Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5588/2022 04.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Аzərbаycаn Rеspublikаsının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğv olunması və işə bərpa olunma” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra mətndə DVX) qarşı “əmrin ləğv olunması və işə bərpa olunma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DVX-nin 06.12.2021-ci il tarixli “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında” əmrinin ona aid hissəsinin ləğv edilməsi, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 80-ci maddəsində müəyyən edilmiş formada işə bərpa olunmağının təmin edilməsi, sərəncama çıxarıldığı gündən hazırki vaxtadək almalı olduğu əmək haqlarının tam şəkildə ödənilməsinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit ixtisası üzrə bakalavr və 2015-2019-cu illərdə Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə 2-ci ali təhsili almışdır. Dövlət vergi orqanlarına xidmətə 2010-cu ilin may ayından Lənkəran şəhərində yerləşən 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi borclarının alınması şöbəsinin dövlət vergi müfəttişi vəzifəsindən başlamışdır. 2010-2013-cü illər həmin idarənin Hüquq şöbəsinin böyük dövlət vergi müfəttişi, 2013-2015-ci illərdə Koordinasiya şöbəsinin rəisi, 2015-2018-ci illərdə Operativ nəzarət şöbəsinin rəisi, 2018-2019-cu illərdə X6 şöbəsinin rəisi, 2019-cu ilin fevralından 2020-ci il may ayınadək 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini, 2019-cu ilin sentyabr, oktyabr və noyabr aylarında 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icraçısı, 2020-ci ilin may ayından 2021-ci ilin iyun ayınadək Bakı Şəhəri X6 Baş İdarəsinin iqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsinin rəis müavini vəzifələrində çalışmışdır. O, və ailə üzvləri də daxıl olmaqla qardaşı, anası və 2016-cı ildən xərçəng xəstəliyindən müalicə alan atası da koronavirus xəstəliyinə tutulmuşdur. Neftçilər xəstəxanasında müalicə aldığı dövrdə anası X5 bu xəstəlikdən 13.04.2021-ci il tarixdə Cəlilabad rayonunda yerləşən xəstəxanada vəfat etmişdir. Bununla əlaqədar 21.04.2021-ci il tarixdə iş yerinin dəyişdirilərək, 6 saylı Ərazi Vergilər Baş İdarəsində boş ştat vahidinə keçirilməsi üçün DVX-yə ərizə ilə müraciət etmiş, naməlum səbəbdən 21.04.2021-ci il tarixdən 14.06.2021-ci ilədək 2 ay müddətində müraciətinə baxılmamış və əvvəlcədən ona xəbərdarlıq edilmədən, 14.06.2021-ci il tarixli **********518000 nömrəli əmrlə 08.06 2021-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilərək, 3 ay müddətinə DVX-nin sərəncamına götürülmüşdür. Sərəncamda olduğu müddətdə dəfələrlə sərəncama çıxmağının səbəblərinin bildirilməsi üçün müraciətlər etməsinə baxmayaraq hər dəfə müraciətin səbəbləri izah edilməmiş, təkrar cümlələrlə sərəncamda olmağını, sərəncam müddətinin 08.12.2021-ci ilədək uzadıldığı, sonuncu dəfə isə təşkilati ştat tədbirləri ilə əlaqədar işdən çıxarıldığı bildirilmişdir. Ona heç bir xəbərdarlıq etmədən, əmrlə onu tanış etmədən ev ünvanına poçt vasitəsilə 21.12.2021-ci il tarixdə məktub göndərilmiş, daxil olmuş 14 12 2021-ci ıl tarixli **********154400 nömrəli məktubda onun müraciətlərinə cavab olaraq 14.06.2021-ci il tarixdən təşkilati ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq vəzifədən azad olunaraq 3 ay müddətinə sərəncama götürülmüşdür. 12.10.2021-ci il tarixdən sərəncamdan çıxarılmışdır” ifadələri qeyd edilmişdir Göründüyü kimi, DVX tərəfindən verilən əmr ona əvvəlcədən xəbərdarlıq edilmədən xidmətinə xitam verilməsi qərarı verilmişdir. Göstərilənlərlə əlaqədar olaraq və Xitam verilmə əmri ona təqdim olunmamasına baxmayaraq 21.12.2021-ci il tarixdən sonra əldə etdiyi məlumatlara əsasən 06.12.2021-ci il tarixdə “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında” müvafiq əmr imzalanmış həmin əmrdə əsas kimi əməkdaşların hal-hazırda uyğun vəzifələrə təyin edilmələrinin qeyri mümkünlüyünü nəzərə alınaraq “Dövlət Vergi orqanlarında xidmət haqqında Əsasnamə”nın 75-ci maddəsinin 3-cü hissəsini rəhbər tutulmaqla əmək müqaviləsinə 57 gün əvvəlki tarixə xitam verilmiş və tutduğu vəzifədən azad etmişlər. Eyni zamanda 12.01.2021 -ci il tarixdə Poçt vasitəsilə ona daha bir məktub daxıl olmuş daxil olmuş 23.12.2021-ci il tarixli **********907400 nömrəli Təhvil təslim işlərinin aparılması haqqında məktubdan da göründüyü kimi 06.12.2021-ci il tarixli **********091400 nömrəli “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında" Əmrə əsasən təhvil təslim işləri ilə əlaqədar baş idarəyə dəvət olunmuşdur. Bu məktubdan da göründüyü barəsində verilən əmri 06.2.2021-ci il tarixdə imzalanmışdır. DVX-nin “Xidmətə xitam verilmə barədə sərəncamdan çıxarılma haqqında” Əmri 06 12.2021 -ci il tarixdə imzalanmasına baxmayaraq, 12.10.2021-ci il tarixdən sərəncamdan çıxarılmış hesab edilmişdir. Halbuki müraciətlərinə əsasən ona təqdim edilmiş 02.11.2021-ci il tarixli **********519800 nömrəli məktubun məzmunundan görünür ki, həmin dövrdə xidmətin sərəncamında olmuşdur. Bakı şəhəri X6 Baş İdarəsində və öz ərizəsi ilə müraciət etdiyi 6 saylı Ərazi Vergilər Baş İdarəsində kifayət qədər boş ştat vahidlərinin olmasına baxmayaraq, heç bir əsaslı səbəb təqdim etmədən əmək fəaliyyətinə xitam verilmişdir. Qeyd olunanlardan əlavə olaraq bildirir ki, sərəncamda olduğu 3 ay müddətində ona əmək haqqı ödənilmiş, lakin növbəti 3 ay ərzində heç bir əmək haqqı ödənilməmişdir Halbuki “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinin tələblərinə əsasən təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Göründüyü kimi sərəncam müddətində əmək haqqı saxlanılmalı olduğu halda Əsasnamənin tələbləri pozularaq 3 ay sonra əmək haqqı verilməmiş, halbuki əmək haqqını yalnız 3 ay müddətinə verilməsi qadağası bu maddədə öz əksini tapmamışdır. Müstəsna hal olaraq əlavə 3 ay müddət uzadılmışdırsa həmin dövrdə əmək haqqı da ödənilməli idi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DVX İPM-nin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını (və etiraza əlavəni) məhkəməyə təqdim edərək bildirmişdir ki, aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, İddiaçı iddia tələbi iddia müddəti ötürüldüyündən, həmçinin inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın digər mümkünlük tələblərinə uyğun olmadığından mümkün sayılmamalıdır. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Eyni zamanda, həmin maddənin tələblərinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Bununla yanaşı, İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı DVX-nin Bakı şəhəri X6 üzrə Baş idarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində çalışmışdır. DVX-nin 08.06.2021 tarixli **********518000 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə DVX-nin sərəncamına götürülmüşdür. Daha sonra DVX-nin 06.12.2021-ci il tarixli **********091400 nömrəli əmri ilə İddiaçı 12.10.2021-ci il tarixdən DVX-nin sərəncamından çıxarılmışdır. Hazırkı iddia ərizəsi ilə iddiaçı 06.12.2021-ci il tarixli **********091400 nömrəli “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında” əmri mübahisələndirərək işə bərpa edilməsini xahiş etmişdir. İddiaçı müvafiq iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə 25.01.2022-cı tarixdə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən 14.12.2022-ci il tarixdə **********154400 nömrəli məktubla sabiq əməkdaş İddiaçı sərəncamdan çıxarıldığı barədə məlumat verilmiş və əmək kitabçasının DVX-nin İnsan resursları baş idarəsindən götürməyi və ya poçt vəsitəsilə göndərilməsi üçün razılıq verməsi xahiş olunmuşdur. Həmin məktub 21.12.2022-ci il tarixdə İddiaçı çatdırılmış və iddiaçı həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyinə dair məlumatı olmuşdur .Qeyd olunan hal təqdim edilmiş iddia ərizəsində iddiaçının özü tərəfindən də təsdiq edilmişdir. Göründüyü kimi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 06.12.2022-ci il tarixdə xitam verilməsinə və bu barədə 21.12.2022-ci il tarixdə artıq məlumatının olmasına baxmayaraq o, müvafiq əmrin ləğvi ilə bağlı iddia ərizəsini məhkəməyə 25.01.2022-ci il tarixdə, qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə müraciət etmişdir. Başqa sözlə, iddiaçı qanunvericiliklə ona verilmiş prosessual hüququn həyata keçirilməsi üçün müəyyən olunmuş müddət bitdikdən sonra məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsindən göründüyü üzrə, İddiaçı işə bərpa tələbi ilə yanaşı sərəncama çıxarıldığı gündən bugünədək almalı olduğu əmək haqqının tam şəkildə ödənilməsini tələb etmişdir. Bununla bağlı qeyd etməlidirlər ki, DVX-nin 08.06.2021-ci il tarixli **********518000 nömrəli əmri ilə İddiaçı təşkilati-ştat tədbirləri ilə əlaqədar olaraq işdən azad edilərək, sərəncama götürülmüş, 06.12.2021-ci il tarixli **********091400 nömrəli əmr ilə isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək sərəncamdan çıxarılmışdır. İddiaçının öz iddia ərizəsində qeyd etdiyi kimi, 08.06.2021 tarixli **********518000 nömrəli əmr ilə 3 ay müddətinə sərəncama götürülmüş və həmin dövr ərzində ona əmək haqqı ödənilmişdir. Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin 38-ci maddəsinə əsasən təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Göründüyü üzrə həmin Əsasnamənin 38-ci maddəsinə əsasən sabiq əməkdaşa sərəncamda olduğu 3 aylıq müddətində əmək haqqı ödənişləri edilmiş, lakin sərəncamda olma müddətinin uzadılması halında əmək haqqının ödənilməsinə dair qanunvericlikdə hər hansı norma nəzərdə tutulmadığından qalan dövr ərzində hər hansı ödənişlər həyata keçirilməmişdir. Beləliklə iddiaçının “sərəncama çıxarıldığı gündən bugünədək almalı olduğu əmək haqqının tam şəkildə ödənilməsi”nə dair tələbi tamamilə əsassızdır. Nəticədə, bütün yuxarıda qeyd olunanlar iddia tələbinin əsassız olduğunu və buna görə də iddianın mümkünsüz hesab edilməli olduğunu göstərir. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması barədə qərar çıxarılması xahiş edilmişdir. Sonradan 28.04.2022-ci il tarixdə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh DVX hesab edir ki, İddiaçı iddia tələbi rədd edilməlidir. İddiaçı DVX-nin Bakı şəhəri X6 üzrə Baş idarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində çalışmışdır. DVX-nin 08.06.2021 tarixli **********518000 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə DVX-nin sərəncamına götürülmüşdür. DVX-nin 13.09.2021-ci il tarixli **********898200 nömrəli əmri ilə sərəncamda saxlanılma müddəti uzadılmış, 06.12.2021-ci il tarixli **********091400 nömrəli əmri ilə isə İddiaçı 12.10.2021-ci il tarixdən DVX-nin sərəncamından çıxarılmışdır. Hazırkı iddia ərizəsi ilə iddiaçı 06.12.2021-ci il tarixli **********091400 nömrəli “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında” əmri mübahisələndirərək, işə bərpa edilməsini xahiş etmişdir. İddiaçı qeyd olunan iddia tələbini onunla əsaslandırmağa çalışmışdır ki, DVX-nin Bakı Şəhər X6 üzrə Baş idarəsinin strukturu yeni tərkibdə təsdiq edilmiş və həmin əmrin əlavəsinə əsasən bəzi struktur vahidləri birləşdirilərək, yeni adla təsdiq edilmiş, həmçinin Baş İdarənin ştat vahidlərinin sayı bərabər şəkildə olmaqla, yəni F-37 nömrəli Əmr imzalanmamışdan əvvəlki dövrdə 399 sayda təsdiq edilmişdirsə, müvafiq Əmrlə də ixtisarlar aparılmamış və həmin ştat vahidləri eyni sayda təsdiq edilmişdir. İddiaçının bu dəlilinə münasibətdə bildirilir ki, qeyd olunduğu üzrə İqtisadiyyat Nazirliyinin 19.03.2021-ci il tarixli F-37 nömrəli əmri ilə DVX-nin Bakı Şəhər X6 üzrə Baş idarəsinin strukturu yeni tərkibdə 399 sayda ştat vahidi ilə təsdiq edilmişdir. Lakin iddiaçının qeyd etdiyinin əksinə ştat vahidlərinin sayı eyni tərkibdə qalmamışdır. Belə ki, Bakı Şəhər X6 üzrə Baş idarəsinin strukturu Vergilər Nazirliyinin 07.08.2019-cu il tarixli **********017000 nömrəli əmri ilə 451 sayda ştat vahidi ilə təsdiq edilmişdir. Başqa sözlə, İqtisadiyyat Nazirliyinin 19.03.2021-ci il tarixli F-37 nömrəli əmri ilə Bakı Şəhər X6 üzrə Baş idarəsinin ştat vahidlərinin sayı əvvəlkinə nisbətən azaldırılaraq 399 sayda təsdiq edilmişdir. Bununla yanaşı, iddiaçı Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin 75-ci bəndinin 3-cü hissəsinə istinad edərək, xidmət etdiyi baş idarənin rəhbərliyi tərəfindən ona heç bir işin təklif edilmədiyini, digər vəzifəyə keçirilməyinin qeyrimümkünlüyünü müəyyən edən hər hansı tədbirin görülmədiyini bildirmişdir. Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin 75-ci bəndinin 3-cü hissəsinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər.Yuxarıda qeyd olunduğu üzrə İqtisadiyyat Nazirliyinin 19.03.2021-ci il tarixli F-37 nömrəli əmri ilə Bakı Şəhər X6 üzrə Baş idarəsinin ştat vahidlərinin sayı əvvəlkinə nisbətən daha az sayda ştat tərkibi ilə təsdiq edildiyinə görə sabiq əməkdaş İddiaçı digər vəzifəyə keçirilməsi qeyrimümkün olmuşdur. Bundan əlavə iddiaçı DVX-nin 08.06.2021 tarixli **********518000 nömrəli əmri ilə sərəncama götürüldüyü ilk 3 ay ərzində əmək haqqının saxlanılaraq ona ödənildiyini, lakin 13.09.2021-ci il tarixli **********898200 nömrəli əmr ilə sərəncamda saxlanılma müddəti uzadıldığı halda Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin 38-ci bəndinin tələbləri pozularaq, ona hər hansı əmək haqqı ödənişinin edilmədiyini bildirmişdir. Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin 38-ci bəndinə əsasən təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər və müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Göründüyü üzrə həmin Əsasnamənin 38-ci maddəsinə əsasən sabiq əməkdaşa sərəncamda olduğu 3 aylıq müddət ərzində əmək haqqı ödənişləri edilmiş, lakin sərəncamda olma müddətinin uzadılması halında əmək haqqının ödənilməsinə dair qanunvericlikdə hər hansı norma nəzərdə tutulmadığından qalan dövr ərzində hər hansı ödənişlər həyata keçirilməmişdir. DVX-nin 08.06.2021 tarixli **********518000 nömrəli əmri ilə İddiaçı təşkilati-ştat tədbirləri ilə əlaqədar olaraq işdən azad edilərək sərəncama götürülmüş, 06.12.2021-ci il tarixli **********091400 nömrəli əmr ilə isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək sərəncamdan çıxarılmışdır. İddiaçının öz iddia ərizəsində qeyd etdiyi kimi, 08.06.2021 tarixli **********518000 nömrəli əmr ilə 3 ay müddətinə sərəncama götürülmüş və həmin dövr ərzində ona əmək haqqı ödənilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən iddiaçının gətirdiyi dəlillər əsassız olduğundan və cavabdeh inzibati orqanın mübahisələndirilən qərarı qanunamüvafiq qaydada qəbul edildiyindən hazırkı iş üzrə iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın mümkün sayılmamasını, mümkün sayılacağı təqdirdə isə təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmaqla, təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İPM-nin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İş materiallarından görünür ki, DVX-nin **********154400 №-li 14.12.2021-cı il tarixli məktubu (qeyd olunan məktubla inzibati orqan tərəfindən İddiaçı sərəncamdan çıxarıldığı barədə məlumat verilmiş və əmək kitabçasının DVX-nin İnsan resursları baş idarəsindən götürməyi və ya poçt vəsitəsilə göndərilməsi üçün razılıq verməsi xahiş olunmuşdur) iddiaçıya poçt vasitəsilə 16.12.2021-ci il tarixdə göndərilmiş və sonuncuya 20.12.2021-ci il tarixdə təqdim olunmuş, iddiaçı tərəfindən hazırki iddia ərizəsi məhkəməyə göndərilməsi üçün 17.01.2022-ci il tarixdə poçta təqdim olunmuş və həmin iddia ərizəsi 25.01.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi əmrin ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürməmiş və həmin əmrin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmalıdır. İş materiallarında olan; Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1985-ci ildə doğulmuşdur. İddiaçı “iş yerinin dəyişdirilməsi haqqında” DVX-yə ünvanlanmış 21.04.2021-ci il tarixli müraciətindən görünür ki, İddiaçı onu mövcud vəziyyətlə əlaqədar bundan əvvəl xidmət etdiyi vəzifəyə, 6 saylı Ərazi Vergilər Baş İdarəsində vakant qalan baş İdarənin rəis müavini vəzifəsinə keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. DVX-nin Sənədlərlə iş və icra intizamına nəzarət baş idarəsinin “Müraciətə baxılması haqqında” İddiaçı ünvanlanmış **********061400 saylı cavab məktubunda qeyd olunmuşdur ki, onun qəbul edilməsi barədə 02.11.2021-ci il tarixli (AVİS qeydiyyatı: 04.11.2021-ci il tarixli **********146300 nömrəli) müraciətinə İqtisadiyyat Nazirliyi yanında DVX-də aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, vergi orqanına etdiyi müraciətilə bağlı o, 23.11.2021-ci il tarixdə DVX-nin vəzifəli şəxsləri tərəfindən videoqəbul formatında qəbul edilmişdir. DVX-nin “Müraciətə baxılması haqqında” 14.12.2021-ci il tarixli **********154400 saylı məktubunda qeyd olunmuşdur ki, DVX-yə daxil olmuş 25.11.2021-ci il tarixli müraciəti ilə bağlı bildirilmişdir ki, o, 14.06.2021-ci il tarixdən DVX-nin müvafiq əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə uyğun olaraq təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar tutuduğu vəzifədən azad olunaraq 3 (üç) ay müddətinə DVX-nin sərəncamına götürülmüş, 12.10.2021-ci il tarixdən sərəncamdan çıxarılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 6-cı bəndinin tələblərinə uyğun olaraq ona məxsus olan əmək kitabçasının DVX-nin İnsan resursları baş idarəsindən götürməyi və ya poçt vasitəsilə göndərilməsinə razılıq verilməsi xahiş edilir. Cavabdeh tərəfindən təqdim olunmuş aşağıdakı sənədlərdən: “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 1340 nömrəli Sərəncamından irəli gələn bir sıra məsələlər haqqında 07.08.2019-cu il tarixli **********017000 saylı əmrdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 1340 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu təsdiq edilmişdir. Qeyd olunan Sərəncamla Vergilər Nazirliyinin Aparatında baş idarələr, idarələr, şöbələr və bölmələr formalaşmış, eyni zamanda Milli Gəlirlər Baş İdarəsi, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi, Aksizli və X1 Nəzarət Baş İdarəsi, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, Bakı şəhəri X6 üzrə Baş İdarə, Çağrı Mərkəzi (baş idarə səlahiyyətli) və yerli bölmələr (baş idarələr, idarələr və şöbələr) vergilər Nazirliyinin strukturuna daxil olan qurumlar kimi müəyyən edilmişdir. Ölkə Prezidentinin sözügedən sərəncamından irəli gələrək, Vergilər Nazirliyinin Aparatının və Vergilər Nazirliyinin strukturuna daxil olan qurumların tərkib quruluşunun, ştat vahidlərinin sayının və bölgüsünün təsdiq edilməsinə, həmçinin bir sıra hüquqi məsələlərin tənzimlənməsinə zərurət yaranmışdır. Qeyd olunanlara əsasən “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnaməsi”nin müvafiq bəndləri rəhbər tutularaq aşağıdakılar əmr edilmişdir: - Vergilər Nazirliyinin bütün departamentləri baş idarələr, mərkəz (Çağrı Mərkəzi istisna olmaqla) isə idarə hesab edilsin. - Vergilər Nazirliyinin Aparatında və strukturuna daxil olan qrumlarda mövcud olan “Baş direktor”, “baş direktorun 1-ci müavini (müavini), “direktor”, “direktorun müavini” “rəhbər” və “rəhbərin müavini” vəzifələrini müvafiq olaraq “rəis” və “rəisin 1-ci müavini (müavini)” kimi adlandırılsın. - Vergilər Nazirliyinin Aparatının (müstəqil vəzifələrin və struktur vahidlərin) tərkib quruluşu, ştat vahidlərinin sayı və bölgüsü təsdiq edilsin - Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin, Vergilər Nazirliyinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin, Vergilər Nazirliyinin Aksizli və X1 Nəzarət Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin, Vergilər Nazirliyinin Çağrı Mərkəzinin və yerli bölmələrin tərkib qruluşu, ştat vahidlərinin sayı və bölgüsü təsdiq edilsin. Azərbaycan Respublikasının Vergilər nazirinin 07.08.2019-cu il tarixli **********019000 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər Nazirliyinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin tərkib quruluşu, ştat vahidlərinin sayı və bölgüsündən müəyyən olunur ki, cəmi baş idarə üzrə 451 ştat sayı təsdiq olunmuşdur: rəhbərlik 8; İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsi 34; Daxilolmaların təhlili və uçotu şöbəsi 4; Vergidən yayınma risklərinin və qarşılıqlı əməliyyatların təhlili şöbəsi 5; İctimai iaşə və xidmət sahələri üzrə şöbə 8; Ticarət sahəsi üzrə şöbə 7; Təmir-tikinti və istehsal sahələri üzrə şöbə 6; Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsi 37; İctimai iaşə və xidmət sahələri üzrə şöbə 11; Ticarət sahəsi üzrə şöbə 11; Təmir-tikinti və istehsal sahələri üzrə şöbəsi 7; Bəyannamələrin təhlili şöbəsi 5, Operativ vergi nəzarəti idarəsi 200; Monitorinq şöbəsi 21; Operativ vergi nəzarətin təşkili və təhlili şöbəsi 15; Nəsimi rayon üzrə şöbə 16; Nizami rayon üzrə şöbə 17; Yasamal rayonu üzrə şöbə 18; Səbail rayonu üzrə şöbə 12; Xətai rayon üzrə şöbə 16; Nərimanov rayon üzrə şöbə 17; Suraxanı və Sabunçu rayonları üzrə şöbə 18; Qaradağ rayonu üzrə şöbə 14; Binəqədi rayonu üzrə şöbə 16; Xəzər və pirallahı rayonları üzrə şöbə 16; Səyyar vergi yoxlamaları idarəsi 27; Səyyar vergi yoxlamalarının təşkili və təhlili şöbəsi 3; İctimai iaşə və xidmət sahələri üzrə şöbə 7; Ticarət sahələri üzrə şöbə 7; Təmir-tikinti və istehsal sahələri üzrə şöbə 6; Vergi öhdəliklərinin icrasına nəzarət idarəsi 28; Təhlil və ümidsiz borclarla iş şöbəsi 3; İcra işlərinin təşkili şöbəsi 4; 1-ci şöbə 9; 2-ci şöbə 9; Hüquq idarəsi 8; cavabdeh qismində məhkəmə işlərinin təşkili şöbəsi 4; iddiaçı qismində məhkəmə işlərinin təşkili şöbəsi 3; Vergi ödəyicilərinin uçotu idarəsi 20; vergi ödəyicilərinin uçotu şöbəsi 11; Uçot işlərinin təşkili və uçot-qeydiyyat məlumat bazalarının təhlili şöbəsi 5; Vergi ödəyicilərinə xidmət idarəsi 74; Xidmət mərkəzləri şöbəsi 29; Binəqədi xidmət mərkəzi bölməsi 7; Nərimanov xidmət mərkəzi bölməsi 7; Nəsimi xidmət mərkəzi bölməsi 5; Qaradağ xidmət mərkəzi bölməsi 5; Sabunçu xidmət mərkəzi bölməsi 4; Vergi ödəyicilərinin məlumatlandırılması şöbəsi 32; Vergi ödəyicilərinin məlumatlarının təhlili bölməsi 3; Yazışma bölməsi 8; Görüşlər və ünvanlı xidmətlər bölməsi 20; Fəlaiyyətin təşkili bölməsi 11; Keyfiyyətə təminat bölməsi 7; Fəaliyyətin təhlili bölməsi 3; Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi 8; Dəftərxana və arxiv bölməsi 3; İcraya nəzarət, kadrlarla iş və qəbul bölməsi 3; Maliyyə, təminat və mühasibat uçot şöbəsi 3; Daxili nəzarət şöbəsi 3; Media və kommunikasiya üzrə mütəxəsss 1. DVX-nin Bakı şəhəri X6 üzrə Baş İdarəsində struktur dəyişikliyin aparılması haqqında 19 mart 2021-ci il tarixli F-37 №-li Əmrin surətindən müəyyən olunur ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.5.1-ci, 5.5.5ci və 5.5.13-cü yarımbəndləri rəhbər tutularaq DVX-nin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin strukturu, ştat vahidlərinin sayı və bölgüsünün yeni redaksiyada təsdiq edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 2021-ci il 19 mart tarixli 37 nömrəli əmrinə əlavə- DVX-nin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin tərkib qruluşu, ştat vahidlərinin sayı və bölgüsündən müəyyən olunur ki, cəmi baş idarə üzrə 399 stat təsdiq olunmuşdur; rəhbərlik 8; Bəyannamələr və təhlil idarəsi 46; Daxilolmaların təhlili və uçotu şöbəsi 3; Vergidənyayınma risklərinin və qarşılıqlı əməliyyatların təhlili şöbəsi 5; Bəyannamələrin təhlili şöbəsi 5; İctimai-iaşə və xidmət sahələri üzrə şöbə 10; Digər xidmət sahələri üzrə şöbə 10; Ticarət, təmir-tikinti və istehsal sahələri üzrə şöbə 10; Keyfiyyət təminat idarəsi 22; Təhlil və təşkil şöbəsi 10; Monitorinq şöbəsi 6; Təkmilləşdirmə şöbəsi 4; Operativ vergi nəzarəti idarəsi 35; Təhlil və təşkil şöbəsi 7; Operativ nəzarət şöbəsi 25; Sahə təkmilçiliyi idarəsi 152; Təşkil şöbəsi 8; 1 saylı şöbə 15; 2 saylı şöbə 15; 3 saylı şöbə 15; 4 saylı şöbə 15; 5 saylı şöbə 14; 6 saylı şöbə 14; 7 saylı şöbə 14; 8 saylı şöbə 13; 9 saylı şöbə 13; 10 saylı şöbə 12; Vergi öhdəliklərinin icrasına nəzarət idarəsi 30; Təhlil və ümidsiz borclarla iş şöbəsi 30; Təhlil və ümidsiz borclarla iş şöbəsi 4; İcra işlərinin təşkili şöbəsi 4; Vergi borcları şöbəsi 15; Təqdim edilməmiş hesabatlarla iş şöbəsi 4; Hüquq idarəsi 8; Cavabeh qismində məhkəmə işlərinin təşkili şöbəsi 8; İddiaçı qismində məhkəmə işlərinin təşkili şöbəsi 3; Vergi ödəyicilərinin uçotu idarəsi 22; Vergi ödəyicilərinin uçotu şöbəsi 12; Uçot idarələrinin təşkili və uçot-qeydiyyat məlumat bazalarının təhlili şöbəsi 7; Xidmət mərkəzləri idarəsi 38; 1 saylı şöbə 10; 2 saylı şöbə 8; 3 saylı şöbə 7; 4 saylı şöbə 6; 5 saylı şöbə 5; Məlumatlandırma idarəsi 21; Yazışma bölməsi 8; Görüşlər şöbəsi 4; Ünvanlı xidmət şöbəsi 7; Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi 8; Dəftərxana və arxiv bölməsi 3; İcraya nəzarət, kadrlarla iş və qəbul bölməsi 3; Maliyyə, təminat və mühasibat uçotu şöbəsi 3; Daxili nəzarət şöbəsi 5; İT üzrə mütəxəssis 1. DVX-nin 08.06.2021-ci il tarixli **********518000 saylı “İşdən azad edilmə və sərəncama götürülmə barədə” əmrdən müəyyən olunur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin İqtisadi təhlil və büdcə proqunozunun icrasına nəzarət idarəsinin rəis müavini kiçik vergi xidməti müşaviri İddiaçı 08 iyun 2021-ci il tarixdən Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən tutduğu vəzifədən azad olmuş hesab edilməsi və 3 ay müddətinə DVXnin sərəncamına götürülməsi əmr edilmişdir. DVX-nin 06.12.2021-ci il tarixli **********91400 saylı “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında” əmrdən müəyyən olunur ki, Dövlət vergi orqanının sərəncamında olan əməkdaşların hal-hazırda uyğun vəzifələrə təyin edilmələrinin qeyrimümkünlüyü nəzərə alınaraq, Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141- İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət Vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsi və Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsasnaməsini”nin 5.5.6-cı yarımbəndlərini rəhbər tutularaq DVX-nin **********518000 saylı 14 iyun 2021-ci il tarixli əmri ilə DVX-nin sərəncamına götürülmüş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 12 oktyabr 2021-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək, Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmış hesab edilməsi əmr edilmişdir. Beləliklə işin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Bakı Şəhər X6 üzrə Baş idarəsinin strukturu Vergilər Nazirliyinin 07.08.2019-cu il tarixli **********017000 nömrəli əmri ilə 451 sayda ştat vahidi ilə təsdiq edilsə də, İqtisadiyyat Nazirliyinin 19.03.2021-ci il tarixli F-37 nömrəli əmri ilə Bakı Şəhər X6 üzrə Baş idarəsinin ştat vahidlərinin sayı əvvəlkinə nisbətən azaldırılaraq 399 sayda təsdiq edilmiş və buna görə də İddiaçı digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduğu üçün, onunla baağlanmış əmək müqaviləsinə xitaan verilmişdir. İddiaçının hazırki tələbindən görünür ki, DVX-nin 06.12.2021-ci il tarixli “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında” Əmrinin ona aid hissəsinin ləğv edilməsi, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 80-ci maddəsində müəyyən edilmiş formada işə bərpa olunmağının təmin edilməsi, sərəncama çıxarıldığı gündən almalı olduğu əmək haqlarının tam şəkildə ödənilməsini tələb edir. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnaməyə əsasən: Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir (maddə 38). Həmin Əsasnamənin 75-ci maddəsinə əsasən Vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 1) öz təşəbbüsü ilə; 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə; 4) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin vergi orqanlarında onun ixtisasına uyğun olan digər vəzifəyə keçirilməsi qeyrimümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda; 5) xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirilmədikdə; 6) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 7) Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq tərəflərin iradəsindən asılı olmayan hallarda; 8) Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulan digər hallarda. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsində Xidmətin vəzifəsi kimi-Xidmətin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək (3.0.26); 3.0.27. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Nazirliyə təkliflər vermək (3.0.27); fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə kadr hazırlığını təmin etmək, mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək (3.0.28) qeyd olunmuşdur. Xidmət fəaliyyətinin təşkili ilə bağlı Xidmət öz fəaliyyətini Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir (5.1.); Müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Xidmətin strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını Nazirlik təsdiq edir( 5.2.); Xidmət rəisinin müavinləri istisna olmaqla, Xidmətin digər işçilərini (Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olamyan tabeliyindəki qurumların rəhbərlərini və müavinlərini Nazirliklə razılaşdırmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, Xidmətin işçiləri barəsində qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür (5.5.6); İddiaçının işdən azad edilməsinin hüquqi əsası “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-cı maddəsinin 3-cü bəndidir. Əsasnamənin 75-ci maddəsinin 3-cü bəndinə müvafiq olaraq təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə Vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi inzibati akt “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə uyğun olaraq əsaslandırılmış, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı baş verməmişdir. İddiaçının isə öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə, işin araşdırılmış hallarına məcmu halda qiymət verərək hesab edir ki, iddiа təmin edilməməlidir. İPM-nin 2, 68, 69, 110- cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5588/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5588/2022
04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver