Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5590/2021 07.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlər tərəfindən dəyən zərərin bir səhmə görə 5 (beş) manat qiymətləndirilərək, İddiaçı1 2400 manat (480 səhm x 5 manat), İddiaçı2 6720 manat (1344 səhm x 5 manat), İddiaçı3 17500 manat (3500 səhm x 5 manat), İddiaçı4 720 manat (144 səhm x 5 manat), İddiaçı5 1920 manat (384 səhm x 5 manat), İddiaçı6 720 manat (144 səhm x 5 manat) kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Respublika Auksion Mərkəzində 07 fevral 2006-cı ildə keçirilmiş çek hərracında iştirak etməklə və Birjada Qiymətli kağızlarla alqı-satqı haqqında müqavilə əsasında səhmləri almaq hüququndan istifadə edərək. ünvan 1 ünvanında yerləşən “xxxx" ASC-nin səhmdarları olmuşlar. Lakin iddiaçıların xəbəri olmadan 2007-ci ildə “xxxx” ASC ləğv edilmişdir. Qanunvericiliyin tələbinə zidd olaraq bununla bağlı səhmdarlara heç bir məlumat verilməmiş, yaradılan ləğvetmə komissiyası səhm sahibi olan vicdanlı sahiblərin hüquqlarını nəzərə almalı olduğu halda bu nəzərə alınmamış və onlarla hər hansı haqq hesab aparılmamışdır. Bu yaxınlarda əldə etdikləri rəsmi sənədə, yəni Birjada Qiymətli kağızlarla alqı-satı haqqında müqaviləyə əsasən məlum olmuşdur ki, 2007-ci ildə “xxxx” ASC-nin səhmləri bazarda biri 1 (bir) manata satılıb. Bu rəsmi sənədləri əsas götürüb, səhmlərin taleyi ilə bağlı iddia ərizəsi ilə müraciət etməyi qərarlaşmışlar. Milli Depozit Mərkəzinin verdiyi 01.05.2006-cı il tarixli, ********* saylı depo hesabından çıxarışa əsasən İddiaçı1 480 (dörd yüz səksən) ədəd. 27.04.2006-cı il tarixli, ********* saylı depo hesabından çıxarışa əsasən İddiaçı2 1344(bir min üç yüz qırx dörd) ədəd, 22.02.2008-cı il tarixli. ********* saylı depo hesabından çıxarışa əsasən İddiaçı3 3500 (üç min beş yüz) ədəd, 23.06.2006-cı il tarixli. ********* saylı depo hesabından çıxarışa əsasən İddiaçı4 144 (bir yüz qırx dörd) ədəd, 06.07.2006-cı il tarixli, ********* saylı depo hesabından çıxarışa əsasən İddiaçı5 384 (üç yüz səksən dörd) ədəd, 23.05.2006-cı il tarixli, ********* saylı depo hesabından çıxarışa əsasən İddiaçı6 144 (bir yüz qırx dörd) ədəd “xxxx” ASC-nin adlı səhminə sahibdirlər. 2007-ci ildə “xxxx” ASC-nin səhmləri bazarda biri l(bir) manata satılıb. Bu mənada hüquqi şəxs ləğv edildiyi dövrdə səhmdarlara kompensasiya verilsəydi, İddiaçı1 480 manat, İddiaçı2 1344 manat, İddiaçı3 3500 manat, İddiaçı4 144 manat, İddiaçı5 384 manat, İddiaçı6 144 manat almalı idilər. Kompensasiyanın ödənilməsi vəzifəsi cavabdehlərin üzərində olduğu üçün onlar bu kompensasiyanı vaxtında almadıqlarından əldən çıxan fayda şəklində iddiaçılara 2007-ci ildə verilməli olan məbləğ qanunvericiliyin tələbinə uyğun surətdə indeksləşdirilməlidir. İddiaçlar “xxxx” ASC-nin səhmdarları olan dövrdə, yəni 2006-2007-ci illərdə 1ABŞ dollarının Azərbaycan manatına görə qiyməti 1 USD=0,78 manat olub. Hal-hazırda isə 1 ABŞ dollarının qiyməti 1,70 manatdır. Yəni manat 2,18 dəfə dəyərdən düşüb. 2007-ci ildə “xxxx” ASC-nin səhminin birjada bazar qiymətinin 1 (bir) manat olmasını, manatın dollara nisbətdə 2,18 dəfə dəyərdən düşməsini, keçən 13 ildən çox olan dövrdə infilyasiyanı, puldan istifadə əmsalının sıfır olmasını və Mərkəzi Bankın bank faizinin uçot dərəcəsinin hər il üçün orta hesabla 9 % olmasını nəzərə alınsa, "xxxx” ASC-nin hal-hazırda bir səhminin qiyməti təxminən 5 (beş) manat olmalıdır. İddiaçılara dəyən zərərin ödənilməsindən ötrü Bakı şəhəri Xətai Rayon Məhkəməsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət etmişlər. Cavablarda Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət etməklərini bildiriblər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddianın mümkünlüyü məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 07 may 2021-ci il tarixə təyin edilmiş və tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir Məhkəmə iclasında iştirak edən iddiaçılar hazırki iddiaya inzibati məhkəmə icraatında baxılaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Maliyyə Nazirliyinin nümayəndəsi hazırki iddia üzrə Maliyyə Nazirliyinin hər hansı cavabdehliyinin yaranmadığını əsas gətirərək iddianın mümkün sayılmamasını xahiş etdi. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamış, məhkəmə cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin iştirakı olmadan iddianın mümkünlüyü məsələsini araşdırmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. 1 saylı Yerli İqtisad Məhkəməsinin icraatında olmuş 474/1-177 saylı işdən götürülmüş və hazırki işin materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin 02.06.2005-ci il tarixli, 140 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibində olan "Azərneftyağ" Neft Emalı zavodunun ünvan 3 ünvanında yerləşən İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi “xxxx” Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş, “xxxx” ASC-nin nizamnamə kapitalı ********** (bir milyard əlli səkkiz milyon bir yüz min) manat həcmində müəyyən edilmiş, ASC-nin nizamnamə kapitalının müqabilində hər birinin nominal dəyəri 10000(on min) manat olmaqla 105810(bir yüz beş min səkkiz yüz on) ədəd sənədsiz adlı səhm buraxılmışdır. Eyni zamanda ASC-nin səhmləri özəlləşdirmə üsullarına görə aşağıdakı nisbətdə bölüşdürülməsi qərara alınmışdır: -əmək kollektivinə güzəştli satışa yönəldilən səhmlər-15%; -pul hərracına yönəldilən səhmlər-30%; - ixtisaslaşdırılmış çek hərracına yönəldilən səhmlər -55%. Həmçinin, sərəncama əsasən Respublika Auksion Mərkəzinə tapşırılmışdır ki, bu sərəncama uyğun olaraq cəmiyyətin səhmlərinin satışının təşkili ilə bağlı zəruri tədbirlər həyata keçirsin. Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin 29.12.2006-cı il tarixli 10- 2/12794 saylı məktubundan görünür ki, dövlət proqramına uyğun olaraq “xxxx” ASC-nin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı 01-25 fevral 2005-ci il tarixlərində keçirilərək, səhmlərin 14,61 %-i özəlləşdirilmiş, 55,08 %-i 07-11 fevral 2006-cı il tarixlərində ixtisaslaşdırılmış çek hərracına çıxarılmış, qalan 30,31 %-i isə 27.06.2006-cı il tarixində pul hərracında özəlləşdirilmişdir. İş materiallarında olan satıcı adlandırılacaq X1 və alıcı adlandırılacaq İddiaçı3 Behmud qızı (adından çıxış edən şəxs “xxxx” MMC) arasında bağlanmış qiymətli kağızlarla alqı-satqı haqqında 2853 nömrəli, 20.08.2007-ci il tarixli və 2875 nömrəli, 22.08.2007-ci il tarixli müqavilələrin 1-ci maddələrinə əsasən satıcı qeyd edilən qiymətli kağızları (və onlar üzrə dividendlərin alınmasını, səhmdarların ümumi yığıncaqlarında iştirak etməsini və s. hüquqları) alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində həmin qiymətli kağılzarı qəbul edərək onların dəyərini satıcıya nəğd halda şəxsən ödəmək öhdəliyini öz üzərinə götürür. Qiymətli kağızın adı səhm, qiymətli kağızın növü adi adlı səhm, emitent “xxxx” ASC. İş materiallarında olan satıcı adlandırılacaq X4 və alıcı adlandırılacaq İddiaçı3 Behmud qızı (adından çıxış edən şəxs “xxxx” MMC) arasında bağlanmış qiymətli kağızlarla alqı-satqı haqqında 2824 nömrəli, 17.08.2007-ci il tarixli müqavilənin 1-ci maddələrinə əsasən satıcı qeyd edilən qiymətli kağızları (və onlar üzrə dividendlərin alınmasını, səhmdarların ümumi yığıncaqlarında iştirak etməsini və s. hüquqları) alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində həmin qiymətli kağılzarı qəbul edərək onların dəyərini satıcıya nəğd halda şəxsən ödəmək öhdəliyini öz üzərinə götürür. Qiymətli kağızın adı səhm, qiymətli kağızın növü adi adlı səhm, emitent “xxxx” ASC. Milli Depozit Mərkəzinin verdiyi 01.05.2006-cı il tarixli, ********* saylı depo hesabından çıxarışa əsasən İddiaçı1 480 (dörd yüz səksən) ədəd. 27.04.2006-cı il tarixli, ********* saylı depo hesabından çıxarışa əsasən İddiaçı2 1344 (bir min üç yüz qırx dörd) ədəd, 22.02.2008-cı il tarixli ********* saylı depo hesabından çıxarışa əsasən İddiaçı3 3500 (üç min beş yüz) ədəd, 23.06.2006-cı il tarixli ********* saylı depo hesabından çıxarışa əsasən İddiaçı4 144 (bir yüz qırx dörd) ədəd, 06.07.2006-cı il tarixli, ********* saylı depo hesabından çıxarışa əsasən İddiaçı5 384 (üç yüz səksən dörd) ədəd, 23.05.2006-cı il tarixli, ********* saylı depo hesabından çıxarışa əsasən İddiaçı6 144 (bir yüz qırx dörd) ədəd “xxxx” ASC-nin adlı səhminə sahibdirlər. Azərbaycan Respublikasının 1 saylı Yerli İqtisad Məhkəməsinin 04.06.2007-ci il tarixli, 474/1-177 nömrəli qətnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin 02.06.2005-ci il tarixli, 140 nömrəli sərəncamı etibarsız hesab edilmiş, “xxxx” ASC-nin qanunvericiliklə nəzərdə tutulmuş qaydada ləğv edilməsi, hüquqi şəxslərin dövlət qeydiyyatından çıxarılması, ARDNŞ-nin mülkiyyət hüquqlarını, “Azərneftyağ” Neft Emalı zavodunun isə sahiblik, istifadə və sərəncam hüququnu bərpa edərək “xxxx” ASC-ni 20.10.2006-cı il tarixli 000123 saylı şəhadətnamədə göstərilən ünvan 5 ünvanında yerləşən qarajın yerləşdiyi 11728,8 kv.m olan torpaq sahəsi və 08.08.2006-cıl il tarixli ******* saylı çıxarışda göstərilən ünvan 6 ünvanında olan 0.09807 ha torpaq sahəsində yerləşən 818,2 kv.m ümumi, 475,6 kv.m əsas, 342,6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi istisna olmaqla əmlakı ilə birgə “Azərneftyağ” X5ytarılması qət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 18 mart 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 02.06.2005-ci il tarixli, 140 nömrəli sərəncamı ilə Dövlət Neft Şirkətinin "Azərneftyağ" Neft Emalı zavodunun İxtisaslaşdırılmış Təmir Tikinti idarəsinin bazasında “xxxx” açıq səhmdar cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikasının 1 saylı Yerli İqtisad Məhkəməsinin 04.06.2007ci il tarixli, 474/1-177 nömrəli qətnaməsinə əsasən, "xxxx” Açıq Səhmdar Cəmiyyəti ləğv edilmiş və cəmiyyətin əmlakı "Azərneftyağ" X8 geri qaytarılmışdır. Lakin cəmiyyətin səhmdarlarına kompensasiyanın ödənilməsi məsələsinə aydınlıq gətirilməmişdir. Ləğv edilmiş "xxxx” Açıq Səhmdar Cəmiyyətində malik olduğunuz səhmlərə görə kompensasiyanın ödənilməsi ilə ilə bağlı məhkəmənin qüvvəyə minmiş qərarı olduğu təqdirdə qanunvericiliyə uyğun olaraq müraciətə baxıla biləcəyi göstərilmişdir. Beləliklə, hazırki işin sadalanan hallarından müəyyən olunur ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 02.06.2005-ci il tarixli, 140 nömrəli sərəncamı ilə Dövlət Neft Şirkətinin "Azərneftyağ" Neft Emalı zavodunun İxtisaslaşdırılmış Təmir Tikinti idarəsinin bazasında “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılmış, cəmiyyətin nizamnamə kapitalı müqabilində səhmlər buraxılmış, həmin səhmlər özəlləşdirilmiş, sonradan Azərbaycan Respublikasının 1 saylı Yerli İqtisad Məhkəməsinin 04.06.2007-ci il tarixli, 474/1-177 nömrəli qətnaməsinə əsasən "xxxx” Açıq Səhmdar Cəmiyyəti ləğv edilmiş və cəmiyyətin əmlakı "Azərneftyağ" X8 geri qaytarılmışdır. İş üzrə iddiaçılar ləğv edilmiş "xxxx” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarıdır və hazırki tələblərində özəlləşmə nəticəsində sahib olduqları səhmlərə görə kompensasiyanın cavabdehlər tərəfindən ödənilməsini inzibati məhkəmə icraatında mübahisələndirirlər. Məhkəmə ilk öncə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) Qeyd edilən Plenum Qərarındakı mövqeyə və inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə ilk növbədə iddianın mümkünlülük əsaslarını yoxlamağı zəruri hesab etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 7.1-ci bəndində göstərilmişdir ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır........Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Həmin Qərarın 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunan normaların tələblərindən çıxış etdikdə müəyyən olunur ki, inzibati orqanlara qarşı kompensasiya ödənilməsinə dair iddialar o zaman inzibati məhkəmə icraatında baxıla bilər ki, vurulmuş ziyan inzibati orqanın bilavasitə inzibati hüquq sahəsindəki fəaliyyəti (qərar, hərəkət və ya hərəkətsizliyi) nəticəsində vurulmuş olsun və bununla bağlı yaranmış mübahisə inzibati hüquq mübahisəsi olsun. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən doğan mübahisə isə inzibati mübahisə deyildir. Aşağıda sadalanan işin hallarına və qanunvericiliyin normalarına əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə inzibati mübahisə olmamaqla iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun: -1.0.1-ci maddəsinə görə dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. -1.0.3-cü maddəsinə əsasən özəlləşdirmənin obyekti - özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir. -1.0.7-ci maddəsinə görə özəlləşdirmə əqdi - bu Qanuna uyğun olaraq dövlət əmlakının satıcısı ilə alıcısı arasında bağlanılan alqı-satqı müqaviləsidir. -8.1-ci maddəsinə görə Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. -8.2-ci maddəsinə əsasən dövlət əmlakının satıcısı: 8.2.7. özəlləşdirmə prosesində yaradılan səhmdar cəmiyyətlərinin təsisçisi və dövlətə məxsus səhmlər zərfinin saxlayıcısı kimi çıxış edir; 8.2.8. dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunu aparır və onun dövlət büdcəsinə köçürülməsini təmin edir, habelə mühasibat uçotunu aparmaqla, maliyyə və statistik hesabatları tərtib edir;http://frameworks.eqanun.az/26/c_f_26044.html 8.2.9. səhmdar cəmiyyətlərində (və ya müştərək müəssisələrdə) dövlət əmlak payının, həmçinin dövlət əmlakının satışı zamanı alıcıların alqı-satqı müqaviləsində müəyyən edilmiş öhdəliklərinin uçotunu aparır və s. -9.1-ci maddəsinə görə dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcılar kimi aşağıdakılar çıxış edir: 9.1.1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; 9.1.2. bu Qanunun 9.2.-ci maddəsində göstərilənlərdən başqa Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış bütün hüquqi şəxslər; 9.1.3. xarici hüquqi şəxslər. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsində əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 16.1-ci maddəsinə görə Dövlət əmlakının özəlləşdirilməsi aşağıdakı üsullarla həyata keçirilir: 16.1.1. özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı; 16.1.3. dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı; 16.1.4. dövlət əmlakının hərraclar vasitəsilə satışı; 16.1.5. dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı; 16.1.6. icarəyə verilmiş dövlət əmlakının satışı; 16.1.7. dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı. Eyni Qanunun 19.1-ci maddəsinə əsasən dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı özəlləşdirmə prosesində yaradılmış səhmdar cəmiyyətlərin səhmlərinin və ya səhm zərflərinin sifarişlər əsasında alıcılara satışıdır. Həmin Qanunun 25.1-ci maddəsinə görə dövlət əmlakının özəlləşdirilməsi barədə məlumat rəsmi kütləvi informasiya vasitələrində həmin əmlakın satışının həyata keçirilməsi gününə azı 30 gün qalmış dərc edilməlidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən alıcı özəlləşdirilən dövlət əmlakının haqqını birdəfəyə və ya özəlləşdirmə əqdində (alqı-satqı müqaviləsində) müəyyən edilmiş müddət ərzində ödəməlidir. Həmin Qanunun 29.1-ci maddəsinə görə dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır. Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-1 Q saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında” Əsasnamənin: -5-ci bəndinə görə dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətlərinə çevrilən dövlət müəssisələrinin dövlətin adından təsisçisi kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir -7.3-cü bəndinə əsasən dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan müəssisə çevrilmiş, onun əmlakı isə səhmdar cəmiyyətinin balansına verilmiş hesab olunur. -9-cu bəndinə görə səhmlərin satıcısı kimi dövlətin adından mülkiyyətçi səlahiyyətlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı çıxış edir. -10-cu bəndinə görə dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin səhmlərinin satışı Milli Depozit Mərkəzi tərəfindən aparılan səhmdarların reyestrində müvafiq dəyişikliklər etmək yolu ilə qeydiyyatdan keçirilir. Səhmdarların tələbi ilə onlara mənsub olan səhmlər üzrə depo hesabından çıxarış verilir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı Qaydaları”nın -1.2-ci bəndinə əsasən dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı özəlləşdirmə prosesində yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin sifarişlər əsasında dövlət özəlləşdirmə payları (çekləri) və ya pul müqabilində özgəninkiləşdirilməsidir. -1.4-cü bəndinə görə özəlləşdirilən dövlət əmlakının satıcısı kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi çıxış edir. -2.1-ci bəndinə görə Əmlak Məsələləri Dövlət Komitəsi hərrac gününə ən azı 30 (otuz) gün qalmış hərrac haqqında məlumatın Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində dərc olunmasını təşkil edir. -3.1-ci bəndinə əsasən hərraclarda iştirak etmək üçün qanunvericiliyə müvafiq olaraq dövlət əmlakının alıcısı kimi tanınan, hərraclarda iştirak etmək üçün vaxtında sifariş vermiş, hərracların keçirilməsinə dair dərc olunan məlumatdakı sənədləri lazımi qaydada tərtib və təqdim etmiş fiziki və hüquqi şəxslər (bundan sonra - sifarişçi) buraxılır. -8.2-ci bəndinə görə səhmdar cəmiyyətinin səhmlərinin satışına dair yekun məlumatlar təsdiq edildikdən sonra Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Milli Depozit Mərkəzinə təqdim edilir. Sadalanan normalardan görünür ki, dövlət əmlakının özəlləşməsi nəticəsində yaradılmış səhmdar cəmiyyətinin səhmlərinin özəlləşdirilmə üsullarından biri də səhmlərin ixtisaslaşdırılmış çek və pul hərracları vasitəsi ilə satışa çıxarılmasıdır. Qeyd edilən üsulla səhmlərin satışı üzrə hərracda bir tərəfdən özəlləşdirilən dövlət əmlakının satıcısı kimi Əmlak Məsələləri Dövlət Xidməti, digər tərəfdən hərraclarda iştirak edən dövlət əmlakının alıcısı kimi tanınan fiziki və ya hüquqi şəxs çıxış edir. Səhmlərin satışı üzrə bağlanmış alqısatqı müqaviləsi əsasında alıcı tərəf səhmlərin dəyərini ödəyir və səhmlərin mülkiyyətçisinə çevrilir, özəlləşdirilən dövlət əmlakının satıcısı kimi çıxış edən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti isə səhmlərin əldə edilməsindən əldə olunan vəsaiti dövlət büdcəsinə köçürür. Hazırki halda iddiaçılar hərracda müvafiq müəssisənin özəlləşdirməsi nəticəsində əldə etdikləri səhmlərə görə kompensasiya ödənilməsini tələb edirlər. Məhkəmə hesab edir ki, mübahisə inzibati orqanlara qarşı əmlak tələbi ilə bağlı olsa da, bu tələb həmin orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti- inzibati aktı və ya inzibati xarakterli hərəkətləri ( və ya hərəkətsizliyi) ilə bağlı deyil. Belə ki, işdən də müəyyən olunur ki, iddiaçılar yuxarıda qeyd edildiyi kimi səhmdar cəmiyyətinin səhmlərinin ixtisaslaşdırılmış çek hərracında satılması ilə bağlı qəzetdə dərc edilmiş elanla tanış olmuşlar, bundan sonra öz sərbəst iradələri əsasında Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin Respublika Auksion Mərkəzində keçirilmiş çek hərracında iştirak etmişlər və yenə də iradə sərbəstliyi, müqavilə azadlığı prinsiplərinə uyğun olaraq birjada qiymətli kağızlarla alqı-satqı müqaviləsi bağlayaraq "xxxx” Açıq Səhmdar Cəmiyyətinin səhmlərini əldə etmişlər. Bu müqavilə münasibətlərində iddiaçılar səhmləri əldə edən alıcı, Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi səhmlərin satıcısı qismində çıxış etmişdir. Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi səhmlərin alqı-satqısına dair müqavilə üzrə bilavasitə hakimiyyət səlahiyyətini tətbiq edən inzibati orqan statusunda deyil, mülki döviyyənin bərabər hüquqlu subyekti statusunda çıxış etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir (bənd 3.1). İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır (bənd 4). İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (bənd 5.1). Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır (bənd 5.2). “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 23-cü bəndində göstərilmişdir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.2-ci maddəsinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Həmin Məcəllənin 43.3-cü maddəsinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar səhmlərə mülkiyyət hüququ və hazırki halda onların dəyərini kompensasiya şəklində tələb etmək hüququnu Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin inzibati aktı hesab olunan özəlləşmə barədə sərəncamı ilə deyil, bilavasitə həmin sərəncamdan sonra əmlakın satıcısı ilə alıcısı arasında iradə sərbəstliyi əsasında bağlanmış mülki müqavilə-alqı-satqı müqaviləsi əsasında əldə etmişlər. Eyni zamanda bu hüquq inzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində də pozulmamışdır. İnzibati orqanın inzibati hüquq məsuliyyəti o zaman yarana bilərdi ki, həmin orqan iddiaçıların səhmlərinə münasibətdə hər hansı qanunsuz inzibati akt qəbul etmiş və ya faktiki xarakterli hərəkətə yol vermiş olsun. Lakin yuxarıda da qeyd edildiyi kimi iddiaçıların səhmdarı olduqları cəmiyyət məhkəmə qətnaməsi ilə ləğv olunmuşdur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayyət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunan normaların tələblərinə uyğun olaraq məhkəmə bu nəticəyə gəlir ki, hazırki iş üzrə mübahisə publik hüquq sahəsi ilə tənzimlənmir, mübahisə mülki hüquq xarakterli olduğundan iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması qeyrimümkündür. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.1-ci maddəsində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır.(Qərar 15.2-ci bənd) Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (Qərar 15.3-cü bənd) Qeyd edilənlərə əsasən məhkəmə iddianın məhkəmə aidiyyatı üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü bildirməklə yanaşı izah edir ki, iddiaçıların hazırkı tələblə mülki məhkəmə icraatı qaydasında aidiyyatı üzrə müvafiq məhkəməyə müraciət etmək hüquqları saxlanılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi,540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5590/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5590/2021
07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver