hissəsi ilə əvəzləşdirilmişdir. Əvəzləşdirilmədən sonra qalıq borc 2587,84 manat müəyyən edilmişdir. Belə ki “İnzibatı icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən mzıbati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu. Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt. ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmm şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. inzibatı akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda qeyd edilənlər nəzərə alınmaqla cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1.2-ci, 63-cü və 64.1-ci maddələri rəhbər tutularaq xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərar qəbul edilmiş və bu barədə xx.xx.2022-ci iİ tarixli **********2 məktubla iddiaçıya məlumat verilmişdir. Həmin qərarla iddiaçıya təyin olunmuş əmək pensiyasının məbləğinin dəyişdirilməsi və xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş 2587,84 manat məbləğinin Cavabdeh1 hesabına bərpa edilməsi qərara alınmışdır. İddiaçı 1972-1977-ci il tarixlərdə 4 il ali təhsil aldığı müddətin və xx.xx.2006-xx.xx.2021-ci il tarixlərdə işlədiyi 15 il 02 ay sosial sığorta stajının nəzərə alınmaqla, hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən çalışdığı illərdə son vəzifə maaşının nəzərə alınmaqla ödənilmiş məcburi dövlət sosial sığorta ödənişləri əsasında yaşa görə əmək pensiyasının yenidən hesablanmasına dair tələbinə münasibətdə qeyd edilməlidir ki, İddiaçı xx.xx.2003-cü il tarixdə əlilliyə görə əmək pensiyası 48 il 10 gün sosial sığorta stajı və 25228.8745 manat pensiya kapitalı əsasında təyin edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli müraciəti əsasında ona təyin edilmiş əlilliyə görə əmək pensiyası Fondun Binəqədi rayon şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası növünə keçirilmişdir. İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği xx.xx.2016-cı il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 6791,87 manat pensiya kapitalı əsasında yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən 393,16 manat, ötən dövr üçün hesablanmış əmək pensiyasının fərq məbləği 209,68 manat müəyyən edilmişdir. İddiaçı təyin edilmiş əmək pensiyasının məbləği xx.xx.2006-cı il tarixədək 25 il 04 ay sosial sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10760 manat pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanmış və xx.xx.2018-ci il tarixdən 234,15 manat müəyyən edilmişdir. İddiaçı əlilliyə görə əmək pensiyası təyinatı aparılarkən onun əyani təhsil aldığı müddət və əmək kitabçası ilə işlədiyi bütün dövrlər nəzərə alındığından, 1972-1977-ci il tarixlərdə ali təhsil aldığı müddətin və xx.xx.2006-xx.xx.2021 -ci il tarixlərdə işlədiyi 15 il 02 ay sosial sığorta stajının nəzərə alınmaqla, hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən çalışdığı illərdə son vəzifə maaşının nəzərə alınmaqla ödənilmiş məcburi dövlət sosial sığorta ödənişləri əsasında yaşa görə əmək pensiyasının yenidən hesablanmasına dair tələbi əsassızdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
- xx.xx.1956-cı il təvəllüdlü İddiaçı AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti. - İddiaçıya məxsus ******* nömrəli Əmək kitabçasının surəti. - İddiaçıya məxsus 009817 nömrəli Diplomun surəti. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlər. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli Arxiv Arayışı. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarının surəti. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli imtina məktubu. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının pensiya işinin surəti. - Azərbaycan Dövlət Pedaqoji Universitetinin xx.xx.2022-ci il tarixli Arxiv Arayışı.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir.( İPM-nin 2.2.1-ci və 32.1-cü maddələri). İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə iddia müddəti ilə bağlı qeyd edir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərar üzrə buraxılmış iddia müddəti bərpa edilmişdir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. İddia tələbindən görünür ki, iddiaçının hazırkı iddia tələbi üç hissədən ibarətdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarın ləğv edilməsi, 2021-ci ilin iyul ayı daxil olmaqla iddiaçının pensiyasından tutulmuş vəsaitin birdəfəlik olaraq iddiaçıya geri qaytarılması, - iddiaçının 1972-1977-ci illərdə təhsil aldığı 4 il müddət və xx.xx.2006-cı ildən xx.xx.2021-ci illərdə işlədiyi 15 il 2 ay müddət daxil olmaqla 44 il 6 ay ümumi sosial sığorta stajı kimi qəbul edilərək onun yaşa görə pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya fərqinin hesablanaraq iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, - bu iş üzrə vəkil tərəfindən hüquqi yardım göstərilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 400 manat pulun çəkilmiş xərc kimi əlavə olaraq cavabdehdən iddiaçının xeyrinə tutulması. Məhkəmə iddia tələbinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarın ləğv edilməsi, 2021-ci ilin iyul ayı daxil olmaqla iddiaçının pensiyasından tutulmuş vəsaitin birdəfəlik olaraq iddiaçıya geri qaytarılması” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən xx.xx.2003-cü il tarixdə ümumi xəstəlik səbəbindən 2-ci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli müraciəti əsasında ona təyin edilmiş əlilliyə görə əmək pensiyası Fondun Binəqədi rayon şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2018-ci ıl tarixdən yaşa görə əmək pensiyası növünə keçirilmişdir. xx.xx.2021 -ci il tarixdə **********7 nömrəli qərarla iddiaçıya təyin olunmuş əmək pensiyasının məbləğinin dəyişdirilməsi və xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş 2587,84 manat məbləğinin Cavabdeh1 hesabına bərpa edilməsi qərara alınmışdır. İddiaçı həmin qərarın əsassız olduğunu iddia edərək məhkəməyə müraciət etmiş və həmin qərarı mübahisələndirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinin birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda, əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Cavabdeh bu barədə heç bir sübut təqdim edə bilməmişdir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil irəli sürmür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun : - 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.9-cu maddəsinə əsasən aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati akt həmçinin inzibati icraat haqqında hüquq normalarının pozulması nəticəsində də qəbul edilmiş inzibati aktdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə göndərilmiş sənədlərdən müəyyən edilir ki, hazırda mübahisələndirilən qərar qəbul edilərkən İddiaçı inzibati icraata maraqlı şəxs kimi cəlb edilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarı inzibati icraat haqqında hüquq normalarının, həmçinin maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, yəni mövcud qanunvericiliyə əsasən nə iddiaçının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığı nə də ki, müvafiq məhkəmə qərarı olmadan qəbul edildiyindən, ləğv edilməli və 2021-ci ilin iyul ayı daxil olmaqla iddiaçının pensiyasından çıxılmış vəsaitin birdəfəlik olaraq iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə çıxılmış vəsaitin birdəfəlik olaraq iddiaçıya geri qaytarılması ilə bağlı qeyd edir ki, mövcud qanunvericilikdə tutulmuş məbləğin birdəfəlik qaytarılması ilə bağlı hər hansı qadağa nəzərdə tutulmamışdır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericilikdə yalnız ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləğinin hissə-hissə, yəni ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının birdəfəlik ödənilməsini tələb etdiyi məbləğ cavabdeh inzibati orqan tərəfindən onun pensiyasından əsassız olaraq tutulmuş məbləğin geri qaytarılması ilə bağlı olduğundan, yəni ötən dövr üçün hesablanan pensiya məbləği ilə bağlı olmadığından, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə iddia tələbinin “iddiaçının 1972-1977-ci illərdə təhsil aldığı 4 il müddət və xx.xx.2006-cı ildən xx.xx.2021-ci illərdə işlədiyi 15 il 1 ay 8 gün, ümumilikdə 44 il 5 ay 8 gün nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya fərqinin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı qeyd edilən iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etsə də, ona “Cavabdeh1 xidməti məktubuna əsasən xx.xx.2006-cı il tarixinədək bitmiş əyani təhsil müddəti sığorta stajına daxil edilir. Sizin 009817 saylı təhsil haqqında diplomunuzda əyani təhsil almağınız qeyd olunmamışdır. Bu səbəbdən xx.xx.1972-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək olan təhsil müddətinizin sığorta stajınıza əlavə edilərək əmək pensiyanızın məbləğinin yenidən hesablanmasına əyani təhsil almağınız barədə arayışı təqdim etdikdən sonra baxılacaqdır.” məzmunlu imtina cavabı verilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən dövrdə, yəni xx.xx.1972-ci il tarixdən xx.xx.1977-ci il tarixədək iddiaçının əyani təhsil aldığı işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin xx.xx.2022-ci il tarixli Arxiv Arayışından görünür ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin arxiv sənədlərindən görünür ki, X3 həqiqətən, 22 avqust 1972-ci il tarixli 661 (t) saylı əmrə əsasən universitetin (o zamankı V.İ.Lenin adına ADPİ) “Fizika” ixtisası üzrə əyani şöbənin birinci kursuna qəbul edilmişdir. Fizika ixtisası üzrə əyani şöbənin ikinci kurs tələbəsi X2 iki aylıq körpə uşağı olduğundan 11 noyabr 1973-cü tarixli 861(t) saylı əmrə əsasən ona, xx.xx.1974-cü il tarixədək möhlət verilmişdir. X3 08 iyul 1977-ci tarixli 3/410 (t) saylı əmrə əsasən həmin ixtisasın əyani şöbəsini bitirmiş, ona, orta məktəbdə Fizika müəllimi ixtisası və B – İ № 009817 (qeydiyyat:85) saylı adi diplom verilmişdir. İş materiallarında olan 009817 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 1972-ci il tarixindən 1977-ci il tarixinədək Azərbaycan Dövlət Pedaqoji Universitetində (o zamankı V.İ.Lenin adına ADPİ) təhsil almışdır. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1977-ci il tarixədək olan dövrdə əyani təhsil aldığı işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmin dövr iddiaçının sığorta stajına daxil edilməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdir ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmçinin, iddiaçının xx.xx.2006-cı ildən xx.xx.2021-ci illərdə işlədiyi 15 il 1 ay 8 gün müddət daxil olmaqla 44 il 5 ay 8 gün ümumi sosial sığorta stajı kimi qəbul edilərək onun yaşa görə pensiyası yenidən hesablanmalıdır. İş materiallarında olan imtina məktubundan görünür ki, cavabdeh inzibati orqan bildirmişdir ki, iddiaçının sığorta stajı xx.xx.2006-cı il tarixinədək 25 il 4 ay, xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək 13 il 10 olmaqla, ümumilikdə 39 il 2 ay təşkil edir. Eyni zamanda iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1980-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrü, xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tam olaraq nəzərə alınmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan xx.xx.2006-cı il tarixinədək olan dövrü 25 il 4 ay, xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü 13 il 10 kimi hesablamış və həmin dövr üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tam olaraq nəzərə alınmasını bildirmişdir, lakin həmin dövr 15 il 1 ay 8 gün təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək müddət ərzində nəzərə alınmayan dövr tam nəzərə alınmaqla, yəni 13 il 10 deyil, 15 il 1 ay 8 gün nəzərə alınmaqla, həmçinin təhsil dövrü də nəzərə alınmaqla ümumilikdə 44 il 5 ay 8 gün ümumi sosial sığorta stajı nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.6. fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7. fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.9. fərdi hesabın yığım hissəsi - sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Maddə 6.3. Əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1.Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir; (-); 37.3.4. bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmmaddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçıya əmək pensiyası təyin olunduğundan və pensiya təyin olunduqdan sonra dövr üzrə pensiya kapitalının toplanması davam etdiyindən, həmçinin iddiaçı ona pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyindən, iddiaçının xx.xx.2006-cı ildən xx.xx.2021-ci illərdə işlədiyi 15 il 1 ay 8 gün nəzərə alınmaqla, ümumilikdə 44 il 5 ay 8 gün ümumi sosial sığorta stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyası yenidən hesablanmalı və ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbində “bu iş üzrə vəkil tərəfindən hüquqi yardım göstərilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 400 manat pulun çəkilmiş xərc kimi əlavə olaraq cavabdehdən iddiaçının xeyrinə tutulması” prosessual xərclərə aiddir. İPM-in 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. İPM-in 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. İPM-in 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqlarının qorunmasına görə bağlanmış müqavilə üzrə ödənilmiş 400 (dörd yüz) manat İPM-in 110.1-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalından tutularaq iddiaçının hesabına keçirilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə,habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir.İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının vurulmuş maddi ziyan kimi hesablanmış 2587,84 manat vəsaitin çıxılmasına dair xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarı ləğv edilməli, 2021-ci ilin iyul ayı daxil olmaqla iddiaçının pensiyasından tutulmuş vəsait birdəfəlik olaraq iddiaçıya geri qaytarılmalı, iddiaçının 1972-1977-ci illərdə təhsil aldığı 4 il müddət və xx.xx.2006-cı ildən xx.xx.2021-ci illərdə işlədiyi 15 il 1 ay 8 gün, ümumilikdə 44 il 5 ay 8 gün nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya fərqinin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməli, bu iş üzrə vəkil tərəfindən hüquqi yardım göstərilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 400 manat pulun çəkilmiş xərc kimi əlavə olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarı ləğv edilsin, 2021-ci ilin iyul ayı daxil olmaqla İddiaçı pensiyasından tutulmuş vəsait birdəfəlik olaraq iddiaçıya geri qaytarılsın. İddiaçı 1972-1977-ci illərdə təhsil aldığı 4 il müddət və xx.xx.2006-cı ildən xx.xx.2021-ci illərdə işlədiyi 15 il 1 ay 8 gün, ümumilikdə 44 il 5 ay 8 gün nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya fərqinin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına həvalə edilsin. Hazırkı iş üzrə vəkil tərəfindən hüquqi yardım göstərilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 400 (dörd yüz) manat pulun çəkilmiş xərc kimi əlavə olaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalından iddiaçının xeyrinə tutulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev