Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5569/2022 17.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı xx.xx.2019-cu il tarixdən yaşa görə güzəştli şərtlərlə təyin edilmiş pensiyanın ödənişinin xx.xx.2021-ci il tarixdən dayandırılmasının qeyri-qanuni hesab edilərək ləğv edilməsi və pensiya ödənişinin dayandırıldığı tarixdən bərpa edilərək indeksləşdirilməklə davam etdirilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Ermənistanın Quqark rayonunun Hallavar kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 07 sentyabr 1979-cu il tarixdə Hallavar südçülük-heyvandarlıq sovxozunda fəhlə kimi başlamışdır. 10 may 1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək ordu sıralarında xidmət etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1982-ci il tarixdən 1988-ci ilin sonuna qədər Hallavar südçülük-heyvandarlıq sovxozunda çilingər və təmir-tikinti sahəsində usta vəzifələrdə işləmişdir. 1989-cu ilin sentyabr ayının 13-dən başlayaraq Sov.İKP-nin XXİ qurultayı adına Bakı Neftqayırma zavodunda 1 №-li sexində texnoloji avadanlıqların təmiri və xidməti üzrə çilingər peşəsində işləmişdir. 25 sentyabr 1991-ci ildən zavod Hökumət qərarı ilə "xxxx" zavodu adlandırılmışdır. Dövlət Neft Şirkətinin xx.xx.1994-cü il tarixli əmri ilə "xxxx" zavodu "xxxx" İstehsalat Birliyi adlandırılmışdır. İddiaçı xx.xx.1994cü il tarixdən 1 №-li Yağ istehsalı sexində texnoloji avadanlıqların təmiri və xidməti üzrə 4-cü dərəcəli, xx.xx.1998-ci il tarixdən 5-ci dərəcəli çilingər işləmiş, xx.xx.1999-cu ildən isə həmin sexdə 5-ci dərəcəli növbətçi çilingər vəzifəsində işləmişdir. xx.xx.2003-cü ildən "xxxx" İstehsalat Birliyi "xxxx" X8 adlandırılmışdır, xx.xx.2008-ci il tarixdən zavodun 1 saylı (texnoloji) sexinin təmir sahəsində 5-ci dərəcəli növbətçi çilingər peşəsində, xx.xx.2008-ci il tarixdən isə həmin sexin təmir sahəsində 5-ci dərəcəli təmirçi-çilingər peşəsində işləmişdir. xx.xx.2015-ci il tarixdən "xxxx" X8 Heydər Əliyev adına X6 birləşdirilmiş və təhvil-təslimdən sonra həmin zavodun 19 №-li (texnoloji) sahəsinin Təmiri üzrə xidmət sahəsində 5-ci dərəcəli təmirçi-çilingər, xx.xx.2016-cı ildən texnoloji nasosların maşinisti vəzifəsində işləmişdir. Beləliklə, 13 sentyabr 1989-cu il tarixdən xx.xx.2016-cı il tarixədək iddiaçı bir gün belə fasilə olmadan eyni sexdə, eyni işlə məşğul olmuşdur. Zavodun adının, tabeçiliyinin və idarəçiliyinin dəyişdirilməsindən, habelə icra etdiyi işin adının müxtəlif formada ifadə olunmasından asılı olmayaraq, həmişə zərərli iş şəraitində işləmişdir. Hazırda işlədiyi iş də zərərli iş sahəsidir. Bundan başqa, Ermənistanda son 1 ildə işlədiyi təmir-tikinti ustası vəzifəsi də güzəştli şərtlə pensiya hüququ verən iş sahəsidir. xx.xx.2006-cı il tarixə hərbi xidməti də nəzərə alınmaqla iddiaçının ümumi əmək stajı 25 il 4 ay 17 gün, yaşa görə güzəştli şərtlə pensiya hüququ verən zərərli iş sahəsində stajı isə 17 il 3 ay 29 gün olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.8-ci maddələrinin tələblərinə görə iddiaçının yaşa görə əmək pensiyası hüququ 57 yaşından, yəni xx.xx.2019-cu ildən yaranmışdır və Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən ona həmin tarixdən tam qanuni əsasla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiyanın məbləği 2019-cu ildə hər ay 226 manat 07 qəpik, 2020-ci ildə isə 263 manat 59 qəpik olmuşdur. 2021-ci ilin yanvar ayından pensiya ödənişi dayandırılmışdır. İddiaçı məsələnin aydınlaşdırılması üçün xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Ərizəsinə uzun müddət cavab olmadığı üçün xx.xx.2021-ci il tarixdə ikinci dəfə cavabdehə müraciət etmişdir. İkinci ərizəsinə Heydər Əliyev adına X3 07 oktyabr 2021-ci il tarixli 123 №-li izahedici arayış da əlavə edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 24 noyabr 2021-ci il tarixli **********5 nömrəli məktubu ilə nəinki iddiaçının qanuni tələbi təmin edilməmiş, hətta keçmiş dövrdə (yəni 01 aprel 2019-cu ildən 01 yanvar 2021-ci il tarixədək) ona ödənilmiş 5197 manat 83 qəpik pensiya məbləğinin geri qaytarılması tələb edilmişdir. Həmin məktub iddiaçıya poçtla 17 dekabr 2021-ci il tarixdə çatdırılmışdır. Cavabdehin həmin cavabı aşağıdakı mülahizələrə görə qeyri-qanunidir və pensiya ödənişinin dayandırılması və ödənilmiş pensiya məbləğinin geri qaytarılması tələbi məhkəmə tərəfindən qeyri-qanuni hesab edilməlidir və pensiya ödənişi dayandırıldığı vaxtdan bərpa edilərək və indeksləşdirməklə iddaçıya ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının Xİİ fəslinin 3-cü hissəsində 2130301a-18547 və 2130301a-18559 nömrəli kodlarla texnoloji avadanlıqların təmiri üzrə çilingərlər, təmirçi çilingərlər yaşa görə güzəştli şərtlərlə 57 yaşından pensiya hüququ verən iş sahəsi kimi nəzərdə tutulmuşdur. Həmin güzəştlər Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu fəslinin 10.5.1-ci hissəsində də saxlanılmışdır. Qeyd etmək lazımdır ki, yuxarıda istinad olunan təmirçi çilingər işlərinin yerinə yetirilməsinin işçinin peşə dərəcəsindən, iş rejimindən, növbəli və yaxud bir növbədə işləməsindən asılı olmayaraq güzəştli iş kimi nəzərdə tutulmuşdur. Yetər ki, təmirçi çilingər neft emalı sahəsində işləsinlər. Onlar eyni funksiyanı yerinə yetirirlər. Bu barədə cavabdehə təqdim edilmiş izahedici arayışa da əhəmiyyət verilməmişdir. İddiaçı avtotəmir emalatxanasında, oyuncaq zavodunda və yaxud tarla düşərgəsində deyil, neft emalı ilə bağlı texnoloji avadanlıqların təmiri ilə məşğul olmuşdur. Həmin işin təkcə ağır havası işin zərərli olmasını şərtləndirir. X4 çilingər peşəsi istənilən halda, o cümlədən növbəli iş rejimində işləməyi nəzərdə tutan növbətçi çilingər texnoloji avadanlıqların təmiri və həmin avadanlıqlara xidmət göstərilməsi işlərinin yerinə yetirilməsidir. Növbətçi çilingər isə daha məhsuliyyətli işdir. Çünki gecə növbələrində avadanlıqlarda hər hansı nasazlıq yaranarsa, qəza şəraiti baş verərsə, avadanlıqların təxirəsalınmaz qaydada və işçi heyətinin az olduğu şəraitdə təmir edilməsi, nasazlıqların və qəzanın aradan qaldırılması daha ağır və məhsuliyyətli işdir. Ona görə də növbətçi çilingər işinə daha təcrübəli və səriştəli çilingərlər ayrılırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, xx.xx.2019-cu il tarixdə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Lakin güzəştli iş stajının olmaması səbəbindən xx.xx.2020-ci il tarixdən təyin edilmiş pensiya dayandırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda, 2) azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə, 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006-ci il tarixədək) bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53cü maddələrində və 90-cı maddəsinin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır). Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (57 yaş), 2) xx.xx.2006-cı il tarixədək azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Qeyd edilən normaların məzmunundan göründüyü kimi stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb edilən şərtlərdən biridir. Qanunun 9.1-ci maddəsinə əsasən yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərə əsasən xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində “Azərneftvağ” X4 növbətçiçilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin növbətçi-çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də İddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 9 il 6 ay 13 gün (xx.xx.1989-xx.xx.1999) təşkil edir. Göründüyü kimi İddiaçı qanunla tələb olunan güzəştli iş stajı mövcud deyil. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Qeyd edilənləri nəzərə alaraq İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək cavabdehin xx.xx.2021-ci il tarixli **********3 nömrəli qərarının ləğv olunması və ona xx.xx.2021-ci il tarixdən dayandırılmış əmək pensiyasının həmin tarixdən bərpa edilərək ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubu ilə göndərilmiş İddiaçı pensiya işinə dair sənədlərin surətindən görünür ki: - Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, qərarı ilə İddiaçı oğuna xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. - Heydər Əliyev adına X3 aprel 2019-cu il tarixli, **********81200601A00024 nömrəli arayışında göstərilmişdir ki, ARDNŞ-nin xx.xx.2014-cü il tarixli ARDNŞ/14- 1000/01/SM-04-000135 saylı əmrinə əsasən "xxxx" X3 xx.xx.2015-ci il tarixindən Heydər Əliyev adına Bakı X6 qoşulmaqla fəaliyyətinə xitam verilməsi ilə əlaqədar xx.xx.2015-ci il tarixli təhvil aktına əsasən "xxxx" X8 işəgötürəninin öhdəlikləri Heydər Əliyev adına Bakı X3 direktoruna verilmişdir. İddiaçı xx.xx.1989-cu ildən xx.xx.2015-ci ilədək "xxxx" X4, xx.xx.2015-ci ildən indiyədək Heydər Əliyev adına X4 işləyir. xx.xx.1989-cu ildən (işə qəbul barədə 194/şh saylı xx.xx.1989-cu il tarixli əmr) xx.xx.2015-ci ilədək "xxxx" NEZ-in 1 №-li sexində, yağ istehsalında texnoloji avadanlığın təmiri və xidməti üzrə çilingər, təmirçi çilingər xx.xx.2015-ci ildən indiyədək 19 №-li (texnoloji) sahənin təmir üzrə xidmət sahəsində texnoloji avadanlığın təmiri üzrə xidmət sahəsində təmirçi çilingər və xam neftin ilkin emalı üzrə 2 №-li istehsalatın 21 №-li texnoloji qurğusunda hazır məhsulun nəql edilməsi üzrə texnoloji nasosların maşinisti peşəsində işləyir. Bu peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5-ci bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Əmək şəraitinə görə güzəştli şərtləlrə əmək stajı 29 il 06 ay 23 gün təşkil edir. - Heydər Əliyev adına X3 DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 123 nömrəli arayışda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" X3 1 saylı (texnoloji) sexinin qurğularında (102, 103, 105, 106 №-li) xidmət göstərən Təmir sahəsinin texnoloji avadanlıqların təmiri üzrə çilingəri İddiaçı zavod tərəfindən verilmiş arxiv arayışında qeyd olunduğu kimi sahələrdə əmək funksiyasını yerinə yetirdiyi texnoloji avadanlıqların təmiri və xidməti üzrə çilingər, növbətçi çilingər peşəsinin əmək funksiyasının icrasının izahı açıqlanmış şəkildə sizlərə təqdim edilir. Müəssisələri təsərrüfat hesablı fasiləsiz iş qrafiki ilə işləyən dövlət əhəmiyətli strateji müəssisədir. O səbəbdən də işçinin xidmət etdiyi sahələrdə görülən işlər günün istənilən vaxtında təkrarlana bilər, belə ki, işçinin işlədiyi (texnoloji avadanlıqların təmiri və xidməti üzrə çilingər, növbətçi çilingər) peşələri mahiyyət etibarı ilə eyni əmək funksiyasının icraçılarıdır. İşçi növbəli iş qrafiki ilə işlədiyi üçün texnoloji avadanlıqların təmiri və xidməti üzrə çilingərin icra etdiyi funksiyaların eyni ilə növbə ərzində icrasını təmin edir. İlin əvvəlindən müəssisə rəhbərinin təsdiq etdiyi ştat cədvəlinə uyğun olaraq işçi növbəli iş qrafiki ilə işlədiyi üçün növbətçi çilingər kimi qeyd olunmuşdur və ona 12 % zərərlilik əmsalı təyin edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 №-li Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.3 və 10.5.1-ci bəndinə əsasən çilingərlər güzəştli şərtlərlə yaşa görə əmək pensiyasından istifadə etmək hüququna malikdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********3 nömrəli əmək pensiyasının dayandırılması haqqında qərarına əsasən DSMF Xətai rayon şöbəsi tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası DSMF-nin Daxili nəzarət departamentindən daxil olmuş xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktuba əsasən dayandırılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Heydər Əliyev adına X3 xx.xx.2022-ci il tarixli, **********81200601B00029 nömrəli İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələr haqqında arayışına əsasən: - xx.xx.1989-xx.xx.1994-cü ilədək 1 №-li sex, texnoloji avadanlığın təmiri və xidməti üzrə çilingər, xx.xx.1994-xx.xx.1998-ci ilədək 1 N-li yağ istehsalı, texnoloji avadanlığın təmiri və xidməti üzrə çilingər, xx.xx.1998-xx.xx.1999-cu ilədək 1 №-li sex, texnoloji avadanlığın təmiri və xidməti üzrə çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 2130301a-18547, Xİİ bölmənin 3-cü yarımbölməsinə; - xx.xx.1999-xx.xx.2008-ci ilədək 1 №-li sex, növbətçi çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 2130301a-18547, Xİİ bölmənin 3-cü yarımbölməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5-ci Neftin, qazın, qaz kondensatının emalı ((dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsinə; - xx.xx.2008-xx.xx.2008-ci ilədək 1 №-li (texnoloji) sex, təmir sahəsi, növbətçi çilingər, xx.xx.2008 -xx.xx.2015-ci ilədək 1 №-li (texnoloji) sex, təmir sahəsi təmirçi çilingər, xx.xx.2015-xx.xx.2016-cı ilədək 19 №-li (texnoloji) sex, təmir üzrə xidmət sahəsi, təmirçi çilingər, xx.xx.2016-xx.xx.2022-ci ilədək 2 №-li istehsalat, 21 №-li texnoloji qurğu, texnoloji nasosların maşinisti, xx.xx.2022-hal-hazıradək 2 №-li istehsalat, 21 №-li texnoloji qurğu, texnoloji qurğuların operatoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5-ci Neftin, qazın, qaz kondensatının emalı ((dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsinə uyğundur. Qeyd: a) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarının Xİİ bölməsinin 3-cü yarımbölməsi ilə təsdiq olunmuş funksiyalar: xammalın, yarımfabrikatların və hazır məhsulun, reagentlərin, yanacağın nəql edilməsi ilə məşğul olan fəhlələr Heydər Əliyev adına X4 mövcud ştat cədvəlində olan texnoloji nasosların maşinisti peşəsi ilə eynilik təşkil edir. b) texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər və növbətçi çilingər peşələrinin funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı (2-ci siyahı) ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin, göstəricilərin siyahısı”nın Xİİ bölməsinin 2130301a-18547 kodla müəyyən edilən peşənin funksiyaları ilə eynidir. Texnoloji avadanlıqların təmiri və xidməti üzrə çilingər və növbətçi çilingər peşələrinin sahələrdə yerinə yetirdiyi əmək funksiyasının icrası ilə bağlı öncəliklə bildirilir ki, müəssisələri fasiləsiz iş qrafiki ilə işləyən dövlət əhəmiyyətli strateji müəssisədir. Bununla əlaqədar işçinin fəaliyyət göstərdiyi sahədə görülən işlər günün istənilən vaxtında təkrarlana bilir. Habelə, işçinin işlədiyi növbətçi çilingər peşəsi ilə texnoloji avadanlıqların təmiri və xidməti üzrə çilingər peşəsi mahiyyət etibarı ilə eyni əmək fuksiyasını yerinə yetirir. İşçi növbəli iş qrafiki ilə işlədiyi üçün texnoloji avadanlıqların təmiri və xidməti üzrə çilingərin icra etdiyi funksiyaların eyni ilə növbə ərzində icrasını təmin edir. Müəssisənin təsdiq etdiyi ştat cədvəlinə uyğun olaraq işçi növbəli iş qrafiki ilə işlədiyi üçün əmək kitabçasında növbətçi çilingər kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin neft sənayesi sahələrinə aid olan “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”nın 1-ci və 36-cı hissəsində qeyd olunduğu kimi işçinin işlədiyi texnoloji sahələrdə də çilingər (növbətçi) peşəsi üzrə işləyən zaman texnoloji avadanlıqların təmiri dəqiq və mürəkkəb texnoloji avadanlıqların və mexanizmlərin təmiri və xidmətindən ibarətdir və o, aşağıdakı funksiyaları yerinə yetirir: xüsusi avadanlıq tətbiq etməklə daha mürəkkəb və daha dəqiq avadanlıq və mexanizmlərin hazırlanması; fiqurlu çevrəsi olan detalların tamamlanması, sürtülməsi və 7-10-cu kvalitetlər üzrə tam hamar səthin alınması; mexanizmlərdən istifadə etməklə xüsusi mürəkkəb qovşaq və texnoloji qurğuların, kalonların, peçlərin, buxarla işləyən və mərkəzdənqaçma nasoslarının, aparatların, avadanlıqların, boru kəmərlərinin, armaturların təmiri, yığılması, silinməsi və təmirdən sonra istismar üçün tam yararlı şəkildə təhvil verilməsi; tutum və çənlərin, rezervuarların avadanlıqlarının işçi və nəzarət qoruyucu klapanlarının çıxarılması və təmir edildikdən sonra qaytarılıb yerinə qoyulması; tam təmirdən sonra avadanlığın yığılması və quraşdırılması üçün mürəkkəb qurğuların hazırlanması; qaldırıcı - nəqliyyat mexanizmləri və xüsusi alətlər tətbiq etməklə takelaj işlərinin yerinə yetirilməsi; təmir ediləcək texnoloji avadanlıqların mürəkkəbliyinə və texnoloji istismar müddətinə uyğun olaraq qüsurlar cədvəlini tərtib edib siyahıya salınması; növbə ərzində lazım gələn təmir işlərinin vaxtında yerinə yetirilməsi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********5 nömrəli pensiya ödənişinin dayandırılması haqqında məktubda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X2 qərarlarını, X2 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Qanunun 90.2-ci maddəsinə əsasən isə normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən edilir. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırılır ki, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Araşdırma zamanı vaxtilə sizə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə sizin xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" X7 növbətçi-çilingər vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz növbətçiçilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (10) bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də sizin 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajınız 12 il 6 aydan az (9 il 6 ay 13 gün (xx.xx.1989-xx.xx.1999-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq sizə xx.xx.2019-cu il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən sizə xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 5197,83 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq sizə artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarmağınız xahiş edilir. Əks halda sizə artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir. Əlavə olaraq bildirilir ki, yuxarıda qeyd edilənlərlə bağlı tərəfimizdən 4 mart 2021-ci il tarixli **********2 nömrəli məktubla sizə məlumat verilmişdir. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci və 82-ci maddələrinə əsasən tərəfimizdən sizə artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında 6 oktyabr 2021-ci il tarixli **********7 nömrəli qərar aidiyyəti üzrə yaşadığınız ünvana göndərilmişdir. İddiaçıya aid pensiya alt sistemindən çıxarışa əsasən sonuncu dəfə pensiya ödənişi xx.xx.2020-ci il tarixdə aparılmışdır. Pensiyanın dayandırılma tarixi xx.xx.2021-ci il göstərilmişdir. Hazırkı iş üzrə iddiaçı barəsində qəbul edilmiş əlverişsiz inzibati aktın xx.xx.2021-ci il tarixli **********3 nömrəli qərarının ləğvini və ona təyin edilmiş pensiyanın bərpasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əmək pensiyasının dayandırılması haqqında qərarının ləğv edilməsi mübahisələndirmə haqqında iddiadır. Pensiyanın bərpa edilməsi barədə tələb isə 32.1-ci maddənin ikinci cümləsinə əsasən mübahisələndirilən qərarın nəticələrinin aradan qaldırılması tələbinə uyğun olmaqla bütövlükdə mübahisələndirmə haqqında iddia ilə əhatə olunur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Cavabdeh iddiaçının əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli qərarın iddiaçıya təqdim edilməsini sübut edən sənədə istinad etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən qərardan iddiaçının daha əvvəl məlumatlı olduğu sübuta yetirilmədiyi sürəcə hesab olunur ki, iddiaçı sözügedən əlverişsiz inzibati aktdan məlumatlı olmamışdır. Hətta iddiaçıya ünvanlanmış pensiya ödənişinin dayandırılması haqqında xx.xx.2021-ci il tarixli məktubda da dayandırma barədə qərardan bəhs edilməmiş, həmin qərarın surəti iddiaçıya qoşma olaraq təqdim edilməmişdir. Məlumdur ki, iddiaçı sözügedən pensiya ödənişinin dayandırılması haqqında xx.xx.2021-ci il tarixli məktubla məlumatlandırıldıqdan sonra xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı məhkəmə icraatında məlumatlı olduğu mübahisələndirdiyi inzibati akta münasibətdə iddia müddətini ötürmüş hesab edilmir. Beləliklə, hazırkı iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli **********3 nömrəli əmək pensiyasının dayandırılması haqqında qərarının ləğv edilməsini mübahisələndirdiyindən məhkəmə həmin qərarın ilk növbədə “İnzibati icraat haqqında”, “Əmək pensiyaları haqqında” Qanunların prosessual normalarının tələbləri baxımından qanuniliyini yoxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. -67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6.2-ci maddəsinə görə səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. -67.7-ci maddəsinə görə bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Sadalanan normalara istinadən məhkəmə qeyd edir ki, inzibati orqanın cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini nəzərdə tutan qərarı əlverişli inzibati aktdır. Hazırkı iş üzrə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında əlverişli inzibati akt mövcuddur, ləğv edilməmişdir. Başqa sözlə, qüvvədə əlverişli inzibati akt olduğu halda həmin inzibati akt ləğv edilmədən həmin qərarla ödənilmiş pensiyanın dayandırılması barədə qərarın qəbul edilməsi yolverilməzdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. -58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilməlidir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından əmək pensiyası ilə bağlı məsələnin həlli ilə əlaqədar hər bir halda, o cümlədən pensiyanın ləğv olunması ilə bağlı hallarda inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, həmin icraatın yekununda qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırılmış qərar qəbul etməyə borcludur. Şəxs inzibati orqanın hansı hallara və qanunvericilik normalarına söykənərək müvafiq qərarı qəbul etdiyini həmin qərardan aydın görmək imkanına malik olmalıdır. Cavabdehin pensiyanın dayandırılması barədə iddiaçıya sadəcə olaraq məktubla cavab verməsi yetərli sayıla bilməz və şəxsin qanunauyğun qərarın qəbuluna, eləcə də obyektiv inzibati icraatın aparılmasına olan tələb hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan əlavə, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla (bir qayda olaraq əlverişsiz inzibati aktla) bağlı onun mülahizələrini və arqumentlərini dinləmək, habelə onun ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu, inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Hazırkı pensiya işindən görünür ki, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçı pensiyanın dayandırılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq barəsində əlverişsiz inzibati akt qəbul edilmişdir. Mübahisələndirilən qərarın təsviri-əsaslandırıcı hissəsindən də görünür ki, qərarın qəbulu ilə bağlı inzibati orqan tərəfindən heç bir araşdırma aparılmamış, qərarın qəbul edilməsi üçün əsas olan məlumatların nə olduğu müəyyən edilməmiş, artıq ödəmə üçün əsas yaranmışdırsa, bunun hansı sübutlarla təsdiq edildiyi, sübutların hansı qaydada qiymətləndirildiyi barədə məlumat qeyd edilməmişdir. Qeyd edilən prosessual əsaslar hazırkı mübahisələndirilən inzibati aktın ləğv edilərək hüquqi nəticələrin aradan qaldırılmasının ilkin əsasını təşkil edir. Məhkəmə eyni zamanda hazırkı icraatda cavabdehin pensiya ödənişinin dayandırılması barədə sözügedən qərarına həm də maddi hüquq normalarının tələbləri baxımından yoxlanılaraq qiymət verilməsini də mümkün hesab edir. Belə ki, cavabdeh iddiaçının xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" X4 işlədiyi növbətçi-çilingər vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsində nəzərdə tutulmadığını, bu səbəbdən də İddiaçı xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının tələb olunan 12 il 06 aydan az, yəni 9 il 6 ay 13 gün (xx.xx.1989-xx.xx.1999) təşkil etdiyini əsas götürərək pensiya ödənişini dayandırmışdır. İlk növbədə məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının əmək kitabçasındakı, habelə pensiya işində olan güzəştli arayışında iddiaçının görmüş olduğu işlərin güzəştli iş stajına hesablana bilməsi ilə bağlı məlumatın həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. İnzibati orqan belə bir sübutu nə inzibati icraat zamanı əldə etmiş, nə də məhkəmə icraatında təqdim etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir”. İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışları ilkin pensiya təyinatı zamanı, eləcə də pensiya ödənişi dayandırılıqdan sonra da işəgötürən tərəfindən cavabdeh orqana təqdim edilmişdir. Bundan əlavə, məhkəmə icraatı zamanı da işəgötürənə müvafiq sorğu ilə müraciət edilmiş, Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 10.5-ci Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsində texnoloji avadanlıqların təmiri üzrə çilingərlər peşəsi nəzərdə tutulduğu halda İddiaçı işlədiyi növbətçi çilingər vəzifəsinin adıçəkilən vəzifə koduna - texnoloji avadanlıqların təmiri üzrə çilingərlər peşəsinə aid edilib-edilməsinin əsasları, aid edildiyi halda növbətçi çilingər vəzifəsinin yerinə yetirilən işin hansı xüsusiyyətinə görə qeyd edilən peşə ilə eyni olması, həmin vəzifələr üzrə əmək funksiyalarının oxşar və fərqli xüsusiyyətləri, hər iki peşə üzrə işin yerinə yetirilmə qrafiki, iş saatlarında, işin icrasında hansı fərqlərin olması və s.) barədə ətraflı məlumatın verilməsi tələb olunmuşdur. Heydər Əliyev adına X3 iddiaçı barəsində təqdim etdiyi güzəştli arayışında da göstərilmişdir ki, texnoloji avadanlıqların təmiri və xidməti üzrə çilingər və növbətçi çilingər peşələrinin əmək funksiyaları eynidir, peşələr arasında fərq yalnız iş qrafiki ilə bağlıdır. Növbətçi çilingər vəzifəsində işçi əmək funksiyasını yalnız növbə ərzində görürsə, adi qaydada işçi işi gün ərzində iş saatlarında tələb olunan vaxt ərzində icra edir. Yəni hər iki peşədə işləyənlər eyni vəzifəni, vəzifə təlimatlarındakı eyni əmək funksiyalarını icra edirlər, hər iki peşə (ad) üzrə adlarda fərq olsa da əmək funksiyaları, işin icra edildiyi əmək şəraiti eynidir, fərq yalnız iş qrafikində olan növbəlilikdədir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin məqsədi məhz zərərli iş şəraitində işləmiş şəxslərin güzəştli şərtlərlə pensiya hüququnu təmin etməkdən ibarət olduğu nəzərə alındıqda demək olar ki, yuxarıda adıçəkilən icmal məktubda qeyd edildiyi kimi iddiaçının işlədiyi peşələr istər vəzifə (peşə) təlimatları, istərsə də bilavasitə yerinə yetirilən işin xüsusiyyəti, əmək funksiyaları cəhətindən texnoloji avadanlıqların təmiri və xidməti üzrə çilingərin yerinə yetirdiyi işlərlə eyni olmuşdur. Qeyd edilən zərərli işdə işləmənin özü belə iş qrafikindən asılı olmayaraq əmək şəraiti mühiti, zərərli maddələr, ümumi təhlükəlilik və s. cəhətdən həmin vəzifənin güzəştli iş stajı kimi qəbul edilməsinə yetərli hesab edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, texnoloji avadanlıqların təmiri və xidməti üzrə çilingər anlayışı ümumi anlayışdır, bu anlayış peşənin və ya vəzifənin növünü və onun peşə məzmununu ifadə edir. Növbətçi çilingər anlayışı isə funksional anlamda vəzifəni və onun statusunu ifadə edir. Bu mənada məhkəmə hesab edir ki, adıçəkilən siyahıda nəzərdə tutulmuş çilingər anlayışı məzmun baxımından həm də növbətçi çilingər vəzifəsini də ehtiva edir. Beləliklə, mübahisəyə dair işin müəyyən olunmuş hallarından göründüyü kimi iddiaçının xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" X4 işlədiyi növbətçi-çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda 21302000 Neft-qaz və qaz kondensatının hasilatı 2130200a, a) fəhlələr, 2130200a—18547 texnoloji qurğuların təmiri üzrə çilingərlər peşəsinə uyğundur. Bu baxımdan da iddiaçı ona təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi tələbində haqlı sayılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərar iddiaçıya münasibətdə əlverişsiz inzibati akt olmaqla yanaşı inzibati icraat haqqında hüquq normalarının və bu sahədə xüsusi norma kimi çıxış edən “Əmək pensiyaları haqqında” Qanunun tələblərinin pozulması ilə qəbul olunduğundan həm də qanunsuz inzibati akt hesab olunur. Qeyd edildiyi kimi qanunsuz əlverişsiz inzibati akt isə hər bir halda ləğv olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********3 nömrəli əmək pensiyasının dayandırılması haqqında qərarı ləğv edilməli, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli **********3 nömrəli qərarı ləğv edilsin. İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5569/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5569/2022
17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver