Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5574/2021 20.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 saylı 19.08.1991-ci il tarixli əmri ilə iddiaçıya ayrılmış 0.08 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda istifadəsində olan 0.08 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə Abşeron rayon Donuz kökəltmə sovxozunun 108 saylı, 19.08.1991-ci il tarixli əmri ilə ona ayrılmış və sərhədləri yerində müəyyən edilərək, ona təhvil verilmişdir. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. Bakı şəhəri Xəzər rayon İcra hakimiyyəti tərəfindən 28.06.2019-cu il tarixdə həmin torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı verilmişdir. Bundan sonra, Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 saylı 19.08.1991-ci il tarixli əmri ilə ona ayrılmış 0.08 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilməsi üçün müraciət etmiş, cavabdeh tərəfindən **********35 saylı, 23.07.2019-cu il tarixli məktubla müraciətindən imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, 607 kv.m və 193 kv.m olaraq iki hissəyə bölünmüş torpaq sahəsi sovxoz ərazisindən kənarda yerləşir. Cavabdehin bu imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanuni qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və korporativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, koorperativ bağların torpaqların hər bir koorperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli fərmanı ilə təsdiq olunmuş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyəatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarıçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. O, sərhədləri yerində müəyyən edilərək təhvil verilmiş torpaq sahəsindən istifadə edir. Həmin sahənin Abşeron rayon Donuzkökəltmə sovxozunun ərazisindən kənarda yerləşib-yerləşmədiyi ona bəlli deyil. Bundan başqa, həmin halın mövcudluğu imtina üçün əsas deyil. Belə ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun ərazisindən kənarda yerləşdiyi bildirilən 0.08 ha torpaq sahəsi barədə olan Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 saylı, 19.08.1991-ci il tarixli əmri hal-hazırda mübahisələndirilmədiyindən və qüvvədə olduğundan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci bəndinə əsasən torpağın daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata aınması üçün əsas hesab edilir. Yəni nə qədər ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 saylı, 19.08.1991-ci il tarixli əmri qüvvədədir, torpaq daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmalıdır. Eyni zamanda, torpaq sahəsinin tərəfindən 607 kv.m və 193 kv.m olaraq iki hissəyə bölünməsi qanuni istifadəsindəki, əvəzsiz olaraq mülkiyyətinə keçirəcəyi torpaq sahəsinin ümumi ölçüsünü də artırmır. Cavabdehin **********35 saylı 23.07.2019-cu il tarixli imtinası qanunsuz olduğundan, 09.02.2021-ci il tarixdə cavabdehə müraciət edərək torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını bir daha xahiş etmişdir. Lakin, cavabdeh bu dəfə də, iradların aradan qaldırılmaması əsası ilə **********46 saylı, 09.03.2021-ci il tarixli məktubu ilə müraciətindən imtina etmişdir. Hesab edir ki, hazırda qanuni istifadəsində olan torpağın daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması üçün əsas hesab edilən Abşeron Donuzkökəltmə sovxozunun 108 saylı, 19.08.1991-ci il tarixli əmri hal hazırda qüvvədə olduğundan və iki hissəyə bölünməsi əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olan torpaq sahəsinini ölçüsünü artırmadığından cavabdehin ərizəsinin icrasından imtinası əsassız və qanunsuz olmuşdur. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Abşeron rayonu Donuzkökəltmə sovxozunun 108 saylı, 19.08.1991-ci il tarixli əmri ilə ona ayrılmış torpaq sahəsinin mövcud ölçülərinə, yəni 607 kv.m ölçüyə uyğun daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyata alınması, bu barədə müvafiq çıxarış və plan-ölçü sənədlərinin, eləcə də, daşınmaz əmlaka ünvan verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, elektron kadastr baza məlumatına əsasən torpaq sahəsi Donuzkökəltmə sovxozuna ayrılmış ərazidən (ayrıc aktından) kənarda yerləşmişdir. Həmçinin torpaq sahəsi sənəd üzrə 800. kv.m, faktiki olaraq 607.0 kv.m təşkil etdiyindən azalma ilə bağlı notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi təqdim edilməmişdir və bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa 23.07.2019-cu il tarixli, **********35 saylı cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, plan-ölçü təqdim olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən eilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 09.03.2021-ci il tarixli, **********46 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə soxvozunda yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 09.02.2021-ci il tarixli, ********** nömrəli ərizəsinə baxılaraq bildirilmişdir ki, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 23.07.2019-cu il tarixdə, **********35 nömrəli məktubla cavab verilmiş və həmin cavab məktubunda qeyd olunan iradlar aradan qaldırılmamışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 23.07.2019-cu il tarixli, **********35 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə soxvozunda yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 02.07.2021-ci il tarixli, ********** nömrəli ərizəsinə baxılaraq bildirilmişdir ki, elektron kadast baza məlumatına əsasən torpaq sahəsi Donuzkökəltmə sovxozuna ayrılmış ərazidən (ayrıc aktından) kənarda yerləşmişdir. Həmçinin, torpaq sahəsi sənəd üzrə 800 kv.m, faktiki olaraq 607.0 kv.m təşkil etdiyindən azalma ilə bağlı notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi təqdim edilməmişdir və bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. İşdə olan Abşeron rayon Dövlət Arxivi tərəfindən iddiaçıya verilmiş 17.03.2021-ci il tarixli, F-216 nömrəli arxiv arayışının surətindən görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 19 avqust 1991-ci il tarixli, 108 saylı əmri Abşeron rayon Dövlət Arxivində saxlanılır. 19 avqust 1991-ci il tarixli, 108 saylı əmrdə göstərilir ki, Abşeron rayon İcraiyyə Komitəsinin 47 nömrəli, 26.03.1991-ci il tarixli qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X4 birgə ümumi iclasında qəbul edilmiş, 16.08.1991-ci ilt arixli, 7 nömrəli qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0.08 ha həyətyanı torpaq sahəsi ayrılır və adlı siyahı əlavə olunur. Adlı siyahıda vətəndaş İddiaçı adı 544 sıra sayı ilə qeyd olunmuşdur. İşdə olan 19 avqust 1991-ci il tarixli, 108 saylı əmrdən çıxarışdan görünür ki, Abşeron rayon İcraiyyə Komitəsinin 47 nömrəli, 26.03.1991-ci il tarixli qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X5 birgə ümumi iclasında qəbul edilmiş 16.08.91ci il tarixli, 7 nömrəli qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0.08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdə olan Bakı şəhər Xəzər rayonu İcra Hakimiyyəti başçısı tərəfindən iddiaçıya ünvanlanmış İ-64-091 nömrəli, 28.06.2019-cu il tarixli məktubdan görünür ki, Abşeron rayonu Donuzkökəltmə sovxozunun 108 nömrəli, 19.08.1991-ci il tarixli əmrindən çıxarışla Binə qəsəbəsi, Donukökəltmə sovxozunda fərdi ev tikmək üçün ona ayrılmış torpaq sahəsinin cizgisinin və xəritədən çıxarışının verilməsi barədə rayon İcra Hakimiyyətinə ünvanlanmış ərizəyə baxılaraq, ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanmış və təsdiq edilərək göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş H-200 nömrəli, 24.08.2021-ci il tarilxi məktubdan görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun 19 avqust 1991ci il tarixli, 108 sayl əmrində Abşeron rayon İcraiyyə Komitəsinin 47 nömrəli, 26.03.1991-ci il tarixli qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X4 birgə ümumi iclasında qəbul edilmiş, 16.08.1991-ci il tarixli, 7 nömrələi qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0.0.8 ha həyətyanı torpaq sahəsi ayrılmış və adlı siyahı tətbiq edilmişdir. Torpaq sahələrinin təsdiq olunmuş arxiv çıxarışı təqdim olunur. Abşeron rayon Donuzkökəltmə sovxozunun əmri ilə İddiaçı adı 544 sıra sayı ilə qeyd olunmuşdur. İşdə olan iddiaçının etibarnamə əsasında nümayəndəsi X2 notarial qaydada təsdiq edilmiş **********167 nömrəli ərizəsinin surətindən görünür ki, X6 Bakı şəhəri, Xəzər rayonu, Donuzkökəltmə sovxozu ünvanında yerləşən 800 kv.m torpaq sahəsindən 193 kv.m torpaq sahəsi az olduğundan ondan imtina etdiyini və faktiki yerində olan 607.0 kv.m torpaq sahəsinin özəlləşdirilməsinə və çıxarış verilməsinə etiraz etmir. Gələcəkdə yuxarıda göstərilən torpaq sahəsinin ölçülərinə aid heç bir iddiası və tələbi olmayacaqdır. Beləliklə, məhkəmə tərəfindən iş materiallarına əsasən müəyyən edilmişdir ki, Abşeron rayon Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,08 ha torpaq sahəsi sovxoz həmkarlar komitəsi ilə X4 birgə ümumi iclasında qəbul edilmiş 16 avust 1991-ci il tarixli, 7 №li qərarın tələbinə uyğun olaraq iddiaçının istifadəsinə ayrılmışdır. İddiaçı qeyd edilən torpaq sahəsinin plan və ölçüsünün hazırlanması, iddiaçının adına həmin torpağın mülkiyyət hüququ ilə qeydiyyata alınaraq daşınmaz əmakın dövlət reyestrindən iddiaçının adına çıxarış və ünvan verilməsi barədə cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsi Abşeron rayon Donuzkökəltmə sovxozuna ayrılmış torpaq sahəsindən kənarda yerləşir, bundan əlavə iddiaçının faktiki istifadəsinə olan torpaq sahəsi 607 kv.m təşkil edir. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2-ci bəndinə əsən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: “... 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri;..” daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. İşin faktiki hallarına əsasən iddiaçının üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb etdiyi torpaq sahəsi iddiaçıya işlədiyi sovxozun həmkarlar komitəsi ilə X4 birgə ümumi iclasında qəbul edilmiş 16 avqust 1991-ci il tarixli, 7 №li qərarın tələbinə uyğun sovxoz direktorunun 108 saylı, 19 avqust 1991-ci il tarixli əmri əsasında ayrılmışdır. Həmin əmr isə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2-ci bəndinə əsasən iddiaçının istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Cavabdehin imtina məktubunda torpaq sahəsinin Abşeron rayon Donuzkökəltmə sovxozuna ayrılmış torpaq sahəsindən kənarda yerləşməsi barədə bildirdiklərinə gəldikdə isə cavabdeh tərəfindən bununla bağlı – cavabdehin istinad etdiyi ayrıc aktına dair hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Belə olan halda cavabdehin iddiaçıya ayrılmış torpaq sahəsinin Abşeron rayon Donuzkökəltmə sovxozuna ayrılmış torpaq sahəsinin sərhədlərindən kənarda yerləşməsi barədə dəlillərinin heç bir əsası yoxdur. Cavabdehin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ayrılmış torpaq sahəsindən az olması barədə bildirdiklərinə gəldikdə isə iddiaçı məhz faktiki istifadəsində olan ölçüdə - yəni 607 kv metr ölçüdə torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasına razılığını ifadə edən notariat qaydasında təsdiq edilmiş ərizəsini məhkəməyə təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 nömrəli, 19.08.1991-ci il tarixli əmri ilə İddiaçı ayrılmış 607 kv.m torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, həmin daşınmaz əmlaka ünvan verilməklə mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5574/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5574/2021
20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver