Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5582/2020 26.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçı İddiaçı (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi hərbi şəhərcik ev 1, mənzil 7; ixtisası: hüquqşünas), cavabdehin nümayəndəsi, eyni zamanda vəkili X6 (ünvanı: ünvan 1 ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: fərdi qaydada fəaliyyət göstərən vəkil) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Cavabdehnə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Daxili İşlər Nazirliyinə və Cavabdehnə qarşı iddiaçının məhkumluğu barədə məlumatın Cavabdeh məlumat bazasından silinməsi və bu barədə ona müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehlərə həvalə olunması tələbi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilməmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında cavabdeh Daxili İşlər Nazirliyinin prosessual iştirakına xitam verilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı Bakı Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 1(093)-26/2009 №-li hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 (dələduzluq), 341.1 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), və 331.2-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) maddələri ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmişdir. Cərimə iddiaçı tərəfindən xx.xx.2009-cu il tarixdə ödənilmişdir. Hazırda onun məhkum olunması barədə məlumatlar Cavabdeh məlumat bazasında saxlanılır. Onun məhkum olunduğu AR Cinayət Məcəlləsinin 178.1-ci maddəsi iş üzrə zərər çəkmiş X4 500 ABŞ dolları alıb qaytarmaması olmuşdur. Onun məhkum olduğu xx.xx.2009-cu il tarixdə 1 ABŞ dollarının məzənnəsi 0,78 AZN-ə bərabər olmuşdur. 500 ABŞ dolları isə həmin məzənnə üzrə 390 manat təşkil etmişdir. Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli, 816-VQD Qanunu ilə AR Cinayət Məcəlləsində müvafiq dəyişiklik edilmiş və həmin Qanunun 1.61.7-ci maddəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Beləliklə, AR Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə məhkum edildiyi əməl dekriminallaşmışdır (yəni, artıq cinayət əməli hesab olunmur). Azərbaycan Respublikasının xx.xx.2020-ci il tarixli, 816-VQD Qanunu ilə AR Cinayət Məcəlləsində müvafiq dəyişiklik edilərək Cinayət Məcəlləsinin 331-ci maddəsi (“Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə “) tamamilə ləğv edilmiş, 341-ci maddənin adında və dispozisyasında dəyişiklik edilmiş, maddənin adı “Vəzifə səlahiyyətlərindən sui istifadə və ya vəzifə səlahiyyətlərini aşma” ifadəsi ilə göstərilmişdir. Beləliklə, məhkum olunduğu Cinayət Məcəlləsinin hər 3 maddəsi dekriminallaşmışdır. O, xx.xx.2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ona xx.xx.2020-ci il tarixli, 012-13127Q-3220 №-li məktubla imtina cavabı verilmişdir. İmtinanı əsassız və qanunsuz hesab edir. Məhkəmə zamanı iddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə zamanı cavabdehin nümayəndəsi, eyni zamanda vəkili iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaçının müraciətinə cavab olaraq bildirmişdir: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinin müddəalarına əsasən hazırda Sizin məhkumluğunuz yoxdur. Eyni zamanda nəzərinizə çatdırırıq ki, qüvvədə olan qaydalara əsasən əvvəllər azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum olunmuş şəxslər barədə məlumatlar məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı olmayaraq DİN-də saxlanılır və onların verilməsinə məhdudiyyətlər qoyularaq yalnız səlahiyyətli orqanlara müvafiq sorğu əsasında təqdim olunur.” İş materiallarından görünür ki, cavabdeh orqan məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, əvvəllər azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum olunmuş şəxslər barədə uçot sənədlərinin saxlama müddəti Daxili İşlər Nazirliyinin Kollegiyasının xx.xx.2019-cu il tarixli Q11-001-19 nömrəli qərarı ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alınmış “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”ın 11.3.7-ci yarımbəndi ilə tənzimlənir (www.e-qanun.az). Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinə əsasən Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Həmin maddənin V hissəsinə əsasən öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə əsasən normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd X7 20.1-ci maddəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulmuş hallarda və hədlərdə, yalnız Azərbaycan Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qəbul edilə bilər. X7 20.2-ci maddəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları qərarlar formasında qəbul edilir. Daxili İşlər Nazirliyinin Kollegiyasının xx.xx.2019-cu il tarixli Q11-001-19 nömrəli qərarı ilə təsdiq edilmiş “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”ın 1.5-ci bəndinə əsasən mərkəzləşdirilmiş uçot uçotun obyektləri barədə məlumatlar əsasında formalaşan kartotekalarda əks olunmasıdır: 1.5.1. Əməliyyat-sorğu kartotekaları uçot obyektləri barədə tərtib olunmuş sənədlər əsasında Cavabdehndə (bundan sonra - DİN BƏSİİ) aparılır. Həmin Təlimatın 2.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, axtarışı elan olunmuş şəxslər uçotun obyektləridir. Həmin Təlimatın 5.1-ci bəndinə əsasənuçot sənədləri və onlara dair məlumatlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Daxili İşlər, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin təhqiqat (istintaq) orqanları və məhkəmələr tərəfindən DİN BƏSİİ-yə təqdim olunur. Həmin Təlimatın 11.1-ci bəndinə əsasən uçot sənədləri məhkumluğun götürülməsindən və ya ödənilməsindən asılı olmayaraq, aşağıda göstərilən müddətlərdə BƏSİİ-nin soyad kartotekalarında saxlanılır. Həmin Təlimatın 11.3.7-ci bəndinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum olunmuş şəxslər barədə məlumatlar şəxslərin 80 yaşı tamam olanadək saxlanılır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı silinməsi tələb etdiyi məlumatlar, mövcud qanunvericiliyə əsasən məhkumluğun götürülməsindən və ya ödənilməsindən asılı olmayaraq 80 yaşı tamam olanadək saxlanıldığından, hazırkı iddia təmin olunmamalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı iddiaçının məhkumluğu barədə məlumatın Cavabdeh məlumat bazasından silinməsi və bu barədə ona müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehlərə həvalə olunmasına dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, onun təqdim olunduğu gündən, 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-5582/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5582/2020
26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver