Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5606/2021 25.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri yaşayış sahəsinə yeni çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-yə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr. 31 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasının İddiaçı ASC-yə məxsus zirzəmi, İ mərtəbə və İİ mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən 18/04-444 saylı 25.12.2009-cu il tarixli razılaşdırılmış layihə əsasında binanın fasadında aparılmış yenidənqurma işləri nəticəsində edilmiş dəyişikliklərin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilib, qeyd edilən qeyri-yaşayış sahəsinə dair yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17.12.2016-cı il tarixli seriya RX ******* saylı reyestrdən çıxarışa əsasən (daşınmaz əmlakın r/n **********66-05301-083004, qeydiyyat nömrəsi **********) Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., b. 31, yeni qaydalarla: Yasamal rayonu, İnşaatçılar pr., 83 ünvanında yerləşən qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında İddiaçı ASC-yə məxsusdur. 2010-cu ildə qeyri-yaşayış sahəsinin ümumi sahəsinin dəyişməsi ilə nəticələnən qeyd edilən binanın fasadında Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yenidənqurma işləri aparılmışdır. Həmin dəyişikliyin hansı əsasla keçirildiyini müəyyən etmək məqsədilə 2010-cu ildən etibarən müxtəlif strukturlara müraciət edilmişdir. Belə ki, yenidənqurma işlərini aparan podrat şirkəti olan "xxxx" MMCnin AZ/440 saylı 27.11.2013-cü il tarixli məktubuna əsasən, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/04-444 saylı 25.12.2009-cu il tarixli razılaşdırılmış layihə əsasında "xxxx" MMC tərəfindən İddiaçı ASC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr. 31 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının fasadında yenidənqurma işləri aparılmışdır. Yerinə yetirilən işlər əsnasında binanın 1-ci və 2-ci mərtəbələrində İddiaçı ÄSC-yə məxsus qeyri-yaşayış obyektinin ölçülərində tam şəkildə həmin layihəyə uyğun olaraq bəzi dəyişikliklər edilmişdir. "xxxx" MMC-nin bu məktubu ilə sözügedən layihənin zirzəmi, İ mərtəbə və İİ mərtəbəyə aid planları qoşma olunması qeyd edilsə də, faktiki olaraq iddiaçıya göndərilməmişdir. Qeyd edilən yaşayış binasında aparılmış yenidənqurma işlərinin layihəsinin zirzəmi, İ mərtəbə və İİ mərtəbəyə aid planlarını əldə etmək məqsədilə dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinə, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə, eləcə də AR Milli Arxiv İdarəsinə müraciət edilsə də, həmin layihə sənədlərini əldə etmək mümkün olmamışdır. Belə ki, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 13.01,2020-ci il tarixli 03/03-39 saylı və 10.03.2020-ci il tarixli 03/03-564 saylı cavab məktubları ilə bildirilmişdir ki, yuxarıda qeyd edilən ünvanda İddiaçı ASC-yə dair sənədlər Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin arxivində yoxdur. Bakı şəhər İcra Hakimiyyətinin 7-2360/17 saylı 24 avqust 2020-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən razılaşdırılmış layihələr və s. bu kimi sənədlər Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. AR Milli Arxiv İdarəsinin AR Dövlət Arxivinin Bakı filialının 561 saylı 21.08.2020-ci il tarixli cavab məktubunda qeyd edilir ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. 16.10.2020-ci il tarixli müraciətlə cavabdeh təşkilatdan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr. 31 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasının İddiaçı ASC-yə məxsus zirzəmi, İ mərtəbə və İİ mərtəbəsində yerləşən qeyriyaşayış sahəsində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/04-444 saylı 25.12.2009-cu il tarixli razılaşdırılmış layihə əsasında binanın fasadında aparılmış yenidənqurma işləri nəticəsində edilmiş dəyişikliklərin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilib qeyd edilən qeyri-yaşayış sahəsinə dair yeni çıxarış və texniki pasport verilməsi xahiş edilmişdir. Cavabdeh təşkilat **********32 saylı 24.12.2020-ci il tarixli məktubu ilə qeyd edilən qeyri-yaşayış sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edib ona görə ki, sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmamışdır və qeyd edilən ünvanda aparılmış dəyişikliklərlə bağlı hüquqmüəyyənedici sənədlər təqdim edilməyib. Lakin sözügedən qeyri-yaşayış sahəsinə dair texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmaması səbəbi əsassızdır ona görə ki, cavabdeh təşkilatın heç bir mütəxəssisi bu məsələ ilə əlaqədar əlaqə saxlamamış və ya qeyriyaşayış sahəsinə gəlməmişdir. Aparılmış dəyişikliklərlə bağlı hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinə səbəb isə yuxarıda sadalanan mərhələlər üzrə müvafiq qurumlara çoxsaylı müraciətlərin nəticəsizliyi olmuşdur. Lakin bu hal adıçəkilən dəyişikliklərin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsi üçün əsas deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddia ərizəsinə etirazla məhkəməyə müraciət edilərək, bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair texniki inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssisinə şərait yaradılmamışdır. Aparılmış dəyişikliklərlə bağlı qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan sspublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bununla bağlı iddiaçıya **********732 qeydiyyat nömrəli 24.12.2020-ci il tarixli məktub ünvanlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, b.31 (Yeni qaydalarla: Yasamal rayonu, İnşaatçılar prospekti 83) ünvanında yerləşən 1155.7 kv.m olan qeyriyaşayış sahəsi İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 172 nömrəli reyestr kitabının 16178 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış sahəsinə texniki pasport tərtib edilmişdir; "xxxx" MMC-nin İddiaçı ASC-yə ünvanlanmış 27 noyabr 2013-cü il tarixli Az/440 nömrəli məktubun kserosurətinə əsasən, Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/04-444 saylı 25.12.2009-cu il tarixli razılaşdırılmış layihə əsasında "xxxx" MMC tərəfindən İnşaatçılar prospekti 31 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının fasadında yenidənqurma işləri aparılmışdır. Yerinə yetirilən işlər əsnasında binanın 1-ci və 2-ci mərtəbələrində İddiaçı ASC-yə məxsus qeyri-yaşayış obyektinin ölçülərində layihəyə uyğun olaraq bəzi dəyişikliklər edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış 24 dekabr 2020-ci il tarixli **********32 saylı imtina məktubunda qeyd edilmişdir ki, qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmamışdır. Aparılmış dəyişikliklərlə bağlı qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyesttri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinəvə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə mininədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 22 aprel 2021-ci il tarixli BA- 01582-2021 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin arxiv sənədləri, o cümlədən 18/04-444 saylı 25.12.2009-cu il tarixli layihəsi Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir; Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 29 aprel 2021-ci il tarixli XO-01-09-2021-02367 nömrəli məktubunda görünür ki, Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında yerləşən İddiaçı ASC-yə məxsus 16 mərtəbəli yaşayış binasının tikintisinə dair sənəd və məlumatlar Komitədə aşkar edilməmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr. 31 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasının fasadında edilən yenidənqurma işləri ilə əlaqədar İddiaçı ASC-yə məxsus zirzəmi, İ mərtəbə və İİ mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ölçülərində baş vermiş dəyişikliklərin (artımların) dövlət reyestrində qeydiyyata alınmasını və müvafiq çıxarış və texniki pasportun verilməsini xahiş edir. İddiaçı eyni tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir; 3.0.9-cu maddəsinə əsasən, tikinti fəaliyyəti – tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyətdir; 74.1-ci maddəsinə əsasən, bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 79 və 79.1.7-ci maddələrinə əsasən, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. Qanunvericiliyin istinad edilən normalarından göründüyü kimi, tikinti obyektinin yenidən qurulması (hazırkı iş üzrə fasadın yenidən qurulması) tikinti obyektlərinin tikintisi anlayışı ilə əhatə olunur və iddiada da qeyd edildiyi kimi, sözügedən obyektin (fasadının) yenidən qurulması tikinti obyektinin sahəsinin dəyişməsinə (artmasına) səbəb olduğundan iddiaçının müraciətinə qiymət verilərkən tikintisinə icazə tələb olunan obyektlərə dair qanunvericiliyin tələbləri nəzərdən keçirilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 74.1-ci maddəsinə əsasən, bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 79 və 79.1.7-ci maddələrinə əsasən, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. Şərh olunan qanunvericilyin müddəalarından göründüyü kimi, 01.01.2013-cü il tarixdən sonra inşa edilmiş daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün tikintisinə icazə tələb olunan və məlumatlandırma icraatı tələb olunan tikililəri münasibətdə sənədlərin əhatə dairəsi fərqləndirilmişdir. Hazırkı iddia predmetini təşkil edən qeyri-yaşayış sahəsinin yenidən qurulmasının 01.01.2013-cü ildən əvvəl və ya sonra inşa edilməsi hər hansı bir əhəmiyyət kəsb etmir. Belə ki, həmin qeyri-yaşayış sahəsinin yenidən qurulması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində dəyişikliklərin qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.2-ci maddəsində və ya 8.0.10.1-ci maddəsində göstərilmiş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.11.5-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Həmin Əsasnamənin 4.18.2-ci bəndinə əsasən bu Əsasnamənin 44.11.11.5-ci yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının, icra hakimiyyəti başçılarına aid edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 16 sentyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatın”dan bina və qurğular məsuliyyət səviyyələrinə görə 3 səviyyəyə ayrılmışdır kı, İ məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular – İİ normal məsuliyyət səviyyəli bina və qurğulara aid edilmişdir. Yuxarıda göstərilən normativ hüquqi aktların və qanunvericiliyin müddəalarından görünür ki, binaların memarlıq layihəsi təsdiq etmək və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək icra hakimiyyətinin başçısının səlahiyyətinə aid edilmişdir. Nəzərə alınmalıdır ki, iqtisadi, sosial və ekoloji səbəblərə görə binalar məsuliyyət səviyyələrinə görə ayrılmışdır ki, İ və İİ məsuliyyət səviyyələri tikililər ilə bağlı səlahiyyət yerli icra hakimiyyətinin başçısına, İİİ məsuliyyət səviyyəli tikililər ilə bağlı səlahiyyət isə şəhər rayonlarının icra hakimiyyəti başçılarına verilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 16 sentyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatın”da “qeyri-yaşayış” sözü İİ məsuliyyət səviyyəli bina və qurğular bölməsində qeyd olunmamışdır. Lakin, siyahıya ümumən qiymət verdikdə məlum olur ki, İ məsuliyyət səviyyəli binalara daha çox dövlət standartlarına uyğun tikililər aid olmuş (məs.metropoliten stansiyaları, boru kəmərləri, muzey, kinoteatrlar və s.), 12 metr hündürlüyədək fərdi yaşayış evləri və kənd təssərüfatına aid olmuş təsarrüfat daxili obyektlər isə İİİ məsuliyyət səviyyəli bina və qurğulara aid edilmişdir. Göstərilmiş bu hallar ona dəlalət edir ki, qeyri-yaşayış sahələri digər bina və qurğularığın əhatəsini düşür və İİ normal məsuliyyət səviyyəli bina hesab olunur. Məhkəmə bu mövqedən irəli çıxaraq iddiaçının təqdim etdiyi sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə belə nəticəyə gəlir ki, hazırkı işdə iddia olunan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr. 31 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasının İddiaçı ASC-yə məxsus zirzəmi, İ mərtəbə və İİ mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi İİ məsuliyyət səviyyəli binalara aid olduğundan, tikilinin yenidən qurulmasına icazə barədə qərar qəbul etmək, istismara icazə sənədini vermək və tikilinin layihəsini razılaşdırmaq yalnız Bakı şəhəri İcra Hakimiyyətinin səlahiyyətində olmuşdur. Beləliklə, iş materiariallarından göründüyü kimi, iddiaçı iddia ərizəsində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/04-444 saylı 25.12.2009-cu il tarixli layihə sənədinə istinad etsə də, həmin layihəni və digər hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı həmin sənədlər aşkar edilməmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-5606/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5606/2021
25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver