Məhkəmə qərarları › İş №2-1(112)-5599/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5599/2023

22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5599/2023 22.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışların verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 5 mərtəbədən, 12 mənzildən və qeyri-yaşayış hissəsindən (4 mərtəbənin hər mərtəbəsində 3 mənzil, 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi) ibarət evin çoxmənzilli yaşayış kompleksi kimi müəyyən olunması və evin tərkibində olan 12 mənzilin üzərində ayrı-ayrılıqda onun mülkiyyət hüquqlarının qeydiyyata alınaraq müvafiq çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaya münasibət bildirilməsi üçün cavabdehə göndərilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 5 mərtəbədən, 12 mənzildən və qeyri yaşayış hissəsindən (4 mərtəbənin hər mərtəbəsində 3 mənzil, 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi) ibarət evin çoxmənzilli yaşayış kompleksi kimi müəyyən olunması, evin tərkibində olan 12 mənzilin və 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin üzərində ayrı-ayrılıqda İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınaraq müvafiq çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İş üzrə bir sıra qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin hazırlıq icraatı üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizənin əsaslarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra- İPM-in) 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in işin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılmasına dair 170-ci maddəsinə əsasən iddiaçılarnın vəsatəti ilə ərizə qaytarıla bilər. İPM-də hazırlıq icraatında iddia ərizəsinin qaytarılmasına dair ərizə təqdim edildikdə məhkəmə tərəfindən hansı prosessual hərəkətin edilməli olduğu nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, iddiaçılarnın iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsinə MPM-in normalarına uyğun baxılmalıdır. MPM-in 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Beləliklə, məhkəmənin qənaətinə görə iddiaçının ərizəsi təmin edilməli, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışların verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışların verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar