Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5580/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı Cavabdehnə qarşı “doğum akt qeydində dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı Cavabdehnə qarşı “doğum akt qeydində dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1960-cı ildə Şamaxı rayonu Məlikçobanlı kəndidə anadan olmuşdur. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı Cavabdehnə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək doğum akt qeydində doğum tarixinin “xx.xx.1960”-cı ildən “xx.xx.1958”-ci ilə dəyişiklik edilməsi xahiş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “...Sənədlərin yoxlanılması nəticəsində aşkar olunmuşdur ki, müraciətiniz zamanı təqdim etdiyiniz AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsində doğum tarixiniz “xx.xx.1960” kimi, Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1965-ci il tarixli 31 saylı doğum haqqında akt qeydində uşaq bəndində doğum tarixi “xx.xx.1960”-cı il qeyd edilmişdir. Dəyişiklik üçün zəruri əsasların olmadığını nəzərə alaraq bildiririk ki, doğum haqqında akt qeydində doğum tarixinin “xx.xx.1960”-cı ildən “xx.xx.1958”-ci ilə dəyişiklik edilməsi tərəfimizdən mümkün olmamışdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 №-li Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 14-cü bəndinə əsasən məhkəməyə müraciət etməyiniz tövsiyə olunur”. İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı ildə anadan olması barədə akt qeydinin dəyişdirilib, xx.xx.1958-ci ildə anadan olması yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, faktiki olaraq xx.xx.1958-ci ildə Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olub. 1973-cü ildə Şamaxı rayonunun Məlikçobanlı kənd səkkizillik orta məktəbinin səkkizinci sinifini bitirib. 1965-ci ildə həmin məktəbin birinci sinifinə 7 yaşı tamam olanda gedib və 1973-cü ildə səkkizinci sinifi bitirib. 1965-ci illərdə orta məktəbin birinci sinifində 7 yaşı olan uşaqlar oxuya bilirdilər. Onunla orta məktəbdə oxuyan həmkəndliləri də 1958-ci ildə anadan olmuşdur. Hal-hazırda pensiya alırlar. O, evdə anadan olduğu üçün və eləcə də valideynləri tərəfindən doğum haqqında şəhadəni gec aldığı üçün xx.xx.1960-cı ildə anadan olmağını yazmışlar. Valideynlərim də buna əhəmiyyət verməmişlər. xx.xx.1958-ci ildə anadan olmağını təsdiq edən şahidləri və sübutları vardır. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin etməmiş, və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq:
1. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar» 1-ci bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bənd. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bənd. vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. 6-cı bənd. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bənd. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Yuxarıda sadalan qanunvericilik aktlarının mənasından göründüyü kimi, akt qeydində düzəlişlər edilməsi qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin idarələr tərəfindən düzəliş edilməsindən imtina edildiyi halda ərizəçi məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı cavabehə müraciət edərək akt qeydində dəyişiklik edilməsini və doğum tarixinin “xx.xx.1960”-cı ildən “xx.xx.1958”-ci ilə dəyişiklik edilməsi xahiş etmişdir. Cavabdeh isə, iddiaçının AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsində doğum tarixinin “xx.xx.1960” kimi, Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1965-ci il tarixli 31 saylı doğum haqqında akt qeydində uşaq bəndində doğum tarixi “xx.xx.1960”-cı il qeyd eedildiyini bildirərək dəyişikliyə zərurət olmadığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız, cavabdehin imtinası isə əsaslıdır. Məhkəmə tərəfindən iddiaçının akt qeydləri sorğu edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətindən məhkəmə sorğusuna cavab olaraq verilmiş xx.xx.2025-cü il tarixli məktuba iddiaçının doğumu, Hakimə Gülalıyeva (Xasayeva) ilə nikahı, övladları Xəzər Gülalıyev, Aysel Gülalıyeva, Nurlan Gülalıyev və Aydan Gülalıyevin doğum akt qeydləri əlavə edilmişdir. İddiaçıya məxsus 19 mart 1965-ci il tarixli, 31 № li doğum akt qeydindən müəyyən edilir ki, iddiaçı 1.07.1960-cı ildə anadan olmuşdur. İddiaçının nikah akt qeydiondə və övladlarının doğum akt qeydlərində də iddiaçının doğum tarixi kimi 1.07.1960-cı il göstərilmişdir. İş materiallarına əlavə edilmiş “Səkkizillik təhsil haqqında” Şəhadətnamədə iddiaçının doğum tarixi 1960-cı il göstərilmişdir. “AZEMİS” elektron məhkəmə informsiya sistemindən əldə edilmiş məlumatlara əsasən iddiaçının AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsində doğum tarixi 1.07.1960cı il göstərilmişdir. Göründüyü kimi, işdə olan bütün sənədlərdə iddiaçının doğum tarixi 1.07.1960-cı il göstərilmişdir. İş materiallarına əsasən iddiaçının doğum haqqında qeydində doğum tarixinin yanlış olmasına dair hər hansı mötəbər sübut yoxdur. İddiaçı bunu yalnız onunla birlikdə məktəbi bitirən şəxslərin pensiya alması ilə əlaqələndirir. Məhkəmə bununla bağlı bildirir ki, “Səkkizillik təhsil haqqında” Şəhadətnamədən müəyyən edilir ki, iddiaçı 1973-cü ildə 8-ci sinifi bitirmişdir. Belə olan halda iddiaçının orta məktəbin 1-ci sinfinə 5 yaşında getməsi müəyyən edilir ki, bu da faktiki olaraq mümkündür və şəxsin 5 yaşına məktəbə getməsinin qadağan edilməsi ilə bağlı hər hansı qanunvericilik norması yoxdur. Yalnız bu hala əsaslanaraq məhkəmə iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən etmir. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddia tələbi rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov