Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5571/2022 15.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinın cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında bildirdi ki, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı qanunvericiliklə məcburi köçkün statusuna malik olan şəxslərə verilən müvafiq imtiyazlardan istifadə etmək məqsədilə 07 dekabr 2021-ci il tarixdə məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi üçün ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən 29 dekabr 2021-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. O, iddiaçının atası olaraq xx xxxxxx 1976-cı ildə Xankəndi şəhərində doğulmuşdur. Onun atası, yəni iddiaçının ata babası X20 və anası, yəni iddiaçının ata anası X12 məlum Qarabağ hadisələri ilə əlaqədar Xankəndi şəhərindən məcburi köçkün düşmüşlər. R.Şükürov xx.xx.2013-cü ildə, Ş.Şükürova isə xx.xx.2014-cü ildə vəfat etmişdir. İddiaçı hazırda digər ailə üzvləri ilə birlikdə müvəqqəti olaraq Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə (keçmiş Telnov) küçəsi 10 saylı evin 115 saylı mənzilində məskunlaşmışdır. Məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusunun tənzimləndiyi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin, eləcə də sözügedən Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli Fərmanının tələblərinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxslərə) statusunun verilməsi məsələsinə dair qərarın qəbul edilməsi cavabdeh orqana həvalə edilmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2013-cü il tarixdə qəbul edilmiş Qaydaların İV bəndində məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməli olduğu və verilməli olmadığı şəxslərin dairəsi müəyyənləşdirilmişdir. Eyni zamanda “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələbinə görə məcburi köçkün statusu yalnız məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda, həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə itirilir. İddiaçının məcburi köçkün statusuna malik olan atası kimi onun bu statusunu itirməyə əsas olan qeyd olunan hallardan hər hansı biri mövcud olmamışdır. Bu səbəbdən də 1989-cu ildən hazırkı vaxtadək o, məcburi köçkün statusuna malikdir və onun bu statusu xx.xx.2011-ci il tarixli məcburi köçkün vəsiqəsi ilə təsdiq olunur. İddiaçının atası olaraq onun məcburi köçkün statusuna malik olması iddiaçıya məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsinə əsasdır. Belə ki, iddiaçının anadan olduğu dövrdə məcburi köçkünlərə məcburi köçkün statusunun verilməsi Azərbaycan Respublikası Qaçqınların və X11 Üzrə Dövlət Komitəsinin Kollegiyası tərəfindən 16 iyul 2004-cü il tarixli qərarla təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) status sənədlərinin verilməsinə dair Qayadalar”a əsasən həyata keçirilmişdir. Həmin Qaydalarda işğaldan sonra doğulmuş, atası məcburi köçkün statusuna malik olan uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. Həmin Qaydalarda bu statusun verilməsi üçün uşağın valideynlərinin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə şərtləndirilməmişdir. İddiaçı 2002ci il 22 may tarixində təsdiq edilmiş və 2017-ci il tarixinə qədər qüvvədə olmuş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”ın tələblərinə uyğun olaraq dövlətin təyin etdiyi birdəfəlik və digər yardımlarla təmin edilmişdir ki, bu da iddiaçının məcburi köçkün hüququna malik olmasından irəli gəlmişdir. İşğaldan sonra doğulmuş uşaqlardan yalnız atası məcburi köçkün statusuna malik olan uşaqlara məcburi köçkün statusunun verilməsinin nəzərdə tutulması ailənin əsas yaşayış yerinin bir qayda olaraq atanın yaşayış yeri olmasından irəli gəlmişdir. İddiaçının atası olaraq 1989-cu ildən o, məcburi köçkün statusuna malikdir və iddiaçı onun himayəsində yaşayır. İddiaçı dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququnu qazanmış, bu hüququn tərkib hissəsi kimi iddiaçıya yemək xərci ilə bağlı aylıq müavinətin verilməsi nəzərdə tutulmuşdur. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, iddiaçının ona məcburi köçkün statusunun verilməsi barədə müraciətinə cavab olaraq cavabdehin 29 dekabr 2021-ci il tarixli məktubu ilə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları”nın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası məcburi köçkün statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulduğundan, müraciətin müsbət həllinin Komitənin imkanı xaricində olduğu bildirilmişdir. İddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, iddiaçının atası Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir və ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçının anası X13 həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. X13 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. İddiaçının atası və anasının yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları”nın 4.1.6-cı bəndinə əsasən iddiaçıya məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Həmin Qaydaların 4.1.6-cı bəndinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İddia ərizəsində iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iddiaçının 2002-ci il 22 may tarixində təsdiq edilmiş və 2017-ci il tarixinə qədər qüvvədə olmuş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”ın tələblərinə uyğun olaraq dövlətin təyin etdiyi birdəfəlik və digər yardımlarla təmin edildiyini, bunun da iddiaçının məcburi köçkün hüququna malik olmasından irəli gəldiyini qeyd etmişdir. İddiaçının yetkinlik yaşına çatanadək valideyni Qanuni nümayəndə himayəsində olmaqla dövlət tərəfindən verilən müəyyən yardımlardan faydalanması iddiaçının məcburi köçkün statusunu təsdiq edən hal qismində qiymətləndirilə bilməz. Şəxsin məcburi köçkün statusunu ona cavabdeh tərəfindən təqdim edilmiş məcburi köçkün vəsiqəsi təsdiq edir. Hazırda elə məcburi köçkün ailələri vardır ki, ailə üzvləri arasında “məcburi köçkün” statusu olmayan yetkinlik yaşına çatmamış şəxslər var və həmin şəxslər “məcburi köçkün” statusuna malik olan valideynlərinin himayəsində olduğundan müəyyən güzəştlərdən istifadə edirlər. Lakin onlar yetkinlik yaşına çatdıqdan sonra onlara verilən güzəştlər dayandırılır və qanunvericiliyin tələbinə uyğun deyilsə, həmin şəxslərə “məcburi köçkün” statusu verilmir. Həmin uşaqlar güzəştlərdən istifadə edirsə, bu o demək deyildir ki, onlar mütləq “məcburi köçkün” statusuna malikdirlər. İstər qüvvədən düşmüş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”ın 4-cü bəndində, istərsə də “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1.2-ci bəndində məhz valideynlərin “məcburi köçkün” statusuna malik olması şərtləşdirilmiş, uşaqlara münasibətdə isə belə bir tələb müəyyən edilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdehtərəfindən İddiaçı ünvananmış 01/7006 nömrəli xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə daxil olmuş məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar ərizənizə baxılmışdır. Məlumat üçün bildiririk ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulduğundan müraciətinizin müsbət həlli Komitənin imkan xaricindədir. İş materiallarında olan Xocalı Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Bildiririk ki, Qanuni nümayəndə 18 sentyabr 1988-ci ilədək Xankəndi şəhərində yaşamışdır. Ermənilər tərəfindən şəhərin işğalından sonra məcburi köçkün düşmüşdür. Hal-hazırda Bakı şəhər Xətai rayonunda yaşayır. Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 11 nömrəli qərarının 2.1-ci bəndinə əsasən vahid aylıq müavinəti almır. Atası X2 şəhərindən məcburi köçkün düşüb, xx.xx.2013-cü ildə vəfat edib. Anası X1 şəhərindən məcburi köçkün düşüb, xx.xx.2014-cü ildə vəfat edib. Qanuni nümayəndə övladı İddiaçı məcburi köçkün vəsiqəsi almasına köməklik göstərməyinizi xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdehtərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə ünvanlanmış Qanuni nümayəndə və Şükürova (Şirinova) Günel Xanlar qızının məcburi köçkün statusunun olub-olmaması barədə müraciətinizə baxılmışdır. Məlumat üçün bildiririk ki, müraciətdə adı qeyd olunan Qanuni nümayəndə məcburi köçkün statusuna malikdir. Əlavə olaraq bildiririk ki, Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2021-ci illərə aid elektron məlumat bazasında Şükürova (Şirinova) Günel Xanlar qızının məcburi köçkün statusunun olubolmaması barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Xətai rayon üzrə sektorunun 250 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Şükürov X17 şəhərindən məcburi köçkündür və ünvan 2 ünvanında özü, İddiaçı (qızı) və X7 (qızı) ibarət ailə tərkibi ilə yaşayır. Qeyd: Vətəndaş 2013-cü ildən qeyd olunan ünvanda ailə üzvləri ilə qeydiyyatdadır. 2013-cü ildən 2017-ci ilə qədər (Nazirlər Kabinetinin 15 saylı Qərarına əsasən) vətəndaş ailə üzvləri ilə məcburi köçkün kimi güzəştli kommunal xidmətlərdən istifadə edib. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 89 saylı MKİS-nin 870 nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən Xankəndindən köçkündür, müvəqqəti olaraq Lütfi-Zadə (keçmiş Telnov) küçəsi 10 saylı evin 115 saylı mənzilində məskunlaşmışdır. İş materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 106195 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Qanuni nümayəndə X15 ilə xx.xx.2004-cü ildə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Şükürov, arvada Şükürova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı 690382 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2014-cü ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 612601 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2013-cü ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 636727 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Qanuni nümayəndə, anası X9r. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdehtərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AA seriyalı 240852 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə 1976-cı ildə Xankəndi şəhərində anadan olmuşdur, 1989cu ildə Xankəndi şəhərindəki daimi yaşayış yerini tərk etmişdir, hazırda Bakı şəhəri, Xətai rayonunda məskunlaşmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Cavabdehhaqqında Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cavabdeh(bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 3-cü bəndinə əsasən Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir: 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Şükürov X17 şəhərindən məcburi köçkündür. Atası X2 şəhərindən məcburi köçkün düşüb, xx.xx.2013-cü ildə vəfat edib, anası X1 şəhərindən məcburi köçkün düşüb, xx.xx.2014-cü ildə vəfat edib. Qanuni nümayəndə ilə X8 birgə nikahlarından xx.xx.2005-ci ildə İddiaçı doğulmuşdur. İddiaçı məcburi köçkün statusunun verilməsi üçün cavabdehə müraciət edilsə də, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Göründüyü kimi, iddiaçının atası Qanuni nümayəndə məcburi köçkün statusuna malikdir. İddiaçı məcburi köçkün kimi məskunlaşdığı ünvanda ailə üzvləri ilə birlikdə məcburi köçkün kimi güzəştli kommunal xidmətlərdən istifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli, 15 nömrəli qərarı ilə təsdiq edilmiş «Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi» Qaydalarının (xx.xx.2017-ci ilədək qüvvədə olmuşdur): 3-cü bəndinə əsasən məskunlaşmamış qaçqın və məcburi köçkünlərin (bundan sonra istehlakçılar) müvəqqəti məskunlaşdıqları şəhər və rayonların xidmət təşkilatları (elektrik, qaz, su təchizatı və sair xidmət idarələri), yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, Komitənin həmin rayon (şəhər) üzrə nümayəndələri ilə birlikdə faktiki istehlakçıların (o cümlədən pasport qeydiyyatına düşmüş və öz hesabına mənzil almış məcburi köçkünlərin) siyahısını onların istifadə etdikləri xidmətlərin növləri göstərilməklə, hər bir işğal olunmuş rayon (şəhər) üzrə ayrı-ayrılıqda bu Qaydaya əlavə olunmuş forma əsasında tərtib edirlər. Həmin siyahılar istehlakçıların məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinin başçıları tərəfindən rübdə bir dəfə dəqiqləşdirilməklə, ildə bir dəfə təsdiq edilərək Komitəyə təqdim olunur. Hər ay həmin siyahılardakı saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal və digər xidmət xərcləri üzrə tələb olunan məbləğlər hər bir xidmət növü üzrə müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanır və ödənişin aparılması üçün hər növbəti ayın 5-dən gec olmayaraq Komitəyə təqdim edilir. 4-cü bəndinə əsasən Komitə öz növbəsində müvafiq ay üzrə kommunal və digər xidmət xərclərinin xidmət təşkilatlarına ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq ödəniş sənədlərini hazırlayıb təqdim edir. 6-cı bəndinə əsasən Kommunal xidmət təşkilatları elektrik enerjisi (adambaşına ayda 150 kvt.s. nəzərdə tutulur), qaz və suya görə istehlakçıların istifadə etdiyi müvafiq xidmətin haqqını sayğacların göstəricilərinə (sayğac olmayan yerlərdə adambaşına müvafiq tarif və normalara) əsasən müəyyənləşdirir. 7-ci bəndinə əsasən bu Qayda ilə müəyyən olunur ki, istehlakçıların dəqiq siyahılarının tərtib edilməsinə və onlar tərəfindən istifadə edilmiş kommunal xidmət xərclərinin məbləğinin düzgün hesablanmasına görə məsuliyyəti bilavasitə məskunlaşmamış qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları rayon (şəhər), əraziləri işğal olunmuş rayon (şəhər) icra hakimiyyətlərinin, xidmət təşkilatlarının və Komitənin aidiyyəti məsul şəxsləri daşıyır. Göründüyü kimi, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununda məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan qərarının tələblərinə əsasən iddiaçı məcburi köçkün statusu almış şəxs kimi qəbul edilmiş, dövlət orqanları tərəfindən iddiaçı məcburi köçkünlərin siyahısına daxil edilərək məcburi köçkünlər üçün müəyyən edilmiş güzəştlərdən istifadə etmişdir. İddiaçı məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və bu, onun güzəştlərdən istifadə etmək hüququna təminat vermişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinə istinad etmişdir. Həmin bənddə nəzərdə tutulmuşdur ki, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Məhkəmə qeyd edir ki, bu Qaydalar sonradan qəbul edilmiş və iddiaçının vəziyyətini ağırlaşdırmışdır. İddiaçının doğulduğu vaxt qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamış, o, məcburi köçkünlərə verilən güzəşt və təminatlardan istifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu mənada məhkəmə hesab edir ki, iddiaçı məcburi köçkün statusu almış şəxs kimi güzəştlər tətbiq edildikdən sonra qanunvericilikdə baş vermiş onun hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5571/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5571/2022
15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver