Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5567/2021 29.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi X11 iştirakı ilə, İddiaçı “Bakıbaştikinti” “Bakışəhərtikinti” Ümumtikinti trestinin əmək kollektivinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Cavabdeh4 firması, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi) qarşı “sərəncamların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “Bakıbaştikinti” “Bakışəhərtikinti” Ümumtikinti trestinin əmək kollektivi cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Cavabdeh4 firması və Cavabdeh5 MMC-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 13 iyul 2017-ci il tarixli 602 saylı və 20 aprel 2018-ci il tarixli 304 saylı sərəncamlarının ləğv edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3096-cı məhəllədə çox mərtəbəli binanın inşası üçün Cavabdeh4 firmasına verilmiş inşaat pasportu, kod və digər sənədlərin ləğv edilməsi və Cavabdeh5 MMC tərəfindən Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3096-cı məhəllədə yerləşən torpaq sahəsində aparılan inşaat işlərinin dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Bakışəhərtikinti” trestinin fəaliyyətinin nizamlanması məqsədi ilə 1104 saylı 11 iyun 1993-cü il tarixdə Bakı Şəhər İHB-nin sərəncamı imzalanmış və trestin nəzdində yaranmış «Sənaye Bazası və Yükboşaltma Məntəqəsi» Binəqədi rayonu, S.S.Axundov küçəsi (keçmiş Xəndam), 3096-cı məhəllədə yerləşən 38 sot torpaq sahəsinə yerləşdirilmişdir. 1999-cu ilə qədər “Bakışəhərtikinti” tresti adıçəkilən torpaq sahəsində fəaliyyətini davam etdirmiş və X9 Proqramı çərçivəsi Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3096-cı məhəllədə yerləşən 38 sot torpaq sahəsinin “Bakışəhərtikinti” trestinin əmək kollektivinin adına özəlləşdirilməsi qərara alınmış və bu zaman yaranmış mübahisələr məhkəmə araşdırma predmeti olmuş, 29 yanvar 2009-cu il tarixli Bakı Apellyasiya Məhkəməsinin MK-nın qətnaməsilə Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3096-cı məhəllədə yerləşən 38 sot torpaq sahəsi “Bakışəhərtikinti” trestinin adına özəlləşdirilməsi qət edilmiş və sonda: -Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4556/17 saylı, 13 iyul 2017-ci il tarixli, -Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)- 505/2009 saylı, 24 oktyabr 2017-ci il tarixli, -Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1075/2018 saylı, 02 mart 2018-ci il tarixli qərarı ilə məhkəmə mübahisələrinə son qoyulmuş, torpaq sahəsinin “Bakışəhərtikinti” trestinin əmək kollektivinin adına özəlləşdirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-ə tapşırılmışdır. Məhkəmə qətnamələri mövcud olsa da Bakı Şəhər İH-ə bilərəkdən qüsurlu sənədlər təqdim edilmiş, adıçəkilən torpaq sahəsi istifadəsiz sahə olaraq ilk növbədə fiziki şəxslər: Mehdiyev İ.V, Hacıyev M.İ. 602 saylı 18.02.2017-ci il tarixli Bakı Şəhər İHB-nin sərəncamı ilə ayrılmış və adıçəkilən fiziki şəxslərin imtina məktubu əsasında 304 saylı 20.04.2018-ci il tarixli Bakı Şəhər İHB-nin sərəncamına əsasən Cavabdeh4 firmasına satılmışdır. Öz növbəsində Cavabdeh4 firması torpaq sahəsini Cavabdeh5 MMC-yə satmış və bu zaman çox saylı qanun pozuntularına yol verilmişdir: a) ilk olaraq torpaq sahəsinin “Bakışəhərtikinti” trestinin əmək kollektivinin adına özəlləşdirilməsi barədə məhkəmə qətnamələrinin icra olunması qət edilmişdir, b) yuxarıda sadalanan alqı-satqı notariat qaydada təsdiq olunmadan, yəni torpaq sahəsi özəlləşdirilmədən aparılmış, dövlətin maraqları baxımından özəlləşmə zamanı büdcəyə ödəniləcək pul vəsaitindən yayınmaq, v) tərəflərin özləri qeyd edir ki, qüsurlu sənədlərlə aparılmış sənədləşmə zamanı 3 milyon manat pul vəsaiti xərclənmişdir, q) qüsurlu sənədlər isə qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin icrasına mane olur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDX-nin rəis müavini cənab E.Yusubovun imzası ilə təsdiqlənmiş 18 dekabr 2020-ci il tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyətindən 18 dekabr 2017-ci il tarixli 602 saylı və 20 aprel 2018-ci il tarixli 304 saylı sərəncamların ləğv edilməsi xahiş edilmişdir, həmçinin iddiaçı dəfələrlə cavabdehə müraciət etmiş və müsbət nəticə əldə olunmamışdır. Hazırda Cavabdeh5 MMC-yə qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin mövcudluğu məlum olsa da torpaq sahəsində inşaat işləri aparılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5567/2021 nömrəli, 20.04.2021-ci il tarixli qərardadı ilə iddiaçının “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 13 iyul 2017-ci il tarixli 602 saylı və 20 aprel 2018-ci il tarixli 304 saylı sərəncamlarının ləğv edilməsi” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5567/2021 nömrəli, 20.04.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Cavabdeh5 MMC-nin və Cavabdeh4 firmasının cavabdeh qismində prosessual iştiraklarına xitam verilmiş, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh4 firması iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. İddiaçı 06.10.2021-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinə dəqiqləşmə verərək ləğv olunması xahiş olunan sərəncamında 13 iyul 2017-ci il tarixi əvəzinə 18.12.2017-ci il tarixi kimi qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia ərizəsi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir: Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Pənahov Fuad rauf oğlu iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Cavabdeh4 firmasının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18.12.2017-ci il tarixli, 602 nömrəli sərəncamına əsasən vətəndaşlar X7 və X3 müraciətini nəzərə alaraq Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin vətəndaşlara icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.04.2018-ci il tarixli, 304 nömrəli sərəncamına əsasən Cavabdeh4 firmasının 17.04.2018-ci il tarixli, 10 saylı məktubunu və vət. X7 və vət. X3 ərizəsini nəzərə alaraq Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikintisinin layihələndirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18.12.2017-ci il tarixli, 602 saylı sərəncamı və 13360 saylı inşaat pasportu Cavabdeh4 firmasının adına rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş 1498 nömrəli, 20 iyun 2018-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyəti adından çıxış edən gələcəkdə icarəyəverən adlandırılacaq bir tərəfdən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsini müvəqqəti icra edən R.Quliyevin şəxsində, digər tərəfdən icarəçi adlandırılacaq Cavabdeh4 firması adından çıxış edən direktoru M.Hüseynovun şəxsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.04.2018-ci il tarixli, 304 saylı sərəncamı və 27.02.2018-ci il tarixli, 13360 saylı inşaat pasportu əsasında Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanır. Müqavilənin 1.1-ci maddəsinə əsasən icarəyəverən icarə əsasında sahəsi 3000 kv.m olan torpaq sahəsini 49 il mmüddətinə istifadəsinə verir. İcarəçi isə onu qəbul edir. Müqavilənin 1.3-cü maddəsinə görə torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının tikintisi üçün verilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin 08.02.2021-ci il tarixli, Tİ-06/21 nömrəli icazə sənədinə əsasən ünvan 1 ünvanında 0,53 ha torpaq sahəsində yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün icazə verilmişdir. Məhkəmənin sorğusu əsasında əldə edilmiş Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-505/2009 nömrəli mülki iş materiallarından görünür ki: Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11.06.1993-cü il tarixli, 1104 nömrəli sərəncamına əsasən “Bakıbaştikinti” idarəsinin 27.01.1993-cü il tarixli, 04B/2-11 nömrəli məktubu nəzərə alınaraq Binəqədi rayonu, 3096-cı məhəllənin şimal hissəsində C.Xəndan küçəsində müvəqqəti yükboşaltma meydançasının təşkil olunması üçün torpaq sahəsi ayrılmışdır. Ayrılmış ərazidə heç bir tikinti və qurğular inşa olunmamalıdır. Bakı Tikinti və şəhərin İnkişafı Departamentinin Bakı şəhər Tikinti Trestinin müdiri H.Hacıyeva ünvanlanmış 15.11.1999-cu il tarixli 05/4-47 nömrəli məktubdan görünür ki, 7ci mikrorayon ərazisində, C.Xəndan küçəsində yerləşən trestin bazası hal-hazırda trestə məxsusdur və trestin balansındadır. Trest bu sahəni uzun müddət istifadə etmədiyi və maliyyə vəziyyəti ağır olduğu üçün həmin sahəni icarəyə vermişdir. Qanunvericiliyə əsasən icarə haqqının 70%-i trestə, 30%-i isə büdcəyə köçürülməlidir. İcarə müqaviləsinin pozulması qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparıla bilər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-2478/2006 nömrəli, 02 noyabr 2006-cı il tarixli qətnaməsi ilə X8 və X5 vəzifəli şəxsin hərəkətindən şikayətə dair ərizəsi təmin edilərək Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin vəzifəli şəxsinin hərəkəti (hərəkətsizliyi) qeyri-qanuni hesab edilməklə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Cəfər Xəndan küçəsi, 3096-cı məhəllədə yerləşən “Sənaye Bazası və Yükboşaltma Məntəqəsinin” əmək kollektivinin üzvləri kimi ərizəçilər X8 və X5 adlarına özəlləşdirilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-505/2009 nömrəli, 29.01.2009-cu il tarixli qətnaməsi ilə iş üzrə üçüncü şəxs «İmpuls LTD» şirkətinin apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 noyabr 2006-cı il tarixli qətnaməsi qismən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Cəfər Xəndan küçəsi, 3096-cı məhəllədə yerləşən “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”nin əmək kollektivinin üzvləri kimi ərizəçilər X15 və X5 adına özəlləşdirilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilməsi hissəsində dəyişdirilərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonun Cəfər Xəndan küçəsindəki 3096-cı məhəllədə yerləşən “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”nin əmək kollektivinin üzvlərinin adına özəlləşdirilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilməsi, qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2(102)-1888/09 nömrəli, 09.07.2009-cu il tarixli qərarı ilə «İmpuls LTD» şirkətinin direktoru Ə.Y.Mərdanovun kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-nın həmin iş üzrə 29 yanvar 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçı X5 nümayəndəsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 505/2009 nömrəli, 29.01.2009-cu il tarixli qətnaməsinin Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3096-cı məhəllədə yerləşən “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”nin əmək kollektivinin adına özəlləşdirilməsi hissəsində onun hansı əmək kollektivinin adına özəlləşdirilməsinin izah edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-505/2009 nömrəli, 16.01.2013-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, oğlu Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2009-cu il tarixli qətnaməsinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Cəfər Xəndan küçəsi, 3096-cı məhəllədə yerləşən “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”nin əmək kollektivinin üzvlərinin adına özəlləşdirilməsi dedikdə “X2 İdarəsi” əmək kollektivinin tutulması barədə izah verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-505/2009 nömrəli, 16.01.2013-cü il tarixli qərardadından “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”nin əmək kollektivinin nümayəndəsi X16 tərəfindən kassasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-505/2009 nömrəli, 08.05.2013-cü il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2828/2013 nömrəli, 14 avqust 2013-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 08 may 2013-cü il tarixli, 2(103)-505/2009 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra X16 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2828/2013 saylı 14 avqust 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması ilə bağlı şikayət etmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının 02 noyabr 2016-cı il tarixli qərardadı ilə Hüseyn Hacıyevin şikayəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul edilmiş, şikayətə mahiyyəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclasında baxılması qərara alınmışdır. X16 “Sənaye bazası və Yülkboşaltma məntəqəsi”nin əmək kollektivinin nümayəndəsi qismində 25.01.2017-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-505/2009 saylı, 16.01.2013-cü il tarixli qərardadının ləğv olunmasına dair təqdimat verib Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun baxışına çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri “Sənaye və Yülkboşaltma Məntəqəsi”nin əmək kollektivinin nümayəndəsi X11 müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 2(103)-505/2009 nömrəli, 16.01.2013-cü il tarixli qərardadının ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına təqdimat vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4556/17 nömrəli, 13 iyul 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin təqdimatı təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2009-cu il tarixli qətnaməsinə izah verilməsinə dair həmin məhkəmənin 16 yanvar 2013-cü il tarixli qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-505/2009 nömrəli, 24.10.2017-ci il tarixli qərardadı ilə ərizəçi X5 nümayəndəsinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-505/2009 nömrəli, 29.01.2009-cu il tarixli qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1075/2018 nömrəli, 02 mart 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli, 2(103)-505/2009 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 19 may 2011-ci il tarixdə verilmiş 2(103)-505/2009 nömrəli, 29.01.2009-cu il tarixli icra vərəqi əsasında Xətai rayon İcra və Probasiya Şöbəsinin icraatında olmuş icra işi materiallarından görünür ki: Bakı Apellyasiya Məhkəməsinin 19 may 2011-ci il tarixdə verilmiş 2(103)-505/2009 nömrəli, 29.01.2009-cu il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Cəfər Xəndan küçəsi, 3096-cı məhəllədə yerləşən “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”nin əmək kollektivinin üzvləri adına özəlləşdirilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19.05.2011-ci il tarixli, 2(103)-505/2009 nömrəli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-505/2009 nömrəli, 29.01.2009-cu il tarixli icra vərəqəsi icra olunması üçün Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Xətai rayon İcra şöbəsinin 22.02.2012-ci il tarixli qərarı ilə iş üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikası Bakı Metropoliteni Tikilən Bakı Metropoliteni Müdriyyətinin “Bakışəhərtikinti” trestinin rəhbərliyinə ünvanlandığı 04.05.2011-ci il tarixli, 5/325 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı metropoliteninin İİİ növbəsinin Şimal sahəsinə daxil olan “Dərnəgül” stansiyasının istismara verilməsi yaxın vaxtlarda nəzərdə tutulmuşdur. Hal-hazırda Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/04- 265 saylı 04.10.2010-cu il tarixli razılaşdırmasına əsasən stansiyanın yerüstü abadlıq işlərinə başlanmışdır. “Dərnəgül” stabnsiyasının yerüstü sahəsində aparılacaq abadlıq işlərinə “Bakıdövlətlayihə” İnstitutu tərəfindən tərtib edilmiş layihə-smeta sənədlərində ünvan 4 ünvanında yerləşən “Bakışəhərtikinti” trestinin “Sənaye bazası və yükboşaltma məntəqəsi”nə məxsus tikililərin saxlanılması nəzərdə tutulmamışdır. Söküləcək tikililərin yerləşdiyi torpaq sahəsinin “Bakışəhərtikinti” Trestində saxlanılması haqqında hansı bir qərarın verilməsi Bakı metropoliteninin səlahiyyətində olmadığından Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyiniz tövsiyə edilir. Azərbaycan Respublikası Bakı Metropoliteninin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanladığı 04.05.2011-ci il tarixli, 4ON-10/3-298 nömrəli məktubunda bildirilmişdir ki, Bakı metropoliteninin İİİ növbəsinin Şimal sahəsinə daxil olan “Dərnəgül” stansiyasının istismara verilməsi ilə əlaqədar stansiyanın yerüstü sahəsində abadlıq işləri “Bakıdövlətlayihə” İnstitutu tərəfindən tərtib edilmiş layihə əsasında yerinə yetirilir. Stansiyanın yerüstü sahəsində aparılan abadlıq işləri ilə əlaqədar ünvan 4 ünvanında yerləşən “Bakışəhərtikinti” trestinin “Sənaye bazası və yükboşaltma məntəqəsi”nin tikililəri sökülmüşdür. Nəzərə alınması xahiş edilir. Azərbaycan Respublikası Bakı Metropoliteninin Bakı Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanladığı 10.05.2011-ci il tarixli, 40N-10/3-307 nömrəli məktubunda bildirilmişdir ki, Bakı metropoliteninin İİİ növbəsinin Şimal sahəsinə daxil olan “Dərnəgül” stansiyasının istismara verilməsi ilə əlaqədar stansiyanın yerüstü sahəsində abadlıq işləri “Bakıdövlətlayihə” İnstitutu tərəfindən tərtib edilmiş layihə əsasında yerinə yetirilir. Stansiyanın yerüstü sahəsində aparılan abadlıq işləri ilə əlaqədar ünvan 4 ünvanında yerləşən “Bakışəhərtikinti” trestinin “Sənaye bazası və yükboşaltma məntəqəsi”nin tikililəri sökülmüşdür. Nəzərə alınması xahiş edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Xətai rayon İcra şöbəsinə ünvanladığı 15.03.2012-ci il tarixli, **********03 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-505 saylı, 29.01.2009-cu il tarixli icra sənədinin icra edilməsinə dair 22.02.2012-ci il tarixli, 17/74-3025/3 nömrəli və 23.02.2012-ci il tarixli, 17/74-3029/3 nömrəli məktublarınıza Əmlak Məsələləri Dövlət Komitəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Bakı şəhəri, ünvan 4də yerləşən “Sənaye bazası və Yükboşaltma Məntəqəsi” yeni metro stansiyasının tikintisi ilə əlaqədar olaraq Bakı Metropoliteni tərəfindən söküldüyündən yuxarıda göstərilən icra vərəqəsinin icrası mümkün deyildir. Eyni zamanda bildirilir ki, eyni məzmunlu müraciətlərinizə komitənin 07.06.2011-ci il tarixli, **********44 nömrəli və 26.07.2011-ci il tarixli məktubları ilə cavab verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Xətai rayon İcra şöbəsinə ünvanlanmış 13.04.2012-ci il tarixli, **********59 nömrəli və 07.11.2012-ci il tarixli, **********78 nömrəli məktubları Əmlak Məsələləri Dövlət Komitəsinin Xətai rayon İcra şöbəsinə ünvanladığı 15.03.2012-ci il tarixli, **********03 nömrəli məktubu ilə eyni məzmunda olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 1709/2 nömrəli, 15.08.2018-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-505 saylı, 29.01.2009-cu il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr. Cəfər Xəndan küçəsi, 3096-cı məhəllədə yerləşən “Sənaye Bazası və Yükboşaltma məntəqəsi"nin əmək kollektivinin üzvləri adına özəlləşdirilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. İcra vərəqəsi 23.02.2012-ci il tarixdə icra olunması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilmiş və nəticəsi barədə məlumat verilməsi xahiş olunmuşdur. Lakin hal-hazıra kimi icra vərəqəsinin icrası təmin edilməmişdir. Yuxarıda qeyd olunanları və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının məcburiliyini nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-505 saylı, 29.01.2009-cu il tarixli icra vərəqəsinin icrasını təmin edib, nəticəsi barədə Xətai rayon İcra və Probasiya şöbəsinə məlumat verilməsi bir daha tələb olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə göndərilmiş 11.12.2019-cu il tarixli, 142267/2019-13 nömrəli xəbərdarlıqda göstərilmişdir ki, icra sənədi 25.09.2019-cu ildə Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər sizə göndərilmişdir. Lakin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş 10 gün müddətə icra sənədində olan tələb könüllü olaraq tərəfinizdən təmin edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığından qanunamüvafiq qaydada barənizdə məcburi icra tədbirləri tətbiq olunacaqdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə ünvanladığı 07 oktyabr 2019-cu il tarixli, **********40 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, ünvan 4də yerləşən “Sənaye bazası və Yükboşaltma Məntəqəsi” yeni metro stansiyasının tikintisi ilə əlaqədar olaraq Bakı Metropoliteni tərəfindən söküldüyündən qətnamənin icrası mümkün deyildir. Yuxarıda sadalanan halları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin 29.01.2009-cu il tarixli, 2(103)-505/2009 nömrəli icra vərəqəsinin məhkəməyə geri qaytarılması xahiş edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə ünvanladığı 07 noyabr 2019-cu il tarixli, **********20 nömrəli və 24 dekabr 2019-cu il tarixli, **********33 nömrəli məktubları Əmlak Məsələləri Dövlət Komitəsinin Xətai rayon İcra və Probasiya şöbəsinə ünvanladığı 07 oktyabr 2019-cu il tarixli, **********40 nömrəli məktubu ilə eyni məzmunda olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış 21.05.2021-ci il tarixli, 142267/2019-1-13 nömrəli məktubda bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-505/2009 saylı, 29.01.2009-cu il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Cəfər Xəndan küçəsi, 3096-cı məhəllədə yerləşən “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”nin əmək kollektivinin üzvləri adına özəlləşdirilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. Lakin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərə tutulmuş müddətdə icra sənədində olan tələb könüllü olaraq tərəfinizdən təmin edilməmişdir. Sizdən tələb olunur ki, 10 gün müddətinə icra sənədi üzrə tələbi təmin edəsiniz. Əks halda “İcra haqqında” Azərbaycan Respublikası Qanununu rəhbər tutaraq məcburi icra tədbirləri tətbiq olunacaqdır. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (3000 manatdan 5000 manatadək cərimə) maddəsini rəhbər tutaraq barənizdə inzibati protokol tərtib edilərək məhkəməyə müraciət olunacaqdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 26 fevral 2021-ci il tarixli, **********95 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhəri, ünvan 4də yerləşən “Sənaye Bazası və Yükboşaltma Məntəqəsi”nin əmək kollektivi üzvlərinin adına özəlləşdirilməsi vəzifəsinin Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 29.01.2009-cu il tarixli, 2(103)-505/2009 nömrəli icra vərəqəsinin icra olunmasına dair 21.01.2021-ci il və 12.02.2021-ci il tarixli, 142267/2019-1- 20-13 nömrəli məktublarınıza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 18.12.2017-ci il tarixli, 602 nömrəli və 20.04.2018-ci il tarixli, 304 nömrəli sərəncamları ilə Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən torpaq sahəsi yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Cavabdeh4 firmasının adına rəsmiləşdirilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin 18.12.2020-ci il tarixli, **********59 nömrəli məktubu ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilərək, qeyd edilən torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının 11.06.1993-cü il tarixli, 1104 nömrəli sərəncamı ilə “Bakıbaştikinti” idarəsinə müvəqqəti yükboşaltma meydançasının təşkil olunması üçün ayrıldığını nəzərə alaraq, həmin torpaq sahəsinin yaşayış binasının tikintisinin layihələndirilməsi üçün ayrılmasına dair 20.04.2018ci il tarixli, 304 nömrəli və 18.12.2017-ci il tarixli, 602 nömrəli sərəncamlarının ləğv edilməsi xahiş edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin torpaq sahəsinə dair müvafiq sərəncamlar ləğv edildikdən sonra, qətnamənin icrası ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən tədbirlər görülə bilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə ünvanladığı mart 2021-ci il tarixli, **********43 nömrəli və 21.06.2021-ci il tarixli **********93 nömrəli məktubları 26 fevral 2021-ci il tarixli, **********95 nömrəli məktubu ilə eyni məzmunda olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı dekabr 2020-ci il tarixli, **********59 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 20.04.2018-ci il tarixli, 304 nömrəli sərəncamı ilə Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının 18.12.2017-ci il tarixli, 602 nömrəli sərəncamı və 13360 nömrəli inşaat pasportu Cavabdeh4 firmasının adına rəsmiləşdirilmişdir. Bildirilir ki, qeyd edilən torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 11.06.1993-cü il tarixli, 1104 nömrəli sərəncamı ilə “Bakıbaştikinti” idarəsinin 27.01.1993-cü il tarixli, 04B/2-11 nömrəli məktubu nəzərə alınaraq, müvəqqəti yükboşaltma meydançasının təşkil olunması üçün ayrılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 29.01.2009-cu il tarixli, 2(103)-505/2009 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Cəfər Xəndan küçəsindəki 3096-cı məhəllədə yerləşən “Sənaye Bazası və Yükboşaltma Məntəqəsi”nin əmək kollektivinin üzvlərinin adına özəlləşdirilməsi vəzifəsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə) həvalə edilmişdir. Yuxarıda qeyd edilən torpaq sahəsinin 11.06.1993-cü il tarixli sərəncamla “Bakıbaştikinti” idarəsinə müvəqqəti yükboşaltma meydançasının təşkil olunması üçün ayrıldığını nəzərə alaraq, həmin torpaq sahəsinin yaşayış binasının tikintisinin layihələndirilməsi üçün ayrılmasına dair 20.04.2018ci il tarixli, 304 nömrəli və 18.12.2017-ci il tarixli, 602 nömrəli sərəncamlarının ləğv edilməsi xahiş edilir. Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin fevral 2020-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-505/2009 saylı, 29.01.2009-cu il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr. Cəfər Xəndan küçəsi, 3096-cı məhəllədə yerləşən “Sənaye Bazası və Yükboşaltma məntəqəsi"nin əmək kollektivinin üzvləri adına özəlləşdirilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilməlidir. İcra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Cəfər Xəndan küçəsi 3096-cı məhəllədə Sənaye bazası və yükboşaltma məntəqəsi mövcud olmadığını, həmin ərazinin yaşıllaşdırıldığını müəyyən etdik və həmin ərazinin fotoşəkilləri akta əlavə olundu. Beləliklə, işin yuxarıda sadalanan hallarından müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11.06.1993-cü il tarixli, 1104 nömrəli sərəncamına əsasən “Bakıbaştikinti” idarəsinin 27.01.1993-cü il tarixli, 04B/2-11 nömrəli məktubu nəzərə alınaraq Binəqədi rayonu, 3096-cı məhəllənin şimal hissəsində C.Xəndan küçəsində müvəqqəti yükboşaltma meydançasının təşkil olunması üçün torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamdan görünür ki, ayrılmış ərazidə heç bir tikinti və qurğular inşa olunmamalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-505/2009 nömrəli, 29.01.2009-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonun Cəfər Xəndan küçəsindəki 3096-cı məhəllədə yerləşən “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”nin əmək kollektivinin üzvlərinin adına özəlləşdirilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2(102)-1888/09 nömrəli, 09.07.2009-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-505/2009 nömrəli, 29.01.2009-cu il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-505/2009 nömrəli, 29.01.2009-cu il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra 19 may 2011-ci il tarixdə icra vərəqəsi tərtib edilərək icra olunması üçün Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Bakı Metropoliteninin Bakı Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanladığı 10.05.2011-ci il tarixli, 40N-10/3-307 nömrəli məktubunda Bakı Metropoliteninin Dərnəgül stansiyasının yerüstü sahəsində aparılan abadlıq işləri ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., Cəfər Xəndan küçəsindəki 3096-cı məhəllədə yerləşən “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”nin tikililərinin söküldüyü bildirilmişdir. Əmlak Məslələri Dövlət Komitəsinin Xətai rayon İcra Şöbəsinə ünvanladığı 17.06.2011, 26.07.2011, 15.03.2012, 13.04.2012, 07.11.2012-ci il tarixli məktublarında Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonun Cəfər Xəndan küçəsindəki 3096-cı məhəllədə yerləşən “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”nin yeni metro stansiyasının tikintisi ilə əlaqədar Bakı Metropoliteni tərəfindən söküldüyündən icra vərəqəsinin icrasının mümkün olmadığı bildirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18.12.2017-ci il tarixli, 602 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində (keçmiş Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., Cəfər Xəndan küçəsindəki 3096-cı məhəllə) yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikintisinin layihələndirilməsi üçün X12 və X4 icazə verilmiş, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.04.2018-ci il tarixli, 304 nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18.12.2017-ci il tarixli, 602 saylı sərəncamı və 13360 saylı inşaat pasportu Cavabdeh4 firmasının adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 26 fevral 2021-ci il tarixli, **********9 nömrəli məktubunda Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18.12.2017-ci il tarixli, 602 nömrəli və 20.04.2018-ci il tarixli, 304 nömrəli sərəncamları ləğv edildikdən sonra, qətnamənin icrası ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən tədbirlər görülə biləcəyi qeyd edilmişdir. Hazırkı iş üzrə iddiaçı “Bakışəhərtikinti” trestinin əmək kollektivi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18.12.2017-ci il tarixli, 602 nömrəli və 20.04.2018-ci il tarixli, 304 nömrəli sərəncamlarının qətnamə ilə nəzərdə tutulmuş “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”nin özəlləşdirilməsinə mane təşkil etdiyindən həmin sərəncamların ləğv edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X14 ünvanladığı 03.03.2021-ci il tarixli, **********41 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, ünvan 4də yerləşən “Sənaye bazası və Yükboşaltma məntəqəsi”nin əmək kollektivi üzvlərinin adına özəlləşdirilməsi vəzifəsinin Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin icra edilməməsi ilə bağlı 12 fevral 2021-ci il tarixli, 12 nömrəli məktubunuza Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18.12.2017-ci il tarixli, 602 nömrəli və 20.04.2018-ci il tarixli, 304 nömrəli sərəncamları ilə Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən torpaq sahəsi yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Cavabdeh4 firmasının adına rəsmiləşdirilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin 18.12.2020-ci il tarixli, **********59 nömrəli məktubu ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilərək, qeyd edilən torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11.06.1993-cü il tarixli, 1104 nömrəli sərəncamı ilə “Bakıbaştikinti” idarəsinə müvəqqəti yükboşaltma meydançasının təşkil olunması üçün ayrıldığını nəzərə alaraq, həmin torpaq sahəsinin yaşayış binasının tikintisinin layihələndirilməsi üçün ayrılmasına dair 20.04.2018-ci il tarixli, 304 nömrəli və 18.12.2017-ci il tarixli, 602 nömrəli sərəncamlarının ləğv edilməsi xahiş edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin torpaq sahəsinə dair müvafiq sərəncamlar ləğv edildikdən sonra qətnamənin icrası ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən zəruri tədbirlər görülə bilər. İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin qeyd edilən 03.03.2021-ci il tarixli, **********41 nömrəli məktubundan sonra Bakı Şəhər İcra Hakimiyyətinin qeyd edilən 20.04.2018-ci il tarixli, 304 nömrəli və 18.12.2017-ci il tarixli, 602 nömrəli sərəncamlarından məlumatlı olduğunu bildirmişdir. Hazırkı iş materiallarından iddiaçı tərəfin mübahisələndirdiyi sərəncamlardan 03.03.2021-ci il tarixdən daha əvvəl məlumatlı olmasını və ya ona rəsmi həmin sərəncamların təqdim edilməsinin sübut olunmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı sərəncamlar barəsində məlumatlı olduqdan sonra 05.04.2021-ci il tarixdə iddia ərizəsini poçt xidmətinə təqdim etməklə iddia müddətini ötürməmişdir. Üçüncü şəxsin iddiaya etirazının əsas dəlili ondan ibarətdir ki, iddia qaldıran X1 mübahisələndirməyə subyektiv hüququ mövcud deyildir. Belə ki, üçüncü şəxs “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”nin əmək kollektivinin mövcud olmadığına, X11 “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”nin əmək kollektivinin adından çıxış etmək səlahiyyətinin olmadığına istinad edir. Hazırkı iddia “Bakıbaştikinti” idarəsi “Bakışəhərtikinti” trestinin əmək kollektivinin adından qaldırılmışdır. İddia ərizəsi X16 tərəfindən imzalanmışdır. Məhkəmənin sorğusu əsasında əldə etdiyi mülki iş materiallarından, eləcə də iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki: Bakı Şəhər İcra Hakimiyyəti “Bakıbaştikinti” idarəsinin “Bakışəhərtikinti” trestinin nizamnaməsi 05.07.1995-ci il tarixdə D-551 nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, ******* saylı şəhadətnamə verilmişdir. Nizamnamədən görünür ki, “Bakışəhərtikinti” tresti ixtisaslaşmış bir trest kimi “Bakıbaştikinti” İdarəsinin 06 fevral 1987-ci il tarixli 45 saylı əmri ilə yaradılmışdır. X16 “Bakıbaştikinti” idarəsinin “Bakışəhərtikinti” trestinin 1993-cü ildən müdiri təyin edilmişdir. “Bakışəhərtikinti” trestinin 25.01.1994-cü il tarixli H.Hacıyev tərəfindən imzalanmış və trestin möhürü ilə təsdiq edilmiş əmrindən çıxarışda Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11.06.1993-cü il tarixli, 1104 nömrəli sərəncamı ilə trestin istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3096-cı məhəllədə “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”nin yaradılması, həmin obyektin istismarı üçün 9 nəfərdən ibarət ştat cədvəlinin təsdiq edilməsi qərara alınmışdır. “Bakışəhərtikinti” trestinin əmək kollektivinin ümumi yığıncağının 15.02.2009-cu il tarixli, 1 nömrəli protokolundan çıxarışda “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”nin mülkiyyətə verilməsi üçün Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət etməsi qərara alınmışdır (iştirak edir 23 nəfər, iclas sədri H.İ.Teymurov, katib M.M.Məmmədov) “Bakışəhərtikinti” trestinin əmək kollektivinin ümumi yığıncağının 15.02.2009-cu il tarixli, 1 nömrəli protokoldan çıxarışda X16 “Bakışəhərtikinti” trestinin əmək kollektivinin rəhbəri seçilmiş, ona əmək kollektivinin adından dövlət qurumlarına müraciət etmək səlahiyyəti verilmişdir (iştirak edir 23 nəfər, iclas sədri E.M.Əliyev, katib R.A.Məmmədova). Bakı Apellyasiya Məhkəməsinin 2(103)-505/2009 nömrəli, 29.01.2009-cu il tarixli qətnaməsi ilə adına özəlləşmə aparılacaq “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”nin əmək kollektivinin kimlərdən ibarət olması müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri əmək kollektivinin adından nümayəndəsi kimi çıxış edən X11 müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 2(103)-505/2009 nömrəli, 29.01.2009-cu il tarixli qətnaməsinə izah verilməsinə dair həmin məhkəmənin 16.01.2013-cü il tarixli qərardadından təqdimat vermiş sonuncunu bilavasitə “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”nin əmək kollektivinin nümayəndəsi qismində tanımışdır. Məhkəmə hesab edir ki, nə qədər ki məhkəmə qətnaməsi ilə özəlləşmənin “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”nin əmək kollektivinin adına aparılması qət edilmiş, adıçəkilən əmək kollektivinin üzvü olan subyekt Kollektivin ümumi mənafeləri naminə onların hüquqlarına toxunan məsələ ilə bağlı iddia qaldırmaq hüququna sahibdir, eyni zamanda “Bakışəhərtikinti” trestinin müdiri X16 trestin müdiri olmaqla bərabər “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”nin əmək kollektivinin nümayəndəsi qismində Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmiş və Ali Məhkəmənin sədri nümayəndə olaraq onun müraciətini nəzərə alaraq təqdimat vermiş və təqdimat Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən təmin edilmişdir. Məhkəmə bu nəticəyə gəlir ki, X16 artıq Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”nin əmək kollektivinin nümayəndəsi olaraq qəbul edilmişdir, bu halda o, eyni əmək kollektivinin adından hazırkı iddianı qaldırmaqla bağlı subyektiv hüquqa malikdir. Beləliklə, iddiaçı olaraq “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”nin əmək kollektivinin adından iddia qaldırmaq, həmin Kollektivin rəhbəri (nümayəndəsi) olaraq X11 Kollektivin adından qaldırılmış iddia ərizəsini imzalamaq, müvafiq prosessual hərəkətləri etmək səlahiyyəti vardır. İddianın subyektiv hüququnun mövcud olmaması ilə bağlı gətirilən dəlil əsassızdır, iddianın mümkünsüz hesab edilməsi üçün əsaslar yoxdur. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18.12.2017-ci il tarixli, 602 nömrəli və 20.04.2018-ci il tarixli, 304 nömrəli sərəncamlarının qətnamə ilə nəzərdə tutulmuş “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”nin özəlləşməsinə mane təşkil etdiyinə iddia edir və bu səbəbdən üçüncü şəxslərin adlarına verilmiş həmin sərəncamların ləğv edilməsini xahiş edir. Araşdırılmalı olan hal mübahisələndirilən sərəncamların “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”nin əmək kollektivinin adına özəlləşmənin aparılmasına dair icra sənədinin icrasına mane olmaqla iddiaçı hüquqlarının pozub-pozmamasının müəyyən edilməsindən ibarətdir. İşin yuxarıda qeyd edildiyi hallarından da müəyyən olunur ki, “Bakışəhərtikinti” tresti “Bakıbaştikinti” idarəsinin tərkibində müstəqil müəssisə olaraq yaradılmış, Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11.06.1993-cü il tarixli, 1104 nömrəli sərəncamı ilə “Bakıbaştikinti” idarəsinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3096-cı məhəllənin şimal hissəsində C.Xəndan küçəsində müvəqqəti yükboşaltma meydançasının təşkil olunması üçün torpaq sahəsi ayrılmışdır. “Bakışəhərtikinti” tresti həmin sərəncamla ayrılmış ərazidə trestin “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”ni yaratmışdır. X10 Dövlət Qeydiyyatı İdarəsinin 16.01.2013-cü il tarixli **********096200 nömrəli məktubuna əsasən 09.01.2012-ci il tarixliyə qurum barədə məlumata əsasən “Bakışəhərtikinti trestinin “Sənaye Bazası və Yükboşaltma məntəqəsi” adlı qurum barədə heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11.06.1993-cü il tarixli, 1104 nömrəli sərəncamında torpaq sahəsinin müvəqqəti yükboşaltma meydançası üçün ayrıldığının, ayrılmış ərazidə heç bir tikinti və qurğunun inşa edilməməli olduğunun xüsusi olaraq qeyd edildiyini nəzərə alaraq hesab edir ki, boş bir sahənin - meydançanın təşkil olunması üçün nəzərdə tutulmuş torpaq sahəsində sonradan “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”nin yaradılması artıq məntəqənin yalnız boş torpaq sahəsindən deyil, üzərində müəyyən tikililərdən ibarət obyekt olduğunu ifadə edir. Qeyd edilməlidir ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 505/2009 nömrəli, 29.01.2009-cu il tarixli icra sənədində bilavasitə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3096-cı məhəllənin şimal hissəsində C.Xəndan küçəsində yerləşən torpaq sahəsinin deyil, həmin torpaq sahəsində yerləşən “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”nin həmin məntəqənin əmək kollektivinin üzvlərinin adına özəlləşdirilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Bakıbaştikinti” idarəsi Bakı şəhər Tikinti trestinin “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”nin balansında olan daşınmaz dövlət əmlakı haqqında registdən çıxarışda: Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, Cəfər Xəndan küçəsi, 3096-cı məhəllədə Sənaye bazası və Yükboşaltma məntəqəsi, ünvanda tikililər inzibati bina, anbar, gözətçi bina, xidməti bina, ərazinin hasarlanması, asfalt örtüklü sahəsi və ərazinin ümumi torpaq sahəsi 0,3852 ha göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 60-cı maddəsinin 1 və 3-cü bəndlərinə görə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər. Müəssisə (obyekt) özəlləşdirilərkən, onun yerləşdiyi torpaq sahəsinin qiyməti həmin müəssisənin (obyektin) qiymətindən asılı olmayaraq ayrıca müəyyənləşdirilir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinə əsasən özəlləşdirmənin obyekti - özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin: -2-ci bəndinə görə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. -4-cü bəndinə görə özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. -6-cı bəndinə əsasən özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır. -11-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. -12-ci bəndinə görə torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Əmlak Məsələləri Dövlət Komitəsi aşağıdakı sənədləri təqdim edir: -Ərizə; -Hüquqi şəxsin nizamnamə kapitalında 75 faizdən az olmayan hissənin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış (açıq səhmdar cəmiyyətidirsə); -Müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin surəti; -Özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadıqda Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi müvafiq yerli icra hakimiyyəti orqanları ilə birlikdə özəlləşdirilmiş müəssisə və obyektlərin faktiki istifadəsində olan torpaq sahəsini müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ dövlət proqramı”nın: -9.1-ci bəndinə görə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır. Bu sahədə məhdudiyyətlər olduqda torpaq sahələrinin verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir -9.2-ci bəndinə görə Əmlak Məsələləri Dövlət Komitəsi fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışını həyata keçirə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında” Əsasnamənin: -6-cı bəndinə əsasən özəlləşdirilən dövlət müəssisəsinin (obyektinin) qiymətləndirilən əmlakının tərkibinə onun əsas vəsaitləri və sair dövriyyədənkənar aktivləri, ehtiyat və məsrəfləri, pul və sair maliyyə vəsaitləri, digər maddi və qeyri-maddi aktivləri daxildir. -7-ci bəndinə görə əsas vəsaitlərə və sair dövriyyədənkənar aktivlərə aşağıdakılar daxildir: a) binalar, qurğular, ötürücü qurğular, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, iş alətləri, istehsal və təsərrüfat inventarları, iş heyvanları, məhsuldar heyvanlar, çoxillik əkmələr, digər növ əsas vəsaitlər, torpaqların yaxşılaşdırılmasına (meliorasiya, qurudulma, irriqasiya və s. işlər), habelə başqa işlərə qoyulan kapital qoyuluşları və başqa əmək vasitələri; b) balansda əks olunan qeyri-maddi aktivlər, torpaq, su və təbii ehtiyatlardan (sərvətlərdən) istifadə hüquqları, əmlak hüquqları, patentlər, lisenziyalar, «nou-hau», proqram məhsulları, inhisar və imtiyaz (üstünlük) hüquqları (xüsusi fəaliyyət növünə verilən lisenziyalar da daxil olmaqla), təşkilati xərclər, ticarət markaları, əmtəə nişanları və digər qeyri-maddi aktivlər; c) müəssisənin quraşdırılmamış avadanlıqları və başa çatdırılmamış əsaslı tikintisi; ç) müəssisənin uzunmüddətli maliyyə qoyuluşları, o cümlədən digər müəssisələrin qiymətli kağızlarına (səhm, istiqraz və s.), dövlət və digər borclar üzrə faizli istiqrazlara, ölkə ərazisində yaradılmış digər müəssisələrin nizamnamə fondlarına, müəssisənin xaricdəki kapitalına və sair uzunmüddətli maliyyə qoyuluşları; d) müəssisə balansının aktivindəki «Əsas vəsaitlər və sair dövriyyədən kənar aktivlər» bölməsinin digər maddələri. -11-ci bəndinə görə özəlləşdirilən dövlət müəssisəsinin (obyektinin) yerləşdiyi torpaq sahəsi bu Əsasnaməyə uyğun olaraq qiymətləndirilən əmlakın tərkibinə daxil edilmir və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən müəyyən edilmiş qaydada ayrıca özəlləşdirilir. Özəlləşdirilən torpaq sahəsinin qiymətləndirilməsi müvafiq normativhüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin: -4.16.4-cü bəndinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyətinin başçısının səlahiyyətinə aiddir. Qeyd edilən normalardan müəyyən olunur ki, dövlət mülkiyyətində olan torpaq sahəsi və üzərində yerləşən obyekt bir qayda olaraq eyni vaxtda özəlləşdirilmir. Belə ki, yuxarıda göstərilən normalarda torpaq sahəsinin özəlləşdirilən obyektin tərkibinə daxil edilməməsi, torpaq sahəsinin qiymətinin özəlləşdirilən obyektin qiymətindən asılı olmayaraq ayrıca müəyyənləşdirilməsi, özəlləşdirilmiş obyektin mülkiyyətçisinin həmin obyektin yerləşdiyi torpaq sahəsini ilk növbədə satınalma hüquqlarının mövcudluğu, torpaq sahəsinin özəlləşdirilməsi üçün obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin tələb edilməsi kimi tələblər onu ifadə edir ki, bir qayda olaraq torpaq sahəsi obyektin özəlləşməsindən sonra və ayrıca özəlləşir. Başqa sözlə, dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən obyekt özəlləşdirildikdən sonra qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmiş fiziki və ya hüquqi şəxsin həmin əmlakın altındakı torpaq sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ vardır. İşin müəyyən edilən hallarına görə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə nəzərdə tutulmuş “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”nə aid tikililər əmək kollektivinin adına özəlləşdirilməmişdir. Özəlləşdirilmə barədə qətnamənin hazırkı vaxtadək icra edilməməsi bilavasitə sözügedən məntəqəyə aid tikililərin metrostansiyanın yerüstü abadlıq işləri ilə əlaqədar sökülməsi, başqa sözlə özəlləşdirilməli olan obyektin mövcud olmaması ilə əlaqədar olmuşdur. “Sənaye Bazası və Yükboşaltma məntəqəsi”nin balansında olmuş 0,3852 ha torpaq sahəsi üzərində məntəqəyə aid heç bir tikili olmadığı halda həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla boş qalmış torpaq sahəsi statusunda olmuşdur. Beləliklə, müəyyən olunur ki, üzərində özəlləşdirilmiş və ya özəlləşdirilməli hər hansı mövcud tikili olmayan, boş qalmış, eyni zamanda dövlət mülkiyyətində olan torpaq sahəsini cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti mübahisələndirilən sərəncamları ilə üçüncü şəxslərin istifadəsinə vermişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən sərəncamların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə hesab edir ki, hazırkı halda mübahisələndirilən sərəncamlar inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş hesab edilə bilməz. Mübahisələndirilən sərəncamların ləğv edilməsi üçün hüquqi əsas müəyyən olunmadığından iddia tələbi təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı “Bakıbaştikinti” “Bakışəhərtikinti” Ümumtikinti trestinin əmək kollektivinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamların ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5567/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5567/2021
29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver