Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5564/2022 20.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12 qızının katibliyi, iddiaçının vəkili Vəkil2, üçüncü şəxs X5 və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı, X8, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" Mənzil Tikinti Kooperativi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın və həmin sərəncam əsasında verilmiş orderin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin 677 nömrəli sərəncamının və həmin sərəncam əsasında Bakı Şəhəri İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli №-li 001763 nömrəli orderinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, giriş 1, mənzil 4 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 170,92 m2 olan mənzilin mülkiyyətçisidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin № ******* saylı Çıxarışından görünür ki, sözügedən mənzil ona tam pay hüququ ilə məxsusdur və onun xüsusi mülkiyyətindədir. O, həmin mənzili başqa bir mülkiyyətçidən əldə etmişdir. Hal-hazırda ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, giriş 1, mənzil 4 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildə X8, onun arvadı X7 və onların oğlu X10 heç bir əsas olmadan yaşayır və mənzildən istifadə edirlər. Həmin şəxslərlə onun arasında heç bir müqavilə bağlanmamış, həmin şəxslər tamamilə qanunsuz olaraq mənzilində yaşayır və mənzili tərk etmək niyyətində deyillər. Belə ki, X4 mənzilə hüququnun olduğunu, mənzili tərk etməyəcəyini bildirir. O, öz hüququnu onunla təsdiq edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli № 001763 nömrəli Orderi ona təqdim edilmişdir. Həmin Orderin verilməsi üçün əsas qismində BŞİH-nin 677 saylı sərəncamı göstərilmişdir. Lakin həmin sərəncamın hansı əsasla qəbul edilməsi naməlumdur. Belə ki, X3 mənzilə dair heç bir sənədi, hüququ olmamışdır. Belə olan halda, Bakı Şəhər İcra Hakimiyyətinin 677 nömrəli sərəncamı və həmin sərəncam əsasında verilmiş xx.xx.2002-ci il tarixli № 001763 nömrəli Order ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin 15 mart 2022-ci il tarixli qərardadı ilə, X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs X5 nümayəndəsi və vəkili etirazında göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 14, giriş 1, mənzil 4 (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 19, M2, mənzil 4) "xxxx" Mənzil tikinti kooperativi tərəfindən üçüncü şəxsə verilmişdir. Həmin Mənzil Tikinti Kooperativinin təqdim etdiyi sənədlərə uyğun olaraq, Bakı şəhər İcra Hakimiyyətinin 12 dekabr 2002-ci il tarixli 674 nömrəli sərəncamına əsasən üçüncü şəxsə yuxarıda göstərilən mənzil üzərində istifadə, sahiblik hüququnu təsdiq edən və mənzilə köçmək hüququ verən 001763 saylı 23 dekabr 2002-ci il tarixli order təqdim edilmişdir. Order təqdim edildikdən sonra H.Hüseynov tərəfindən xeyli məbləğdə pul vəsaiti sərf edilməklə mənzildə təmir işləri aparılaraq, təqribən 2003-cü ilin ortalarında o, ailəsi ilə birlikdə həmin mənzilə köçmüşdür. Halhazıradək, yəni 19 il ərizndə üçüncü şəxs fasiləsiz olaraq həmin mənzildə ailəsi ilə bir yerdə yaşayır və bütün kommunal xərcləri ödəyir. Lakin sonradan məlum olmuşdur ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən H.Hüseynova məxsus olan və qanuni əsaslarla yaşadığı mənzil üzərində, İddiaçı hüquqlarının qeydiyyatı üçün uydurma sənədlər, yəni eyni gündə 11 may 2018-ci il tarixli kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarış, maliyyə arayışı və F-2 arayışı verilmişdir. Həmin uydurma sənədlərə əsasən mübahisəli mənzil üzərində İddiaçı mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınaraq bu barədə ona 14 iyun 2018-ci il tarixdə **********20-05301-093043 reyestr nömrəli çıxarış verilmişdir. Sənədlərin uydurma olduğunu həmin mənzil üzərində artıq üçüncü şəxsin hüququnu təsdiq edən Bakı şəhər İcra Hakimiyyətinin 12 dekabr 2002-ci il tarixli 674 nömrəli sərəncamının və 23 dekabr 2002-ci il tarixli 001763 saylı orderinin olması sübut edir. Bundan başqa "xxxx" Mənzil Tikinti Kooperativinin İddiaçı verdiyi 11 may 2018-ci il tarixli kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarışdan, maliyyə arayışından, F-2 arayışından görünür ki, kooperativ üzvlərinin ümumi iclasının keçirilməsi, mənzilin dəyərinin ödənilməsi, həm də İddiaçı guya ki, başqalarına məxsus mənzilə köçüb yaşaması eyni günə təsadüf edir. Bu da öz növbəsində həmin sənədlərin və hərəkətlərin eyni gündə aparılmasının mümkün olmadığını, yəni uydurma olduğunu sübut edir. Eyni zamanda "xxxx" Mənzil Tikinti Kooperativinin təqdim etdiyi rəsmi sənədlərə əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 12 dekabr 2002-ci il tarixli 674 nömrəli sərəncamının və yuxarıda göstərilən mənzilə sahiblik hüququnu təsdiq edən 001763 saylı 23 dekabr 2002ci il tarixli orderin verildiyi, Kooperativin sədri tərəfindən vəzifəsindən sui-istifadə edilməklə və sadəcə tamah məqsədilə nəzərə alınmamışdır. Halbuki H.Hüseynovun mənzildə yaşadığı 19 il ərzində "xxxx" MTK tərəfindən bütün ödənişlər qəbul edilmiş, nə Kooperativ, nə də İddiaçı tərəfindən mənzillə bağlı ona heç bir irad bildirilməmişdir. Məhkəmənin 01 sentyabr 2022-ci il tarixli qərardadı ilə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" Mənzil Tikinti Kooperativi üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli, 674 nömrəli sərəncamının və həmin sərəncam əsasında verilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2002-ci il tarixli, 001763 nömrəli orderinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilərək, iddia tələbinin “Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli, 674 nömrəli sərəncamının və həmin sərəncam əsasında verilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2002-ci il tarixli, 001763 nömrəli orderinin ləğv edilməsi barədə qərar qəbul edilsin.” kimi göstərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin və "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və onun nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə, iddiaçının mübahisələndirdiyi sərəncamdan daha əvvəl məlumatlı olması və ya ona rəsmi qaydada həmin sərəncamın təqdim edilməsinin sübut olunmadığını nəzərə alaraq iddia müddətinin ötürülmədiyi nəticəsinə gəlmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş, RX seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, giriş 1, mənzil 4 (yeni qaydalarla: ünvan 4 xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır; Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş: 001763 nömrəli, 23 dekabr 2002-ci il tarixli orderin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Naxçıvani küçəsi, giriş 1, mərtəbə 2, ev 14, 3 otaqlı, 81,54 kvadrat metr 4 saylı mənzil X5 istifadəsinə verilmişdir; Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 674 saylı, xx.xx.2002-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyasının iclasının 12B saylı, xx.xx.2002-ci il tarixli Protokolunun təsdiq olunmuş surətindən görünür ki, vətəndaş H.B.Hüseynov "xxxx" MTK-nın 5 may 2002-ci il tarixli 8 saylı ümumi yığıcağının qərarı ilə həmin MTK-ya üzv qəbul olunaraq ona Naxçıvani küçəsi, 14 saylı binada 1 girişdə 2 mərtəbədə, yaşayış sahəsi 81,54 kv.metr olan 4 saylı 3 otaqlı mənzil verilmişdir. Göstərilənləri nəzərə alaraq, vətəndaş H.B.Hüseynov Kooperativ mənzil növbəsində hesab olunmaqla 1 nəfər ailə üzvünün (X9) orderə daxil edilməsi qərara alınmışdır. "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışının təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 1 giriş, 2 mərtəbəsində, ümumi sahəsi 161.64 kv.m., yaşayış sahəsi 81.54 kv.m. olan 3 otaqlı, 4 saylı mənzilin pay dəyəri payçı X8 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla dövlət reyestrində qeydiyyata alınmış ünvan 3 ünvanına dair müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, giriş 1, mənzil 4 (yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən, mübahisə predmeti mənzil xx.xx.2018-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas "xxxx" MTK üzvlərinin xx.xx.2018-ci il tarixli ümumi iclasının protokolundan çıxarış və həmin tarixli maliyyə arayışı olmuşdur. Həmçinin, qeyd edilən mənzilin üçüncü şəxs X6 verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli, 674 nömrəli sərəncamı və həmin sərəncam əsasında verilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2002-ci il tarixli, 001763 nömrəli orderi mövcuddur ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının 2018-ci il tarixli sənədlərində mübahisə predmeti mənzil 4 otaqlı, ümumi sahəsi 170,82 kv.m., yaşayış sahəsi 95,76 kv.m kimi qeyd edilsə də, üçüncü şəxs X5 2002-ci il tarixli sənədlərində həmin mənzil 3 otaqlı, yaşayış sahəsi 81,54 kv.m. olaraq göstərilmişdir. Məhkəmə icraatı zamanı qeyd edilən uyğunsuzluqla bağlı mübahisə predmeti mənzildə və həmin mənzilin yerləşdiyi binada yerində müayinə keçirilmişdir. Müayinə zamanı, həmin 4 saylı mənzilin 3 otaqdan, bir mətbəx otağından, 3 eyvandan, dəhlizdən və sanitar qovşağından ibarət olduğu, həmçinin həmin mənzilin yuxarısında, 3-cü mərtəbədə yerləşən mənzilin isə mübahisə predmeti mənzildən fərqli olaraq 4 otaqdan ibarət olması, otaqların və digər köməkçi sahələrin yerləşmə vəziyyətinə görə iş materiallarında olan iddiaçının mənzilinə dair tərtib edilmiş **********20-05301-093043 nömrəli, xx.xx.2018-ci il tarixli texniki pasporta uyğun olması müəyyən edilmişdir. Eyni zamanda həmin mənzillərin yerləşdiyi binaya xarici müşahidə zamanı 2-ci mərtəbədə yerləşən mənzillərin eyvanlarının yuxarı mərtəbələrdə olan mənzillərin eyvanlarından fərqli ölçüdə olduğu, 4 saylı mənzilin qonşuluğundakı 5 otaqlı (3 saylı) mənzilin ölçüsünün digər mərtəbələrdəki 5 otaqlı mənzillərin ölçüsündən böyük olması (xarici müşahidə zamanı müvafiq digər mənzillərin eyvanları ilə müqayisədə 4 saylı mənzilin eyvanın balaca olması, 3 saylı mənzilin eyvanının isə əksinə daha böyük olması) aşkar edilmişdir. Yəni, mübahisə predmeti mənzilin hal-hazırkı vəziyyətdə iddiaçının deyil, üçüncü şəxs X2 uyğun olması, lakin binanın digər mərtəbələrində olan mənzillərdən fərqlənməsi (4 saylı mənzilin müəyyən hissəsinin 3 saylı mənzilə qatılması ilə ölçüsünün digər mərtəbələrlə müqayisədə az olması, 3 saylı mənzilin isə əksinə, böyük olması) müəyyən edilmişdir. Mübahisəli mənzilə dair iddiaçının və üçüncü şəxs X1 mötəbərliliyinə qiymət verilməsi və hazırkı iddianın həlli üçün yuxarıda qeyd edilən fərqliliyin nə zaman mövcud olması, başqa sözlə, iddiaçının 2018-ci ildə mənzili alarkən həmin 4 saylı mənzilin hansı vəziyyətdə olmasının müəyyən edilməsi zərəti yaranmışdır. İş materiallarında olan, "xxxx" MTK ilə bağlanmış 2001-ci ilə dair müqavilələrin surətlərindən müəyyən olunur ki, həmin binanın 2-ci mərtəbəsində yerləşən, 3 saylı 5 otaqlı mənzil ümumi sahəsi 224,87 kv.m. olmaqla, həmin mənzilin yuxarısında 3-cü mərtəbədə yerləşən 7 saylı 5 otaqlı mənzildən (215,11 kv.m.) böyükdür. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş, həmin binanın 2ci mərtəbəsində yerləşən, 3 saylı 5 otaqlı mənzilə dair sənədlərdən görünür ki, mənzilin ümumi sahəsi 224,87 kv.m.-dir. Həmin 3 saylı mənzilə dair tərtib edilmiş 2004-cü il tarixli texniki pasportda mənzilin planına nəzər yetirdikdə, xüsusi bilik tələb edilmədən müəyyən etmək mümkündür ki, həmin mənzilin planı ilə hazırda iddiaçının mənzilinin **********20-05301-093043 nömrəli, xx.xx.2018-ci il tarixli texniki pasportunda göstərilmiş mənzilin planı bir-birini tamamlamır və üst-üstə düşən hissələr (eyvan və otaq) var. Halbuki, 3 və 4 saylı mənzillər qonşuluqda yerləşdiyindən birbirini tamamlamalı, yəni üst-üstə düşməməlidir. Həmin 3 saylı mənzilin 2004-cü ildə tərtib edilmiş planı, yerində müayinə zamanı aşkar edilmiş hazırkı vəziyyətə uyğundur. Qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisəli 4 saylı mənzili üçüncü şəxs X8 alarkən hazırkı vəziyyətinə (3 otaqlı və sahəsi iddiaçının sənədlərindən göstərilənlə müqayisədə daha az) uyğun olmuşdur və həmin sənədlərin mötəbərliyi heç bir şübhə doğurmur. Əksinə, iddiaçının sənədlərinin, o cümlədən texniki pasportun 2018-ci ildə mənzilin vəziyyətinə uyğun olmaması məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən sərəncamın və orderin verilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halı müəyyən edilmədi. Qeyd olunan sərəncamın və orderin ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-5564/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5564/2022
20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver