Məhkəmə qərarları › İş №2-1(112)-5615/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5615/2025

01.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5615/2025 01.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixli qərarınınn ləğv edilməsi və ona İİ dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1963-cü ildə anadan olmuşdur, 2009-cu ildən ona insulindən asılı olmayan şəkərli diabet, Nevroloyi ağırlaşmalarla, diabetik polineyropatiya insulindən asılı olmayan şəkərli diabet, periferik qan dövranının pozğunluğu ilə, diabetik angiopatiya trofıka pozğunluğu. Əvvəllər keçirilən miokard infarktı, İnfarktdansonrakı kardioskleroz (2005) [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİİ mərhələ,krizli gedişli Durğunluq ürək çatmamazlığı, Xroniki ürək çatmamazlığı İİFS. Aortokoronar şuntlu transplantatın olması, AKŞ əməliyyatından sonrakı vəziyyət (2018) diaqnozu ilə İİ qrup əlilik təyin edilmiş, lakin 17 oktyabr 2024-cü ildən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müayinəsi ilə onun diaqnozu dəyişdirilərək, ona 1 il müddətinə İİİ dərəcəli əlillik təyin edilmişdir. O təyin edilmiş İİİ dərəcəli əlilliklə razı olmadığına görə bununla əlaqədar cavabdehə yazılı müraciət edərək, 2009-cu ildən ona İnsulindən asılı olmayan şəkərli diabet, Nevroloyi ağırlaşmalarla, Diabetik polineyropatiya İnsulindən asılı olmayan şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., Diabetik angiopatiya trofıka pozğunluğu. Əvvəllər keçirilən miokard infarktı, İnfarktdansonrakı kardioskleroz (2005) [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİİ mərhələ, krizli gedişli Durğunluq ürək çatmamazlığı, Xroniki ürək çatmamazlığı İİFS. Aortokoronar şuntlu transplantatın olması, AKŞ əməliyyatından sonrakı vəziyyət (2018) diaqnozu ilə təyin edilmiş İİ dərəcəli əlilliyinin bərpa edilməsini və ona İİ dərəcəli müddətsiz əlilliyin təyin edilməsini xahiş etmişdir. Cavabdeh ona ünvanladığı məktubla müraciətindən imtina etmiş, əsas kimi isə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmağını, təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” uyğun olaraq, xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə 1 il müddətinə (xx.xx.2025-ci tarixinədək) əlillik müəyyən edilməsinə dair qərar qəbul edilməsini, qərardan narazı qaldığım üçün xx.xx.2024- cü il tarixində yenidən Agentliydə əyani müayinə olunmağını, təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq əlillik vəziyyətinin qiymətləndirilməsi barədə verilmiş xx.xx.2024-cü il tarixli qərarın doğru və əsaslı olduğundan qüvvədə saxlanıldığını göstərmişdir. Cavabdeh öz məktubunda xx.xx.2024-cü il tarixli qərara istinad etsə də, həmin qərarın surətini ona təqdim etməmişdir. Bu üzdən o həmin qərardan məlumatsız olmuş, qərardan şikayət verə bilməmiş, sadəcə cavabdehdən əlilliyinin bərpa edilməsini tələb etmişdir. Cavabdehin bu imtinası əsassızdır, cavabdeh ona İİİ dərəcəli əlillik təyin edən zaman ona təyin edilmiş İİ dərəcəli əlilliyinin müddəti 10 ili ötmüş, ona müddətsiz əlillik təyin edilməli olduğu halda heç bir əsas olmadan onun əlilliyinin dərəcəsi dəyişdirilmiş və İİİ dərəcəli əlillik ona bir illik təyin edilmişdir. 01 oktyabr 2024-cü il tarixdən ona təyin edilmiş əlilliyin dərəcəsi və müddəti düzgün deyil, ona təyin edilmiş İİ qrup əlilliyin bərpa edilməli və ona müddətsiz İİ dərəcəli əlillik təyin edilməlidir. Belə ki, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” qaydasının 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Dövlət Tibbi-Sosial Ekspertiza tərəfindən o müayinə edilərkən onun xəstəliyinin diaqnozu kimi onun əsas xəstəlikləri deyil, onun yanaşı xəstəliyi göstərilmiş və bu baxımdan ona İİİ dərəcəli əlillik təyin edilmişdir. Belə ki, TSEK-in onun diaqnozunu [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəliyi, Arterial hipertenziya İİİ mərhələ ,əlavə risk qrupu İV kimi göstərmişdir. Halbuki, müalicə müssəsələri tərəfindən ona qoyulmuş diaqnozlarda onun əsas xəstəliyi kimi (120.8) Stenokardiyanın digər formaları, (Z95.1) Aortokoronar şuntlu transplantatın olması, (125.2) Əvvəllər keçirilən miokard infarktı, (150.0) Durğunluq ürək çatmamazlığı, yanaşı xəstəliklər kimi (Ell) İnsulin tələbli şəkərli diabet və (İll .0) [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəliyi göstərmişlər. Göründüyü kimi TSEK tərəfindən isə onun əsas xəstəliyi kimi onun yanaşı xəstəliyi olan [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəliyi göstərilmişdir. Yəni TSEK tərəfindən ona təyin edilmiş əsas xəstəliklərinin diaqniozu gizlədilərək, onun yanaşı xəstəlikləri əsas xəstəliyi kimi göstərilmiş, məhz bu səbəbdən ona əlillik dərəcəsi az verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş, cavabdehdən inzibati icraat materiallarının təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunması tələb olunmuşdur. Cavabdeh orqan tərəfindən təqdim edilmiş etirazda bildirilmişdir ki, iddiaçı Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında əyani müayinə olunaraq müəyyən olunmuşdur ki, Bakı şəhər, Suraxanı rayon, Hövsan qəsəbəsi, 5-ci sahil döngəsi, 10, 7 ünvanında qeydiyyatda olan İddiaçı (FİNxxxxxxx) əlillik vəziyyəti səhiyyə müəssisəsinin V00225044VAB nömrəli göndərişinə əsasən xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması“ barədə qərar qəbul edilmişdir. Ətraflı səbəb: “Stasionar müalicələr yetərli deyil, ixtisaslaşmış müalicəni davam etdirməsi məsləhət görülür.“ Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin V00225044VAB nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Əlavə müalicəyə ehtiyacın olması“ barədə düzgün qərar qəbul edilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz. (2005) Stenokardiyanın digər formaları, ÜİX-Stabilgərginlik stenokardiyası İİİ f.s. Aortokoronar şuntlu transplantatın olması, AKŞ-dan sonrakı vəziyyət ( 2018 ) Durğunluq ürək çatmamazlığı, XÜÇ İİ f.s. ( LVEF 45 % )) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə-nin 2.1.1 bəndinə əsasən orqanizmin funksiyasının 40% pozulmasına görə 1 il müddətinə əlillik təyinatı aparılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının məhkəmə iclasında iddia tələbin dəqiqləşməsi barədə ərizə təqdim edərək xx.xx.2024-cü il tarixdən ikinci dərəcə müddətsiz əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, inzibati icraat materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-4/2-6034/2025 nömrəli məktubla təqdim edilmiş sənədlərdən görünür ki: Biləsuvar Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixli 0234003AAN85 nömrəli Forma 88-dən görünür ki, İddiaçı barəsində: -Əsas diaqnoz:İ25.2-əvvəllər keçirilən miokard infarktı, transmural miokard infarktının sonrakı kardioskleroz. -Ağırlaşma:Z95.1-Aortokoronar şuntlu transplantatın olması, AKŞ əməliyyatından sonrakı vəziyyət -Ağırlaşma:-İ25.1-ürəyin aterosklerotik xəstəliyi, aterosklerotik kardioskleroz -Ağırlaşma:İ50.0-durğunluq ürək çatmamazlığı, qan dövranının davamlı İİİ dərəcəli çatmamazlığı, ürək çatmamazlığı İİİFS -Ağırlaşma:İ25.5-işemik kardiomipatiya, işemik kardiomiopatiya -Ağırlaşma: İ51.5-miokardın degenerasiyası, miokardiodistrofiya -Yanaşı xəstəliklər: l11.0-durğunluq, ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik, hipertoniya xəstəliyi İİİ mərhələ krizli gedişlə çox yüksək əlavə risk -Yanaşı xəstəliklər: l44.4- His dəstəsinin sol ayağcığının ön şaxəsinin blokadası , - His dəstəsinin sol ayağcığının ön şaxəsinin blokadası -Yanaşı xəstəliklər- l67.4- Hipertenziv ensefalopatiya, -Hipertenziv ensefalopatiya. Yaddaş zəifliyi ilə. -Yanaşı xəstəliklər: l49-ürək ritminin digər pozğunluqları,ekstrasistolik aritmiya -Yanaşı xəstəliklər: l25.8- Ürəyin xroniki işemik xəstəliyinin digər formaları, -Stabil gərginlik stenokardiya , İİİ-İVFS tez-tez ağrı tutmaları ilə. Koronar qan dövranın pozulması ilə. -Yanaşı xəstəliklər: E11.5- İnsulindən asılı olmayan şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., -Aşağı ətrafların diabetik angiopatiyası, trofikanın pozulması. -Yanaşı xəstəliklər-E11.4- İnsulindən asılı olmayan şəkərli diabet, Nevroloyi ağırlaşmalarla., -Aşağı ətrafların diabetik angiopatiyası, trofikanın pozulması ilə. -Yanaşı xəstəliklər: E11- İnsulindən asılı olmayan şəkərli diabet, -Şəkərli diabet İİ tip, ağır gedişli müəyyən edilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 0234003AASB2 nömrəli Forma 88-dən görünür ki, İddiaçı barəsində -Əsas diaqnoz:125.2-Əvvəllər keçirilən miokard infarktı, -Ürəyin işemik xəstəliyi:İnfarktdan sonrakı kardioskleroz, tez-tez baş verən aritmiya tutmaları ilə -Ağırlaşma: 125.2- Əvvəllər keçirilən miokard infarktı, -İşemik kardiomiopatiya -Ağırlaşma: 150.2-Durğunluq ürək çatmamazlığı,xroniki İİ dərəcəli ürəy çatmamazlığı -Ağırlaşma: Birinci dərəcəli qulaqcıq-mədəcik blokadası, -Sol ön hemiblok -Ağırlaşma: Miokardın degenerasiyası, -Miokardiodistrofiya -Ağırlaşma: Aortokoronar şuntlu transplantatın olması, -AKŞ əməliyyatından sonrakı (GABG X5)hal.2018-ci il -Yanaşı xəstəliklər: Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəliyi, Hipertoniya xəstəliyi İİİ mərhələ krizli gedişlə çox yüksək əlavə risk. -Yanaşı xəstəliklər: Hipertenziv ensefalopatiya, Hipertenziv ensefalopatiya -Yanaşı xəstəliklər: insulindən asılı olmayan şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., -Diabetik angiopatiya -Yanaşı xəstəliklər: Ürək ritminin digər pozğunluqları, Ekstrasistolik aritmiya -Yanaşı xəstəliklər: İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet İİ tip, ağır gedişli -Yanaşı xəstəliklər: İnsulindən asılı olmayan şəkərli diabet, Nevroloyi ağırlaşmalarla, Diabetik polineyropatiya -Yanaşı xəstəliklər: Ürəyin xroniki işemik xəstəliyinin digər formaları, ÜİX Stabil gərginlik stenokardiya müəyyən edilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli X00021075SRC nömrəli Forma 88-dən görünür ki, İddiaçı barəsində -Əsas diaqnoz:125.2- Əvvəllər keçirilən miokard infarktı, İnfarktdansonrakı kardioskleroz (2005) -Ağırlaşma:150.0- Durğunluq ürək çatmamazlığı, Xroniki ürək çatmamazlığı İİFS -Ağırlaşma:Z95.1- Aortokoronar şuntlu transplantatın olması, AKŞ əməliyyatından sonrakı vəziyyət (2018). -Yanaşı xəstəliklər:E11.4- İnsulindən asılı olmayan şəkərli diabet, Nevroloyi ağırlaşmalarla., Diabetik polineyropatiya -Yanaşı xəstəliklər:E11- İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet tip 2,ağır forma -Yanaşı xəstəliklər:E11.5- İnsulindən asılı olmayan şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., Diabetik angiopatiya trofika pozğunluğu. -Yanaşı xəstəliklər:İ11.0- Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəliyi, Hipertoniya xəstəliyi İİİ mərhələ,krizli gedişli. -Yanaşı xəstəliklər:İ20.8- Stenokardiyanın digər formaları, ÜİX:stabil gərginlik stenokardiyası İİİfs,tez-tez ağrı tutmaları ilə müəyyən edilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2024-cü il tarixli V00225044VAB nömrəli Forma 88-dən görünür ki, İddiaçı barəsində -Əsas diaqnoz:İ20.8-Stenokardiyanın digər formaları, ÜİX-Stabilgərginlik stenokardiyası İİİ f.s. -Ağırlaşma: İ25.2- Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz . (2005 -Ağırlaşma: İ50.0- Durğunluq ürək çatmamazlığı, XÜÇ İİ f.s.(LVEF 45 % ) -Ağırlaşma: Z95.1- Aortokoronar şuntlu transplantatın olması, AKŞ-dan sonrakı vəziyyət ( 2018 ) -Yanaşı xəstəliklər: E11.8- İnsulindən asılı olmayan şəkərli diabet, Dəqiqləşdirilməmiş ağırlaşmalarla, Şəkərli diabet İİ tip . İnsulin tələbli . -Yanaşı xəstəliklər: İ11.0- Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəliyi, Arterial hipertenziya İİİ mərhələ ,əlavə risk qrupu İV . -Yanaşı xəstəliklər: İ67.8- Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, Beyinin xroniki işemiyası müəyyən edilmişdir. -İddiaçı vəziyyəti Biləsuvar rayon Mərkəzi Xəstəxanasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında xx.xx.2009-cu il tarixdə müayinə olunmuş, əmək zəmanəti:əmək qabiliyyətsizdir, xəstəliklərin beynəlxalq təsnifatı:İX sinif-qan dövranı sistemi xəstəlikləri=>120-125-ürəyin işemik xəstəlikləri=>120-stenokardiya(döş inaqı) =>120.0qeyri-stabil stenokardiya; diaqnozun mətni: ÜİX gərginlik stenokardiyası İİİ-İV FS tez-tez ağır tutmaları ilə, hipertoniya xəstəliyi İİ st.b.faza krizli gedişli QDÇ İİ dərəcə; Meyar:2.2 ikinci dərəcə əlillik=>digər 2.2 bəndinə uyğundur olmaqla 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -İddiaçı vəziyyəti Bakı şəhər Baş Səhiyyə İdarəsinin xx.xx.2010-cu il tarixli göndərişi əsasında xx.xx.2010-cu il tarixdə qiymətləndirilmiş, əmək zəmanəti-yüngül işlərdə işləyə bilər, xəstəliklərin beynəlxalq təsnifatı-İX sinif-qan dövranı sistemi xəstəlikləri=>120-125ürəyin işemik xəstəlikləri=>124-ürəyin kəskin işemik xəstəliklərinin digər formaları=>124.9ürəyin dəqiqləşdirilməmiş kəskin işemik xəstəlikləri; diaqnozun mətni-ÜİX, gərginlik stenokardiyası İİİ fs.Hipertoniya xəstəliyi,QDÇ İİ dərəcə; Meyar: 2.2-ikinci dərəcə əlillik- 2.2.1.-ürək qapaqlarının qüsurları və ya miokardda baş vermis dəyişikliklər qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı olmaqla, 1 il müddətinə ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. -İddiaçı vəziyyəti Bakı şəhər Baş Səhiyyə İdarəsinin xx.xx.2011-ci il tarixli göndərişi əsasında xx.xx.2011-ci il tarixdə qiymətləndirilmiş, əmək zəmanəti-yüngül işlərdə işləyə bilər, xəstəliklərin beynəlxalq təsnifatı-İX sinif-qan dövranı sistemi xəstəlikləri=>120-125ürəyin işemik xəstəlikləri=>124-ürəyin kəskin işemik xəstəliklərinin digər formaları=>124.9ürəyin dəqiqləşdirilməmiş kəskin işemik xəstəlikləri; diaqnozun mətni-ÜİX, gərginlik stenokardiyası İİİ-İV fəsil hipertoniya xəstəliyi İİ mərhələ B faza QDÇ İİ dərəcə; Meyar: 2.2ikinci dərəcə əlillik-2.2.1.-ürək qapaqlarının qüsurları və ya miokardda baş vermis dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatışmamazlığı olmaqla, 1 il müddətinə ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. -İddiaçı vəziyyəti Bakı şəhər Baş Səhiyyə İdarəsinin xx.xx.2012-ci il tarixli göndərişi əsasında xx.xx.2012-ci il tarixdə qiymətləndirilmiş, əmək zəmanəti-yüngül işlərdə işləyə bilər, xəstəliklərin beynəlxalq təsnifatı-İX sinif-qan dövranı sistemi xəstəlikləri=>120-125ürəyin işemik xəstəlikləri=>124-ürəyin kəskin işemik xəstəliklərinin digər formaları=>124.9ürəyin dəqiqləşdirilməmiş kəskin işemik xəstəlikləri; diaqnozun mətni-ÜİX, gərginlik stenokardiyası-İİ-İV fəsil QDÇ İİ dərəcə; Meyar: 2.2-ikinci dərəcə əlillik-2.2.1.-ürək qapaqlarının qüsurları və ya miokardda baş vermis dəyişikliklər qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı olmaqla, 1 il müddətinə ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. -İddiaçı vəziyyəti Bakı şəhər Baş Səhiyyə İdarəsinin xx.xx.2013-cü il tarixli göndərişi əsasında xx.xx.2013-cü il tarixdə qiymətləndirilmiş, əmək zəmanəti-yüngül işlərdə işləyə bilər, xəstəliklərin beynəlxalq təsnifatı-İX sinif-qan dövranı sistemi xəstəlikləri=>120-125ürəyin işemik xəstəlikləri=>124-ürəyin kəskin işemik xəstəliklərinin digər formaları=>124.9ürəyin dəqiqləşdirilməmiş kəskin işemik xəstəlikləri; diaqnozun mətni-ÜİX, gərginlik stenokardiyası İİİ fəsil, infarkdan sonrakı kardioskleroz QDÇ İİ dərəcə; Meyar: 2.2-ikinci dərəcə əlillik-2.2.1.-ürək qapaqlarının qüsurları və ya miokardda baş vermis dəyişikliklər qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı olmaqla, 1 il müddətinə ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. -İddiaçı vəziyyəti Biləsuvar rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında xx.xx.2014-cü il tarixdə qiymətləndirilmiş, əmək zəmanəti-əsəb-ruhi gərginlik tələb olunan işlər əks göstərişdir, xəstəliklərin beynəlxalq təsnifatı-İX sinif-qan dövranı sistemi xəstəlikləri=>120-125-ürəyin işemik xəstəlikləri=>120-stenokardiya (döş inağı) =>120.0-qeyri-stabil stenokardiya; diaqnozun mətni-ÜİX, gərginlik stenokardiyası İİİ- İV fs tez-tez ağrı tutmaları ilə, hipertoniya xəstəliyi İİ st. baza faza krizli gedişli, QDÇ İİ dərəcə; Meyar: “2.2-ikinci dərəcə əlillik=>digər:2.2 bəndinə uyğundur” olmaqla, 1 il müddətinə ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. -İddiaçı vəziyyəti Biləsuvar rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında xx.xx.2015-ci il tarixdə qiymətləndirilmiş, əmək zəmanəti-ağır gərginlik tələb olunan işlər əks göstərişdir, xəstəliklərin beynəlxalq təsnifatı-İX sinif-qan dövranı sistemi xəstəlikləri=>120-125-ürəyin işemik xəstəlikləri=>120-stenokardiya (döş inağı) =>120.120.8-stenokardiyanın digər formaları; Meyar: “2.2-ikinci dərəcə əlillik=>2.2.1. ürək qapaqlarının qüsurları və ya miokardda baş vermis dəyişikliklər qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” olmaqla, 1 il müddətinə ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. -İddiaçı vəziyyəti xx.xx.2016-cı il tarixli electron təyinat göndərişi əsasında xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş, əmək zəmanəti-ağır gərginlik tələb olunan işlər əks göstərişdir, xəstəliklərin beynəlxalq təsnifatı-İX sinif-qan dövranı sistemi xəstəlikləri=>120-125-ürəyin işemik xəstəlikləri=>120-stenokardiya (döş inağı) =>120.120.8-stenokardiyanın digər formaları;Diaqnozun mətni: ÜİX sakitlik və gərginlik stenokardiyası İİİ-İV FS.aterosklerotik kardeoskleroz, QDÇ İİ dərəcə Meyar: “2.2-ikinci dərəcə əlillik=>2.2.1. ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” olmaqla, 5 il müddətinə ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. -İddiaçı vəziyyəti Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, Xəstəliklərin beynəlxalq təsnifatı: İX sinif-Qan dövranı sistemi xəstəlikləri=>120-125-ürəyin işemik xəstəlikləri=>125ürəyin xroniki işemik xəstəliyi=>125.2-əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: əvvəllər keçirilən miokard infarktı-ürəyin işemik xəstəliyi-infarkdan sonrakı kardiskleroz, teztez baş verən aritmiya tutmaları ilə, imtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması-səbəb:”Aldığı müalicə yetərincə deyil, ixtisaslaşmış müayinə və müalicə davam etdirilsin” qərarı olmaqla, əlillik dərəcəsi təyinindən imtina edilmişdir. -Təhməzov X4 Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: insulindən asılı olmayan şəkərli diabet, nevroloji ağırlaşmalarla, diabetic polineyropatiya, insulindən asılı olmayan şəkərli diabet, periferik qan dövranının pozğunluğu ilə, diabetic angiopatiya trofika pozğunluğu, əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz durğunluq, ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik, hipetoniya xəstəliyi İİİ mərhələ, krizli gedişli, durğunluq ürək çatmamazlığı, xroniki ürək çatmamazlığı İİ fs, aortokoronar şuntlu transplantation olması, AKŞ əməliyyatından sonrakı vəziyyət; MEyar: 11.2.7.2-E11.4-yanaşı xəstəliklərendokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları=>şəkərli diabet=>şəkərli diabet çoxsaylı fəsadlarla=>orqan və sistemlərin təzahür edən çoxsaylı pozuntuları ilə olmaqla 2 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -İddiaçı Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2024-cü il tarixli V00225044VAB nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə müayinə olunmuş, diaqnozun mətni:durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik, arterial hipertenziya İİİ mərhələ, əlavə risk qrupu İV; Meyar: qan dövranı sisteminin xəstəlikləri=>qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər=>durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəliyi=>arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ hədəf orqanların funksiyalarının mülayim pozulması(zədələnməsi) olmaqla 1 il müddətinə üçüncü dərəcə əlillik dərəcəsi təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-5615/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 ekspertlərinə (Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasya Agentliyinin nümayəndəsi (eksperti) ekspert tədqiqatında və ekspert rəyinin tərtibində ekspert qismində iştirak etmədən) həvalə edilmişdir. Ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Təqdim olunmuş tibbi sənədlər, məhkəmə ekspertizası zamanı canlı müayinə olunmaqla və keçirilən ixtisaslaşmış və laborator müayinələrin nəticələrinə əsaslanmaqla iddiaçı xx.xx.1963-cü il təvəllüdlü X2 hazırda hansı xəstəlik və ya qüsurlar aşkar olunur (diaqnozu) və həmin xəstəliyin təsnifat kodu nədir?

2. xx.xx.1963-cü il təvəllüdlü X5 canlı müayinə olunmaqla V00225044VAB nömrəli xx.xx.2024-cü il tarixli Forma 88-də qoyulmuş əsas diaqnoz və ağırlaşma onun hazırkı sağlamlıq vəziyyətinə uyğundurmu?

3. Əgər həmin göndərişdəki diaqnoz və ağırlaşmalar iddiaçının hazırkı sağlamlıq vəziyyətinə uyğundursa, aşağıda göstərilən hallardan hansılar iddiaçıda müşahidə olunur: -3.1 ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda -3.2 ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda -3.3 ÜDS-nin ağır və davamlı disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS lV (25 Vatt və ya 1,1-1,9 METs); XÜÇ İİİ mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda. -3.4 ÜDS-nin mülayim disfunksiyası: FS İİİ, XÜÇ İİA mərhələ -3.5 ÜDS-nin ciddi disfunksiyası: FS İİİ, XÜÇ İİB mərhələ -3.6 ÜDS-nin ağır və davamlı disfunksiyası: FS İV, XÜÇ İİİ mərhələ Barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması mütəxəssisin səlahiyyətinə (sərəncamına) buraxılması, ekspert rəyi verilməsi üçün zəruri iş materialları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 təqdim olunması qərara alınmışdır. Qərardadın icrası ilə bağlı olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” xx.xx.2025-ci il tarixli 2710 nömrəli məktubu ilə təqdim edilmiş T423/2025 nömrəli Ekspert rəyində 1.2. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: İ20.8 Stenokardiyanın digər formaları, ÜİX-Stabilgərginlik stenokardiyası İllf.s. b)Ağırlaşma: İ25.2 Əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz(2005). İ50.0 Durğunluq ürək çatmamazlığı, XÜÇ İİ f.s (LVEF- 45%). Z95.1 Aortokoronar şuntlu transplantatın olması, AKŞ-dan sonrakı vəziyyət (2018). c)Yanaşı xəstəliklər: El 1.8 İnsulindən asılı olmayan şəkərli diabet, Dəqiqləşdirilməmiş ağırlaşmalarla, Şəkərli diabet İİ tip. İnsulin tələbli. İl 1.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik[-yi], Artyerial hipertenziya İİİ mərhələ, əlavə risk qrupu İV. İ67.8 Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, Beyinin xroniki işemiyası” diaqnoz xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla İddiaçı şəxsin xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.1.1 bəndinə əsasən orqanizmin funksiyasının 40% pozulmasına görə 1 il müddətinə əlillik təyinatı aparılmışdır. 3. Vətəndaş İddiaçı 06xx.xx.2025-ci il tarixlərdə Akad.C.M. Abdullayev adına ET Kardiologiya İnstitutunda “Əsas xəstəlik: İ20.8 Stenokardiyanın digər formaları. İ25.2 Əvvəllər keçirilən miokard infarktı. Z95.1 Aortokoronar şuntlu transplantın olması. Ağırlaşma: İ50.0 Durğunluq ürək çatmamazlığı. Yanaşı xəstəliklər: EH İnsulindən asılı olmayan şəkərli diabet. İl 1.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik[-yi]. İ67.4 Hipertenziv ensefalopatiya” diaqnozu ilə stasionar müalicə almışdır” nəticəsinə gəlinmişdir. Əlilliyin qiymətləndirilməsi ilə bağlı bütün sualların həlli (dərəcənin təyini yaxud artırılması TSERA Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Beləliklə, işin hallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı şəhər Baş Səhiyyə İdarəsinin V00225044VAB nömrəli xx.xx.2024-cü il tarixli göndərişi əsasında 17.10..2024-cü il tarixdə baxılmış və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Daha sora iddiamıının əlillik vəziyyətinəə xx.xx.2024-cü il tarixdə əyani üayinəsi keçirilməklə baxılmış və ona “Əlilliyin müəyyən olunması meyarları”nın 2.1.1-ci bındinə əsasən orqanizmin funksiyasının 40% pozulmasına görə 1 il müddətinə əlillik təyinatı aparılmışdır. İddiaçı ona ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən keçirilmiş iddiaçının əyani müayinə olunması ilə bağlı qərarlarından görünür ki, cavabdeh iddiaçının xəstəliyi ilə əlaqədar onu müvafiq ixtisaslamış müəssisə və ya laborator müayinəyə göndərməmiş, gəldiyi nərticələri hər hansı ixtisaslaşmış və ya instrumental müayinənin nəticəsi olaraq müəyyən edildiyini qeyd etməmiş, iddiaçının ikinci dərəcə əlillik təyinatına əsas verməyən halları “Əlilliyin müəyyən olunması meyarları”na istinadən təqdim etməmişdir. Halbuki məhkəmə icraatı gedişində sonuncu dəfə əldə edilmiş məhkəmə tibbbi espertiza rəyində iddiaçının Əsas xəstəliyinin İ20.8 Stenokardiyanın digər formaları. İ25.2 Əvvəllər keçirilən miokard infarktı. Z95.1 Aortokoronar şuntlu transplantın olması, ağırlaşmasının İ50.0 Durğunluq ürək çatmamazlığı. Yanaşı xəstəliklər: EH İnsulindən asılı olmayan şəkərli diabet. İl 1.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik[-yi]. İ67.4 Hipertenziv ensefalopatiya” diaqnozu olduğu və bu diaqnozda stasionar müalicə aldığı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyyən olunması meyarları” nın qiymətləndirmə meyarları aşağıdakılardır: 2.2.Ürəyin işemik xəstəliyi-İ20 - İ25 2.2.1. ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda 35-60 -2.2.2 ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda 65-80 -2.2.3 ÜDS-nin ağır və davamlı disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS lV (25 Vatt və ya 1,1-1,9 METs); XÜÇ İİİ mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda. 85-100 faiz əlillik təyinatına əsas verir. Təqdim edilmiş ekspert rəyində verilmiş suallara cavab olaraq iddiaçıda İ20.8 Stenokardiyanın digər formaları, ÜİX-Stabilgərginlik stenokardiyası İllf.s Əsas diaqnoz:. b)Ağırlaşma: İ25.2 Əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz(2005). İ50.0 Durğunluq ürək çatmamazlığı, XÜÇ İİ f.s (LVEF- 45%) kimi xəstəliklərin hazırda rast gəlindiyi bilavasitə qeyd edilmişdir. Beləliklə, iddiaçı barəsində tərtib edilmiş və əlillik təyinatı üçün əlillik alt sistemində yerləşdirilimiş Forma 88-dəki xəstəliklərlə iddiaçının hazırkı sağlamlıq vəziyyətinin eyni olduğu məhkəmə icraatı gedişində əldə edilmiş ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 4.2-ci bəndinə görə müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. İş materiallarından görünür ki, iddiaçıya 2009-cu ildən ardıcıl olaraq durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan, hipertoniya xəstəliyi ilə ikinci dərəcə (61-80 faiz aralığında) əlillik təyin edilmiş və iddiaçı 10 ildən artıq eyni diaqnozla ikinci dərəcə əlil statsuunda çıxış etmişdir. Bu hal iddiaçıya əlilliyin müddətsiz təyin edilməsinə əsas verir. gedişində əldə edilmiş ekspert rəyi ilə öz təsdiqini tapmışdır. İddiaçının tibbi göndərişindəki xəstəliklərin təsnifat kodları “Əlilliyin müəyyən olunması meyarları” nda göstərilən əlillik təyinatına əsas verən xəstəliklərin təsnifatında əsas diaqnoz və qiymətləndirmə onun əlillik təyinatına əsas verir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu əsasdan iddia tələbi təmin edilməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən ikinci dərəcə (65-80 faiz aralığında) müddətsiz əlillik dərəcəsinin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar