Məhkəmə qərarları › İş №2-1(112)-5576/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5576/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5576/2023 23.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə qarşı “icra sənədi üzrə icraatın dayandırılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Binəqədi Rayon İcra və Probasiya şöbəsinin 2(001)-1735/2019 saylı “icra sənədi üzrə icraatın X6 ilə birgə münasibətindən dünyaya gələn 14 sentyabr 2011-ci il təvəllüdlü X8 və 11 mart 2014-cü il təvəllüdlü X2 Azərbaycan Respublikasına qayıdanadək dayandırılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, onun X6 ilə birgə münasibətindən dünyaya gələn 14 sentyabr 2011 -ci il təvəllüdlü X8 və 11 mart 2014-cü il təvəllüdlü X1 üçün Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-1735/2019 nömrəli qətnaməsinə əsasən xx.xx.2018-ci ildən etibarən hər birinə 160 AZN olmaqla, cəmi 320 manat alimentin ondan tutularaq, X3 verilməsi qət edilmişdir, işin icraatı Binəqədi Rayon İcra və Probasiya şöbəsinə icra olunması üçün yönəlmişdir və hal-hazırda icra vərəqəsi üzrə icra məmuru X5r. xx.xx.2018-ci il tarixdən etibarən 2 il 8 ay ərzində 10240 (on min iki yüz qırx) AZN ödəniş etmiş (hər ay mtəmadi olaraq), lakin sonradan 1 il 3 ay, ödəməni haqlı olaraq etməmiş və bunun üçün də, kifayət qədər əsaslı səbəbləri olub. Belə ki adıçəkilən uşaqlar talessemiya xəstəsidirlər, bu Abşeron Rayon məhkəməsində iş № 2(012)-799/2022 üzrə (uşaqla ünsiyyətlə bağlı) hakim Elman Məmmədovun qərardadında qeyd olunan, uşaqların ana-nənəsi olan X4 verdiyi ifadədə də öz əksini tapmışdır və onun dəfələrlə müxtəlif tarixlərdə xarici ölkələrə müalicə üçün uşaqların aparılması üçün verdiyi icazələrdən də bunu açıq-aşkar görmək olar. İddiaçı ilk vaxtlarda qısa müddətli icazələr vermiş və nəticə etibarı ilə ana aşaqları müalicəyə aparıb gətirmişdir və buna aldanaraq ən son verdiyi icazəni uşaqların 18 yaşı tamam olan tarixəcən vermişdir. (hal-hazırda həmin icazəyə xitam verilib). lakin uşaqların anası X6 bundan sui-istifadə edərək xx.xx.2020-ci il tarixində ilk öncə uşağın birini, daha sonra isə digərini də yanına Almaniyaya aparmışdır və artıq 3 ilə yaxındır ki, uşaqları ilə hər hansı formada heç bir əlaqə qura bilmir. Ünsiyyətlə bağlı xx.xx.2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir və 2(012)-799/2022 nömrəli iş icraata qəbul edilmişdir. Lakin işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etməmişdir. Baxmayaraq ki, ana xx.xx.2020-ci il tarixdə uşaqlarla birgə Azərbaycan Respublikasını tərk edib və birdaha geri qayıtmayıb, lakin ondan sonra da uşaqlar və tələbkar Azərbaycanda olmaya-olmaya, o 1 il 5 ay boyunca xx.xx.2021-ci il tarixinəcən hər ay 320 manat olmaqla 5440 manat məbləğində pulu aliment üçün nəzərdə tutulmuş karta könüllü şəkildə ödəniş etmişdir. Qeyd etdiyi kimi uşaqlar talessemiya xəstəsidirlər, onların sağ olmasına dair çoxsaylı şübhələri var və 3 ildir ki uşaqlarla heç bir ünsiyyəti də yoxdur. Uşaqlar və tələbkar ölkəni tərk etdikdən sonrakı ödənilən 5440 manat pul ananın adına olan karta ödəniş olunsa da, həmin pullar uşaqlara çatmamışdır. Tələbkar Almaniyada olduğu halda pullar Azərbaycan Respublikası ərazisində bankomatdan çıxardılmışdır, pulları kartdan uşaqların ana-nənəsi olan X7 özünə şəxsi istifadə üçün mənimsəməsinə dair böyük şübhələri var, (hal-hazırda bununla bağlı Binəqədi Rayon Polis İdarəsinə və Binəqədi Rayon Prokurorluğuna cinayət işinin başlanması ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir) və bu səbəblə də haqlı olaraq alimentin ödənilməsini ona görə dayandırmışdır ki, uşaqlarının həyat və sağlamlığı barədə heç bir məlumatı yoxdur, onların taleyi barədə nigarandır.

3. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdeh iştirak etmir.

II. Məhkəmə aidiyyatı ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarından

5. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarına əsasən: - Məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu Qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin; - Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir.

6. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən: - “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. - İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.

7. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ... icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir...

III. İddianın mümkünlüyü

8. Məhkəmə icra sənədinin icra edilməsi (o cümlədən icraatın dayandırılması) zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, icra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.

9. X13 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X13 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın).

10. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 1.3 və 1.4-cü bəndlər)

11. İddiaçı faktiki olaraq icra məmurunun hərəkətlərindən şikayət edərək Binəqədi rayon məhkəməsinin 2(001)-1735/2019 saylı iş üzrə verilmiş icra sənədi üzrə icra icraatının dayandırılmasını tələb edir.

12. İcraatın dayandırılmasının məcburi və mümkün olduğu hallar “İcra haqqında” Qanunun 17 və 18-ci maddələri ilə tənzimlənir. “İcra haqqında” Qanunun 19.2-ci maddəsinə əsasən, icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir.

13. Odur ki, məhkəmə hesab edir ki, icra məmurunun hərəkətlərindən və qəbul etdiyi qərardan şikayətə aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəmə tərəfindən baxılmalıdır.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

15. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).

16. İddiaçıya müvafiq əsaslar olduqda icraatın dayandırılması barədə icra məmuruna ərizə ilə müraciət etmək hüququ, müraciəti təmin olunmadığı təqdirdə müvafiq şikayətlə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun.

17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

18. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar