Məhkəmə qərarları › İş №2-1(112)-5592/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5592/2020

20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5592/2020 20.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakimi Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 (Bakı ünvanında qeydiyyatdadır. İxtisası və vəzifəsi: hüquqşünas, hüquq təminat şöbəsinin baş məsləhətçisi) iştirakı ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” barədə tələbinə dair iddia ərizəsi üzrə inzibаti işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı İddiaçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, xx.xx.1958-ci ildə Füzuli rayonunun Dilağarda kəndində anadan olmuşdur. Ali təhsillidir və xx.xx.1975-ci ildən Füzuli rayonunun “dostluq“sovxozundan fəhlə kimi işə başlamış, xx.xx.1987-ci ildən Füzuli rayonunun Dilağarda kənd X4 icraiyyə komitəsinin sədri vəzifəsinə, xx.xx.2003-cü ildən isə Füzuli rayonunun Dilağarda kəndi üzrə nümayəndəsi təyin olunmuş və xx.xx.2015-ci ilədək həmin vəzifədə işləmişdir. 1988-ci ilin fevral ayından məlum, erməni hərbi birləşmələrinin Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Qarabağı işğal etmək üçün apardığı döyüş əməliyyatlarının qarşısının alınması üçün könüllü olaraq döyüş əməliyyatlarında, döyüşçülərin təminatının yaradılmasında iştirak etmişdir. İddiaçı ona veteran adının verilməsi ilə əlaqədar, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi xx.xx.2012-ci il tarixli məktubla bundan imtina edərək, arxiv sənədi və ya məhkəmə qərarının olmaması səbəbindən ona veteran adının verilməsindən imtina etmişdir. O, həmin təşkilata tələb olunan arayışları, işə girmə və işdən azad olma barədə əmrlər olan əmək kitabçası və digər sənədləri təqdim etmişdir. Göstərilənlərə əsasən iddiaçı ona müharibə veteranı vəsiqəsinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair təqdim etdiyi etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirakını təsdiq edə biləcək sənədləri olmadığından, iddia tələbi təmin edilə bilməz. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclаsındа cavabdehin nümayəndəsi N.Ələkbərov iddiаya etirazında göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izаhаt və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi əsаssızdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1958-ci ildə Füzuli rayonu, Dilağarda kəndində anadan olmuşdur, Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatdadır. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2019-cu il tarixli, Q/4620 nömrəli məktubunda, iddiaçının döyüş əməliyyatlarında iştirakını sübut edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışlar olduğu təqdirdə, ona müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə aidiyyatı komissiyada baxıla biləcəyi qeyd edilmişdir. İddiaçıya məxsus olan AT-X ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1975-ci ildə Füzuli rayonu dostluq sovxozunda 3 nömrəli üzümçülük briqadasına fəhlə qəbul edilmiş, xx.xx.1983-cü ildə 3 nömrəli üzümçülük briqadasının fəhləliyindən azad edilmişdir. xx.xx.1983-cü ildə “dostluq” sovxozuna komsomol təşkilat katibi təyin edilmiş, xx.xx.1987-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1987-ci ildə Dilağarda kənd Xalq Deputatları sovetinin 16 iyun 1987-ci il tarixli sessiyasında Xalq Deputatları icraiyyə komitəsinin sədri seçilmişdir. xx.xx.2003-cü ildə ərizəsinə əsasən Füzuli rayonu İHB-nın Dilağarda kəndi üzrə nümayəndəsi təyin edilmişdir. xx.xx.2013-cü ildə iddiaçıya inzibati vəzifələrin yeddinçi təsnifatı üzrə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2015-ci ildə ona həvalə olunmuş vəzifəni yerinə yetirməyib kobud pozuntuya yol verdiyinə görə Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.7-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Füzuli rayon İcra Hakimiyyəti Başçısının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığı 13 may 2019-cu il tarixli, 01/307 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 noyabr 2016-cı il tarixli, 438 nömrəli qərarını rəhbər tutaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı Füzuli rayonu ərazisində könüllü yerli özünümüdafiə dəstələrinin tərkibində 01 fevral 1988-ci il tarixdən 09 oktyabr 1991-ci il tarixədək olan dövrdə aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısına Füzuli rayonunun Dilağarda kəndində qeydiyyatda olan, məcburi köçkün İddiaçı adı əlavə olunur. Füzuli rayon İcra Hakimiyyəti Başçısının 13 may 2019-cu il tarixli, 02/09 nömrəli arayışında, Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatda olan, məcburi köçkün İddiaçı 1988-ci ilin fevral ayının 1-dən 1991-ci il oktyabr ayının 9-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı Füzuli rayonu ərazisində könüllü yerli özünümüdafiə dəstələrinin tərkibində erməni quldur dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, 911 nömrəli məktubunda 01 fevral 1988-ci il tarixdən 09 oktyabr 1991-ci il tarixədək olan dövrdə aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin əsas verici sənədləri (arxiv arayışı və ya məhkəmə qərarı) olmadığında iddiaçıya “Müharibə Veteranı” vəsiqəsi verilməsi məqsədəuyğun hesab edilməməsi göstərilmişdir. AA 288572 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən İddiaçı məcburi köçkündür. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli, 9/2-18354 nömrəli cavab məktubunda, İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi və xidmət dövrü dəqiq göstərilmədiyindən barəsində araşdırma apara bilmədiyləri qeyd olunmuşdur. Məhkəmə sorğusu əsasında Füzuli rayon İcra Hakimiyyətinin Başçısı Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin 02 dekabr 2019-cu il tarixli, 01/699 nömrəli məktubunda, Füzuli rayon İcra Hakimiyyəti başçısı tərəfindən İddiaçı verilmiş 13 may 2019-cu il tarixli, 01/307 nömrəli və 02/09 nömrəli arayışlar Füzuli rayon İcra Başçısının Dilağarda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 mart 2019-cu il tarixli, 47 nömrəli arayışı əsasında verildiyi qeyd olunmuşdur və Dilağarda kənd İƏD üzrə nümayəndəliyinin 18 mart 2019-cu il tarixli, 47 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən Dilağarda kənd sakinidir. O, 1988-ci ilin fevral ayının 1-dən 1991-ci il oktyabr ayının 9-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı Füzuli rayonu ərazisində könüllü yerli özünümüdafiə dəstələrinin tərkibində erməni millətçi quldur dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin xx.xx.2019-cu il tarixli, 024-5043-1219 nömrəli məhkəmə sorğusuna cavab məktubunda bildirmişdir ki, xx.xx.1958-ci ildə Füzuli rayonunun Dilağarda kəndində anadan olmuş vətəndaş İddiaçı hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, fərariliyi və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkumluğu, barəsində cinayət təqibinə xitam verilməsi və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad olunması barədə Daxili İşlər Nazirliyinin müvafiq uçotlarında məlumat yoxdur. Füzuli rayon İcra Başçısının Dilağarda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Füzuli rayon İHB-nın Dilağarda kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi Dilağarda kənd sakini İddiaçı “Müharibə veteranı adının və vəsiqəsinin” verilməsi üçün verilmiş arayışa əsas olan sənədləri məhkəməyə 19 fevral 2020-ci il tarixli, 03 nömrəli məktubu ilə təqdim etmişdir və Füzuli rayon İcra Başçısının Dilağarda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04 mart 2019-cu il tarixli aktında göstərilmişdir ki, Dilağarda kənd sakini X2 iştirakı ilə akt tərtib etdik ondan ötəri ki, Dilağarda kənd icra nümayəndəsi İddiaçı kənd ərazi özünümüdafiə dəsdələrinin maddi təminatlarının ödənilməsində və eyni zamanda səngərlərin qazılması, müdafiə üçün lazım olan bütün məsələlərdə köməklik göstərmişdir. Məhkəmə iddiaçıya veteran adının verilməsindən cavabdehin imtinasını əsaslı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında ” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnamə”nin 1-ci bölməsinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir:.. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər“(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar“(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən:respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. İddiaçının 01 fevral 1988-ci il tarixdən 09 oktyabr 1991-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirakını təsdiq edən sənədlər qismində təqdim etdiyi sübutlar yuxarıda qeyd edilmiş qanunvericilikdə zəruri sənədlərin sırasına daxil edilməmişdir. Belə olan halda iddiaçının döyüş əməliyyatlarında iştirakı sübuta yetirilmiş hesab oluna bilməz və onun cavabdehə qarşı tələbinin heç bir hüquqi əsası mövcud deyildir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 2-ci, 34-cü, 68-ci,85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qərardan apellyasiya şikayəti qərar tam formada təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar