Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-557/2023 30.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin Sona Mahüseyn qızına məxsus olması barədə arayışın İddiaçı verilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 95/110 nömrəli ayrıc aktına əsasən istifadəsinə ayrılmış Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ massivi ərazisində yerləşən 0,90 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyətinə qarşı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq Abşeron Rayon İcra Hakimiyyəti başçısının 2005-ci il tarixli 083 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ərazisində yerləşən 3 hektara yaxın torpaq sahəsi və onun üzərindəki tikili onun babası X2 məxsus olmuşdur. SSRİ qurulan zaman həmin torpaq sahəsi geri alınsa da, babasının faktiki istifadəsində qalmışdır. 1962-ci ildə babası vəfat etmiş və yenə də torpaq sahəsi ailənin istifadəsində qalmışdır. 1995-ci ildə anası Sona Mahüseyn qızı Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edərək həmin torpaq sahəsinin geri qaytarılmasını xahiş etmişdir. Anasının müraciətindən sonra həmin əraziyə baxış keçirilmiş və həqiqətən babası Mahüseyn Hüseynova məxsus sahənin (bad olmayan) mövcud olduğu müəyyən edilmişdir. Beləliklə də, göstərilən ərazinin iddiaçının anasına və onun övladlarına ayrılmasına etiraz edilməmiş, bununla bağlı 26 may 1995-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 95/110 nömrəli ayrıc aktı tərtib edilmişdir. Eyni zamanda, bağ sahəsinin yerləşmə sxemi də hazırlanmışdır. Həmin torpaq sahəsinin ayrılmasına dair göstərişlər bu formada müəyyən edilmişdir: AB xətti asfalt yola 20,0 metr məsafədə paralel ayrılmalı, AB = 90,0 m. “B” nöqtəsi mövcud mərtəbəli binanın şərq hissəsindən 4B m məsafədə yerləşir; BV xətti AB xəttinə 90 dərəcə bucaq altında ayrılmalı, BV = 100,0 m; BQ xətti AB xəttinə paralel ayrılmalı; QA xətti BV xəttinə paralel ayrılmalı. Atası vəfat etdikdən sonra həmin torpaq sahəsi onun övladlarının istifadəsində qalmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 1 may 1995-ci il tarixli məktubla Bağlar Təsərrüfatı İdarəsinin rəisinə müraciət olunaraq qeyd edilən 0,90 ha torpaq sahəsinin anasına və onun ailəsinə ayrılması barədə müvafiq sənədləşmənin aparılması xahiş olunmuşdur. Bundan sonra həmin 0,90 ha torpaq sahəsinə dair onların adına müvafiq nömrəli orderlər verilmişdir. Lakin 15 iyun 2018-ci il tarixdə evdə baş vermiş yanğın zamanı həmin sənədlər yanaraq məhv olmuş və bu səbəbdən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə müraciət edilərək orderlərin arxiv nüsxələrinin verilməsi xahiş olunmuşdur. İdarədən isə, qeyd olunan əraziyə aid yalnız anasının adına 0.12 ha torpaq sahəsi üzrə 169v/5 nömrəli orderin mövcud olduğu bildirilmişdir. Bundan sonra, Bakı şəhəri 35 saylı Notariat Kontoruna müraciət edərək anasından qalmış miras əmlakı üzrə vərəsəlik dairəsinin müəyyən edilməsini xahiş etmiş və vərəsələrin dairəsi müəyyən edilərək həmin (0,90 ha) miras əmlaka dövlət reyestrindən çıxarışın verilməsi Notariat Kontoru tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsindən xahiş olunmuşdur. Lakin müraciət müsbət həllini tapmamış və buna səbəb olan hər hansı bir əsasla bağlı rəsmi cavab verilməmişdir. Təkrar müraciətdən sonra 21 iyun 2019-cu il tarixdə cavab verilmiş və həmin məktubda müraciətin icrasından imtina olunduğu bildirilmişdir. Buna səbəb kimi torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlərin ərizəyə əlavə edilmədiyi, torpaq sahəsində fərqli ölçülərdə bir neçə istixana və tikili mövcud olduğu, həmin istixana və tikilinin bir hissəsinin mərhum babası X2 ayrılmış 0,90 ha torpaq sahəsinin üzərinə düşdüyü, torpaq sahəsinin Zirə Südçülük X5 rayonunun istifadəsində saxlanılmış kənd təsərrüfatı-icarə torpaqlarının üzərinə düşdüyü, torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqdan müvəqqəti istifadə hüququna dair JN-7181 nömrəli şəhadətnamə ilə X4 istifadəsinə verilmiş 9,43 ha torpaq sahəsinin daxilində yerləşdiyi və mərhum babası Mahüseyn Hüseynova ayrılmış 0,90 ha torpaq sahəsi JN-7181 A (4.306 ha) hissəsinə düşdüyü göstərilmişdir. Halbuki 0,90 ha torpaq sahəsi ayrıc aktı ilə ailəsinə 1995-ci ildə verilmiş, lakin imtinaya əsas kimi göstərilən JN-7181A (4.306 ha) şəhadətnamə isə Güloğlan Məmmədova 2005-ci ildə verilmişdir. Həmin şəhadətnamənin verilməsinə əsas Abşeron Rayon İcra Hakimiyyəti başçısının 083 saylı sərəncamı olmuşdur. Məhz bu baxımdan sərəncamın etibarsız hesab olunması barədə iddia qaldırılmışdır. Həmin iddia tələbi ilə bağlı məhkəmə 21 oktyabr 2019-cu il tarixdə tikinti-texniki ekspertizası təyin etmiş və mülki iş Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suallar barədə ekspert tərəfindən tədqiqat aparılmış və hər iki sual üzrə nəticə əldə olunmuşdur. Beləliklə, keçirilmiş tikinti-texniki ekspertizasının nəticəsinə dair məhkəmə tərəfindən ekspert qarşısının qoyulmuş birinci və ikinci suallar üzrə “1995-ci il 26 may tarixli 95/110 saylı ayrıc aktında qeyd olunan istinad nöqtələrinin faktiki vəziyyətdə dəyişilməsini nəzərə alaraq, kameral şəraitdə aerofoto materiallarından istifadə edərək ayrıc aktında göstərilən 0,90 ha torpaq sahəsinin coğrafi yerləşmə mövqeyini müəyyən etməyin mümkün olduğu”, habelə “kameral şəraitdə aerofoto materiallarından istifadə edilərək coğrafi yerləşmə mövqeyi müəyyən edilmiş 1995-ci il 26 may tarixli 96/110 saylı ayrıc aktında göstərilən 0,90 ha torpaq sahəsi ilə ilkin torpaqayırma sənədlərinə və faktiki istifadə vəziyyətinə əsasən JN-7181 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” əsasında üçüncü şəxsin icarəsində olan 9,43 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi” müəyyən edilmişdir. Baxmayaraq ki, Sumqayıt İnzibati Məhkəməsi iddianı icraata qəbul edərək xeyli araşdırma aparmış və ekspertiza təyin etmiş, lakin ekspertizanın rəyindən sonra işin Bakı İnzibati Məhkəməsinə aidiyyəti olduğunu əsas gətirərək işi 21 iyul 2020-ci il tarixli qərardadla həmin məhkəməyə göndərmişdir. İnzibati iş Bakı İnzibati Məhkəməsinə göndərildikdən sonra 15 oktyabr 2020-ci il tarixli qərardadla iddia mümkün sayılmamışdır. İddianın mümkün sayılmaması isə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə müraciət edilməməsi ilə əlaqələndirilmişdir. Daha sonra, 30 oktyabr 2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunaraq, 0,90 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi 16 dekabr 2020-ci il tarixli məktubla müraciətin icrasından imtina edərək, o cümlədən, torpaq sahəsinin Abşeron rayon ərazi hüdudları daxilində yerləşdiyini əsas tutaraq 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət olunmasını məqsədəmüvafiq hesab etmişdir. Bundan sonra, iddiaçı 18 dekabr 2020-ci il tarixdə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək 0,90 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin 08 yanvar 2021-ci il tarixli məktubla müraciətin icrasından imtina edilmişdir. Buna səbəb kimi torpaqayırma qərarının, eləcə də bağ sahəsinin icarə müqaviləsi və ya orderinin təqdim edilməməsi, eyni zamanda 0,90 ha torpaq sahəsinin Abşeron Rayon İcra Hakimiyyəti başçısının 01 aprel 2005-ci il tarixli 083 saylı sərəncamı ilə X6 həmin tarixdə 99 il müddətinə icarəyə verilmiş JN-7181 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”də qeyd olunan 9,43 ha torpaq sahəsinin JN-7181A konturundakı 4,306 ha hissəsinə düşdüyü, həmin hissədə X6 məxsus istixana mövcud olduğu, qeyd olunan torpaq sahəsinin keçmiş Zirə X1 rayonunun istifadəsində saxlandığı, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ərazisində yerləşdiyi və qeyd olunan torpaq sahəsi ilə bağlı mübahisənin olduğu göstərilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron rayon Ərazi İdarəsinin imtinası tam qanunsuz və əsassızdır. Belə ki, mübahisə edilən 0,90 ha torpaq sahəsi bağ sahəsidir və həmin torpaq sahəsinin bağ təyinatlı olmasına dair ayrıc aktı mövcuddur. Həmin torpaq sahəsinin hüquqi qeydiyyata alınmasına əsas olan bütün zəruri sənədlər cavabdeh orqana təqdim edilmiş və imtina üçün hər hansı bir əsas mövcud olmamışdır. Bundan başqa, 2-1(118)-93/2020 saylı inzibati iş üzrə keçirilmiş tikinti-texniki ekspertizasının nəticəsinə dair ekspert rəyi ilə X6 icarəyə verilmiş torpaq sahəsi ilə 0,90 ha torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-840/2021 saylı işi üzrə 02 iyul 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-589/2021 saylı işi üzrə 21 oktyabr 2021-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati mübahisə aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək göstərmişdir ki, sözü gedən torpaq sahəsi inzibati baxımdan Xəzər rayonu ərazisinə aid coğrafi yerləşmə nöqtəsində yerləşir lakin ərazinin idarəçiliyi isə Abşeron rayonunun idarəçiliyində saxlanılmış kənd təsərrüfatı torpaqları altında örüş sahəsinə aid edilmişdir. Mübahisələndirilən məsələ tam mahiyyəti ilə bağlar təsərrüfatı birliyinə təhvil verilib. 1996cı il tarixli torpaq islahatı haqqında qanuna edilən dəyişiklik və 2009-cu ilin əmlak komitəsinin meyarları idarə heyyətinin təklifləri əsasında hazırlanmış qanun ünvan reyestir xidmətinin qanunla və iş prinsiplərini tənzimləyir və 2013-cü ilin sərəncamina əsasən mübahisələndirilən məsələ İddiaçı mübahisələndirdikləri məsələ ata bağı kimi Bakı şəhəri memarlıq və şəhərsalma baş idarəsi tərəfindən ərazi müayinə edilərək ərazinin baş planı işlənərək Bakı şəhər baş İcrakom tərəfindən Dövlət Aktı tərtib edib rəsmi olaraq 1995-ci ilin 26 may ayından etibarən ərazi Sona Mahüseyn qızı və övladlarına memarlıq və şəhərsalma baş idarəsi tərəfindən bağlar təsərrüfatı birliyinə yanlız idarəçilik işlərində təhvil verilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərardadı ilə inzibati məhkəmə icraatı üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2-1(112)-4312/2022 saylı qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2255/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qərarı ləğv edilmişdir. Həmin qərardadda göstərilmişdir ki, qanunvericilyin qeyd olunan tələblərindən göründüyü kimi, vərəsə ilk öncə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanından arayış alınmalı, bundan sonra həmin arayış əsasında vərəsəlik sənədi (vərəsəlik şəhadətnaməsi) əldə edilərək qeydiyyat orqanına təqdim eməklə, birbaşa qeydiyyat orqanında bağ sahəsinə dair öz adına rəsmiləşdirmək hüququnu əldə edir. Konkret halda isə məhkəmə tərəfindən qanunvericiliyin qeyd olunan tələbləri baxımından, iddiaçının vərəsə olduğu və onun vərəsəsi olduğunu istinad etdiyi mərhum anası Sona Mahüseyn qızına məxsus olduğunu iddia etdiyi mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin (o cümlədən order, icarə müqaviləsi və s.) mövcud olub-olmadığı aydınlaşdırılmamışdır. Ən azından, iş materiallarında olan (1-ci cild, i.v.172) cavabdeh inzibati orqan iddiaçıya ünvanladığı **********12 saylı xx.xx.2018-ci il tarixli məktubunda - Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində 137 nömrəli BTK nəzdində sahəsi 0,12 ha olan 169 v/5 saylı bağ sahəsinə dair mərhum Sona Mahhüseyn qızının adına tərtib edilmiş orderin İdarənin arxivində mövcud olduğunu bildirsə də, bununla bağlı məhkəmə heç bir araşdırma aparmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Məhkəməsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edərək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin və ya sahəsinin Sona Mahhüseyn qızına məxsusluğuna dair arayışın verilməsinı iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 0,90 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əslinin (və ya notarial qaydada təsdiq olunmuş surətinin) məhkəməyə təqdim edilməsini təklif etmişdir. Bakı İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi iddiaçının ərizəsi əsasında “Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ərazisində yerləşən 0.90 ha torpaq sahəsinin mərhum anası Sona Mahüseyn qızının məxsus olması barədə arayışın İddiaçı verilməsi” kimi dəyişdirilmişdir. İş üzrə məhkəmə iclası təyin olunaraq bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib iddianın mümkünlük məsələsini müzakirə etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının hazırki tələbi Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində 137 nömrəli BTK nəzdində 169v/5 nömrəli bağ sahəsinə dair order əsasında Sona Mahüseyn qızına məxsus olmuş sahəsi 0,12 hektar olan torpaqla bağlı deyil. 169v/5 nömrəli bağ sahəsi iddiaçının ailəsinin istifadəsində olmuş və sonradan alqı-satqı müqaviləsi əsasında satılmışdır. Hazırki tələb üzrə iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddiaçı tərəfindən iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim etmədiyindən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsi X14 ünvanlanmış **********75 saylı, 16 dekabr 2020-ci il tarixli məktubda bildirilmişdir ki, göstərilən torpaq elektron kadastr baza məlumatına və yeni sərhəd məlumatlarına əsasən Abşeron rayon ərazi hüdudları daxilində yerləşdiyindən 4 saylı Abşeron ərazi idarəsinə müraciət etmək məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Nümayəndə1 təqdim etdiyi s-64 saylı, 19 iyul 2018-ci il tarixli arxiv arayışında bildirilmişdir ki, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərdə 1931- 1933-cü illərə dair Bakı şəhəri Suraxanı rayonu üzrə doğum haqqında bərpa kitablarında 1921-ci ilin İİ yarımilliyində doğulan Sona Mahüseyn qızının təvəllüdü qeyd olunur. Atası: Mahüseyn Malikəjdərİ Anası: X25. Əsas f.3168, siy.1, kitab 21, vər.31. X15 Yeni Suraxanı qəsəbəsi inzibati ərazi dairəsi tərəfindən verilmiş arayışdan görünür ki, o, ölənə qədər (30 mart 1996-cı ilə kimi) ünvan 1 ünvanında qeydiyyatda olmuş və ailəsi ilə bərabər orada yaşamışdır. AZ-İ seriyalı, 951226 saylı, 19 iyul 2018-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının anası Sona Mahüseyn qızı 30 mart 1996-cı il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 2 ünvanlanmış x-329 saylı, 21 sentyabr 2020-ci il tarixli məktubda xahiş edilmişdir ki, Sona Mahüseyn qızına aid olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən 0,9 ha torpaq sahəsinə dair çıxarış və texniki pasport verilsin. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib olunmuş 95/110 saylı, 26 may 1995-ci il tarixli aktına və Bağlar Təsərrüfatı İdarəsinə ünvanlanmış 18/03-8/393 saylı, 1/Vİ/-85 saylı məktuba əsasən qeyd olunan ərazi müayinə olunmuş və orada həqiqətən Mahüseyn Məlikəjdər oğluna mənsub olan köhnə xarabalıqlar olduğu aşkar edilmişdir. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi göstərilən ərazinin ata bağı kimi Sona Mahüseyn qızına və onun övladlarına ayrılmasına etiraz etməmişdir. Ayrıc aktına dair göstərişə əsasən; AB xətti asfalt yola 20,0 metr məsafədə paralel ayrılmalı, AB = 90,0 m. “B” nöqtəsi mövcud mərtəbəli binanın şərq hissəsindən 4B m məsafədə yerləşir; BV xətti AB xəttinə 90 dərəcə bucaq altında ayrılmalı, BV = 100,0 m; BQ xətti AB xəttinə paralel ayrılmalı; QA xətti BV xəttinə paralel ayrılmalı. X7 və İstismarı Birliyinin vəkil A.Hüseynovun sorğusuna cavab olaraq ünvanladığı 1137 saylı, 22 iyun 2005-ci il tarixli məktubda bildirilmişdir ki, X2 mənsub olan Xaşa-Xuna ərazisindəki 0,90 ha sahə Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ata bağı kimi Sona Mahüseyn qızına və onun övladlarına ayrılması üçün 26 may 1995-ci il tarixdə ayrıc aktı ilə Bağlar təsərrüfatı birliyinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi Sumqayıt İnzibati Məhkəməsinə iddiaya dair yazılı etirazla müraciət edərək bildirmişdir ki, Abşeron rayonunun istifadəsində saxlanılmış, keçmiş Zirə südçülük-tərəvəzçilik onun ərazisində yerləşən 0,90 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət revestrində qeydiyyata alınması ilə bağlı İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə 18 dekabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. İddiaçının sözügedən 0,90 ha torpaq sahəsinə dair çıxarış və texniki pasportun verilməsi ilə bağlı Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış Bakı şəhəri 35 saylı ofisinin xx.xx.2020-ci il tarixli X- 329 saylı vərəsəlik məktubu, Bağlar Təsərrüfatı İdarəsinə ünvanlanmış 18/03-8/393 saylı, xx.xx.1995-ci il tarixli müraciət məktubu, torpaq sahəsinin təhkim aktı və plan-sxeminin sürətinin təqdim edildiyi müəyyən edilmişdir. Sənədlər araşdırılarkən məlum olmuşdur ki. Sona Mahüseyn qızı və ailə üzvlərinə bağ sahəsi ayrılması üçün müraciət olunan 0,90 ha torpaq sahəsinə dair təqdim etdiyi Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin ayrıc aktına Bakı Şəhər İcra Hakimiyyətinin torpaqayırma qərarı, eləcə də ləğv edilmiş X7 və İstismarı Birliyi tərəfindən bağ sahəsinin istifadəyə verilməsi barədə icarə müqaviləsi və ya order əlavə edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən, torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1- ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasımn (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələbərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 083 saylı, 01 aprel 2005-cı il tarixli sərəncamı ilə keçmiş Zirə tərəvəzçilik-südçülük sovxozun ərazisində, örüş sahədən ibarət olmaqla X33 kimi uçota alınmış torpaqdan kənd təsərrüfatı məqsədilə X6 9,43 ha 99 il müddətinə icarə qaydasında torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədlərinin təsdiq edilmiş və torpaqdan istifadə edilməmişdən əvvəl tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri Respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində qeydə alınaraq torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə alınması təmin edilmişdir. JN seriyalı, 7181 saylı, 19 aprel 2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının 01 aprel 2005-ci il tarixli 083 saylı sərəncamı və icarə müqaviləsi ilə Abşeron rayonu, keçmiş Zirə tərəvəzçilik və südçülük sovxozu ərazisi kənd təsərrüfatı məhsulları istehsalı üçün 99 il müddətinə 9,43 hektar (o cümlədən, əkin, çoxillik əkmələr, 9,43 hektar örüş) kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi müvəqqəti istifadə üçün (torpaq sahəsini və kənd təsərrüfatını inkişaf etdirmək şərti ilə) X6 verilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********60 saylı, 30 aprel 2020-ci il tarixli məktubu ilə Sumqayıt İnzibati Məhkəməsinə ünvanlanan mütəxəssis rəyində araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, mütəxəssis qarşısında qoyulmuş sual elektron GPS aləti vasitəsi ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə Təqdidat Mərkəzinin Bakı Layihə Tədqiqat İdarəsinin mütəxəssisi; Məhkəmə Ekspertizası Mərkəzinin eksperti, iddiaçı və cavabdehin iştirakı ilə çöl-ölçmə işləri aparılmışdır; 1. Məhkəmənin iddiaçıya aid təqdim etdiyi sənədlər arasında 0,90 ha torpaq sahəsinə aid qanunvericiliyə uyğun olaraq hüquqmüəyyənedici sənədlər və həmin torpaq sahəsi barədə elektron kadastr məlumat bazasında məlumat aşkarlanmamışdır. Məhkəmə tərəfindən təqdim olunmuş 95/110 saylı, 26 may 1995-ci il tarixli ayrıc aktında qeyd olunan istinad nöqtələrinin faktiki vəziyyətdə dəyişilməsini nəzərə alaraq, kameral şəraitdə aerofoto materiallarından istifadə edərək ayrıc aktında göstərilən 0,90 ha torpaq sahəsinin coğrafi yerləşmə mövqeyini müəyyən etmək mümkündür. 2. Kameral şəraitdə aerofoto materiallarından istifadə edilərək coğrafi yerləşmə mövqeyi müəyyən edilmiş 95/110 saylı, 26 may 1995-ci il tarixli ayrıc aktında göstərilən 0,90 ha torpaq sahəsi ilə ilkin torpaqayırma sənədlərinə və faktiki istifadə vəziyyətinə əsasən JN-7181 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” əsasında üçüncü şəxsin icarəsində olan 9,43 ha torpaq sahəsi üst-üstə düşmür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2020-ci il tarixli ekspert rəyinin tədqiqatın nəticəsi hissəsində bildirilmişdir ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı Bakı Layihə Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Abşeron rayonu, Zirə-Südçülük sovxozunun ərazisində yerləşən, iddiaçıya aid təqdim etdiyi sənədlər arasında 0,90 ha torpaq sahəsinə dair qanunvericiliyə uyğun olaraq hüquqmüəyyənedici sənədlər və həmin torpaq sahəsi barədə elektron kadastr bazasında məlumat aşkarlanmamışdır. Məhkəmə tərəfindən təqdim olunmuş 1995-ci il 26 may tarixli 95/110 saylı ayrıc aktında qeyd olunan istinad nöqtələrinin faktiki vəziyyətdə dəyişilməsini nəzərə alaraq, kameral şəraitdə aerofoto materiallarından istifadə edərək ayrıc aktında göstərilən 0,90 ha torpaq sahəsinin coğrafi yerləşmə mövqeyini müəyyən etmək mümkündür. Kameral şəraitdə aerofoto materiallarından istifadə edilərək coğrafi yerləşmə mövqeyi müəyyən edilmiş 95/110 saylı, 26 may 1995-ci il tarixli ayrıc aktında göstərilən 0,90 ha torpaq sahəsi ilə ilkin torpaqayırma sənədlərinə və faktiki istifadə vəziyyətinə əsasən JN-7181 nömrəli “Torpaqdan müvəqqəti istifadə huququna dair şəhadətnamə” əsasında üçüncü şəxsin icarəsində olan 9,43 ha torpaq sahəsi üst-üstə düşmür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsi X14 ünvanlanmış **********46 saylı, 08 yanvar 2021-ci il tarixli bildirişə əsasən sözügedən 0,90 ha torpaq sahəsinə dair çıxarış və texniki pasportun verilməsi ilə bağlı Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış Bakı şəhəri 35 saylı notariat ofisinin x-329 saylı, xx.xx.2020-ci il tarixli vərəsəlik məktubu, Bağlar təsərrüfatı idarəsinə ünvanlanmış 18/03-8/393 saylı, 01 iyun 1995-ci il tarixli müraciət məktubu, torpaq sahəsinin təhkim aktı və plan-sxeminin surətinin təqdim edildiyi müəyyən edilmişdir. Sənədlər araşdırılarkən məlum olmuşdur ki, Sona Mahüseyn qızı və ailə üzvlərinə bağ sahəsi ayrılması üçün müraciət olunan 0,90 ha torpaq sahəsinə dair təqdim etdiyi Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin ayrıc aktına Bakı Şəhər İcra Hakimiyyətinin torpaqayırma qərarı, eləsə də ləğv edilmiş X7 və İstismarı Birliyi tərəfindən bağ sahəsinin istifadəyə verilməsi barədə icarə müqaviləsi və ya order əlavə edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə ünvanlanmış **********22 saylı, 29 dekabr 2012-ci il tarixli məktubda bildirilmişdir ki, Abşeron rayonu, Zirə tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən X8, X27, X20 məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş **********70 saylı, 06 aprel 2013-cü il tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsünə, həmçinin torpaqdan müvəqqəti istifadə hüququna dair JN-7181 saylı şəhadətnaməyə əsasən müraciət olunmuş torpaq sahəsinə müayinə baxışı (inventarlaşdırma, çöl-ölçmə) keçirilmişdir. Müayinə baxışı (nventarlaşdırma, çöl-ölçmə) zamanı məlum olmuşdur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi JN- 7181 nömrəli şəhadətnamə sözügedən torpaq sahəsi ilə uyğun gəlir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********70 saylı, 06 aprel 2013-cü il tarixli çıxarış sözügedən torpaq sahəsi ilə uyğun gəlmir, qonşu torpaq sahəsində yerləşir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən iddiaçının nümayəndəsi X14 verilmiş ə-372 saylı, 31 iyul 2018-ci il tarixli arxiv arayışına əsasən Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Suraxanı kəndinin 1886-cı ilə dair kameral siyahısında göstərilən şəxslərin adları qeyd olunmuşdur: Məlik X3 – 42 yaş; onun oğulları – X17 – 16 yaş, X18 – 9 (1877-ci il təvəllüdlü – ay və gün qeyd olunmamışdır); X26 – 7 yaş. Onların Suraxanı kəndində sahəsi 2 000 kv sajına bərabər olan torpaqda üzüm bağları olmuşdur. Ailə 5 rubl 64 qəpik dəyərində dövlətə vergi və torpaq rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi tərəfindən verilmiş 30 iyul 2018-ci il və 12 fevral 2019-cu il tarixli arayışlardan görünür ki, X14 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Kalinin küçəsi, ev 1-də baş verən yanğın zamanı Sona Mahüseyn qızına məxsus Bakı şəhəri, Xəzər rayonu, Xaşa- Xuna bağ massivinin 137 nömrəli BTK nəzdində olan sahəyə tərtib edilmiş order və digər sənədlər yanaraq məhv olmuşlar. 21 iyun 2018-ci il tarixli yanğın aktında qeyd edilmişdir ki, 15 iyun 2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Kalinin küçəsi, ev 1-də yanğın baş vermişdir. Yanğın nəticəsində bütün əşyalarla birlikdə torpaq sənədləri yanaraq sıradan çıxmışlar. Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən iddiaçıya ünvanlanmış ə- 664-091 saylı, 21 noyabr 2022-ci il tarixli məktubda bildirilmişdir ki, X2 Xaşa-Xuna bağ massivində bağ sahəsinin ayrılması haqqında məlumat əldə etmək üçün bağ sahəsinə verilən sərəncamın düzgün tarixi və nömrəsini bilmək vacibdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən iddiaçının nümayəndəsi X14 ünvanlanmış **********54 saylı, 19 avqust 2020-ci il tarixli məktubda bildirilmişdir ki, aparılmış araşdırma zamanı sözügedən torpaq sahəsinə dair arxiv sənədləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2186 saylı, 22 may 2007-ci il tarixli sərəncamına əsasən X13 və İnkişafı Birliyi ləğv olunaraq həmin idarənin arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verilmişdir. Bu səbəbdən aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmək məqsədəmüvafiqdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********12 saylı, 23 iyul 2018-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində 137 nömrəli BTK nəzdində sahəsi 0,12 hektar olan 169v/5 nömrəli bağ sahəsinə dair Sona Mahüseyn qızının adına tərtib edilmiş order İdarənin arxivində mövcuddur. “Yerli İcra Hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən iddiaçının nümayəndəsi X14 verilmiş ə-374 saylı, 31 iyul 2018-ci il tarixli arxiv arayışına əsasən Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə “Bakı qradonaçalnikliyinin dəftərxanası” fondunun sənədlərində Suraxanı kənd icmasının 26 mart 1916-cı il tarixli qərarından məlum olmuşdur ki, X21 Suraxanı kəndində evi olmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən iddiaçının nümayəndəsi X14 verilmiş ə-375 saylı, 31 iyul 2018-ci il tarixli arxiv arayışına əsasən Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin “Bakı qradonaçalnikliyinin dəftərxanası” fondunun 26 mart 1916-cı ilə dair sənədindən məlum olmuşdur ki, Suraxanı kənd sakinləri X26 və X11 Suraxanı kəndində 3 desyatinə bərabər olan torpaqda əkin torpaq sahəsi olmuşdur. İstifadəsində olan torpaq ona miras qalmışdır. Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 137 nömrəli BTK nəzdində sahəsi 0.12 ha olan 169v/5 nömrəli bağ sahəsinə dair Sona Mahhüseyn qızının adına tərtib edilmiş orderin mövcud olub-olmaması barədə məlumatın, olduğu təqdirdə orderin və onun verilməsinə əsas olmuş sənədlərin, həmçinin Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 26 may 1995-ci il tarixli 95/110 saylı ayrıc aktına əsasən ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 0.90 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-741/2023 **********41 saylı məktubundan görünür ki, İdarənin arxivində mövcud olan sənədlərə əsasən Bakı Şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 15/558 nömrəli qərarına əsasən 137 nömrəli bağ tikinti kooperativi nəzdində Xaşa-Xuna ərazisində yerləşən 169v/5 nömrəli bağ sahəsinin (0.12 hektar) ayrılmasına dair Sona Mahhüseyn qızının (sənəddə olduğu kimi) adına X7 və istismarı Birliyinin xx.xx.1990-cı il tarixli 2 nömrəli orderi verilmişdir. Sona Mahhüseyn qızının vəfatından sonra ailə üzvləri notarial qaydada təsdiq edilmiş ərizə ilə həmin bağ sahəsinin X10 adına keçirilməsinə dair X7 və İstismarı Birliyinə müraciət etmişlər. X7 və istismarı Birliyinin 213 nömrəli daxili protokolu ilə Sona Mahhüseyn qızının istifadəsində olmuş bağ sahəsi X10 adına keçirilmişdir. Həmin bağ sahəsi 62d nömrəli bağ sahəsi (0.12 hektar) kimi xx.xx.2007-ci il tarixdə X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi Bakı şəhəri 10 saylı dövlət notariat kontorunda xx.xx.2007-ci il tarixdə 4Ə/1-111 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 26 may 1995-ci il tarixli 95/110 saylı ayrıc aktına əsasən ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 0.90 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd idarənin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 saylı qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.(1.1) İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir.(1.2) Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.(1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.(2.1) İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.(2.2) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.(2.3) Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər (o cümlədən order, icarə müqaviləsi və s.) təqdim edilmədiyindən iddia etdiyi torpaq sahəsinin harada yerləşməsi, ona məxsus olubolmaması aydın deyil. İddiaçının idda etdiyi Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ massivi ərazisində yerləşən 0.90 ha torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməsi ilə bağlı ona hüquqi yardım göstərilsə də, iddiaçı tərəfindən subyektiv hüququnu (hüquqi marağını) təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi məktub və sənədlərin bir hissəsində – Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən iddiaçının nümayəndəsi X14 verilmiş ə-372 saylı, 31 iyul 2018-ci il tarixli arxiv arayışına əsasən Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Suraxanı kəndinin 1886-cı ilə dair kameral siyahısında göstərilən şəxslərin adları qeyd olunmuşdur: Məlik X3 – 42 yaş; onun oğulları – X17 – 16 yaş, X18 – 9 (1877-ci il təvəllüdlü – ay və gün qeyd olunmamışdır); X26 – 7 yaş. Onların Suraxanı kəndində sahəsi 2 000 kv sajına bərabər olan torpaqda üzüm bağları olması; digər – Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən iddiaçının nümayəndəsi X14 verilmiş ə-374 saylı, 31 iyul 2018-ci il tarixli arxiv arayışına əsasən Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə “Bakı qradonaçalnikliyinin dəftərxanası” fondunun sənədlərində Suraxanı kənd icmasının 26 mart 1916-cı il tarixli qərarına əsasən, X21 Suraxanı kəndində evi olması, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən iddiaçının nümayəndəsi X14 verilmiş ə-375 saylı, 31 iyul 2018-ci il tarixli arxiv arayışına əsasən Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin “Bakı qradonaçalnikliyinin dəftərxanası” fondunun 26 mart 1916-cı ilə dair sənədindən məlum olmuşdur ki, Suraxanı kənd sakinləri X26 və X11 Suraxanı kəndində 3 desyatinə bərabər olan torpaqda əkin torpaq sahəsi olması, istifadəsində olan torpaq ona miras qalmasına dair; və digər – Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib olunmuş 95/110 saylı, 26 may 1995ci il tarixli aktında və Bağlar Təsərrüfatı İdarəsinə ünvanlanmış 18/03-8/393 saylı, 1/Vİ/-85 saylı məktubda isə Xaşa-Xuna bağ massivində yerləşən Mahüseyn Məlikəjdər oğluna mənsub olan köhnə xarabalıqlar olduğu aşkar ediləsi, bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi göstərilən ərazinin ata bağı kimi Sona Mahüseyn qızına və onun övladlarına ayrılmasına etiraz etməməsi göstərilir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-741/2023 **********41 saylı məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 26 may 1995-ci il tarixli 95/110 saylı ayrıc aktına əsasən ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 0.90 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd idarənin arxivində aşkar edilməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki iddiaçının mərhum anasına məxsus olmasını, mövcudluğunu ehtimal etdiyi arxiv sənədləri barədə məktublara əsasən iddia etdiyi torpaq sahəsinə dair onun subyektiv hüququnun olması hüquqmüəyyənedici sənədlərlə öz təsdiqini tapmır. Həmin məktubların və aktın hüquqmüəyyənedici sənədlər hesab edilməməsi ilə bərabər, onlarda qeyd edilən, iddiaçının mərhum anasına məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin ümumiyyətlə Suraxanı rayonu ərazisində yoxsa Xəzər rayonu Xaşa-xuna bağ massivində yerləşməsi də ziddiyyətlidir və aydın deyil. Bundan əlavə, iddiaçının iddia etdiyi torpaq sahəsi onun faktiki istifadəsində deyil və harada yerləşməsi təqdim etdiyi sənədlərdən aydın olmur. Məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici, hüquqi marağını (subyektiv hüququnu) təsdiq edən sənədləri mövcud olmadığından cavabdeh tərəfindən iddiaçının hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulmasını əsaslandıran hallar mövcud deyil. Odur ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-557/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-557/2023
30.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver