Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-56/2025 19.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı3 cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Kazımzadə Aysu İlham qızının katibliyi, İddiaçı1, üçüncü şəxslər X10 nümayəndəsi X7 və X37 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı3 cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə 19 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən iddiaçılara məxsus evdən X16, X50, X61, X25, X51, X17, X38, X39, X26, X62, X40, X27, X18, X52, X28, X41, X29, X30, X63, X42, X106, X4, X64, X43, X44, X65, X19, X66, X67, X1, X53, X54, X11, X45, X46, X31, X47, X12 və X8 yaşayış yeri üzrə daimi qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvandakı fərdi yaşayış evi iddiaçıların mülkiyyətindədir. Onlar həmin mülkü vərəsəlik qaydasında qəbul etmişlər və adlarına evə dair çıxarış verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 492048 saylı arayışa əsasən 39 nəfər kənar şəxslər mülkiyyətlərində olan ünvanda yaşayış yeri üzrə qeydiyyatda olsalar da, evdə heç vaxt yaşamamış və hal-hazırda da yaşamırlar. Onların evə istifadə və əmlak hüquqları yoxdur, onların qeyri-qanuni yolla qeydiyyata alınmasında mülkiyyətçilərin rəsmi yazılı razılığı və məhkəmə qərarı olmadan kobud qanun pozuntusuna yol vermişdir. Bu şəxslər iddiaçıların ailə üzvləri deyil, onlarla hər hansı qohumluğu yoxdur. Bildirilir ki, iddiaçıların mülkiyyətində olan evin ünvanı köhnə qaydada - Balababa Məcidov küçəsi, 79/83 olmuş, dövlət tərəfindən dəyişiklikdən sonra hal-hazırda yeni qaydada Balababa Məcidov 93-dür. Müvafiq olaraq çıxarışda da dəyişiklik edilmişdir. İddiaçıların qeydiyyatı da müvafiq olaraq yeni qaydada Balababa Məcidov 93 saylı ünvanadır. Adı çəkilən 39 nəfər şəxsin iddiaçıların mülkündə qeydiyyatda qalması iddiaçıların mülkiyyət hüquqlarını məhdudlaşdırır və pozur. Yuxarıda sadalanan səbəbləri əsas tutaraq həmin 39 nəfər kənar şəxslərin yaşayış yeri üzrə daimi qeydiyyatdan çıxarılmasını iddiaçılar cavabdehdən xahiş etsələr də, sonuncu qanunsuz və əsassız imtina etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7119/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə X16, X50, X61, X25, X51, X17, X38, X39, X26, X62, X40, X27, X18, X52, X28, X41, X29, X30, X63, X42, X106, X4, X64, X43, X44, X65, X19, X66, X67, X1, X53, X54, X11, X45, X46, X31, X47, X12 və X32 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7119/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi “X16, X50, X61, X25, X51, X17, X38, X39, X26, X62, X40, X27, X18, X52, X28, X41, X29, X30, X63, X42, X106, X4, X64, X43, X44, X65, X19, X66, X67, X1, X53, X54, X11, X45, X46, X31, X47, X12, X32, X13 və X20 Bakı şəhəri, Nəsimi rayonu, Balabala Məcidov küçəsi, 93 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-884/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, ev 93 ünvan kimi bir neçə ev vardır, 3-cü şəxslər özlərinə aid hissədə qeydiyyatdadırlar. Onların iddiaçının evinə heç bir aidiyyətləri yoxdur, öz evlərində yaşayırlar. Məhkəmə qeyd etmişdir ki, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1775/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 884/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərarı ləğv edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İşə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbində göstərilən şəxslərin qeyd olunan ünvana qeydiyyata düşmə əsasları, onların həmin ünvanda yaşayıb-yaşamamaları, üçüncü şəxslərin iddiaçılarla qohumluq əlaqələri və bununla əlaqədar evə hüquqlarının yaranması, iddiaçıların mülkiyyətində olan ünvanla üçüncü şəxslərin qeydiyyatda olduqları ünvanların eyni olubolmaması kimi məsələlər araşdırılmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə qərarlarının surətlərindən görünür ki, iddiaçılarla üçüncü şəxslərdən bəziləri arasında qeyd olunan evlə bağlı məhkəmə mübahisələri olmuşdur. Lakin həmin hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq onlara qiymət verilməmişdir. İş Bakı İnzibati Məhkəməsinin icraatına daxil olduqdan sonra məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “X62, X25, X68, X69, X39, X40, X28, X30, X63, X64, X43, X65, X19, X66, X54, X11, X18, X29, X106, X4, X44, X67, X1, X53, X48, X46, X31, X47, X12, X32, X78, X79, X55, X80, X13 və X20 mülkiyyətlərində olan ünvan 3 ünvandan qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilmişdir. İddiaçı2 xx.xx.2024-cü il tarixdə vəfat etdiyindən məhkəmənin müvafiq qərardadı ilə onun iddiaçı qismində iştirakına xitam verilmişdir. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etməmişdir. Üçüncü şəxs X62 tərəfindən iddiaya qarşı təqdim edilmiş yazılı münasibətdən görünür ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi ev 93, 12 saylı mənzili X9 22 avqust 2003-cü il tarixdə 198445 №-li müqavilə ilə dəyərini ödəyib almışdır. Sonradan həmin müqavilə əsasında mənzillə bağlı onun adına Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətindən Seriya MA N-0188446 - saylı Çıxarış verilmişdir. Hazırda həmin mənzildə X62 və həyat yoldaşı - X25, qızı X68, oğlu X70, oğlu X69 qeydiyyatdadır və yaşayır. Dövlət tərəfindən edilmiş dəyişiklikdən sonra mənzilə verilən yeni ünvan belədir: ünvan 5rın mülkiyyətində olan köhnə (əvvəlki) ünvanda : ünvan 6 ünvan 7üncü şəxsin və ailə üzvülərinin heç bir aidiyyəti yoxdur və buna görə də, tələblərin heç bir hüququ əsası yoxdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini dəqiqləşdirilmiş formada müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər ayrı-ayrılıqda iddia tələbinin təmin edilməməsini xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. İddianın əsaslılığı: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022- ci il tarixli məktubdan görünür ki, iddiaçıların tələbinin təmin olunmasından imtina edilmiş və məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 evin 1/3 hissəsinə İddiaçı2, 1/3 hissəsinə İddiaçı3 və 1/3 hissəsinə İddiaçı1 xüsusi mülkiyyət hüququ xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -ASAN 1 tərəfindən verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən İddiaçı1, X63, X106, X62, X30, İddiaçı3, X4, X40, X39, X80, X32, X47, X45, X11, X64, X67, X31, X29, X49, X44, X41, X79, X19, X53, X54, X18, X78, X12, X65, X91, X2, X43, X66, X55, X25 və X28 Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, ev 93 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli, **********35 nömrəli məktubuna əsasən sorğuda sadalanan şəxslərin qeyd olunan fərdi yaşayış evi üzərində istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Həmin məktuba qoşma olaraq göndərilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, ev 79/83 X3 xüsusi mülkiyyətində olmuşdur. - xx.xx.1993-cü il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən xx.xx.1989-cu ildə ölmüş X3 vərəsələri qızı xx.xx.1975-ci il təvəllüdlü İddiaçı2, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı3 və oğlu xx.xx.1977-ci il təvəllüdlü İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, ev 79/83 əmlakı vərəsəlik üzrə qəbul etmişlər. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 sentyabr, 2013-cü il tarixli, DO1012/2007 nömrəli qərardadına əsasən İddiaçı1 və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin ərizələri təmin edilmiş, Azərbaycan SSR, Bakı şəhəri, Nəsimi rayon xalq məhkəməsinin xx.xx.1975-ci il tarixli, 2-1116a 1975 saylı qətnaməsinin “qət etdi” hissəsində 79/83 saylı evin 06 otağı deyildikdə həmin evin, yəni 2- ci Paralel küçəsində yerləşən 79/83 saylı evin tam olaraq X5 verilməsi nəzərdə tutulmuşdur. - Azərbaycan SSR, Bakı şəhəri, Nəsimi rayon xalq məhkəməsinin 2-1116a 1975 saylı, 21 iyul 1975-ci il tarixli qətnaməsinin icrası ilə bağlı Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, DO-1012/2007 saylı icra sənədi icra olunarkən Bakı şəhəri, B.B. Məcidov küçəsindəki 75/79 saylı evin “V” tikilisi “A” tikilisinə birləşdiyi üçün “V” tikilisindən 1 saylı otağın (sahəsi 10,1 kv.m.) artıq X5 verilmiş kimi nəzərə alınmalıdır. - Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 0/481 nömrəli, 27 iyul 2022-ci il tarixli məktubuna qoşma olaraq göndərilmiş Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 41 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin 60 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən Nəsimi rayonu İcra Hakimiyyətinin balansında olan B.B.Məcidov küçəsi ev 93 (D.Ə.D.R.X-İ tərəfindən yeni qaydalara uyğun olaraq B.B.Məcidov küçəsi ev 105-107 ünvanla əvəz olunmuşdur.) və aşağıda qeyd olunan sakinlər yuxarıda göstərilən ünvanda neçənci ildən qeydiyyatdadırlar və yaşayırlar: X16 - 1977-ci il, X50 - 2001-ci il, X61 - 1998ci il, X25 2003-cü il, X51 - 1976-cı il, X17 2004-cü il, X38 1975-ci il, X39 1997-ci il, X26 1998-ci il, X116 oglu 2003- cü il, X40 2003-cü il, X18 2007-ci il, X52 2003-cü il, X28 1998ci il, X29 2000-ci il, X21 2006-cı il, X63 2020-ci il, X42 2003, X106 - 2017-ci il, X64 1998-ci il, X43 2018-ci il, X44 2017-ci il, X65 2001-ci il, X19 2002-ci il, X66 1998-ci il, X67 2020-ci il, X54 1998-ci il, X11 2006-cı il, X45 2000-ci il, X46 1981-ci il, X31 2000-ci il, X47 2000-ci il, X12 2016-cı il, X32 2006-cı il, iddiaçılar İddiaçı1 1977-ci il, İddiaçı2 1975-ci il, İddiaçı3 1976- ci ildən B.B.Məcidov küçəsi, ev 83-də (D.Ə.D.R.X-i tərəfindən yeni qaydalara uyğun olaraq B.B.Məcidov küçəsi, ev 93-lə əvəz olunmuşdur.) qeydiyyatdırlar və yaşayırlar. Həmin ünvanda eyni zamanda X13 - 1973-cii ildən və X56 da - 1997-ci ildən qeydiyyatdadırlar və yaşayırlar. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin elektron məlumatına əsasən ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 18.90 kv.m.-dən ibarət bir otaq X33 mülkiyyətindədir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin elektron məlumatına əsasən ünvan 9 ünvanında birinci mərtəbədə yerləşən ümumi sahəsi 30.70 kv.m.-dən ibarət bir otaq X22 mülkiyyətindədir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin elektron məlumatına əsasən ünvan 10 ünvanında birinci mərtəbədə yerləşən ümumi sahəsi 18.70 kv.m.-dən ibarət bir otaq X6 mülkiyyətindədir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin elektron məlumatına əsasən ünvan 11 ünvanında birinci mərtəbədə yerləşən ümumi sahəsi 42.90 kv.m.-dən ibarət iki otaq X34 mülkiyyətindədir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin elektron məlumatına əsasən ünvan 12 ünvanında birinci mərtəbədə yerləşən ümumi sahəsi 73.80 kv.m.-dən ibarət üç otaq X14 mülkiyyətindədir. - BŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, seriya MH 120161 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, B.B.Məcidov küçəsi, ev 93, mənzil 11 X23 adına qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, ünvan 13 ünvanına "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 14 ünvan rekviziti təyin edilmişdir. Qeyd edilir ki, sonradan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən Ünvan Reyestri İnformasiya Sistemində dəyişiklik aparılmış, qeyd olunan fərdi yaşayış evinin ünvanında ünvan 15elə ki, köhnə qaydalarla ünvan 16 ünvan rekviziti ilə dövlət qeydiyyatına alınmış əmlak barədə idarənin arxiv və elektron bazasında məlumat aşkar edilmədiyindən yeni qaydalarla ünvan təyin etmək mümkün olmamışdır. - ünvan 17marı Sahəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, Bakı şəhəri, ünvan 18 ünvan hesab edilən yaşayış sahəsi Nəsimi RİH başçısının xx.xx.2014-cü il tarixli sərəncamına əsasən, iddiaçılara məxsus ev paylı mülkiyyət olmaqla, 6 otaq, yaşayış sahəsi 94.7 kv.m, ümumi sahəsi 140 kv.m-dən ibarətdir. İddiaçı1 yaşadığı ünvan fərdi yaşayış evi olmaqla, Nəsimi rayon MKTB-nin balansında deyildir. xx.xx.2015-ci il tarixli çıxarışa əsasən iddiaçılara yeni ünvan göstərilməklə, ******* nömrəli çıxarış verilmişdir. Həmin çıxarışa əsasən qeyd olunan ünvan paylı mülkiyyət olmaqla 3 nəfərə məxsusdur. Əvvəllər B.B.Məcidov 93 saylı ünvan yeni qaydalarla B.B.Məcidov 105-107 saylı ünvan kimi qeydiyyata alınmışdır və yeni qaydalarla göstərilmiş B.B.Məcidov 105-107 saylı ünvanın vətəndaş İddiaçı1 B.B.Məcidov 93 saylı ünvanda yerləşən mülkiyyətinə heç bir aidiyyəti yoxdur. - Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, X16, X50, X61, X25, X51, X17, X38, X39, Hüseynov CeyhunTelman oğlu, X62, X40, X18, X52, X28, X29, X30, X63, X42, X106, X64, X43, X44, X65, X19, X66, X67, X54, X11, X45, X46, X24, X35 və X12 ünvan 21 ünvanında qeydiyyatdadırlar. X32, X13 və X56 ünvan 22 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: -1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; -2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İşin araşdırılması ilə müəyyən olunmuşdur ki, ünvan 23 ünvanı əvvəl “ünvan 24ud olmuş, sonradan ünvan rekvizitlərinin dəyişdirilməsi nəticəsində ev 93 kimi qeydə alınmış və həmin ünvanda yerləşən fərdi yaşayış evi hazırda iddiaçıların paylı mülkiyyətindədir. AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, üçüncü şəxslərdən yalnız X32, X13 və X56 hazırda iddiaçıya məxsus olan və ünvan rekviziti dəyişdirildikdən sonra indiki ev 93 kimi müəyyən edilmiş fərdi yaşayış evində qeydiyyatdadırlar. Həmin şəxslərin iddiaçıların ailə üzvü və ya digər qohumu olmaları öz təsdiqini tapmır, həmçinin onlar iddiaçılara məxsus qeyd olunan evdə faktiki olaraq yaşamırlar və evə dair istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilmir. Belə olan halda, adıçəkilən üçüncü şəxslər iddiaçıların mülkiyyətində olan evə dair əmlak hüquqları olmayan şəxslər olduqlarından, iddiaçı onların qeydiyyatdan çıxarılmalarını tələb etməkdə haqlı olmuşdur. Odur ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməli və iddia bu hissədə əsaslı olduğundan təmin edilməlidir. İddianın təmin edilməyən hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, iddia ərizəsində göstərilən üçüncü şəxslərin qalan hissəsi əvvəl Bakı şəhəri, ünvan 26 ünvan rekvizitlərinin dəyişdirilməsi nəticəsində həmin ünvan ünvan 27 İş üzrə toplanmış sübutlardan (əraziyə yerində baxış da keçirilmişdir) nəticəsində müəyyən edilmişdir ki, həmin şəxslər hazırda Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində yerləşən ayrı-ayrı yaşayış sahələri üzrə ünvanlarda qeydiyyatdadırlar. Üçüncü şəxslərin bir hissəsi həmin ünvanda yerləşən mənzillər üzərində mülkiyyət hüququna malik şəxslər, digər hissəsi isə onların ailə üzvləridir. Bu baxımdan, qalan üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatı ünvan rekvizitlərinin dəyişdirilməsi nəticəsində formalaşmış ev 105–107 ünvanı ilə bağlıdır və iddiaçıya məxsus fərdi yaşayış evinin ünvanı ilə bağlılığı iş materialları ilə təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, yalnız ünvan rekvizitlərinin əvvəlki dövrdə eyni olması faktı həmin şəxslərin hazırda iddiaçıya məxsus daşınmaz əmlakla hüquqi və ya faktiki bağlılığının olduğunu göstərmir. İddiaçıya məxsus olmayan və başqa ünvan rekviziti altında mövcud olan daşınmaz əmlak üzrə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması tələbi mülkiyyət hüququnun müdafiəsi predmeti ola bilməz. Odur ki, cavabdeh inzibati orqanın imtinası bu hissədə əsassız olmamışdır. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, ev 93 ünvanında yerləşən fərdi yaşayış evindən X32, X13 və X20 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi RPİ-nin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. X32, X13 və X20 Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, ev 93 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-56/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-56/2025
19.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver