Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5597/2022 27.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı yaşayış yeri üzrə qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun daimi yaşadığı Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2942-ci məhəllə 43C, korpus 6, 185 (yeni qaydalarla: AZ1129, ünvan 2 nömrəli mənzilə pasport qeydiyyata alınmaq vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi əsl cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsi ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan və yaşadığı Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2942-ci məhəllə 43C korpus 6, 185 (yeni qaydalarla: AZ1129, ünvan 2 nömrəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmağı vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1984-cü ildə Naxçıvan MR, Babək rayonunun Kültəpə kəndində anadan olmuşdur, 2009-cu il tarixdən sahibliyində və mülkiyyətində olmuş Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, ev 37, mənzil 97-də yaşamışdır və orada pasport qeydiyyatına alınmışdır. 2016-cı ildə həmin mənzili satmışdır. 2017-ci ilin avqust ayından Bakı şəhərində müxtəlif yerlərdə yaşamışdır. 2018-ci ildən isə ailə üzvləri ilə birlikdə atasına məxsus Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 2942-ci məhəllə 43C korpus 6, 185 ((yeni qaydalarla: AZ1129, ünvan 2 nömrəli mənzildə yaşayır. Həyat yoldaşı və övladı həmin ünvanda pasport qeydiyyatındadırlar. Atası onun həmin ünvana pasport qeydiyyatına alınmağı barədə 08 iyun 2021-ci il tarixdə notarius tərəfindən təsdiq olunmuş ərizə vermişdir. O, bununla bağlı Bakı şəhəri Xətai rayonu Polis İdarəsinə müraciət etmişdir. O, həmin mənzildə daimi deyil, müvəqqəti qeydiyyata alınmışdır və ona müvəqqəti qeydiyyat vəsiqəsi verilmişdir. O, yaşadığı mənzilə daimi qeydiyyata alınmağı barədə 2021-ci ilin iyun ayında Bakı şəhərində yerləşən 2 saylı, dekabr ayında isə 6 saylı ASAN Xidmət Mərkəzlərinə şifahi müraciət etmişdir. Bundan sonra o, atasına məxsus, ailə üzvlərinin daimi qeydiyyatda olduğu və ailə üzvləri ilə birlikdə daimi yaşadığı, DƏDRX-i tərəfindən verilmiş, qeydiyyat nömrəsi ********* olan çıxarışa əsasən atası X1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2942-ci məhəllə 43C korpus 6,185 (yeni qaydalarla: AZ1129, ünvan 2 nömrəli mənzilə daimi qeydiyyata alınmağı üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə 20 dekabr 2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsidə müraciətinə baxılaraq, 27 dekabr 2021-ci il tarixli, 012-20804S-3221 nömrəli məktubla “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 8.2.1-ci maddəsinin “hərbi vəzifəlilər və çağrışçılar yalnız onların hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyata qəbul və ya hərbi qeydiyyatdan çıxarma barədə müvafiq icra hakimiyyəti orqanının qeydləri olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata alınır və ya qeydiyyatdan çıxarılır” tələblərinə istinaq edərək, qeydiyyata alınmağı üçün qanunda nəzərdə tutulan bütün sənədlər olmasına baxmayaraq, onun Konstitusyon hüquqlarını və qanunun tələblərini pozaraq heç bir qanuni əsaslar olmadan onu daimi yaşadığı həmin mənzilə daimi qeydiyyata almaqdan imtina etmişlər. Göründüyü kimi cavabdehin 27 dekabr 2021-ci il tarixli, 012-20804S-3221nömrəli məktubunda göstərdiyi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.1-ci maddəsinin “hərbi vəzifəlilər və çağrışçılar yalnız onların hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyata qəbul və ya hərbi qeydiyyatdan çıxarma barədə müvafiq icra hakimiyyəti orqanının qeydləri olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata alınır və ya qeydiyyatdan çıxarılır” halı onun yaşayış yeri üzrə qeydiyyata alınmağından imtina edilməsi üçün əsas deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və elektron sistemdən çıxarışdan görünür ki, İddiaçı yaşayış ünvanı ünvan 1 ünvanıdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2942-ci məhəllə, 43C korpus 6, mənzil 185: yeni qaydalarla: AZ1129, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 307, M12, m13 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2019-cu il tarixdən X1 xüsusi mülkiyyətindədir. - X1 notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2942-ci məhəllə, 43C korpus 6, mənzil 185 (yeni qaydalarla: AZ1129, ünvan 2 ünvanında yerləşən mənzilə xx.xx.1984-cü il təvəllüdlü oğlu İddiaçı (AA*******) pasport qeydiyyatına düşməsinə etiraz etmir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2942-ci məhəllə, 43C korpus 6, mənzil 185: yeni qaydalarla: AZ1129, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 307, M12, m13 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2019-cu il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 018-20804S-324 №-li, xx.xx.2022-ci il tarixli, 018-37033S-30 №-li, xx.xx.2022-ci il tarixli, 018-11507S-422 №-li məktubların surətlərindən görünür ki, müraciətinə baxılmışdır. Bildirilir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.1-ci maddəsinin tələbinə əsasən hərbi vəzifəlilər və çağırışçılar yalnız onların hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyata qəbul və ya hərbi qeydiyyatdan çıxarma barədə müvafiq icra hakimiyyəti orqanının qeydləri olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata alınır və ya qeydiyyatdan çıxarılırlar. Odur ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsində hərbi qeydiyyata alındıqdan sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən o qeydiyyata əsas verən sənədlərdən birini (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və kirayə müqaviləsi) və ya yaşayış sahəsi verən şəxsin ərizəsini digər zəruri sənədlərlə istənilən “ASAN xidmət” mərkəzindəki regional qrupa təqdim etməklə yaşayış yeri üzrə qeydiyyata alına bilər. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xətai Rayon İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022ci il tarixli, 125 №-li məktubun surətindən görünür ki, onun ərizəsinə baxılmış, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsində göstərildiyi kimi hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə qeydiyyata durmalıdır. Yuxarıda qeyd olunanları nəzər alınaraq o Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Rayon İdarəsindən hərbi qeydiyyatdan çıxdıqdan sonra ASAN Xidmət Mərkəzlərinə yaxınlaşaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətənin Xətai rayon idarəsinə hərbi qeydiyyata alına bilər. - Naxçıvan Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli, 159 nömərli qərarının surətindən görünür ki, İddiaçı müddətsiz 3-cü qrup əlildir. - Naxçıvan MR Babək Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci ildən xx.xx.2006-cı il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.2006-cı ildə Naxçıvan MR Babək RHK hərbi həkim komissiyası tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 35 “b” maddəsinə (Azərbaycan Respublikası M.N. xx.xx.2000-ci il 95 №-li əmri) əsasən dinc dövrü hərbi xidmətə yararsız, müharibə dövrü hərbi xidmətə məhdud yararlıdır. xx.xx.2017-ci ildə Naxçıvan MR SHXÇDX Naxçıvan şəhər idarəsinin nəzdindəki HK-sı tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 35b maddəsinə (Azərbaycan Respublikası NK-nin xx.xx.2008-ci il 59 №-li qərarına) əsasən dinc dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı hesab edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 018-3313- 1222 №-li məktubdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Səfərov X2 şəhəri, Heydər Əliyev prospekti, ev 37, mənzil 97 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla AA******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Vətəndaş İddiaçı ünvan 4 ünvanına müvəqqəti qeydiyyata alınmasına əsas olmuş sənədlərin kserosurətləri təqdim edilmişdir. - Bakı şəhər Xətai Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022ci il tarixli, 101-17926S nömrəli məktubun surətindən görünür ki, onun xx.xx.2022-ci il tarixdə ünvanladığı müraciətinə Qeydiyyat məsələləri bölməsində aidiyyatı üzrə baxılmışdır. O, ünvan 6 ünvanına qeydiyyata alınmasını xahiş etmişdir. Məlumat üçün bildirilmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.1-ci maddəsinin tələbinə əsasən hərbi vəzifəlilər və çağırışçılar yalnız onların hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyata qəbul və ya hərbi qeydiyyatdan çıxarılma barədə müvafiq icra hakimiyyəti orqanının qeydləri olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata alınır və ya qeydiyyatdan çıxarılırlar. Odur ki, hərbi qeydiyyat sənədində müvafiq qeydlər aparıldıqdan sonra ünvan 6 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması məsələsinə baxıla bilər. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin 1-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. - 25-ci maddəsinin 1-ci hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. - 26-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 28-ci maddəsinin 3-cü hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. - 71-ci maddəsinə əsasən 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqan: vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan və daimi yaşadığı ünvan 7 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müraciəti cavabdeh inzibati orqan tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.1-ci maddəsinə istinad edilməklə təmin edilməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.5-ci maddəsinə əsasən hərbi qeydiyyat – Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 2.0.8-ci maddəsinə əsasən çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. - 2.0.10-cu maddəsinə əsasən hərbi vəzifəlilər – ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşlarıdır. - 8.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı hərbi vəzifəliləri və çağırışçıları yalnız onların hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyata qəbul və ya hərbi qeydiyyatdan çıxarma barədə müvafiq icra hakimiyyəti orqanının qeydləri olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata almalı və ya qeydiyyatdan çıxarmalıdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi hərbi vəzifəliləri və çağırışçıları yalnız onların hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyata qəbul və ya hərbi qeydiyyatdan çıxarma barədə müvafiq icra hakimiyyəti orqanının qeydləri olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata almalı və ya qeydiyyatdan çıxarmalıdır. Hazırki iş üzrə İddiaçı xx.xx.1984-cü il təvəllüdlü olmaqla yaşı 35-dən yuxarıdır. Bundan əlavə İddiaçı müddətsiz 3-cü qrup əlil olmaqla müvafiq inzibati orqanın qərarına əsasən dinc dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı hesab edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanda yaşamaqla həmin ünvanın mülkiyyətçisi başqa şəxs olduğundan, hərbi vəzifəli və ya çağırışçı olmadığından, qeydiyyata alınmasını istədiyi ünvan onun mülkiyyətində olduğundan və o həmin ünvanda daimi yaşadığından cavabdeh inzibati orqanın sonuncunun həmin ünvan üzrə qeydiyyata alınmasından imtinası əsaslı və qanuni olmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan və yaşadığı Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2942-ci məhəllə 43C korpus 6, 185 (yeni qaydalarla: AZ1129, ünvan 2 nömrəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2942-ci məhəllə 43C korpus 6, 185 (yeni qaydalarla: AZ1129, ünvan 2 nömrəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri, Xətai rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-5597/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5597/2022
27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver