Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5608/2022 09.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “sənədlərin götürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra mətndə - Bakı şəhəri LGBİ) Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, səyyar vergi yoxlamasının keçirilməsi üçün iddia ərizəsində adları çəkilən sənədlərin cavabdehdən götürülərək Bakı şəhəri LGBİ-yə təqdim olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********151034 nömrəli qərarı ilə Cavabdeh MMC-də (VÖEN: **********) səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) təyin edilmişdir. Səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 23 və 42-ci maddələrinə əsasən vergi ödəyicisinə bu məcəllə ilə müəyyən edilmiş qaydada “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli **********151104 nömrəli Tələbnamə təqdim edilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə edilən dövr üzrə tələb edilən aşağıdakı sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilmədiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır: 1. Yoxlama ilə əhatə edilən dövr (xx.xx.2018-xx.xx.2021-ci il) üzrə bütün gəlir və xərc hesablarının hərəkəti; 2. Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli; 3. Yoxlama ilə əhatə edilən dövr üzrə yerli və xarici bank hesablarının hərəkəti (mədaxil və məxaric olmuş məbləğlərin təyinatı göstərilməklə); 4. Yoxlama ilə əhatə edilən dövr üzrə nağd dövriyyələrin hərəkəti; 5. Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə), habelə bəyannamənin əlavələrində vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumatlarda qeyd edilmiş rəqəmlərin açıqlaması (izahı) və götürüldüyü uçot sənədləri); 6. Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə illər üzrə xammal-material hərəkət barədə məlumat; 7. Müştəri və podratçılarla bağlanmış müqavilələr və onların bütün əlavələri; 8. Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlərlə bağlanmış müqavilələr; 9. Malların təqdim edilməsi (əldə edilməsi), işlərin görülməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər, təhvil-təslim aktları, invoyslar, hesab-fakturalar, alış aktları, üzləşmə aktları və s; 10. Malların mədaxilinin və məxaricinin sənədləşdirilməsi üçün bütün ciddi hesabat blankları (“Malların təhvil-qəbul aktı”, “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası”, “Malların qaytarılması aktı”, “Yük avtonəqliyyatı üçün yol vərəqi” və s.); 11. Yoxlama ilə əhatə edilən dövr üzrə qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları (aylar üzrə); 12. Yoxlama ilə əhatə edilən dövr pərakəndə qaydada satılmış malların miqdarı və dəyəri göstərilməklə aylar üzrə adlı siyahıları; 13. Yoxlama ilə əhatə edilən dövrdə illər üzrə debitor və kreditor borclar üzrə adlı siyahılar; 14. Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən bütün borc və kredit müqavilələri; 15. İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; 16. Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərin alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri; 17. Yoxlanılan dövr üzrə əsas vəsaitlərin təsdiqedici sənədləri, icarədə olan əsas vəsaitlərin siyahısı; 18. Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda), əmək müqaviləsi bildirişləri, ezamiyyə sənədləri; 19. Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı və vergilərin hesablanması üçün digər zəruri sənədlər (məlumatlar). Tələbnamədə göstərilən sənədlər tam təqdim edilmədiyi üçün xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.2-ci maddəsinə uyğun olaraq sənədlərin qismən təqdim edilməsi barədə iki nüsxədən ibarət Akt tərtib edilmişdir. Yoxlamanın aparılması üçün zəruri olan bütün sənədlər vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152170 nömrəli qərar qəbul edilmişdir. Lakin vergi ödəyicisi xx.xx.2021-ci il tarixli **********152170 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında Qərarda qeyd olunan sənədlərdən yoxlamaya zəruri hesab edilən sənədləri tam təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2021-ci il tarixində Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən iki nüsxədən ibarət sənədlərin qismən təqdim olunması barədə akt tərtib olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti məhkəmənin 03 fevral 2022-ci il tarixli sərəncamı ilə cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddiaya münasibət məhkəməyə təqdim edilməmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 09 iyun 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********151034 nömrəli qərarı ilə vergi ödəyicisi olan cavabdehin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 23, 36, 38-ci maddələrinə əsasən səyyar vergi yoxlaması (yoxlanılan dövr: noyabr 2018-oktyabr 2021) təyin edilmişdir; “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********151104 nömrəli xx.xx.2021-ci il tarixli Tələbnamə cavabdehə təqdim edilmişdir; xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktda tələbnamədə qeyd edilən müddətin bitməsinə baxmayaraq cavabdeh tərəfindən tələbnamədə göstərilən yoxlamanın predmetinə aid olan sənədlərin təqdim edilməməsi göstərilmişdir; xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktda tələbnamədə qeyd edilən müddətin bitməsinə baxmayaraq cavabdeh tərəfindən tələbnamədə göstərilən yoxlamanın predmetinə aid olan sənədlərin qismən təqdim edilməsi göstərilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh MMC yenidən təşkili (birləşmə) ilə bağlı vergi orqanına müraciət etmişdir. Məlum olduğu kimi, 38.3.8-ci maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda vergi orqanı tərəfindən növbədənkənar səyyar vergi yoxlaması keçirilə bilər. Eyni zamanda “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları” nın 4.4.1-ci bəndinə əsasən vergi orqanında ləğvetmə və ya uçotdan çıxarılma prosedurlarının yerinə yetirilməsi zamanı vergi borcu olmayan vergi ödəyiciləri üzrə qanunvericilikdə başqa müddət nəzərdə tutulmamışdırsa, vergi auditi strukturları tərəfindən vergi ödəyicisinin ləğvetmə və ya uçotdan çıxarılma ilə əlaqədar təqdim etdiyi ərizənin vergi orqanına daxil olduğu və ya həmin ərizədə göstərilən ləğv olunma (fəaliyyətinə xitam verilmə) tarixindən ən gecindən 30 gün ərzində Vergi Məcəlləsinin 38.3.8-ci maddəsinə əsasən son səyyar vergi yoxlaması aparılmalıdır. Yenidən təşkil zamanı səyyar vergi yoxlamasının keçirilməsi Vergi Məcəlləsinin 147-ci maddəsinə uyğun olaraq vergidən yayınma halının olub-olmamasının müəyyən edilməsi məqsədilə həyata keçirilə bilər. Odur ki, Cavabdeh MMC-də Vergi Məcəlləsinin 38.3.8-ci maddəsinə əsasən Baş İdarənin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********151034 nömrəli qərarı ilə növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) təyin edilmiş və hal-hazırda səyyar vergi yoxlaması davam edir. Cavabdeh MMC-nin yenidən təşkili başa çatmamış və onun fəaliyyətinə xitam verilməmişdir; İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 02 iyun 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) qoşulmuşdur, "xxxx" MMC Cavabdeh MMCnin hüquqi varisidir. Məhkəmə ilk növbədə, iddianın mümkün sayılmaması barədə cavabdehin mövqeyinə münasibətdə qeyd edir ki, Cavabdeh fəaliyyətinə xitam verilməsi ilə bağlı qeyd dövlət reyestrinə daxil edilmədiyindən həmin hüquqi şəxs hüquqi baxımdan hal-hazırda mövcud hesab edilir və göstərilən hüquqi şəxsə aid olan sənədlərin hər hansı digər hüquqi şəxsdən tələb edilməsi mümkün deyildir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir; 42.3-cü maddəsinə əsasən, səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər; 43.1-ci maddəsinə əsasən, sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir; 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, vergi orqanı təyin edilmiş səyyar vergi yoxlamasının keçirilməsi üçün qanuna müvafiq qaydada cavabdehdən sənədləri tələb etsə də, həmin sənədlər cavabdeh tərəfindən təqdim olunmamışdır. Sənədələrin təqdim edilmədiyi iş materiallarında olan sənədlərlə təsdiq olunur. Belə olan halda, sözügedən sənədlərin əldə edilməsi qanunvericiliyə görə məhkəmə qərarı ilə həyata keçirilməlidir. Odur ki, Vergi Məcəlləsinin 43.11-ci maddəsinin dispozitiv şərtlərinə riayət edildiyi müəyyən olunduğu üçün iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin: Yoxlama ilə əhatə edilən dövr (xx.xx.2018-xx.xx.2021-ci il) üzrə bütün gəlir və xərc hesablarının hərəkəti; Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli; Yoxlama ilə əhatə edilən dövr üzrə yerli və xarici bank hesablarının hərəkəti (mədaxil və məxaric olmuş məbləğlərin təyinatı göstərilməklə); Yoxlama ilə əhatə edilən dövr üzrə nağd dövriyyələrin hərəkəti; Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə), habelə bəyannamənin əlavələrində vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumatlarda qeyd edilmiş rəqəmlərin açıqlaması (izahı) və götürüldüyü uçot sənədləri); Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə illər üzrə xammal-material hərəkət barədə məlumat; Müştəri və podratçılarla bağlanmış müqavilələr və onların bütün əlavələri; Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlərlə bağlanmış müqavilələr; Malların təqdim edilməsi (əldə edilməsi), işlərin görülməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər, təhvil-təslim aktları, invoyslar, hesab-fakturalar, alış aktları, üzləşmə aktları və s; Malların mədaxilinin və məxaricinin sənədləşdirilməsi üçün bütün ciddi hesabat blankları (“Malların təhvil-qəbul aktı”, “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların qaytarılması aktı”, “Yük avtonəqliyyatı üçün yol vərəqi” və s.); Yoxlama ilə əhatə edilən dövr üzrə pərakəndə qaydada satılmış malların miqdarı və dəyəri göstərilməklə aylar üzrə adlı siyahıları; Yoxlama ilə əhatə edilən dövrdə illər üzrə debitor və kreditor borclar üzrə adlı siyahılar; Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən bütün borc və kredit müqavilələri; İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərin alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri; Yoxlanılan dövr üzrə əsas vəsaitlərin təsdiqedici sənədləri, icarədə olan əsas vəsaitlərin siyahısı; Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda), əmək müqaviləsi bildirişləri, ezamiyyə sənədləri; Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı və vergilərin hesablanması üçün digər zəruri sənədlər (məlumatlar) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-5608/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5608/2022
09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver