Məhkəmə qərarları › İş №2-1(112)-5616/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5616/2020

03.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5616/2020 03.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx xxx 2015-ci ildən - 57 yaşı tamam olan gündən güzəştli şərtlərlə pensiya təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ olduğuna görə pensiyanın təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinə müraciət etmişdir. İdarə xx xxxxxx 2019-cu il tarixli məktubla “əmək pensiyasının təyin edilməsi üçün tələb olunan güzəştli iş stajının 12 il 6 ay olmamasını" əsas gətirərək ona pensiya təyin edilməsindən imtina etmişdir. O, bu imtinanı əsassız hesab edir. O, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən “cilalayıcı dəzgah sazlayıcısı" peşəsində zərərli əmək şəraitində 13 il 5 ay 9 gün işləmişdir. Bu peşədə işləməsi ona imkan verir ki, güzəştil şərtlərlə pensiyaya çıxsın. Bundan əlavə, isti əmək şəraitində 2 il 6 ay çilingər peşəsində işləmişdir. “xxxx" tərəfindən ona təqdim olunmuş izahlı arayışda qeyd olunan peşədə işlədiyi müddət göstərilmişdir. Bu peşələrdə 12 il 6 ay işləyən kişilərin Azərbaycan Rüspublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıya uyğun olaraq 57 yaşı tamam olduqda güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. O, xx xxx 1958-cə ildə anadan olmuşdur. Onun 57 yaşı xx xxx 2015-ci ildə tamam olmuşdur və həmin gündən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yaranmışdır. Onun xx.xx.2006-cı ilədək əmək stajı isə 29 ildən artıqdır. İdarə heç bir hüquqi əsas olmadan ona pensiya təyin etməmişdir. Halbuki, həmin peşələrdə onunla çiyin-çiyinə işləyənlər 57 yaşda artıq pensiyaya çıxmışdir. O, cavabdehin gətirdiyi əsasları qüvvədə olan qanunvericiliyin tələblərinə tamamilə zidd hesab edir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək (yəni xx xxxxxx 2006-cı il tarixədək) 9.1-ci maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüssilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı» və 2 nömrəli siyahı əsasında müəyyən edilir. Onun işlədiyi peşə 2 nömrəli siyahıya aid olan peşədir. O, isti və xüsusilə zərərli əmək şəraitində qeyd olunmuş peşələrdə 15 ildən artıq işləmişdir. Qanunvericiliyə görə, 2006-cı ilin 1 yanvar tarixinədək ümumi əmək stajı 25 il olduqda və ondan 12 il 6 ay zərərli əmək şəraitində işləyən kişilərin 57 yaşı tamam olduqda güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. Onun güzəştli şərtlərlə pensiyaya çıxmaş hüququ qanunda edilmiş dəyişiklikdən əvvəl – 2015-ci ildə yarandığı üçün ona pensiya xx.xx.2015-ci ildən təyin olunmalı, həmin tarixdən də gecikmiş aylara görə ödənilməli olan məbləğ gecikmiş ayların sayına bölünməklə müəyyən olunmuş pensiyaya əlavə olunmaqla ödənilməlidir. Onun zavodda işlədiyi “cilalayıcı dəzgah sazlayıcısı” peşəsi 2 nömrəli siyahının XİV bölməsinin Metal emalı 10-cu hissəsinin “a" bəndinə aiddir, şifr 2151000a-l5004, çilingər peşəsinin şifrəsi 2151000a-18559 təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı’nın metal emalı bölməsinin (14) kürəçik, diyircək və mıx istehsalı bəndində (10) cilalayıcı dəzgah sazlayıcıları və təmirçi çilingərlər vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının idarəyə təqdim etdiyi “xxxx” ASC-nin “xxxx” TASC-nin iddiaçıya dair xx xxxx 2019-cu il tarixli KŞ/10-07 nömrəli arayışında xx.xx.1976-xx.xx.1977-ci il tarixləri arasındakı dövr ərzində S.M.Kirov adına X5 Ordenli maşınqayırma zavodunun Çivi kürələri sahəsində tornaçı, xx.xx.1979xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində həmin zavodun Xalq istehlakı sahəsində cilalayıcı dəzgah sazlayıcı, xx.xx.1993-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində həmin zavodun Qeyri-standart avadanlıqları sahəsində çilingər, xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində həmin zavodun hüquq məsləhtçisi və hüquq şöbəsinin rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının həm işlədiyi sahələr, həm də vəzifələr yuxarıda qeyd olunan sahəyə və vəzifəyə aid deyil. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsində isə qeyd olunmuşdur ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və agır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixınədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya huququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-cı il tarixınədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cu ıl tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa gorə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xususı sahələri, əmək şəraiti xususı ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı uzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı»nın metal emalı bölməsinin (14) kürəçik, diyircək və mıx istehsalı bəndində (10) cilalayıcı dəzgah sazlayıcıları və təmirçi çilingərlər vəzifələri nəzərdə tutulmuşdur. İdarəyə təqdim etdiyiniz “xxxx” ASC-nın «xxxx» TASC-nin sizə dair xx xxxx 2019-cu il tarixli KŞ/10-07 nömrəli arayışında xx.xx.1976-xx.xx.1977-cı ıl tarixləri arasındakı dövr ərzində S.M.Kirov adına X5 Ordenli maşınqayırma zavodunun Çivi kürələri sahəsində tornaçı, xx.xx.1979-xx.xx.1993cü il tarixləri arasındakı dövr ərzində həmin zavodun Xalq istehlakı sahəsində cilalayıcı dəzgah sazlayıcı, xx.xx.1993-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində həmin zavodun Qeyri-standart avadanlıqları sahəsində çilingər, xx.xx.1995-xx.xx.2005-cı ıl tarixləri arasındakı dövr ərzində həmin zavodun hüquq məsləhtçisi və hüquq şöbəsinin rəisi vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, həm işlədiyiniz sahələr, həm də vəzifələr yuxarıda qeyd olunan sahəyə və vəzifəyə aid deyil. Bu səbəbdən sizin güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan “xxxx” ASC “xxxx” TASC-nin xx.xx.2019-cu il tarixli KŞ/10-07 saylı izahlı arayışından görünür ki, xx.xx.1958-ci il tarixdə anadan olmuş İddiaçı həqiqətən xx.xx.1976-cı tarixdə S.M.Kirov adına X5 Ordenli maşınqayırma zavodunun Çivi kürələri sahəsinə 3-cü dərəcəli tornaçı peşəsinə işə qəbul edilmişdir (əmr № 1937/k, xx.xx.1976-cı il). xx.xx.1977-ci il tarixdə Az.SSR-nin Əmək məcəlləsinin 36-cı maddəsinin 3-cü bəndinə əsasən Sovet Ordu sıralarına çağrıldığı üçün azad edilmişdir (əmr № 807/k, xx.xx.1977-ci il). xx.xx.1977-ci il tarixdən - xx.xx.1979-cu il tarixə qədər (h/b №-3634294) hərbi xidmətdə olmuşdur. xx.xx.1979-cu tarixdə S.M.Kirov adına X5 Ordenli maşınqayırma zavodunda Xalq istehlakı sahəsinə isti tarif, zərərli iş şəraiti ilə 5-ci dərəcəli cilalayıcı dəzgah sazlayıcısı peşəsinə işə qəbul edilmişdir (əmr № 1294/k, xx.xx.1979-cu il). xx.xx.1981-ci il tarixdə 6-ci dərəcəli isti tarif, zərərli iş şəraiti ilə sazlayıcı peşəsi verilmişdir (əmr № 786/k, xx.xx.1981-ci il). xx.xx.1993-cü il tarixdə Qeyri-standart avadanlıqları sahəsinə 5-ci dərəcəli isti tarif, zərərli iş şəraiti ilə çilingər peşəsinə keçirilmişdir (əmr № 61/k, xx.xx.1993-cü il). xx.xx.1993-cü il tarixdə 6-cı dərəcəli isti tarif, zərərli iş şəraiti ilə çilingər peşəsi verilmişdir (əmr № 282/k, xx.xx.1993-cü il). xx.xx.1995-ci il tarixdə Zavodun hüquq məsləhətçisi vəzifəsinə keçirilmişdir (əmr № 374/k, xx.xx.1995-ci il). xx.xx.1996-cı il tarixdə Hüquq şöbəsinin rəisi vəzifəsinə keçirilmişdir (əmr № 309/k, xx.xx.1996-cı il). xx.xx.2005ci il tarixdə Az.Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir (əmr № 88/k, xx.xx.2005-ci il). İşlədiyi müddət ərzində ödənişsiz məzuniyyətdə olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarına əsasən zərərli əmək şəraitli sahədə cilalayıcı dəzgah sazlayıcısı 2 №-li siyahının XİV bölmənin Metal emalı 10-cu hissəsinin “a” bəndinə aiddir, şifr 2151000a-15004, çilingər peşəsi 2151000a-18559. Bu peşələrdə zərərli iş şəraitinə görə əlavə məzuniyyət və əlavə əmək haqqı verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 222 saylı qərarına əsasən S.M.Kirov adına X5 Ordenli maşınqayırma zavodunun adı dəyişdirilərək “Bakı Maşınqayırma Zavodu” adlandırılmışdır. xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin 649 saylı fərmanına əsasən “Bakı Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. xx.xx.2010-cu il tarixdən “Bakı Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyəti Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli 170 saylı sərəncamına əsasən “xxxx” Törəmə Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli DA-00424-2020 saylı arxiv arayışından görünür ki, “S.M.Kirov adına X5 ordenli maşınqayırma zavodu” arxiv fondunda mühafizə edilən əmr kitablarında İddiaçı (əmr № 1937/k, xx xxxxxx 1976-cı il) 3-cü dərəcəli tokar (tornaçı) vəzifəsinə təyin edildiyi, (əmr № 807/k, xx xxx 1977-ci il) işdən azad olunduğu qeyd olunur. (əmr № 1294/k, xx xxxxxx 1979-cu il) yenidən həmin zavoda çox işlənən mallar sahəsinə zərərli iş şəraiti ilə 5-ci dərəcəli işəmuzd qaynar tariflə cilalayıcı dəzgahları sazlayan fəhlə vəzifəsinə keçirildiyi, (əmr № 786/k, xx xxxx 1981-ci il) 6-cı dərəcə təhkim edildiyi, (əmr № 88/k, xx xxxx 2005-ci il) işdən azad olunduğu qeyd olunur. Eyni zamanda bildirilmişdir ki, yuxarıda göstərilən arxiv fondunun şəxsi heyət üzrə 1993, 1995-1996-cı illərin əmr kitabları arxivə dövlət mühafizəsinə verilməyib. İş materiallarında olan İT-İ seriyalı ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək 91 nömrəli PTM-də təhsil almış, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək S.M.Kirov adına X5 Ordenli Maşınqayırma zavodunda civi kürələri sahəsinə 3-cü dərəcəli tornaçı peşəsində işləmişdir, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək həqiqi hərbi xidmətdə olmuşdur, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək S.M.Kirov adına X5 Ordenli Maşınqayırma zavodunda xalq istehlakı sahəsinə zərərli iş şəraiti ilə 5-ci dərəcəli cilalayıcı dəzgah sazlayıcı vəzifəsində, xx.xx.1981-ci ildən xx.xx.1993-cü ilədək zərərli iş şəraiti ilə 6-cı dərəcəli sazlayıcı vəzifəsində işləmişdir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 222 saylı əmrinə əsasən zavodun adı dəyişdirilərək Bakı Maşınqayırma Zavodu adlandırılmışdır, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək qeyri-standart avadanlıqları sahəsinə 5-ci dərəcəli isti tarif çilingər, xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək 6-cı dərəcəli çilingər işləmiş, xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək Zavodun hüquq məsləhətçisi, xx.xx.1996-cı ildən xx.xx.2005-ci ilədək Hüquq şöbəsinin rəisi vəzifəsində işləmiş, xx.xx.2005-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasıümumi şöbədə hüquqşünas vəzifəsində işləmiş, xx.xx.2014-cü ildən struktur dəyişikliklərin ilə əlaqədar Kadr məsələləri şöbəsinə hüquqşünas vəzifəsinə təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur. O, xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək 91 nömrəli PTM-də təhsil almış, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək S.M.Kirov adına X5 Ordenli Maşınqayırma zavodunda civi kürələri sahəsinə 3-cü dərəcəli tornaçı peşəsində işləmişdir, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək həqiqi hərbi xidmətdə olmuşdur, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək S.M.Kirov adına X5 Ordenli Maşınqayırma zavodunda xalq istehlakı sahəsinə zərərli iş şəraiti ilə 5-ci dərəcəli cilalayıcı dəzgah sazlayıcı vəzifəsində, xx.xx.1981-ci ildən xx.xx.1993-cü ilədək zərərli iş şəraiti ilə 6-cı dərəcəli sazlayıcı vəzifəsində işləmişdir, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək qeyri-standart avadanlıqları sahəsinə 5-ci dərəcəli isti tarif çilingər, xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək 6-cı dərəcəli çilingər işləmiş, xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək Zavodun hüquq məsləhətçisi, xx.xx.1996cı ildən xx.xx.2005-ci ilədək Hüquq şöbəsinin rəisi vəzifəsində işləmiş, xx.xx.2005-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasıümumi şöbədə hüquqşünas vəzifəsində işləmiş, xx.xx.2014-cü ildən struktur dəyişikliklərin ilə əlaqədar Kadr məsələləri şöbəsinə hüquqşünas vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 222 saylı qərarına əsasən S.M.Kirov adına X5 Ordenli maşınqayırma zavodunun adı dəyişdirilərək “Bakı Maşınqayırma Zavodu” adlandırılmış, xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin 649 saylı fərmanına əsasən “Bakı Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyəti adlandırılmış, xx.xx.2010-cu il tarixdən “Bakı Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyəti Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli 170 saylı sərəncamına əsasən “xxxx” Törəmə Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Göründüyü kimi, iddiaçının hərbi xidmət və təhsil dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çoxdur. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, cavabdeh imtina məktubunda iddiaçının işlədiyi xx.xx.1976-xx.xx.1977-cı ıl tarixləri arasındakı dövr ərzində S.M.Kirov adına X5 Ordenli maşınqayırma zavodunun Çivi kürələri sahəsində tornaçı, xx.xx.1979-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində həmin zavodun Xalq istehlakı sahəsində cilalayıcı dəzgah sazlayıcı, xx.xx.1993-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində həmin zavodun Qeyristandart avadanlıqları sahəsində çilingər, xx.xx.1995-xx.xx.2005-cı ıl tarixləri arasındakı dövr ərzində həmin zavodun hüquq məsləhtçisi və hüquq şöbəsinin rəisi vəzifələrinin, həm də həmin sahələrin güzəştli iş stajı hesab edilən sahəyə və vəzifəyə aid olmadığını, bu səbəbdən də iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyini göstərməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyini bildirmişdir. Lakin məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1993-cü ilədək işlədiyi isti tarif, zərərli iş şəraiti ilə cilalayıcı dəzgah sazlayıcı vəzifəsi, xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək isti tarif, zərərli iş şəraiti ilə çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın XİV bölmə (Metal emalı) 10-cu bənd (kürəçik, diyircək və mıx istehsalı) «a» yarımbəndində (2151000a-15004 cilalayıcı dəzgah sazlayıcıları; 2151000a-18559 təmirçi çilingərlər) nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahıya uyğundur. “xxxx” ASC “xxxx” TASC tərəfindən verilmiş arayışda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Göründüyü kimi, xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Göstərilənlərə əsasən iddiaçının xx xxxxxx 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Ona görə də iddiaçının yuxarıda qeyd olunan işlədiyi dövr ümumi iş stajı və güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı nəzərə alınmaqla, ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun: 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir; 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir; 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 03/2020 saylı Qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə iddia tələbinin keçmiş dövr üçün yaranmış pensiya məbləğinin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı onun pensiya hüququ xx.xx.2015-ci il tarixdə yarandığı üçün pensiyanın həmin tarixdən də hesablanıb ödənilməli olmasını iddia edir, lakin qanunvericiliyin tələblərindən də göründüyü kimi, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçı ona əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək iddiaçıya yaşa görə əmək pensiyası xx.xx.2019-cu il tarixdən əvvəlki üç il üçün - xx.xx.2016-cı il tarixdən hesablanıb ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2016-cı ildən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar