Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5582/2023 14.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi X17 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X46 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X46 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********1089 və xx.xx.2022-ci il tarixli **********1091 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarlarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********1089 və xx.xx.2022-ci il tarixli **********1091 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarlarına əsasən vergi məsuliyyətinə cəlb olunmuşdur. Həmin qərarlar qanunsuz olaraq çıxarılıb və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilib. Bu səbəbdən də həmin qərarlarla razılaşmır və aşağıda qeyd etdiklərinə əsasən qərarlar ləğv olunmalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən onda (VÖEN **********) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə operativ vergi nəzarəti həyata keçirilib. Həyata keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2022-ci il tarixli 019781 və 006215 nömrəli aktlar tərtib olunub. Həmin aktlar əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********1089 və xx.xx.2022-ci il tarixli **********1091 nömrəli qərarlar çıxarılıb. Həmin qərarlarla ona Vergi məcəlləsinin 58.7.1 və 58.10-cu maddələrinə əsasən, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən (əmək müqaviləsi bağlamadan) 5 nəfər fiziki şəxsləri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə müvafiq olaraq 1000 manat və 10 000 manat maliyyə sanksiyası tətbiq olunub. Həyata keçirilmiş operativ vergi nəzarətinin nəticələri xx.xx.2022-ci il tarixli 019781 və 006215 nömrəli aktlar “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən maraqlı şəxslərin inzibati orqana ərizə və ya şikayətlə müraciət etmək, inzibati icraatda şəxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsi ilə iştirak etmək, inzibati icraatın hərtərəfli, tam və obyektiv aparılmasını və qanunsuz inzibati aktın ləğv olunmasını tələb etmək, inzibati orqanın qərarlarından yuxarı inzibati orqana və (və ya) məhkəməyə müraciət etmək olunmuşdur. 019781 Aktda qeyd edilib ki, xx.xx.2022-ci il tarixdə saat 14:30-da “Dadlı” adlı dönərxanada müştəri tərəfindən 9,50 manat nağd şəkildə alınan dönərin əvəzində ona çek təqdim olunmayıb və həmin məbləğ NKA-ya vurulmayıb. Sonradan isə vergi əməkdaşı tərəfindən 236 nömrəli çeklə NKA-nın fıksal yaddaşına bərpa edilib. “Dadlı” adlı dönərxanada təxminən ay yarımdır ki, fəaliyyətə başlayıb. Digər xx.xx.2022-ci il tarixdə saat 006215 Aktla da müəyyən edilir ki, vergi əməkdaşları nənki NKA-nın fəaliyyəti, digər məsələlərlə bağlı da sorğu-suala başladıqları üçün bir anlığa müştəri tərəfindən ödənilən məbləğin NKA-ya vurulması gecikib. Həmçinin tərtib edilmiş aklarla müəyyən olunur ki, bu hal fəaliyyəti dövründə birinci dəfədir ki, baş verib. Buna görə ona maliyyə sanksiyasının tətbiq olunması əsassız və qanunsuzdur. Digər 006215 Aktda qeyd edilib ki, guya iddiaçı əmək müqaviləsi bağlamadan 5 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsi üçün işlərə cəlb etmişdir, onlardan 2 nəfəri yazılı izahatlar verərək əmək və ya xidməti müqavilə bağlamadıqlarını etiraf edib, digər 3 nəfər isə hər hansı səbəb göstərmədən yazılı izahat verməkdən imtina edib. 1 nəfər izahatı alınmış X40 və digər 3 nərəf X34, X18 və X15 yenicə fəaliyyətinə başladığı “Dadlı” adlı dönərxanaya birinci gün idi ki, bir neçə satlığına gəlmişdirlər. İddiaçı onlarla internet vasitəsi ilə tanış olub dönərxanda birlikdə işləməyi və onların iş bacarıqlarını müəyyən etmək üçün dəvət etmişdi. Bir nəfər xanım izahatı alınmış X19 isə ona maliyyə dəstəyi göstərən şərikinin həyat yoldaşı olub və o da yeni açılmış dönərxanaya baxmaq, müəyyən məsləhətlər vermək məqsədi üçün gəlmişdir. İki nəfərin X27 və X8 izahat qeyri-qanuni olaraq onlardan məcbur şəkildə alınıb. Vergi işçiləri onu aldadaraq ilin sonu ilə əlaqədar bu cür yoxlama keçirib baş idarəyə sənədlərin təqdim olunması və buna görə ona heç bir ziyanın dəyməyəcəyini deyiblər. Bundan sonra iddiaçı aldanaraq barəsində tərtib olunmuş aktlara imza atmışdır. xx.xx.2022-ci il tarixdə başa düşmüşdür ki, barəsində əsassız və qanunsuz maliyyə sanksiyaları barədə qərarlar qəbul edilib. İzahatları alınmış və alınmamış 5 nəfər şəxslərin adları aşağıdakı kimidir: X34, X12, X18, X19, X40 xx.xx.2022-ci il tarixdə izahatı alınmış iki nəfər vergi əməkdaşlarının davranışlarından öz narazılıqlarını dilə gətiriblər və onlardan alınan izahatları vergi orqanının əməkdaşlarından çəkindikləri üçün imzaladıqlarını bildiriblər. Həmin şəxslər vergi işçilərinin dedikləri əsasında izahatlarını yazıblar. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi əsl cavabdeh Bakı şəhəri X46 üzrə Baş İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X46 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2289 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi 50 ünvanında yerləşən Dönərxanada keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 (beş) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli DVX seriyalı 006015 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında" aktın tərtib edildiyi, və aktın vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalamaqdan imtina etmiş və bir nüsxəsini qəbul etdiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2022-ci il tarixli **********1091 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 10000 (on min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Təlabnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2022-ci il tarixli **********957400 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 01:26-da oxunduğu müəyyən edilmişdir. O cümlədən İddiaçı (VÖEN: **********) tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 019781 nömrəli aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalamaqdan imtina etmiş və bir nüsxəsini qəbul etdiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2022-ci il tarixli **********091 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Təlabnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2022-ci il tarixli **********956700 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 01:26-də oxunduğu müəyyən edilmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, vergi əməkdaşları nəinki NKA-nın fəaliyyəti, digər məsələlərlə bağlı da sorğu-suala başladıqları üçün bir anlığa müştəri tərəfindən ödənilən məbləğin NKA-ya vurulması gecikib. Bu hal birinci dəfə baş verdiyi üçün maliyyə sanksiyasının tətbiq olunması əsassızdır. Bildiririk ki, xx.xx.2022-ci il tarixində saat 14:30-da müştəri tərəfindən qəbul edilmiş iaşə xidməti üçün 9,50 manat nağd pul ödənilsə də müştəriyə NKA çeki təqdim edilməmişdir. Həmin məbləğ kassaya vurulmadığından vergi orqanı əməkdaşları tərəfindən saat 14:46:37-də 236 nömrəli çeklə NKA-nın fiskal yaddaşına bərpa edilmişdir. Qeyd olunanın əksinə bildirilir ki, fərdi sahibkar İddiaçı xx.xx.2022-cü il tarixli etirafedici izahatında aktda adı qeyd olunan 5 nəfər şəxsin sınaq müddətində olduğunu, əgər onların fəaliyyəti qənaətbəxş olarsa həmin şəxslərlə rəsmi qaydada əmək müqaviləsi bağlamağı nəzərdə tutduğunu, qeyd olunan səbəblərdən onlarla bugünədək əmək müqaviləsi bağlanmadığını, X20 və X9 obyektə iş həcmi ilə bağlı olaraq bir neçə saat işləmək üçün tərəfindən dəvət olunduğunu bildirmişdir. X6 xx.xx.2022-cü il tarixli etirafedici izahatında 02.11,2022-ci il tarixdən İddiaçı tərəfindən “Dadlı dönər” obyektində kassir köməkçisi və qutabçı köməkçisi vəzifəsinə işə cəlb edildiyini, əmək haqqını gündəlik 7 manat olmaqla nağd şəkildə aldığını, obyektdə özündən başqa işləyən işçilərdən xəmirçi vəzifəsində işləyən Bayramova Səfa, Ramazanova Səkinə və İsayeva Nuranəni tanıdığını və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X22 xx.xx.2022-cü il tarixli etirafedici izahatında 1 həftə olar ki, İddiaçı tərəfindən xəmirçi vəzifəsinə işə götürüldüyünü, əmək haqqını gündəlik 5-7 manat olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Ruqiyyə, Nuranə, Şəmsiyyəti tanıdığını və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. Digər 3 nəfər işçi (X34, X15, X21) hər hansı əsaslı səbəb göstərmədən izahat verməkdən imtina etsələr də göründüyü kimi izahat verən iki işçi həmin 3 nəfər şəxsin də obyektdə işçi kimi fəaliyyət göstərmələrini öz izahatlarında etiraf etmişdirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən operativ vergi nəzarəti tədbirindən sonra xx.xx.2022-ci il tarixində İddiaçı işçilər X34, X15, X21 ilə əmək müqaviləsi bağlamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İnzibati icraat materiallarından görünür ki: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X46 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********2279 nömrəli qərarına əsasən İddiaçı (VÖEN **********) məxsus olan obyektdə (ünvanı: AZ1007, ünvan 1 (**********-14002), fəaliyyət növü: Dönərxanaların fəaliyyəti) Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2022 il tarixdən xx.xx.2022 il tarixədək (xx.xx.2022 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. -Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-cü il tarixli KY221870453 nömrəli çıxarışda göstərilmişdir ki, yoxlayıcı orqanın adı: iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı: İddiaçı Əsgər oğlu, Yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i: **********, Yoxlamanın müddəti (başlama, sona çatma tarixi): xx.xx.2022-xx.xx.2022, Yoxlanılan dövr: Cari fəaliyyət, Yoxlamanın predmeti və hüquqi əsasları: Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, (Azərbaycan Respublikasının Vergi Məcəlləsi,Məcəllə, Azərbaycan Respublikasının Milli Məclisi,xx.xx.2000.Maddə 50.1.3), Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. [Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Məcəllə, Azərbaycan Respublikasının Milli Məclisi,xx.xx.2000.Maddə 50.1.7], Yoxlanılan təsərrüfat obyektinin kodu, ünvanı və fəaliyyət növü: 14002 dönərxana; AZ1007 Baki şəhəri Nəsimi rayonu Ənvər Qasimzadə ev.küçəsi,50 m ;dönərxanaların fəaliyyəti, Yoxlamanın növü: Yoxlamanın növü: Operativ Vergi nəzarəti, Yoxlamanın tipi: Plandankənar (növbədənkənar), Plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: Vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar; Vergi Məcəlləsi, maddə 50.2.2. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X46 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2291 nömrəli “Operativ vergi nəzarətinin keçiriliməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnaməsi ilə İddiaçı ********** operativ vergi nəzarətinin aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci, və 50-ci maddələrini əsas tutaraq, aşağıdakı zəruri sənədlərin təqdim edilməsini tələb edilmişdir: “Nəzarət kitabçası”, əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinip elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”lər, xidmət müqavilələri barədə məlumatlar, elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün bütün zəruri məlumatlar və sənədlər Sənədlərin 1 iş günü müddətində vergi orqanının operativ nəzarəti keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X46 üzrə Baş İdarəsi AZ1108, Bakı şəhəri Binəqədi rayonu ünvanında təqdim edilməsi tələb olunmuşdur. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X46 üzrə Baş İdarəsinin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********2297 nömrəli qərarına əsasən 1. İddiaçı(VÖEN: **********) “Nəzarət kitabçası”, əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”lər, xidmət müqavilələri barədə məlumatlar, elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün bütün zəruri məlumatlar və sənədlər götürülməsi həyata keçirilmişdir. -xx.xx.2022-ci il tarixli DVX seriyalı 006215 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akta əsasən operativ vergi nəzarəti nəticəsində İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən “Dadlı” dönərxanasında sahibkar İddiaçı iştirakı ilə xx.xx.2022-ci il tarixdə saat 15:00-da təqdim edilmiş əmək müqaviləsi bağlanılmasına dair əmək müqaviləsi bildirişləri və digər sənədlərə əsasən dönərxanalar tərəfindən ictimai iaşə xidmətlərinin yrinə yetirlməsinə cəlb olunmuş 08 (səkkiz) nəfər fiziki şəxsdən 05 (beş) nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə, Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən obyektdə yerinə yetirilən işlərin və ya göstərilən xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bu işçilərin siyahısı akta əlavə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 05 (beş) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə və 0 (sıfır) nəfəri fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə sahibkar İddiaçı Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunur. Vergi ödəyicisinin səlahiyyətli nümayəndəsinə (rəhbərə) işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuş şəxslərlə əmək müqaviləsi və ya xidməti müqavilə bağlaması tövsiyə olundu. Nəzarət kitabçası təqdim olunmadı. Akt sahibkar İddiaçı tərəfindən imza edilmişdir. -xx.xx.2022-ci il tarixli DVX seriyalı 006215 nömrəli akta əlavə edilmiş sahibkar İddiaçı məxsus “Dadlı” dönərxanada aparılmış operativ vergi nəzarəti nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 05 nəfər fiziki şəxsin siyahısı aşağıdakılardan ibarət olmuşdur:
1. X34 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE 16566893, qeydiyyat ünvanı: Quba rayonu, Rustov kəndi;
2. X3 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE 17751567, qeydiyyat ünvanı: Balakən şəhəri, Babək küçəsi 12;
3. X21 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA3755496, qeydiyyat ünvanı: Bakı şəhəri, Nefçala rayonu, Bankə qəsəbəsi, S.Vurğun küçəsi, ev 194;
4. X20 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE 05672050, qeydiyyat ünvanı: Bakı şəhəri, Xətai rayonu, S.Senyuşkin küçəsi, ev 13, mənzil 28
5. X40 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE 17905214, qeydiyyat ünvanı: Tovuz rayonu, Qəribli kəndi -X20 (şəxsiyyət vəsiqəsi seriya/№ AZE ********) xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X46 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, o, xx.xx.2022 il tarixdən “Dadlı” dönər obyektində kassir köməkçisi və qutabçı köməkçisi vəzifəsinə İddiaçı tərəfindən cəlb olunmuşdur. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surəti hələ təqdim olunmayıb. Günlük əmək haqqı 7 manat təşkil edir, nağd qaydada Muradov Ceyhun tərəfindən ödənilir, hər hansı sənədə imza edilmir. İş vaxtı saat 13:00-da başlayır, 15:00-da bitir. Azad nahar qrafiki əsasında nahar edilir. Gündəlik 2 saat iş saat rejimi var. Həfətlik iş saat rejimi 12 saatdır. Məzuniyyət hüququ yaranmayıb. Rəsmi əmək haqqı günlük 7 manat təşkil edir. Xəmirçi vəzifəsində işləyən Bayramova Səfa, Səkinə Ramazanova xəmirçi köməkçisi İsayeva Nuranə kimi digər işçiləri tanıyır. Vergi ödəyicisi kimi vergi orqanında əvvəllər qeydiyyatda olmuş VOEN almışdır, lakin hal-hazırda fəaliyyət göstərmir. Öz hüquq və vəzifələrinin haqqında məlumatlıdır, izahatı özüm yazmış, əlavəsi yoxdur. Düzgünlüyünü imzası ilə təsdiq edir. - X40 (şəxsiyyət vəsiqəsi seriya/№ AZE ********) xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X46 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 1 həftə olar ki, Ceyhun müəllim tərəfindən xəmirçi kimi sınaq müddətindədir, işə gəlir. Əmək müqaviləsi bağlanmayıb. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surəti təqdim olunmayıb. Gündəlik 5-7 manat əmək haqqı Ceyhun müəllim tərəfindən ödənilir. İş vaxtı saat 08:00da başlayır, 19:00-da bitir. Azad rejimdə nahar edilir. Gündəlik 10 saat iş saat rejimim var. Rəsmi əmək haqqı günlük gündəlik 5-7 manat təşkil edir. Ruqiyyə, Nuranə, Şəmsiyyə, adlı şəxləri tanıyır. Vergi ödəyicisi kimi vergi orqanında əvvəllər qeydiyyatdan keçməmişdir. Öz hüquq və vəzifələrini bilir, izahatı öz yazmış, əlavəsi yoxdur. Düzgünlüyünü imzası ilə təsdiq edir. -İddiaçı (şəxsiyyət vəsiqəsi seriya/№ AZE 0*******) xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X46 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə 50 ünvanında yerləşən “Dadlı dönər” adlı obyektdə cari ilin oktyabr ayından etibarən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Obyektə onun tərəfindən işə cəlb olunmuş ümumilikdə 8 (səkkiz) nəfər fiziki şəxs fəaliyyət göstərir. Onlardan adları aşağıda qeyd olunan 3(üç) nəfər fiziki şəxslə: X49-kassir, X30- dönərçi, Babayeva bBillurə Asid qızı-qutabçı vəzifəsində işləyən şəxslərlə arasında rəsmi qaydada əmək müqaviləsi bağlanmışdır. Digər şəxslər işə yeni cəlb olunduqları sınaq müddətində olduqları, həmçinin sözügedən 5 (beş) nəfərin X25-qutabçı və kassirə köməklik göstərən şəxs, X40xəmirçi, X41- xəmirçi, X1-xadimə, X21-xəmirçi köməkçisi sınaq müddətində olduqları dövr ərzində gördüyü işlərin obyektin fəaliyyəti üçün qənaətbəxş səviyyədə oldduğu təqdirdə, həmin şəxslərlə də arasında rəsmi qaydada əməkm müqaviləsi bağlanılması nəzərdə tutulubdur. Yəni qeyd olunmuş səbəblərdən bugünədək onlarla aralarında əmək müqaviləsi bağlanmamışdır. Əlavə olaraq qeyd etmək istəyir ki, X20 və X21 obyektə iş həcmi ilə bağlı olaraq bir neçə saat işləmək üçün tərəfindən dəvət olunurlar. İşçilərin əmək haqqı tərəfindən gördüyü işlərdən və göstərdiyi xidmətlərdən asılı olaraq əmək müqaviləsi olan şəxslərə 10-15 manat civarında, əmək müqaviləsi olmayan şəxslərə isə 5-7 manat civarında nəğd qaydada ödənilir, ödənişin müqabilində işçilər tərəfindən hər hansı rəsmi sənədə imza edilmir. İzahatı özüm yazmış, əlavəsi yoxdur və düzgünlüyünü imzasıyla təsdiq edir. -xx.xx.2022-ci il tarixli Akta əsasən biz aşağıda imza edənlər, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X46 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Operativ nəzarət .şöbəsinin baş dvm-İəri X5 Fərid Zahid oğlu bu aktı tərtib edirik ondan ötrü ki, Baş İdarənin xx.xx.2022-ci il tarixli **********2279 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən fərdi sahibkar İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 11 ünvanda yerləşən “Dadlı” dönərxanada tərəfimizdən “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” və “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydad əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” məsələləri üzrə həyata keçirilmiş operativ vergi nəzarəti zamanı müştəri tərəfindən qəbul edilmiş iaşə xidməti üçün nağd qaydada ödənilmiş pul vəsaiti müqabilində ödənişi təsdiq edən sənəd (NKA çeki) təqdim edilmədiyi, həmçinin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 5 (beş) nəfər fiziki şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamaqla işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edildi və operativ vergi nəzarətinin nəticələri barədə müvafiq olaraq "Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2022-ci il tarixli DVX seriyalı 019781 nömrəli və “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydad əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” DVX seriyalı 006215 nömrəli Aktlar tərtib edildi. Eyni zamanda operativ vergi nəzarətinin həyata keçirilməsi prosesində obyektdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 3 (üç) nəfər fiziki şəxs, o cümlədən X34, X2 və X21 hər hansı əsaslı səbəb göstərmədən yazılı izahat verməkdən imtina etdilər. Əlavə olaraq qeyd edirik ki, fərdi sahibkar İddiaçı operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında müvafiq sənədlərlə tanış olmasına, izahat təqdim etməsinə və operativ vergi nəzarəticəsi barədə tərtib edilmiş aktlarla tanış baxmayaraq hər hansı əsaslı səbəb göstərmədən aktlara imza etməkdən, eyni zamanda operativ vergi nəzarəti zamanı yaranmış zərurətlə əlaqədar foto və video çəkilişdən istifadə olunmasından imtina etdi. Odur ki, aktın doğruluğunu imzalarımızla təsdiq edirik. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X46 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********1091 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən müəyyən edilmişdir ki: Fərdi sahibkar İddiaçı (VÖEN: **********) Bakı şəhəri X46 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2279 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən operativ vergi nəzarəti tədbiri təyin olunmuşdur. Vergi nəzarəti tədbiri zamanı fərdi sahibkar İddiaçı (VÖEN: **********) fəaliyyət göstərdiyi ünvan 12 ünvanda yerləşən “Dadlı” adlı dönərxanada Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 (beş) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi 04.11,2022-ci il tarixli aktla rəsmiləşdirilmiş və tərtib edilmiş akt vergi ödəyicisi hər hansı əsaslı səbəb göstərmədən imza etməkdən imtina etmişdir. Vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 2 (iki) nəfər fiziki şəxsin və vergi ödəyicisıhn yazılı izahatları alınmış, həmin şəxslər əmək və ya xidmət müqaviləsi bağlanmadığını etiraf etmişdirlər. Digər 3 (üç) nəfər fiziki şəxs hər hansı əsaslı səbəb göstərmədən yazılı izahat verməkdən imtina etmişdirlər. Bununla da, fərdi sahibkar İddiaçı Vergi Məcəlləsinin 58.10cu maddəsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini pozmuşdur. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yarphMığana görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox- dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq İddiaçı (X59 Tarix: Azərbaycan, Göyçay, xx.xx.1974, Yaşayış Yeri: Azi 129, Baki Şəhəri Xətai Rayonu, Gəncə Pr., Ev. 103, M.54, Fin: xxxxxxx, Vöen:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmiş və xx.xx.2022 tarixədək 10000 manat məbləğin büdcəyə ödənilməsi təmin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “Vergi Ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə hesabat”a əsasən: İddiaçı xx.xx.2022-ci il tarixli bildirişlə X16 aylıq 150 manat əmək haqqı ilə Aşpaz vəzifəsinə xx.xx.2022-ci il tarixli müddətsiz müqavilə ilə işə götürmüşdür. İddiaçı xx.xx.2022-ci il tarixli bildirişlə X16 aylıq 150 manat əmək haqqı ilə Aşpaz vəzifəsinə xx.xx.2022-ci il tarixli müddətsiz müqavilə ilə işə götürmüşdür. İddiaçı xx.xx.2022-ci il tarixli bildirişlə X4 aylıq 150 manat əmək haqqı ilə Aşpaz vəzifəsinə xx.xx.2022-ci il tarixli müddətsiz müqavilə ilə işə götürmüşdür. İddiaçı xx.xx.2022-ci il tarixli bildirişlə X13 aylıq 150 manat əmək haqqı ilə Aşpaz vəzifəsinə xx.xx.2022-ci il tarixli müddətsiz müqavilə ilə işə götürmüşdür. İddiaçı xx.xx.2022-ci il tarixli bildirişlə X32 aylıq 150 manat əmək haqqı ilə Aşpaz vəzifəsinə xx.xx.2022-ci il tarixli müddətsiz müqavilə ilə işə götürmüşdür. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2022-ci il tarixli, DVX seriyalı 019781 nömrəli akta əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıq İdarəsi üzrə Baş İdarəsi xx.xx.2022-ci il tarixli, **********2278 nömrəli qərarına əsasən İddiaçı məxsus “Dadlı” Dönərxanada quraşdırılmış VS**********1 nömrəli zavod, Sunni V11 markalı nəzarət-kassa aparatı xx.xx.2022-ci il tarixli **********8 nömrəli qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə saat 14:30-da müştəri tərəfindən qəbul edilmiş iaşə xidməti üçün 9,50 (doqquz manat, 50 qəpik) nağd pul ödənildi, lakin əvəzində müştəriyə NKA çeki təqdim edilmədi. Tərəfimizdən aparılmış araşdırma ilə müəyyən edildi ki, həmin məbləğ NKA-ya vurulmamışdır. Bu səbədən həmin məbləğ tərəfimizdən saat 14:46:37-də 236 nömrəli çeklə NKA-nın fiskal yaddaşına bərpa edildi. (Bərpa çeki akta əlavə edilir). NKA-dan gündəlik “Z” və dövrü maliyyə hesabatlarının alınması və saxlanılması tövsiyyə edildi. Operatorun plombu mövcuddur və toxunulmamışdır. ---tərəfindən “Nəzarət kitabçası” və ya hər hansı rəsmi sənəd təqdim edilmədiyindən bu barədə məlumat əldə etmək mümkün olmadı. Fərdi sahibkar İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərini pozmuş və buna görə də İddiaçı barəsində vergi məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq olunması təklif olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X46 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********1089 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən İddiaçı (X59 tarix: Azərbaycan, Göyçay, xx.xx.1974, Yaşayış yeri: AZ1129, Bakı şəhəri Xətai rayonu, Gəncə Pr., ev. 103, m.54, FİN: xxxxxxx, VÖEN:**********) keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2022 tarixli 019781 №-li akt(lar)ına, eləcə də operativ vergi nəzarəti tədbiri zamanı toplanmış materiallara baxıb müəyyən edilmişdir: “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən vergi ödəyicisi barəsində operativ vergi nəzarəti təyin olunmuş, vergi ödəyicisi tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək aktla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat və belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş və xx.xx.2022 tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Beləliklə, işin sadalanan hallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X46 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2279 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi 50 ünvanında yerləşən iddiaçıya məxsus Dönərxanada keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 05 (beş) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmiş, “operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmiş, tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2022-ci il tarixli **********1091 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 10.000 (on min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, xx.xx.2022-ci il tarixli, DVX seriyalı 019781 nömrəli akt əsasında Baş İdarə tərəfindən xx.xx.2022-ci il tarixli **********1089 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 1000,00 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırkı iş üzrə iddiaçı cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********1089 nömrəli və xx.xx.2022-ci il tarixli **********1091 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarlarının ləğvini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli qərarlarını xx.xx.2023-cü il tarixdə məhkəmədə mübahisələndirməklə 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; -50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. -50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: -1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. -1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. -1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. -2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. -2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. -10-cu bənd Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: -10.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. -10.2. Operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. -10.3. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. -10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. -10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. -10.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat 22 subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. -10.7. Operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. -10.8. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəfindən həmin akta əsasən müvafiq köməklik göstərilməsi üçün Vergi Məcəlləsinin 26.2-ci maddəsinə uyğun olaraq digər dövlət hakimiyyəti orqanlarına müraciət oluna bilər. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, cavabdehin mübahisələndirilən qərarları qanunazidd hesab oluna bilməz. Əvvəla ona görə ki, mübahisələndirilən inzibati aktların qəbulu zamanı Vergi Məcəlləsinin yuxarıda bəhs olunan normalarının tələbinə cavabdeh tərəfindən əməl edilmişdir. Belə ki, işin hallarından görünür ki, Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi rəhbər tutulmaqla vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar əsasında iddaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi 50 ünvanında yerləşən Dönərxanada xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək operativ vergi nəzarətinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarla iddiaçı xx.xx.2022-ci il tarixdə tanış olmuş və imzalamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə KY221870453 nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 14:50-də çıxarışla tanış olmuş və imzalamışdır. Operativ vergi nəzarətinin keçirilməsinin nəticəsi barədə xx.xx.2022-ci il tarixli DVX seriyalı 006215 nömrəli və xx.xx.2022-ci il tarixli, DVX seriyalı 019781 nömrəli aktlardan görünür ki, aktlarda vergi qanunvericiliyinin pozulması halları göstərilmiş, pozuntunun xarakteri açıqlanmış, aktlar imzalanmaq üçün iddiaçıya təqdim olunmuş, sonuncu qeyd edilən aktları imzalamaqdan imtina etmişdir (bu barədə vergi əməkdaşları tərəfindən ayrıca akt tərtib edilmişdir), vergi ödəyicisi olan iddiaçı həmin aktlarda yoxlama ilə bağlı öz qeydlərini daxil etməmişdir. xx.xx.2022-ci il tarixli DVX seriyalı 006215 nömrəli operativ vergi nəzarətinin nəticələrinə dair akta əsasən vergi orqanı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu hallar aşkar edilərək həmin fiziki şəxslərin şəxsiyyət vəsiqələri məlumatları əldə edilmiş və siyahıları tərtib edilərək aktlara əlavə edilmişdir. Operativ vergi nəzarətinin keçirilməsi ilə bağlı təqdim olunmuş icraat materiallarına iddiaçı tərəfindən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 5 nəfər fiziki şəxsdən 2 nəfərin izahatı əlavə edilmiş, 3 nəfərin izahat verməkdən imtina etmələri barədə vergi yoxlayıcıları tərəfindən akt tərtib edilmişdir. İzahatı alınmış 2 nəfər-X20 və X27 izahatlarından müəyyən olunur ki, həmin şəxslər- X20 xx.xx.2022-ci il tarixdə, digəri 1 həftə olmaqla sözügedən iddiaçıya məxsus dönərxanada işlədiklərini, lakin onlarla yazılı əmək müqaviləsi və ya hər hansı bir xidmət müqaviləsinin bağlanmadıqlarını bildirmişlər. Qeyd edilməlidir ki, adları çəkilən fiziki şəxslər verdikləri izahatlarında adıçəkilən dönərxanada vəzifələri, iş saatları, iş rejimləri, gündəlik aldıqları əmək haqları, işəgötürənin X35 olduğunu bildirməklə yanaşı, həmin obyektdə onlarla birlikdə çalışan digər şəxslərin, o cümlədən izahat verməkdən imtina etmiş işçilərin adlarını bildirmişlər ki, bu məlumatlar yalnız həmin obyektdə işləyən şəxslərin malik ola biləcəkləri informasiyalardır. Eyni zamanda X35 inzibati icraat zamanı özünün verdiyi etirafedici izahatında 5 nəfər fiziki şəxsin-X34, X3, X21, X20, X32 yeni olaraq işə cəlb olunduqları, sınaq müddətində olduqları, həmin dövrdə gördükləri işlər obyektin fəaliyyəti üçün qənaətbəxş səviyyədə olduğu təqdirdə həmin şəxslərlə rəsmi qaydada əmək müqaviləsi bağlanılmasının təmin ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci maddəsinə görə əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12-ci maddəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 49-cu maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydaların: -3.1-ci bəndinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir. -3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. -3.4-cü bəndinə görə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. -3.5-ci bəndinə görə işəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı, adı, atasının adı, gücləndirilmiş elektron imza (dövlət orqanları və ya hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini, fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir. Sadalanan normalardan görünür ki, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə qeyd edir ki, obyektin yeni fəaliyyətə başlaması, fiziki şəxslərin hansı müddətdə həmin obyektdə işlədiyinin müəyyən edilməsi hazırkı vergi hüquq pozuntusunun mahiyyətinə təsir edə bilən məqam deyildir. Belə ki, yuxarıda qeyd edilən normalardan da görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi ödəyicisinin hansı dövrdən sahibkarlıq fəaliyyətinə başlaması və ya hansı müddətə sahibkarlıq fəaliyyəti göstərməsi qanunvericilikdə heç bir əsasla şərtləndirilməmişdir. VMin 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, sözügedən maddədə təsvir olunan vergi hüquq pozuntusu üçün hər hansı bir maddi nəticənin baş verməsi ilə şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Başqa sözlə, vergi ödəyicisi sözügedən maddədə təsvir edilən əməli törətməklə artıq işçinin gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış olur və bu əməlinə görə 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiqinə məruz qalır. Eyni zamanda qeyd edilməlidir ki, Vergi Məcəlləsində göstərilən əmələ görə tətbiq olunan maliyyə sanksiyasının məbləği dəqiqdir, dəyişilməzdir, aşağı və ya yuxarı həddi qanunla müəyyən edilməmişdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, əmək müqaviləsinin qeydiyyat sistemindən də görünür ki, iddiaçı ilə adları çəkilən 5 nəfər fiziki şəxsdən 4 nəfəri ilə (X26, X7, X20, X40) vergi yoxlamasından sonra əmək müqavilələri bağlanmışdır və bu hal da bir daha onu ifadə edir ki, adları çəkilən fiziki şəxslər obyektdə işçi vəzifələrini icra etmiş, onlar yoxlama aparılan gün də daxil olmaqla əmək müqaviləsi bağlamadan əmək funksiyalarının icrasına cəlb edilmişlər. Yuxarıda adıçəkilən “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın:
7. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi. -7.1-ci bəndinə əsasən bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. -7.2-ci bəndinə əsasən əhali ilə pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən obyektlərdə qanunvericilikdə nəzarət-kassa aparatının (bundan sonra – “NKA”) və ya ciddi hesabat blanklarının, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrin (sayğacın) quraşdırılması və ya ciddi hesabat blanklarının tətbiqinin nəzərdə tutulduğu müəyyən edilir. -7.3-cü bəndinə görə vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatından və ya ciddi hesabat blanklarından, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrdən və ya ciddi hesabat blanklarından istifadə edilib-edilməməsi müəyyənləşdirilir. -7.4-cü bəndinə görə NKA-nın çeklərində vergi ödəyicisinin adının, VÖEN-inin, çekin vurulması tarixinin və saatının, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiymətinin, yekun məbləğin, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X58), gün ərzində vurulmuş çeklərin sayının və nömrəsinin, nəzarət-kassa aparatının markasının və zavod nömrəsinin, ödənilmiş məbləğin, müştəriyə qaytarılan məbləğin (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğin (qalıq borcun), ödənişin forması və üsulunun (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növünün (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsinin, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvolların əks etdirilməsi araşdırılır və hər hansı məlumatın NKA-nın fiskal yaddaşına daxil edilməməsi aşkar edildikdə, həmin məlumatların fiskal yaddaşa daxil edilməsinin vergi ödəyicisinə tövsiyə edilməsi barədə nəzarətin nəticələrinə dair tərtib edilən aktda qeydiyyat aparılır. -7.5-ci bəndinə əsasən alıcıya verilən nəzarət-kassa aparatının çekində göstərilən məbləğin ödənilmiş məbləğə uyğunluğu yoxlanılır. -7.12-ci bəndinə əsasən işlərə (xidmətlərə) görə ödənilmiş pulun alınmasını təsdiq edən sənədin istehlakçılara verilib-verilməməsi, istehlakçılara verilmiş sənədlərdə göstərilən məbləğlərin ödənilmiş məbləğə uyğunluğu araşdırılır. -7.15-ci bəndinə əsasən əhali ilə pul hesablaşmaları zamanı nəzarət-kassa aparatından istifadə olunmadığı aşkar edildikdə, nəzarət qaydasında mal alışının həyata keçirilməsi zamanı alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə nəzarətkassa aparatından operativ yaddaşın “X” (bundan sonra “X”) hesabatı alınır, nəzarətkassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilir və yenidən “X” hesabatı alınaraq, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə görə Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İşin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixində saat 14:30-da müştəri tərəfindən qəbul edilmiş iaşə xidməti üçün 9,50 manat nağd pul ödənilsə də müştəriyə NKA çeki təqdim edilməmişdir. Həmin məbləğ kassaya vurulmadığından vergi orqanı əməkdaşları tərəfindən saat 14:46:37-də 236 nömrəli çeklə NKA-nın fiskal yaddaşına bərpa edilmişdir. İddiaçının qeyd etdiyi vergi əməkdaşlarının sorğu-suala başladıqları üçün bir anlığa müştəri tərəfindən ödənilən məbləğin NKA-ya vurulmasının gecikməsi, bu halın birinci dəfə baş verdiyi üçün maliyyə sanksiyasının tətbiq olunması əsassız olması ilə bağlı məhkəmə qeyd edir ki, VM-in 58.10-cu maddəsində olduğu kimi Məcəllənin 58.7-ci maddəsində də qeyd olunan vergi hüquq pozuntusu formal tərkibldir. Başqa sözlə, 58.7-ci maddəsinin tətbiqi üçün əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması halının bir dəfə - nağd vəsaitin nəzarət kassa aparatına vurulmaması və çekin təqdim edilməməsinin baş verməsi yetərlidir ki, hüquq pozuntusu baş vermiş olsun və vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilsin. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı iş üzrə cavabdeh iddiaçı barəsində qəbul etdiyi əliverişsiz inzibati aktların qəbul edilməsini zəruri edən faktiki və hüquqi şərtləri sübuta yetirə bilmişdir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X46 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova