Məhkəmə qərarları › İş №2-1(112)-5605/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5605/2020

15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5605/2020 15.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı aylıq müavinətin bərpa olunması və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı müavinətin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu ilin aprel ayından vahid aylıq müavinətin bərpa olunması və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.1966-cı ildə Ağdam şəhərində doğulmuşdur. Məlum Qarabağ döyüşlərində iştirak edib, İİ qrup Qarabağ müharibəsi əlilidir. 1993-cü ilin iyul ayından məcburi köçkündür. 2019-cu ilin aprel ayından onun vahid aylıq müavinəti (çörək pulu kəsilmişdir). Cavabdeh vahid aylıq müavinətin kəsilməsinin səbəbinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə izah edirlər. Nazirlər Kabinetinin qəbul etdiyi qaydasının 2.8-ci bəndinə əsasən “məcburi köçkün” statusuna malik olub, təqvim ili ərzində 182 gündən artıq müddətdə başqa ölkədə olan məcburi köçkünlərə müavinətin verilməsi dayandırılır. 2017ci ilin yanvar ayından ölkə ərazisini tərk edərək, göstərilən müddət ərzində hər hansı bir ölkədə olmamışdır. Əvvəllər, yəni 2005-2006-ci illərdən ailə vəziyyətində yaranmış ağır vəziyyətlə əlaqədar olaraq Rusiyanın Çeryabinski şəhərində 292 gün olmuşdur. Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı qanunvericiliyin prinsipləri baxımından, yəni geriyə qüvvəsinin şamil olunmamasına görə ona tətbiq edilə bilməz. “Azərbaycan Respublikası Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanunun 1-ci maddəsində deyilir ki, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Yuxarıdakı əsaslar tam hüquq verir ki, onun vahid aylıq müavinətinin əsassız olaraq dayandırılması qanuna zidd haldır. Belə ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti sərhəd nəzarətinin xx.xx.2019-cu il tarixli 33/3493 nömrəli məktubunda göstərilir ki, 2010-2019-cu illər ərzində dövlət sərhədində hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X2 məhkəmə iclasında cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə ilə müraciət edərək 2-1(112)-5603/2020 saylı inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əsl Cavabdeh ilə əvəz edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində Komitəni cavabdeh qismində qeyd etsə də, Komitə, müvafiq iddia tələbi üzrə əsl cavabdeh deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 3.1-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim edirlər. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən, aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əsl Cavabdeh ilə əvəz olunmaqla, işin aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən verilən ərizəni nəzərdən keçirərək hesab edir ki, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi əsl Cavabdeh ilə əvəz olunmalı və hazırki işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzbati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdehlə əvəz edə bilər. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə Ağdam-rayon polis idarəsi tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1966-cı ildə Ağdam şəhərində doğulmuş İddiaçı Ağdam şəhəri H.Aslanov küçəsi ev 8A ünvanında qeydiyyatdadır. Cavabdeh hüquqi ünvanı Ağdam rayonu, Quzanlı qəsəbəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə görə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Adam şəhəri Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı aylıq müavinətin bərpa olunması və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair 2-1(112)-5605/2020 saylı inzibati iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi əsl Cavabdeh ilə əvəz edilsin. İddiaçı Cavabdehnə qarşı aylıq müavinətin bərpa olunması və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair 2-1(112)-5605/2020 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar