Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5616/2021 20.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı və Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, 17.09.1979-17.10.1980-ci illərdə Salyan kənd təsərrüfatı texnikumunda təhsil aldığı illərin sığorta stajı kimi qəbul edilərək, 15.05.2019-cu il tarixdən 57 yaşdan 2 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddiaərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1962-ci il tarixdə Yardımlı rayonunda anadan olmuşdur. Hal-hazırda Şirvan şəhərində yaşayır. 1979-1985-ci illərdə Salyan kənd təsərrüfatı texnikumunda təhsil almış, 20.10.1980- 10.11.1983-cü illərdə hərbi xidmətdə olmuş, həmçinin 17.10.1985-10.04.1990, 04.05.1990- 26.06.1991, 27.06.1991- 06.01.1992, 16.01.1992-28.02.1994, 01.03.1994-02.05.1994, 02.05.1994-19.06.1995, 10.07.1995-14.10.1996, 17.10.1996-05.10.2009, 05.10.2009-25.04.2018, 26.04.2018- 03.06.2019, 04.06.2019-25.05.2020-ci illərdə müxtəlif idarələrdə qazmaçı, qazmaçı köməkçisi vəzifəsində işləmişdir. Təhsil aldığı illər xaric bütün digər iş stajları ИT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunmuşdur. Əmək kitabçasında qeyd olunan illər, hərbi xidmətdə olduğu illər, o cümlədən hərbi xidmətdən geri qayıtdıqdan sonra təhsilini davam etdirdiyi, yəni 11.11.1983-01.03.1985-ci illərdə təhsil aldığı illər cavabdeh tərəfindən qəbul edilmiş, mübahisələndirilməmiş, həmin illər işin mübahisəsiz halıdır. Həmçinin 01.01.2006cı il tarixədək 12 il 6 aydan artıq zərərli iş stajının olması da işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh tərəfindən həmin illər 24 il 5 ay 7 gün kimi qəbul olunmuş və 01.01.2006-cı il tarixə kimi 25 il iş stajının olmadığını əsas gətirərək, müraciətindən imtina edilmişdir. 15.05.1979-cu il tarixdə orta təhsilini bitirmiş, 01.07.1979-cu il tarixdə imtahanda müvəffəqiyyət qazanaraq Salyan kənd təsərrüfatı texnikumuna daxil olmuşdur. 17.09.1979-cu il tarixdə Salyan kənd təsərrüfatı texnikumunda təhsil almağa başlamışdır. 20.10.1980-ci il tarixdə onu təhsil aldığı Salyan kənd təsərrüfatı texnikumundan götürərək hərbi xidmətə aparmışlar. 10.11.1983-cü ildə hərbi xidmətdən geri qayıtmış və səhərisi gündən təhsilini davam etdirmişdir. 01.03.1985-ci il tarixdə təhsilini başa vurmuşdur. C avabdeh inzibati orqan onun hərbi xidmətdən sonrakı təhsil illərini qəbul etsə də, müəmmalı şəkildə hərbi xidmətdən əvvəlki təhsil illərini, yəni 17.09.1979-17.10.1980-ci illəri heç bir əsas olmadan sığorta stajı kimi qəbul etməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin 16.09.2021-ci il tarixli **********8 nömrəli iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 22 oktyabr 1985-ci il tarixli ******* nömrəli əmək kitabçasından və ona əlavə edilmiş sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 4 ay 27 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası 20 oktyabr 2021-ci il tarixə təyin edilmişdir. İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi N.Rüstəmli iddiaya etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. - 22 oktyabr 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 17.10.1985-10.04.1990-ci illərdə Tikinti detalları zavodunda armaturçu, qəlibçi, qaynaqçı vəzifələrində, 04.05.1990-26.06.1991-ci illərdə Əli Bayramlı üzən Nasos Stansiyalarının təmiri zavodunda, 27.06.1991-06.01.1992-ci illərdə Əli-Bayramlı Təsərrüfat hesablı Mexaniki Quraşdırma sahəsində elektrik qaynaqçısı, 16.01.1992-28.02.1994-cü illərdə “Azneft” Birliyinin X6 İdarəsində istismar və kəşfiyyat neft-qaz quyularının qazılması üzrə qazmaçı köməkçisi, 01.03.1994-02.05.1994-cü il tarixlərdə SMT trestinin 2 saylı Tikinti İdarəsində, 02.05.1994-19.06.1995-ci illərdə Əli-Bayramlı 49 №-li TSMO-da bənna, 10.05.1995-14.10.1996-cı illərdə X6 İdarəsində istismar və kəşfiyyat neft-qaz quyularının qazılması üzrə qazmaçı köməkçisi, 17.10.1996-01.09.1997-ci il tarixlərdə “Şirvanneft” NQÇİ-də quyuların əsaslı təmir sexində qazma köməkçisi, 01.09.1997-05.10.2009-cu illərdə "xxxx" X2yuların əsaslı təmir sexində qazmaçı və qazmaçı köməkçisi, 05.09.2009- 25.04.2018-ci illərdə “X8 Limited” şirkətində quyuların əsaslı və yeraltı təmir sexində qazmaçı, 26.04.2018-03.06.2019-cu illərdə “Karasu Əməliyyat Şirkəti”ndə qazmaçı və 04.06.2019-25.05.2020-ci illərdə "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialında neft və qaz üzrə quyuların qazılmasında qazmaçı vəzifələrində işləmişdir. - ЖТ 030649 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1979-cu ildə Salyan kənd təsərrüfatı texnikumuna daxil olmuş və 1985-ci ildə həmin texnikumun aqronomluq ixtisası üzrə tam kursu bitirmişdir. -15 oktyabr 1980-ci il tarixli НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 20.10.1980-10.11.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. - “X8 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli 10 nömrəli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayış”dan görünür ki, İddiaçı “Şirvanneft” NQÇİ-də, "xxxx" X7 Müəssisəsində, “X8 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işləmişdir. Belə ki: 16.10.1996-cı il tarixli, 179/k saylı əmrlə 17.10.1996-cı il tarixdən “Şirvanneft” NQÇİ-nin Quyuların əsaslı təmiri sexinə 4-cü dərəcəli qazma köməkçisi peşəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 22.08.1997-ci il tarixli, 158 saylı əmri ilə Şirvanneft NQÇİ 01.09.1997-ci il tarixdən ləğv olunmuş və onun bazasında Şirvan OYL X7 Müəssisə yaradılmışdır. 29.08.1997-ci il tarixli 01/k saylı əmrlə 01.09.1997-ci il tarixdən "xxxx" BMMM-nin Quyuların əsaslı təmiri sexində 4-cü dərəcəli qazma köməkçisi peşəsində işini davam etdirir. 01.08.2002-ci il tarixli, 112/k-a saylı əmrlə 01.08.2002-ci il tarixdən 1 saylı Neftqazçıxarma sexinə 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilmişdir. 17.03.2003-cü il tarixli 33/k-a saylı əmrlə 17.03.2003-cu il tarixdən "xxxx" BMMM-nin Quyuların əsaslı təmiri sexinə 4-cü dərəcəli qazma köməkçisi peşəsinə keçirilmişdir. 01.12.2003-cü il tarixli 297 saylı əmrlə 01.12.2003-cü il tarixdən "xxxx" BMMM-nin Quyuların əsaslı təmiri sexinə 5-ci dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilmişdir. 29.12.2005-ci il tarixli 203/k-a saylı əmrlə 28.12.2005-ci il tarixdən "xxxx" BMMM-nin Quyuların əsaslı və yeraltı təmiri sexinə 5-ci dərəcəli qazmaçı peşəsinə keçirilmiş və 04.10.2009-cu il tarixədək həmin peşədə işləmişdir. Həmin peşələrdə iş stajı 12 il 11 ay 16 gündür. 05.10.2009-cu il tarixli əmək müqaviləsi ilə 05.10.2009-cu il tarixdən “X8 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Quyuların əsaslı və yeraltı təmiri sexinə 5-ci dərəcəli qazmaçı peşəsinə işə qəbul edilmişdir. 12.01.2018-ci il tarixli, 23/k saylı əmrlə 12.01.2018-ci il tarixdən Qazma sahəsinə neft və qaz quyularının qazılmasında 5-ci dərəcəli qazmaçı peşəsinə keçirilmiş və 24.04.2018-ci il tarixli, 295/k saylı əmrlə 25.04.2018-ci il tarixdən işdən azad edilmişdir. Həmin peşələrdə iş stajı 08 il 06 ay 20 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı, 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, a) fəhlələr- quyuların əsaslı təmirinin qazmaçıları peşəsinə uyğundur. İddiaçı “Şirvanneft” NQÇİ-də, "xxxx" X7 Müəssisəsində, “X8 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında ümumi əmək stajı 21 il 06 ay 05 gün, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı isə 21 il 06 ay 05 gün təşkil edir. - Shirvan Drilling Limited şirkətinin Azərbaycan Respublikasındakı filialının 144/A nömrəli 31 may 2020-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayış”dan görünür ki, İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Qazma sahəsində neft və qaz quyularının qazılmasında qazmaçı vəzifəsində işləmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007ci il 12 saylı Qərarının 10.1 bəndinin (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı-Neft, qaz və qaz kondensatının hasilatı) a) yarımbəndinin 1-ci şərtinə əsasən İddiaçı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı Filialında güzəştli şərtlərlə 11 ay, 14 gün iş stajı var. Belə ki, İddiaçı Kətib oğlu 04.06.2019-cu il tarixdən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Qazma sahəsində neft və qaz quyularının qazılmasında qazmaçı vəzifəsinə işə qəbul edilmiş və 18.05.2020-ci il tarixli 316/K-X nömrəli əmrlə 18.05.2020-ci il tarixdən onunla bağlanmış müqaviləyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının 506 nömrəli 21 sentyabr 2021-ci il tarixli arxiv çıxarışından görünür ki, İddiaçı 23.08.1979-cu il tarixli 133 №-li əmrlə Qəbul komissiyasının 22 avqust 79-cu il tarixli 8 №-li protokoluna əsasən aqronom ixtisası üzrə İİ kursa texnikuma tələbə qəbul edilmiş, 15.10.1980-ci il tarixli 152 №-li əmrlə 19.10.80-ci ildə ordu sırasına getdiyindən 15.10.80-ci il tarixdən texnikumdan tələbəlikdən azad edilmiş və sovet ordusu sırasına getmiş hesab edilmişdir. 03.12.1983-cü il tarixli 175 №-li əmrlə ordudan tərxis olunub gəldiyindən texnikumu davam etdirmək üçün İİİ a – aqronom kursuna bərpa edilmişdir. 04.06.1984-cü il tarixli 67 №-li əmrlə rayonların təsərrüfatlarına dövlət imtahanqabağı istehsalat təcrübəsinə göndərilmiş və 01.03.1985-ci il tarixli 31 №-li əmrlə tədris planında nəzərdə tutulmuş bütün fənlərdən müvəffəq qiymətlə imtahan verən və dövlət ixtisas vermə komissiyasının 27.02.85-ci il 286 №-li yekun protokoluna əsasən texnikumu bitirmiş hesab edilmiş, ona aqronom ixtisası verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 16 mart 2021-ci il tarixli **********9 nömrəli məktubdan görünür ki, 22 oktyabr 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən və ona əlavə olunmuş sənədlərdən göründüyü kimi, vətəndaşın 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 5 ay 7 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1962-ci ildir, iddiaçı 17.09.1979-17.10.1980ci illərdə Salyan kənd təsərrüfatı texnikumunda təhsil aldığı illəri sığorta stajı kimi qəbul edilərək, 15.05.2019-cu il tarixdən 57 yaşdan 2 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmiş, lakin ona 01.01.2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az təşkil etdiyi bildirilmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırkı iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün təhsil, hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: AR Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 9.1-ci maddəsinə əsas ən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçininəmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ( istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub - oİmamasıdır. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan iş stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olubolmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçı 23.08.1979-15.10.1980 və 03.12.1983-01.03.1985-ci illərdə Salyan rayon kənd təsərrüfatı texnikumunda “aqronom” ixtisası üzrə təhsil almışdır. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik peşə məktəblərində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Həmçinin iddiaçıya əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də iş stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67- ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixədək təhsil dövrü, hərbi xidmət dövrü də nəzərə alınmaqla 25 ildən artıq (25 il 6 ay 17 gün) ümumi iş stajı movcuddur. Bundan əlavə Məhkəmə qeyd edir ki, güzəştli şərtlərlə pensiya təyin olunması üçün 2-ci element güzəştli iş stajının mövcud olmasıdır. Bunun üçün iddiaçının 01.01.2006-cı ilədək güzəştli iş stajının olub-olmaması aydınlaşdırılmalıdır. Əmək kitabçasından görünür ki, iddiaçı 16.01.1992-28.02.1994-cü illərdə “Azneft” Birliyinin X6 İdarəsində, 10.05.1995-14.10.1996-cı illərdə X6 İdarəsində, 17.10.1996- 01.09.1997-ci il tarixlərdə “Şirvanneft” NQÇİ-də, 01.09.1997-01.01.2006-cı illərdə "xxxx" X1maçı köməkçisi və qazmaçı vəzifələrində işləmişdir. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” nın Xİİ bölməsindən (Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) görünür ki, neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları (2130100a—11297) güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Məhkəmə hesab edir ki, həmin hal iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından onun iddiaçıya münasibətdə geriyə qüvvəsi tətbiq olunmalı və bununla da iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı ilə qədər 12 il 9 ay güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər iki hal-ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 15.05.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, onun Salyan kənd təsərrüfatı texnikumunda təhsil aldığı illər tam şəkildə sığorta stajı kimi qəbul edilərək, 15.05.2019-cu il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı 15.05.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-5616/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5616/2021
20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver