Məhkəmə qərarları › İş №2-1(112)-561/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-561/2020

14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-561/2020 14.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Oruczadə, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçılar İddiaçı1 və X6 vəkili, X6 nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 oğlunun iştirаkları ilə, İddiaçılar İddiaçı1 və X6 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi tələbinə dair iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və X8 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İQ-193/6 saylı 22.08.2019-cu il tarixli qərarının qanunsuz hesab edilməsi; Əfqanıstan İslam Respublikasının vətəndaşları İddiaçı1 və X6 “qaçqın statusu verilməsi haqqında” vəsatətinin təmin edilərək, İddiaçı1 və onun ailə üzvlərinə (arvadı-23.05.1962-ci il təvəllüdlü X9, oğlanları-04.08.1994-cü il təvəllüdlü, bu iş üzrə iddiaçı X8, 11.09.2003-cü il təvəllüdlü X7, qızları-06.08.2002-ci il təvəllüdlü Haydary Maryam və 01.10.2004-cü il təvəllüdlü Haydary Sadaf) “qaçqın” statusu verilməsi barədə qərarın ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclas 14.09.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddia tələbi “İddiaçı1 arvadı 23.05.1962-ci il təvəllüdlü X9, qızı 06.08.2002-ci il təvəllüdlü Haydary Maryama qaçqın statusu verilməsi haqqında vəsatətin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 40 yaşlı, kişi cinsinə mənsub İddiaçı1 Əfqanıstan vətəndaşıdır, etnik mənsubiyyətinə görə Həzara/Sadat, dini mənsubiyyətinə görə Şiədir. İddiaçı Kabulda 12 illik orta təhsil alıb və ölkədə Talibanın mövcudluğundan doğan təhlükəsizlik vəziyyətinə görə təhsilini davam etdirə bilməyib. İddiaçı Munis Haidary ilə evlidir və 5 uşağı var. İddiaçının hər iki valideyni vəfat edib; atası qardaşının toy günü öldürülüb. İddiaçının üç qardaşı və iki bacısı var. Onlar hazırda Azərbaycanda (Bakıda) yaşayır. İddiaçının bildirdiyinə görə Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra ailəsi Pakistana köçüb. O vaxta qədər Kabulda yaşayıblar. İddiaçı 17 yaşından Pakistanda, Peshawarda xalça toxumaqla məşğul olub və təxminən 15 il bu işi görüb. Bundan sonra O, 5-6 il müddətində Peshawardə küçə yeməyi (fast food) satıb. Daha sonra Əfqanıstana Maydanshaha köçüb və bir il yarım orada yaşayıb. Əfqanıstanda olduğu zaman iddiaçı yerli məsciddə müəllimlik edib. O, riyaziyyat, Dari dili, fizika dərsləri deyib, eyni zamanda Quran dərslərində köməklik göstərib. Bundan sonra O, Pakistanın Attock şəhərinə gedib və təxminən 2 il orada yaşayıb. İddiaçı Mohammad Mohaqqiqin adamları tərəfindən ailəsinin təhdid olunması səbəbindən mənşə ölkəsini tərk etdiyini bildirib.İddiaçının bildirdiyinə görə Mohammad Mohaqqiqin adamları 2017-ci ildə toy günü qardaşı və qardaşı arvadı maşında toydan geri qayıdarkən qardaşı arvadı, dostu və atasını öldürüb. Həmçinin iki qardaşı və iki oğlu da hücum nəticəsində yaralanıb. İddiaçının sözlərinə görə bu maşınların istiqaməti barədə Mohaqqiqin adamlarma məlumat verən onun əmisi/dayısı oğulları Aga Ziya və Nasir Ahmad tərəfindən edilib. İddiaçıqeyd edib ki, Mohaqqiqin oğlu onun qardaşı arvdı Jamila Qambari ilə evlənmək istəyib, lakin qız imtina edib, bu səbəbdən Mohaqqiqin adamları bu hadisəni törədiblər. Hadisədən sonra iddiaçının ailəsi televiziya kanalına müsahibə verərək Mohammad Mohaqqiqi qohumlarının ölümündə günahlandırıb. İddiaçının sözlərinə görə 20 gün sonra onlar Mohaqqiqin adamları tərəfindən ziyarət olunub. İddiaçı mağazadan evə geri qayıdarkən iki nəfəri gördüyünü və onlardan birinin digərinə “bu odur” dediyini bildirib. Həmin şəxslərin üzləri bağlı olub. İddiaçı onların yanından keçərək evə gedib və həmin şəxslər onu izləyib. Qeyd olunan şəxslərdən biri cibindən nə isə çıxartmaq istədiyində iddiaçı onların hərbi geyimdə və silahlı olduğunu görüb. İddiaçı evə çatdıqda həmin şəxslərin bir az uzaq məsafədə dayandığını, daha sonra isə getdiyini görüb. İddiaçı bildirib ki, o, Mohaqqiqin adamları tərəfindən təhdidlər almaqda davam edib. Onlar evinə gələrək qardaşı Ali ilə danışır və onun tərəfindən qaldırılan cinayət işində ifadə verərkən Mohaqqiqin adını istifadə etməməyi tələb edərək onu və ailəsini ölümlə hədələyib. Həmçinin iddiaçı bildirib ki, dövlət ittihamçısı Javedshah Alemi özünün və iddiaçının həyatının təhlükədə olması səbəbindən hətta onlardan Mohaqqiqin adının çəkilməməsini istəyib. Həmçinin özünü Mohaqqiqin adamları, Faydane Hazara üzvləri və ya Vahdad partiyasının üzvləri kimi təqdim edən şəxslər İddiaçının yanına gəliblər.Hadisədən sonra iddiaçı ailəsini Pakistana göndərərək qardaşı Ali ilə Əfqanıstanda qalıb. 40 gün sonra o da Pakistana, Pesawara gedib. İddiaçı Əfqanıstanda olan zaman Mohaqqiqin adamları tərəfindən onun Pakistanda harada yaşadığını bildikləri və hətta ünvanı dedikləri üçün Pakistanda bir neçə dəfə yaşayış yerini dəyişib. İddiaçı Peshawarda bir il yarım yaşadıqdan sonra Əfqanıstana gedib. İddiaçı bildirib ki, Mohaqqiqin adamlarının onun yaşadığı yeri tapacağından qorxduğu üçün (əvvəllər tapmışdılar) Əfqanıstanda və Pakistanda yaşaya bilməyib. O, Pakistanda özü və ailə üzvləri üçün viza alaraq, iki və ya üç gün Kabulda qalıb, daha sonra isə Kabuldan 13 may 2019-cu ildə ailə üzvləri ilə birlikdə Azərbaycana gəlib. 27 may 2019-cu ildə İddiaçı sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti (Cavabdeh) onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və İddiaçı ilə müsahibə aparıb. İddiaçı Mohaqqaqin adamları tərəfindən təhdid olunduğundan özünün və ailə üzvlərinin onlar tərəfindən öldürülə biləcəyindən qorxduğu üçün mənşə ölkəsinə geri qayıtmaq istəmir. 22 avqust 2019-cu ildə Cavabdeh İQ-193/6 saylı qərarı ilə İddiaçıların sığınacaq vəsatətini rədd edib. Cavabdeh qərarını onunla əsaslandırıb ki, iddiaçının narrativi mötəbər deyil. 27 avqust 2019-cu ildə cavabdehin qərarı iddiaçıya təqdim edilib. (Həmin qərardan İddiaçı inzibati şikayət verib, cavabdeh 12.10. 2019-cu il tarixli “ İnzibati şikayətin təmin edilməməsi haqqında” 383 saylı Qərarı ilə verilmiş şikayəti əsassız hesab edərək, təmin etməyib, əvvəlki qərarı dəyişdirmədən saxlayıb. Sonuncu Qərar İddiaçıya 14.10. 2019-cu il tarixdə təqdim edilib).Cavabdehin “qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” qərarı iddiaçının hüquqlarına toxunur və iddiaçı inzibati icraatda maraqlı şəxsdir. Buna görə onun, ‘İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 71.1 -ci maddəsinə əsasən, həmin qərardan şikayət vermək hüququ vardır. Cavabdehin qərarı iddiaçıya 27 avqust 2019-cu ildə təqdim edilib. İddiaçının qərarın qüvvəyə mindiyi tarixdən (qərarın qüvvəyə minmə tarixi onun təqdim edildiyi tarixdir, İİQ, m. 64.1) 30 gün müddətində inzibati şikayət vermək hüququ vardı (İİQ, m. 73.1); bu müddət qərarın təqdim edildiyi tarixdən sonrakı gündən hesablanır. Bu şikayətin verildiyi tarixə uyğun olaraq iddia müddəti ötürülməyib. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu” əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. Cavabdehin qərarında fundamental səhvlərə yol verib: işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyi qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt iddiaçının etnik/dini mənsubiyyətinə görə və şərti siyasi əqidəsində görə təqib edilməsi riskidir. İddiaçının əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. İddiaçı hesab edir ki, “qaçqın statusu” verilməi 2 mərhələli yoxlamadan ibarətdir: işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi və əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirlməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirlməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında iddiaçıya münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığını yoxlanılmalıdır. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli nümayəndəsi iddiaçının ərizəsinə əsasən açılmış inzibati işin araşdırılması nəticəsi iddiaçıya qaçqın statusunun verilməsini qeyri-mümkün etdiyini, cavabdeh orqan tərəfindən qanuni olaraq iddiaçıya imtina cavabı verildiyini, qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Beləliklə, Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin işin hazırlıq icraatı çərçivəsində keçirilmiş məhkəmə iclasında verdiyi izahatlarını, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 19.03.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə əsasən, immiqrasıya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir. İşdən görünür ki, İddiaçı1 Əfqanıstan İslam Respublikasının vətəndaşıdır, 1979-cu il təvəllüdlü İddiaçı1 və ailə üzvləri (arvadı-23.05.1962-ci il təvəllüdlü X9, oğlanları- 04.08.1994-cü il təvəllüdlü, bi iş üzrə iddiaçı X8, 11.09.2003-cü il təvəllüdlü X7, qızları- 06.08.2002-ci il təvəllüdlü Haydary Maryam və 01.10.2004-cü il təvəllüdlü Haydary Sadaf) 16.05.2019-cu il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. Qaçqın statusu verilməsi haqqında vəsatətin (ərizə-anketin) qeydiyyatı və müsahibə zamanı Əfqanıstanın Kabil şəhərində anadan olduğunu (ərizəçinin pasportunda doğum yeri Wardak olaraq göstərilmişdir), milliyyətcə həzara (sadat), dini etiqadına görə müsəlman (şiə) olduğunu, 12 illik orta təhsil aldığını, sonradan müharibə şəraiti ilə əlaqədar olaraq təhsilini davam etdirmədiyini, ölkəsində vəziyyət qeyri-stabil olduğundan ailə üzvləri ilə birlikdə Pakistana köçdüklərini, uzun müddət Pakistanda yaşadıqlarını (ərizəçi Pakistanla bərabər bəzi vaxtlarda Əfqanıstanda da yaşadıqlarını demişdir), 17 yaşından əmək fəaliyyətinə başladığını, Pakistanın Pişavər şəhərində 15 il kilim toxuma, həmçinin “bolani” (yerli “fastfood”) satmaqla məşğul olduğunu bildirmişdir. Ailə üzvləri barədə məlumat verən ərizəçi 1992-ci ildə özündən 17 yaş böyük olan əmisi qızı ilə ailə həyatı qurduğunu, bu nikahdan beş övladının dünyaya gəldiyini, 3 qardaşı, 2 bacısı olduğunu, valideynlərinin vəfat etdiklərini, bacı-qardaşlarının hazırda Azərbaycan Respublikasında yaşadıqlarını söyləmişdir. Ərizəçi 2017-ci ilin yayında qardaşı Əlinin Kabildə baş tutacaq toy məclisi ilə əlaqədar Əfqanıstana gəldiklərini, lakin toy zamanı maşın karvanına atəş edildiyini, Cəmilə adlı gəlinlərinin, atasının və qardaşının dostu Yasinin həlak olduqlarını demişdir. O, hadisənin Mohəmməd Muhəqqiqin (Əfqanıstanın keçmiş baş nazirinin ikinci müavini) adamları tərəfindən törədildiyini, Muhəqqiqin oğlanlarından birinin Cəmiləni sevdiyini, onunla ailə qurmaq istədiyim, lakin Cəmilənin bu evliliyə razılıq vermədiyini, onun Əli ilə evlənməyə qərar verdiyini, bu səbəbdən də toy günü qızın qətlə yetirildiyini demişdir. Ərizəçi baş vermiş hadisədən sonra hüquq-mühafizə orqanına müraciət etdiklərini, hadisənin mediada işıqlandırıldığını, bundan təxminən 20 gün sonra Muhəqqiqin tərəfdarları tərəfindən yenidən təhdid edildiklərini demişdir. O, baş vermiş hadisədən 6 ay sonra Pakistana geri qayıtdığını, lakin buna baxmayaraq oradakı yaşayış yerlərinin Muhəqqiqin adamlarına məlum olduğunu öyrəndiklərini, bu səbəbdən iki dəfə həmin məntəqələri dəyişdiklərini demişdir. Ərizəçi Muhəqqiqin adamlarından ehtiyat etdiklərini, bu səbəbdən Əfqanıstanda və Pakistanda yaşamaq istəmədiklərini və Əfqanıstanı tərk edərək 13.05.2019-cu il tarixdə ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına gəldiklərini demişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi özünün və ailə üzvlərinin adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut edərək etibarlı pasportları təqdim etmiş və bu doğru olaraq qəbul edilmişdir. Ərizəçinin söylədiklərindən onun baş vermiş qətl hadisəsindən sonra adətən yaşadığı ölkəyə-Pakistan İslam Respublikasına qayıtdığı, təxminən 2 il orada yaşadığı və ötən müddət ərzində heç bir təhdid və təzyiqə məruz qalmadığı məlum olmuşdur. Bundan başqa, onun söylədiklərindən törədilmiş qətl hadisəsindən sonra Əfqanıstanda 6 ay yaşadığı və bu müddət ərzində həyatı üçün təhlükə olduğunu ehtimal etməsinə baxmayaraq ölkəsini qısa müddət ərzində tərk etmədiyi məlum olmuşdur. İddiaçı1 və ailə üzvlərinin müsahibə zamanı verdikləri izahatlardan məlum olmuşdur ki, onlar vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışdır, işin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı1 şəxsi işi (ailə üzvləri ilə birlikdə) “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 21.1 və 21.2-ci maddələrinə əsasən ərizəçinin iştirakı ilə müzakirə edilmiş, onun Komissiyada iştirakı, dinlənilməsi, o cümlədən qeyd edilən arqumentlərə qarşı öz dəlillərini təqdim etməsi imkanı təmin edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası’nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 22 avqust 2019-cu il tarixli, 27 saylı protokolu). Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12.10.2019-cu il tarixli 3883 nömrəli qərarı ilə qaçqın statusu verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin 22.08.2019-cu il tarixli, İQ-193/6 saylı qərarından Əfqanistan İslam Respublikasının vətəndaşı İddiaçı1 və onun ailə üzvləri tərəfindən verilmiş şikayət əsassız olduğuna görə təmin edilməyərək qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçılara qaçqın statusunun verilməsi ilə bağlı mübahisənin qanuni və əsaslı həllinə nail olmaq işə aşağdaki qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən «Qaçqın» - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həminölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən ş şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlərinə əsasən: «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir. Göründüyü kimi, Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. Halbuki, iddiaçılar tərəfindən verilmiş müsahibə və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının və onun ailəsinin təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçılar vətandaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdırlar. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığından qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddiaçılar İddiaçı1 və X6 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı İQ-193/6 saylı 22.08.2019-cu il tarixli qərarının qanunsuz hesab edilməsi; Əfqanıstan İslam Respublikasının vətəndaşları İddiaçı1 və X6 “qaçqın statusu verilməsi haqqında” vəsatəti təmin edilərək, İddiaçı1 və onun ailə üzvlərinə (oğlu-04.08.1994-cü il təvəllüdlü, bu iş üzrə iddiaçı X8, 11.09.2003-cü il təvəllüdlü X7, qızı 01.10.2004-cü il təvəllüdlü Haydary Sadaf) “qaçqın” statusu verilməsi barədə qərarın ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə iddiа tələbi əsаssız оlduğundаn rədd еdilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və X6 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və iddiaçılara qaçqın statusunun verilməsi” tələbinə dair iddiа tələbi rədd еdilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar