Məhkəmə qərarları › İş №2-1(112)-5595/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5595/2021

11.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5595/2021 11.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan ölçünün, çıxarışın, ünvanın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Ramana qəsəbəsi, 2-ci Sahə, 257 saylı yerdə 860 m2 torpaq sahəsinə aid plan ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və 190 m2 olan daşınmaz əmlaka ünvan və çıxarışın verilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 2-1(112)-5595/2021 nömrəli, 13.04.2021-ci il tarixli qərardadı ilə Ramana Bələdiyyəsi İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan ölçünün, çıxarışın, ünvanın verilməsi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq 13 aprel 2021-ci il tarixli sərəncam verilmiş, sərəncam İddiaçı iddia ərizəsində qeyd etdiyi ünvana göndərilmişdir. Daha sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə 18 may 2021-ci il tarixli məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə bildirişində inzibati məhkəmə icraatında prosessual hüquq və vəzifələr sadalanmış, eyni zamanda İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsinin tələblərinə dair qeydlər göstərilmişdir. Məhkəmənin 16.06.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında İddiaçı iştirak etməmiş və iştirak etməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Həmin tarixli məhkəmə iclası iddiaçının iştirakının təmin edilməsi üçün 09.07.2021-ci il tarixə təxirə salınmışdır. Daha sonra məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə 16 iyun 2021-ci il tarixli məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə bildirişində inzibati məhkəmə icraatında prosessual hüquq və vəzifələr sadalanmış, eyni zamanda İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsinin tələblərinə dair qeydlər göstərilmişdir. Məhkəmənin 09.07.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında İddiaçı iştirak etməmiş və iştirak etməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Həmin tarixli məhkəmə iclası iddiaçının iştirakının təmin edilməsi üçün 11.08.2021-ci il tarixə təxirə salınmışdır. Daha sonra məhkəmə iclasının vaxtı və yeri barədə 12 iyul 2021-ci il tarixli məhkəmə bildirişi iddiaçıya göndərilmişdir. Həmin məhkəmə bildirişdə İnzibati Prosessual Məcəllənin 55.3 və 55.5-ci maddələrinin tələbləri izah edilmiş və eyni zamanda həmin normaların tələbindən çıxış edərək iddiaçıya xəbərdarlıq etmişdir ki, 01.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuş hazırkı iddia üzrə iddiaçının məhkəmə icraatının davam etdirilməsinə hüquqi marağını ifadə edən müvafiq hərəkətlərin edilməsi, o cümlədən iddianı müdafiə etmək, bununla bağlı məhkəmə iclaslarında iştirak edərək müvafiq izahatlar vermək, sübutlar təqdim etmək zəruridir. İddiaçının qeyd edilən zəruri hərəkətləri etmədiyi, ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığı təqdirdə iddia məhkəmə tərəfindən geri götürülmüş sayılmaqla iş üzrə icraata xitam veriləcəyi bildirilmişdir. Məhkəmənin 13.07.2021-ci il tarixli reyestri və “Poçt göndərişlərinin izlənməsi” internet xidmətindən çıxarılmış məlumata əsasən SS741071990AZ koduna görə 12 iyul 2021-ci il tarixli məhkəmə bildirişi İddiaçı tərəfindən 30.07.2021-ci il tarixdə qəbul edilmişdir. 11 avqust 2021-ci il tarixli hazırkı məhkəmə iclasında İddiaçı iştirak etməmiş və iştirak etməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin geri götürülmüş sayılmaqla iş üzrə icraata xitam verilməsinə etiraz etmədi. Üçüncü şəxsin nümayəndəsi iddia tələbinin geri götürülmüş sayılmaqla iş üzrə icraata xitam verilməsinə etiraz etmədi. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iddia geri götürülmüş sayılmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 55.5-ci maddəsinin müddəalarına görə, məhkəmə icraata xitam verilməsi haqqında qərardadın qəbul edilməsindən öncə iddianın geri götürülmüş sayılması barədə qənaətə gəlməlidir. Bu İPM-in 55.3-cü maddəsinin məzmununa görə qərardadla rəsmiləşdirilməlidir. Hüquqi texnika baxımından, habelə İPM-in 55.5-ci maddəsinin ikinci cümləsinə görə, bu, məzmunca və prosessual baxımdan fərqli, lakin bir-biri ilə bağlı iki qərardad bir sənədlə ifadə oluna bilər. Lakin vahid qərardadın nəticəvi hissəsində hər ikisi və onlardan irəli gələn hüquqi nəticələr ayrı-ayrı bəndlərdə əks olunmalıdır. Belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: -məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); -tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; -tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); -tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Yuxarıda göstərilən qaydaların məhkəmələr tərəfindən pozulması məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər”. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi 01.04.2021-ci il tarixdən iddia ərizəsi məhkəməyə daxil olmuş, məhkəmə iddia ilə bağlı məhkəmə icraatına başlayaraq məhkəmə iclasları təyin etmiş, məhkəmə bildirişləri vasitəsilə iddiaçını məhkəmə iclaslarına dəvət etmiş, məhkəmə bildirişlərində iddiaçının inzibati məhkəmə icraatındakı hüquq və vəzifələri, eləcə də İnzibati Prosessual Məcəllənin 55-ci maddəsinin tələblərini bildirmiş, sonuncu bildirişində isə geniş şəkildə iddiaçının məhkəmə icraatının davam etdirilməsinə hüquqi marağını ifadə edən müvafiq hərəkətlərin edilməsi, o cümlədən iddianı müdafiə etmək, bununla bağlı məhkəmə iclaslarında iştirak edərək müvafiq izahatlar vermək, sübutlar təqdim etməyin zəruri olması ilə bağlı mütləq tələb irəli sürmüş, iddiaçının qeyd edilən zəruri hərəkətlərin etmədiyi, ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığı təqdirdə iddia məhkəmə tərəfindən geri götürülmüş sayılmaqla iş üzrə icraata xitam veriləcəyi barədə xəbərdarlıq etmişdir. Lakin iddiaçı qeyd edilən xəbərdarlıqlara baxmayaraq zəruri hüquqi hərəkətləri etməmiş, bilavasitə məhkəmə icraatından yayınmışdır. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının məhkəmə icraatının davam etdirilməsinə hüquqi marağının müəyyən olunmadığını nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia geri götürülmüş sayılmalı, iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddia geri götürülmüş hesab edilsin. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan ölçünün, çıxarışın, ünvanın verilməsi” tələbinə dair 2-1(112)-5595/2021 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar