Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5578/2020 28.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkiliVəkil, cavabdeh-Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X11 X9 üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X11 Xüsusi X8nə (hazırda Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X11 X9 üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X11 Xüsusi X8nə (hazırda Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X11 X9 üzrə Mərkəzi Filialı və bundan sonra mətndə DSMF X9 üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,ona xx xxxx 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx xxxx 1958-ci il təvəllüdlüdür,əmək fəaliyyətinə 1976-cı ildən başlamış müxtəlif sahələrdə çalışmış, hazırda da çalışmaqdadır. O, ümumilikdə 40 ildən çox sığorta stajına malikdir, həmçinin işlədiyi illərin 12 il 6 ayından çox hissəsini xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir. Belə ki, onun əmək kitabçasındakı qeydlərdən də görünür ki, o, həqiqətən xx.xx.1976-cı ildə Azərbaycan SSR İncəsənət Fondunun İYK-də “Agitplakat” sexinə çapçı vəzifəsinə təyin olunmuş, 1977- 1979-cu illərdə ordu sıaralarında hərbi xidmətdə olmuş, xx.xx.1979-cu ildən Azərbaycan SSR İncəsənət Fondunun İYK-də monumental heykəltaraşlıq sexinə İ dərəcəli qəlibçi vəzifəsinə təyin olunmuş, xx.xx.1980-ci ildən əlvan metal sexinin İİ dərəcəli tökməçi vəzifəsində, xx.xx.1980-ci ildən əlvan metal sahəsində İİ dərəcəli qəlibçi vəzifəsində, xx.xx.1981-ci ildən İİİ dərəcəli qəlibçi, xx.xx.1982-ci ildən İV dərəcəli tökməçi vəzifəsində, xx.xx.1983-cü ildən V dərəcəli qəlibçi, xx.xx.1987-ci ildən Vİ dərəcəli qəlibçi, xx.xx.1998-ci ildən icraçı heykəltaraş vəzifəsində çalışmış və hazırda da çalışmaqda davam edir. Göründüyü kimi onun ümumilikdə 25 ildən çox stajının olması və bunun 12 il yarımdan artıq müddətində güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən əlvan metal sahəsində qəlibçi-tökməçi kimi işləməsinə görə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmış və pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx xxxx 2020-ci il tarixdə imtina məktubu verilərək bildirilmişdir ki, onun güzəştli iş stajı 10 ildən az təşkil edir, buna görə də pensiya təyin edilməsi mümkün olmamışdır. Halbuki, müraciəti zamanı ərizəsinə əmək kitabçasının surətini əlavə etmiş, orada işlədiyi yerlər və çalışdığı vəzifələr ətraflı qeyd olunmuşdur. Hətta Azərbaycan Rəssamlar X3 Kombinatı tərəfindən verilmiş arayışını cavabdeh inzibati orqana təqdim etmiş, lakin cavabdeh pensiya təyin etməli olduğu halda yuxarıda qeyd olunan imtina məktubunu vermişdir. Cavabdehin imtinası ilə razı deyil və hesab edir ki, əmək kitabçasında olan qeydlərə əsasən onun güzəştli şərtlərlə əmək pensiyası hüququ olduğu üçün cavabdehin imtinasını qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF X9 üzrə Mərkəzi Filialı məhkəməyə təqdim etdiyi iddiaya dair xx.xx.2020-ci il tarixli **********1 №li yazılı etirazda göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (7) metalın əridilməsi və elektrotermik üsulla alınması bəndində (7.5) əlvan metal və ərintilərin tökücüləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi x xxxx 1976-cı il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1979-cu il tarixindən hazırki vaxtadək Azərbaycan Rəssamlar İttifaqı X1 bürüncəritmə sexində işlədiyi qeyd olunmuşdur. İddiaçının adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialı tərəfindən yerində dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd olunan dövr ərzində həmin müəssisədə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən tökücü peşəsində iş stajı 9 ay 17 gün olduğu aşkar olunmuşdur. Bu fakt Azərbaycan Rəssamlar X4 tərəfindən müvafiq aktla təsdiqlənmişdir. Bu səbəbdən onun güzəştli iş stajı isə 10 ildən az təşkil edir. Əmək kitabçası və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğunda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı DSMF-nin X9 üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək, təmsil etdiyi tərəfin iddianı qəbul etmədiyini və iddiaçının qanunla müəyyən olunmuş qaydada güzəştli şərtlərlə iş stajına malik olmadığının nəzərə alınaraq məhkəmədən iddiaçının iddiasının təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; - iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1958-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. - НЗ seriyal; ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı may 1977-ci ildən xx xxx 1979-cu ilədək hərbi xidmətdə olmuşdur. - notarial qaydada təsdiq və tərcümə edilmiş ИT-İ seriyalı ******* nömrəli xx.xx.1976-cı il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1976-cı ildə Azərbaycan SSR İncəsənət Fondunun İYK-də “Agitplakat” sexinə çapçı vəzifəsinə təyin olunmuş, 1977-1979-cu illərdə Sovet ordusu sıaralarında hərbi xidmətdə olmuş, xx.xx.1979-cu ildən Azərbaycan SSR İncəsənət Fondunun İYK-də monumental heykəltaraşlıq sexinə İ dərəcəli qəlibçi vəzifəsinə təyin olunmuş, xx.xx.1980-ci ildən əlvan metal sexinin İİ dərəcəli tökməçi vəzifəsi verilmiş, xx.xx.1980-ci ildə vəzifəsindən azad olunmuş, xx.xx.1980-ci ildə Bakı Şampan Şərabları Zavodunda bələdçi vəzifəsinə qəbul olunmuş, xx.xx.1980-ci ildə azad olunmuş, xx.xx.1980-ci ildən əlvan metal sahəsində İİ dərəcəli qəlibçi vəzifəsində, xx.xx.1981-ci ildən İİİ dərəcəli qəlibçi, xx.xx.1982-ci ildən İV dərəcəli tökməçi vəzifəsində, xx.xx.1983-cü ildən V dərəcəli qəlibçi, xx.xx.1987-ci ildən Vİ dərəcəli qəlibçi, xx.xx.1998-ci ildən icraçı heykəltaraş vəzifəsində çalışmış və hazırda da çalışmaqda davam edir. - Azərbaycan Rəssamlar İttifaqı X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı həqiqətən də, X2 xx xxxx 1976-cı ildən xx.xx.1977-ci ilədək plakat çapı sexində çapçı işləyib, 1977-ci ildən 1979-cu ilədək hərbi qulluqda olub və hərbi qulluqdan sonra monumental heykəltəraşlıq sexində 27iyul 1979-cu ildən 1-ci dərəcəli qəlibçi, xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək bürüncəritmə sexində 2-ci dərəcəli metal tökmə işində işləyib. xx xxxx 1980-ci ildən 2-ci dərəcəli qəlibçidən xx xxxxxx 1998-ci ilədək bürüncəritmə sexində 6-ci dərəcəli qəlibçi dərəcələrinə çataraq xx.xx.1998-ci ildən bu günə qədər bürüncəritmə sexində icraçı heykəltəraş işində çalışır. İşlədiyi müddət ərzində qipsdən olan ayrı-ayrı hissələrinin qəliblərdə formasınin hazirlanmasında və hazırlanmış formalara əridilmiş metalın tökmə istehsalı ilə məşğul olmuşdur. 2004-cü ildən sifarişlərin azalması ilə əlaqədar əmək haqqı yoxdur. Yaradıcılq işləri ilə arabir məşğul olur. İddiaçı Azərbaycan Rəssamlar İttifaqı X1 bürüncəritmə sexindəgördüyü işi zərərli iş saylır. İddiaçı qeyd olunan peşəsi peşə və vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixi 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin vəgöstəricilərin Siyahısı”na daxildir. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətinə cavab olaraq, DSMFXüsusi X8 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (7) metalın əridilməsi və elektrotermik üsulla alınması bəndində (7.5) əlvan metal və ərintilərin tökücüləri vəzifəsi nəzərdə tutulmuşdur. Təqdim edilən x xxxx 1976-cı il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında xx.xx.1979-cu il tarixindən bugünədək Azərbaycan Rəssamlar X1 bürüncəritmə sexində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların İdarə tərəfindən yerində dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd olunan dövr ərzində həmin müəssisədə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən tökücü peşəsində iş stajının 9 ay 17 gün olduğu aşkar olunmuşdur. Bu fakt Azərbaycan Rəssamlar X4 tərəfindən müvafiq aktla təsdiqlənmişdir. Bu səbəbdən onun güzəştli iş stajı isə 10 ildən az təşkil edir. Bu səbəbdən əmək kitabçası və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006cı il tarixədək mövcud olmalıdır. İş materiallarından və tərəflərin izahatlarından da göründüyü kimi, hazırki iddia ilə bağlı iddiaçının ümumi iş stajı işin mübahisələndirilməyən hallarındadır. “Ümumi iş stajı” anlayışı ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq, ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair imtina məktubunda və yazılı etirazında bildirmişdir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajına malik deyil. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”)da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr- “Metallurgiya istehsalatı (əlvan metallar)” adlanan 7-ci bölməsində- əlvan metal və ərintilərin tökücüləri (7.5); nəzərdə tutulmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş DSMF Xüsusi X8nin və Azərbaycan Rəssamlar İttifaqı X1 əməkdaşlarının birgə iştirakı ilə tərtib olunmuş və Azərbaycan Rəssamlar İttifaqı X1 möhürü ilə təsdiq olunmuş xx.xx.2020-ci il tarixli akta əsasən İddiaçı adıçəkilən X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş Metallurgiya (əlvan metal) istehsalı bölməsində nəzərdə tutulmuş “tökücü” peşəsində iş stajının 9 ay 17 gün olduğu təsdiq olunmuşdur. Bu isə o, deməkdir ki, iddiaçıya 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5578/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5578/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver