Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5611/2020 03.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (X3 İdarəsinə) qarşı “xx xxxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (X3 İdarəsinə) qarşı “xx xxxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1982-ci ildə Bakı şəhərindəki Azərbaycan Dəmir Yolu peşə məktəbinin refrijeratorlarda mexanik kursuna daxil olub, xx xxxx 1983-cü il tarixdə oranı bitirərək refrijerator mexaniki ixtisasına yiyələnmişdir. xx.xx.1983-cü il tarixdə Azərbaycan Dəmir Yolu X4 Refrijerator Qatarına mexanik işinə təyin edilmişdir. Vəzifəsi refrijerator dakı yükü keyfiyyətli saxlamaqdan ibarət olmuşdur. Həm də qatar hərəkətdə olarkən yüksək gərginlik (10.000 volt) altında işləyirdik, eləcə də firion qazı zəhərləyici olduğundan, həmin işi görən mexanik vəzifəsi güzəştli şərtlərlə iş qrupuna aiddir. xx.xx.1985-ci il tarixdə iddiaçı öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixə kimi Şamxor rayon “Lenin” adına sovxozda avtoçilingər, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixə kimi Azərbaycan Dəmir Yolu X4 Refrijerator Qatarında mexanik, xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixə kimi baş mexanik vəzifəsində, xx.xx.1991-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi böyük mexanik, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi X5 Refrijerator Seksiyasının rəhbər mexaniki, xx.xx.2018-ci il tarixdən 07.01 2019-cu il tarixə kimi “xxxx” MMC-də X5 refrijerator seksiyasinın daxili avadanlıqlarına xidməti baxış və cari təmir sexinin refrijerator seksiyalarının rəhbər mexaniki, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi X5 refrijerator seksiyasının daxili avadanlıqlarına xidməti baxışı və cari təmiri sexinin böyük mexaniki, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi “xxxx” MMC-də X5 Refrijerator seksiyasının daxili avadanlıqlarına xidməti baxışı və cari təmir sexinin seksiyalarının rəhbər mexaniki işləmişdir. xx.xx.2019-cu il tarixdən hal hazıra kimi “xxxx” MMC-də struktur dəyişikliləri və yeni ştat cədvəlinin tətbiqi ilə əlaqədar X5 Refrijerator seksiyasının daxili avadanlıqlarına xidmət baxışı və cari təmir sexinin refrijerator seksiyalarının rəhbər mexaniki işləyir. İddiaçının 40 ilə yaxın əmək stajı var. Bundan 36 il, 2 ayını güzəştli şərtlər qrupuna aid olan işdə işləmişdir. İddiaçı 57 yaşından tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu tərəfindən müvafiq sənədlərin əsllərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla biləcəyini bildirilmişdir. Cavabdeh orqanın imtinasını qanunsuz hesab edən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram göndərərək, məhkəmə baxışının onun iştirakı olmadan keçrilməsini xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Оdur ki, məhkəmə işə tərəflərin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iş materallarını nəzərdən keçirərək təqdim еdilmiş sənədləri tədqiq edərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı İddiaçı xx.xx.1961-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. ИT-İ ******* nömrəli əmək kitabçasına əsasən həmin əmək kitabşası xx.xx.1983-cü il tarixdə açılmışdır və həmin əmək kitabçasında göstərilmişdir ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx xxxx 1983-cü il tarixədək Bakı şəhərindəki Azərbaycan Dəmir Yolu peşə məktəbində təhsil almışdır. xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Azərbaycan Dəmir Yolu X4 Refrijerator Qatarına mexanik, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixə kimi Şamxor rayon “Lenin” adına sovxozda avtoçilingər, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixə kimi Azərbaycan Dəmir Yolu X4 Refrijerator Qatarında mexanik, xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixə kimi baş mexanik vəzifəsində, xx.xx.1991-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi böyük mexanik, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi X5 Refrijerator Seksiyasının rəhbər mexaniki, xx.xx.2018-ci il tarixdən 07.01 2019-cu il tarixə kimi “xxxx” MMC-də X5 Refrijerator Seksiyasının daxili avadanlıqlarına xidməti baxış və cari təmir sexinin refrijerator seksiyalarının rəhbər mexaniki, xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi X5 refrijerator seksiyasının daxili avadanlıqlarına xidmət baxışı və cari təmiri sexinin böyük mexaniki, xx.xx.2019-cu il tarixdən xx.xx.2019cu il tarixə kimi “xxxx” MMC-də X5 Refrijerator seksiyasının daxili avadanlıqlarına xidməti baxışı və cari təmir sexinin seksiyalarının rəhbər mexaniki işləmişdir. xx.xx.2019-cu il tarixdən hal hazıra kimi “xxxx” MMC-də struktur dəyişikliləri və yeni ştat cədvəlinin tətbiqi ilə əlaqədar X5 Refrijerator seksiyasının daxili avadanlıqlarına xidməti baxışı və cari təmir sexinin refrijerator seksiyalarının böyük mexaniki işləyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X3 İdarəsinin xx.xx.2020-ci il tarixli, **********3 və xx.xx.2020ci il tarixli, **********2 nömrəli məktubları ilə cavabdeh tərəfindən iddiaçıya bildirilmişdir ki, əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajım təsdiq edən sənədiər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir; güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsllərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletin surətinə əsasən, iddiaçı xx xxx 1980-ci ildən xx xxx 1982-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli ASER003-20 saylı arayışından görünür ki, İddiaçı, həqiqətən, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək "xxxx” QSC-nin törəmə şirkəti olan “xxxx” MMC-də X5nun Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin Böyük mexaniki vəzifəsində çalışmışdır. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli AEXP0262-20 saylı arayışına əsasən, İddiaçı, həqiqətən, "xxxx” QSC-nin törəmə şirkəti olan “xxxx” MMC-də xx.xx.2018-ci il tarixdən 07.01 2019-cu il tarixə kimi “xxxx” MMC-də X5 Refrijerator Seksiyasının daxili avadanlıqlarına xidməti baxış və cari təmir sexinin refrijerator seksiyalarının rəhbər mexaniki, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi “xxxx” MMC-də X5 Refrijerator seksiyasının daxili avadanlıqlarına xidməti baxışı və cari təmir sexinin seksiyalarının rəhbər mexaniki işləmişdir. xx.xx.2019-cu il tarixdən hal-hazıra kimi X5 Refrijerator seksiyasının daxili avadanlıqlarına xidməti baxışı və cari təmir sexinin refrijerator seksiyalarının böyük mexaniki peşəsində işləyir. “xxxx” MMC-nin X5nun xx.xx.2020-ci il tarixli 10 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək refrijerator qatarının mexaniki, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixə kimi refrijerator seksiyasının mexaniki, xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixə kimi refrijerator seksiyasının rəisi vəzifəsində, xx.xx.1991-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi refrijerator seksiyasının (rəhbər) mexaniki, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi refrijerator seksiyasının (rəhbər) mexaniki,peşəsində işləmişdir. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1961-ci il təvəllüdlüdür, 57 yaşı tamam olan xx xxxxx 2018-ci il tarixinə onun 25 ildən artıq ümümi stajının, 12 il 06 ay güzəştli stajının olmasını əsas kimi göstərərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qanunvericiliyə görə iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyın edilməsi üçün «Əmək pensiyaları haqqında” qanunun qüvvəyə mindiyi xx.xx.2006-ci il tarixinə 25 il ümumi iş stajı, 12 il 06 ay əmək şəraiti zərərli və ağır olan işlərdə işləməsi ilə bağlı staj olmalıdır. İddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında nəzərdə tutulan peşədə (refrijerator qatarların (seksiyaların) mexanikləri 23001000—23598 ) iş stajı 22 ildən artıq olmasına baxmayaraq, ümumi iş stajı (24 il 11 ay 12 gün) 25 ildən az təşkil olunması müəyyən olunmuşdur. Belə olan halda iddiaçının 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmamışdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2.2-ci mаddəsinə əsаsən inzibаti оrqаn tərəfindən inzibаti аktın qəbul еdilməsi ilə bağlı olan müvafiq öhdəliyin qoyulmasına dаir iddiаlаrа və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddiа) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Həmin Məcəllənin 33.1-ci mаddəsinə əsаsən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun X1rşı “xx xxxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” bаrədəiddia tələbi əsassızdır və bu səbəbdən də rədd edilməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2,33, 68,69, 85, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun X1rşı “xx xxxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” bаrədəiddia tələbi rədd edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-5611/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5611/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver