Məhkəmə qərarları › İş №2-1(112)-5584/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5584/2023

17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5584/2023 17.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “məzuniyyət pulunun ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “məzuniyyət pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılır ki, o, N015-ci ilin növbəti məzuniyyətindən N5 gün istifadə etməmişdir. Belə ki, o N014-cü ilin iyun ayından N015-ci ilin may ayına kimi N nömrəli hərbi hissədə, N015-ci ilin may ayından N015-ci ilin oktyabr ayına kimi N nömrəli hərbi hissədə xidmət etmişdir. N015-ci il tarixdə istifadə etmədiyi N5 gün məzuniyyət günlərinə görə kompensasiyanın hesablanaraq ona ödənilməsini xahiş etsə də, müraciətinin təminindən imtina edilmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, N01N-N0NN-ci illərdə iddiaçının N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə N5 gün məzuniyyətdən istifadə etmədiyi müəyyən edilmiş və buna uyğun olaraq 84N manat ödəniş edilmişdir.İddiaçının xidmət etdiyi digər hərbi hissəyə də müraciət edilmiş və müəyyən edilmişdir ki, N01N-N015-ci illər növbəti məzuniyyətdən iddiaçı N nömrəli hərbi hissə üzrə tam istifadə etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Hərbi biletin surətindən görünür ki, iddiaçı N8 iyun N007-ci il tarixdən N aprel N015ci il tarixə kimi N nömrəli hərbi hissədə, N aprel N015-ci il tarixdən NN sentyabr N015-ci il tarixədək N nömrəli hərbi hissədə, NN sentyabr N015-ci il tarixdən 05 mart N0NN-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. N nömrəli hərbi hissənin N8 oktyabr N0NN-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı N01N-N015-ci il tarixlərdə növbəti məzuniyyətdən tam istifadə etmişdir. N nömrəli hərbi hissənin məktubunda qeyd edilmişdir ki, iddiaçı N015-ci ilin oktyabr ayının N-dən N0NN-ci ilin mart ayının 6-a dək xidməti üzrə müraciətinə əsasən istiadə etmədiyi N5 günə görə 84N manat pul kompensasiyanı almışdır. Hərbi hissənin arayışında qeyd edilmişdir ki, N015-ci il üzrə növbəti məzuniyətindən N nömrəli hərbi hissə üzrə istifadə etməmişdir. Məhkəmə tərəfindən iddiaçının N015-ci il üzrə təkcə N və N nömrəli hərbi hissə yox, həmçinin N nömrəli hərbi hissədə də xidmət etməsi ilə əlaqədar dəqiqləşdirilmiş məlumatların təqdim edilməsi barədə sorğusuna cavabdehin cavab məktubunda qeyd edilmişdir ki, iddiaçı N nömrəli hərbi hissədə xidmət edərkən N0 gün, N nömrəli hərbi hissədə xidmət edərkən N gün növbəti məzuniyyətdən istifadə etmiş, N nömrəli hərbi hissədə istifadə etməmişdir. Beləliklə onun N015-ci il üzrə 15 gün növbəti məzuniyətdən istifadə etmədiyi müəyyən edilmişdir. Arayışda məzuniyyətə getdiyi tarix və əmrin nömrəsi də qeyd edilməklə istifadə etdiyi məzuniyyət günlərinin N nömrəli hərbi hissə üzrə cəmindən görünür ki, N0 gün olmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun: M a d d ə N. Hərbi qulluqçu statusuna malik şəxslər

1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.

M a d d ə 10. Pul təminatı və maddi təminat hüququ

1. Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. Maddə 11. İstirahət hüququ

1. Hərbi qulluqçuların istirahət hüququ həftədə 41 saatdan çox olmayan xidmət vaxtının müəyyən edilməsi, həftəlik istirahət günlərinin, iş günü hesab edilməyən bayram günlərinin, illik məzuniyyətlərin və başqa ödənişli məzuniyyətlərin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), habelə dincəlmək və qidalanmaq üçün kündəlik fasilələrin verilməsi yolu ilə təmin edilir. Dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir: a) növbəti məzuniyyətlər; İldə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara N5 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına N0 günlük, əsgərlərə (matroslara) və çavuşlara N günlük növbəti mə!zuniyyət verilir. Silahlı qüvvələrdə N0 təqvin ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük mə'zuniyyət verilir. Mə'zuniyyətin keçirildiyi yerə gedib-qayıtmaq vaxtı həmin müddətə daxil deyildir. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. «Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin:

114. Dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir: a) növbəti məzuniyyət; N0. Növbəti məzuniyyət aşağıdakılara verilir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına — müddətli həqiqi hərbi xidmət ərzində — bir dəfə N gün; b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına — hər təqvim ili üçün N0 gün; v) gizirlərə və miçmanlara — hər təqvim ili üçün N5 gün; q) zabitlərə — hər təqvim ili üçün 45 gün. 1N1. Növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N8 sentyabr N01N-ci il tarixli N17 nömrəli Qərarının:

1. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (N0,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. Qanunvericiliyin tələbindən də göründüyü kimi hərbi qulluqçu növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya ödənilməlidir. Hazırkı inzibati mübahisə də iddiaçının N015-ci il üzrə istifadə etmədiyi məzuniyyət günlərinin sayı və buna uyğun olaraq ona kompensasiyanın ödənilməsi ilə bağlıdır. Belə ki, iddiaçı N015-ci il üzrə N5 gün məzuniyyət günlərindən istifadə etmədiyinin nəzərə alınmaqla kompensasiyanın ödənilməsində iddialıdır. İddiaçı qeyd edir ki, o, N015-ci il üzrə N hərbi hissədə (N,6N9,N05) xidmət etmiş və 45 günlük məzuniyyətindən N0 gününü istifadə etmiş, N5 gün istifadə etməmişdir ki, buna uyğun kompensasiya ona ödənilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, N nömrəli hərbi hissə ilkin olaraq N01N- N015-ci illər üzrə növbəti məzuniyyətdən tam istifadə edildiyinə istinad etmişdir. N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, N nömrəli hərbi hissədə növbəti məzuniyyətindən iddiaçı istifadə etməmişdir. Cavabdeh daha sonra etirazında qeyd etmişdir ki, N01N-N015-ci illər üzrə iddiaçı növbəti məzuniyyətindən tam istifadə etmişdir. Lakin, işin faktiki hallarından da göründüyü kimi cavabdeh inzibati icraat apararkən istifadə edilməmiş məzuniyyət günlərinin hesablanması zamanı iddiaçının N hərbi hissədə N015-ci il üzrə xidmət etməsini nəzərə almamışdır. Buna uyğun olaraq dəqiqləşdirilmiş məlumatın təqdim edilməsinə dair məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, iddiaçı N nömrəli hərbi hissədə N0 gün, N nömrəli hərbi hissədə isə N gün növbəti məzuniyyətindən istifadə etmiş N nömrəli hərbi hissədə isə istifadə etməmişdir. Göründüyü kimi həmin məktubda iddiaçının zabit olması nəzərə alınmaqla 45 günlük növbəti məzuniyyətdən ən azından 15 gün (45-N0-10) növbəti məzuniyyətdən istifadə etmədiyi öz təsdiqini tapmışdır. Lakin, iddiaçı məhz N5 gün növbəti məzuniyyətdən istifadə etmədiyində iddialı olduğundan və iddiasında israr etdiyindən əlavə məhkəmə araşdırması aparılmış, məzuniyyətə dair əmrlər tələb edilmişdir. Təqdim edilən sənədlərdən müəyyən edilir ki, iddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə N0 gün (5+10+5) növbəti məzuniyyətdən istifadə etməmişdir. Lakin, cavabdeh tərəfindən N nömrəli hərbi hissədə növbəti məzuniyyətdən N gün istifadə etməsi barədə heç bir sənəd və əmr təqdim edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, AR İPM-nin 14-cü madəsinin tələbləri baxımından aparılan qiymətləndirmə onu deməyə əsas verir ki, cavabdeh N nömrəli hərbi hissədə növbəti məzuniyyətdən iddiaçının istifadə etdiyini qeyd edirsə təkcə məktubla həmin məlumatı təqdim edilməsindən əlavə, bununla bağlı əmrlərin təqdim edilməsi zəruri olmuşdur. Necə ki, cavabdeh N nömrəli hərbi hissədə N0 gün növbəti məzuniyyətdən istifadə edilməsi barədə arayışa əmrin nömrələri və tarixləri qeyd edilməklə məlumatı məhkəməyə təqdim edirsə, N nömrəli hərbi hissədə N gün növbəti məzuniyyətdən istifadə ilə bağlı da həmin məlumatlar təqdim edilməli idi. Qeyd olunan səbəbdən də məhkəmə hesab edir ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından N nömrəli hərbi hissədə iddiaçı ümumiyyətlə növbəti məzuniyyətdən istifadə etməmişdir. Belə ki, bununla bağlı hər hansı əmr, arayış və s təqdim edilməmiş, iddiaçı da həmin hərbi hissədə məzuniyyətdən istifadə etməməsi barədə məlumat vermişdir ki, qeyd olunan maddənin tələbi baxımından da həmin iddianın göstərilən hissədə təminini istisna edən faktiki şərt cavabdeh tərəfindən sübut edilə bilməmişdir. Lakin, məhkəmə hesab edir ki, cavabdeh təqdim etdiyi arayış və arayışda göstərilən əmrin nömrəsi və tarixi qeyd edilməklə N nömrəli hərbi hissədə N0 gün məzuniyyətdən istifadə edildiyini sübut edə bilmişdir ki, məhkəmə AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddiaçının həmin hissədə iddiasının təminin istisna edilməsi qənaətindədir. Belə ki, əmrlər qüvvədədir, ləğv edilməmişdir və N nömrəli hərbi hissədə iddiaçının N0 gün növbəti məzuniyyətdən istifadə edildiyini təsdiq edir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, iddiaçının dediyi kimi N015-ci il üzrə N5 gün yox, N0 gün 45 günlük məzuniyyətdən istifadə edilməmişdir ki, N015-cü il üzrə N0 günlük növbəti məzuniyyətdən istifadə edilməmə nəzərə alınmaqla ödəniş həyata keçirilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 61N-ci , 69-cu , 75-ci və 1N5-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı N015-ci il üzrə istifadə etmədiyi N0 gün növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının (ehtiyata buraxılarkən tutduğu vəzifə və polkovnik-leytenant hərbi rütbəsinin hazırda mövcud vəzifə və rütbə maaşı nəzərə alınmaqla) ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazliyinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən N0 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar