Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5617/2023 19.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı “qərarın və hesablanmış dəbbə pulunun ləğv olunması” tələbinə dair GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı “qərarın və hesablanmış dəbbə pulunun ləğv olunması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********9444 nömrəli qərarının əsassız hesab olunaraq ləğv edilməsi barədə qərar qəbul qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi 2022-ci il 21 iyul tarixli, **********9444 nömrəli qərarı ilə iddiaçı barəsində vergi ödəyicisi kimi 1000 manat məbləğində cərimə tətbiq edilməklə hesabına maliyyə sanksiyası qoyulmuşdur. Məlumat üçün bildirilir ki, onun xx.xx.2021-ci il tarixdən icarə müqaviləsi ilə fəaliyyət göstərdiyi Baki şəhəri, ünvan 1 ünvanında yerləşən “Ormado Kaffeehaus” xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə rəsmi qaydada 2 saylı “Asan Xidmət”də yerləşən notariat ofisində adı çəkilən şirkətin rəhbərinə (X9) təhvil vermişdir. Bundan sonra adında olan nəzarət kassa aparatını təhvil alınması üçün "xxxx" MMC-yə dəfələrlə müraciət etmiş, onlar işlərinin çox olmasını əsas gətirərək nəzarət kassa aparatını əvvəllər işlədiyi yerdə, yəni “Ormado Kaffeehaus” kafedə saxlamasını və özlərinin gəlib təhvil almalarını bildirmişlər. İddiaçı öz növbəsində onların dediklərinə riyayət edərək kassa nəzarət aparatını Ormado kafenin yeni sahibi X3 təhvil vermiş və "xxxx" MMC-nin nümayəndəsinə təhvil verilməsini xahiş etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin əməkdaşları Ormado Kafeyə gəlmiş və həmin kafenin xidmətindən istifadə etmiş hesabı qəbul edib ödədikdən sonra Vergi xidmətinin əməkdaşı olduqlarını bildirmiş və cərimə tətbiq olunması barədə xəbərdarlıq edərək yenidən qəbzi tələb etmişdir. Ormado kafesində çalışanlar həmin qəbzi iddiaçıya məxsus olan nəzarət kassasından qəbz çıxararaq vergi əməkdaşlarına təhvil vermişdir. Bundan sonra xx.xx.2022-ci tarixdə onun adına verilmiş qəbzə 1000 manat cərimə tətbiq olunmuşdur. Həmin gün vergi əməkdaşı onun etibarnamə üzrə nümayəndəsi X6 məxsus olan ********** telefonuna zəng edərək obyektin cərimə olunması barədə bildirmişdir ki, Nicat da öz növbəsində həmin obyektin artıq bizə aid olmadığını, həmin obyekti rəsmi təhvil verməsi barədə Vergi əməkdaşlarına məlumat vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz ərizəsində qeyd edilmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********1752 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2022-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) məxsus ünvan 2 ünvanda yerləşən obyektə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2022-ci il tarixli DVX seriyalı 014069 nömrəli “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması barədə” akt tərtib edilmiş və aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı və bir nüsxəsini qəbul etməkdən imtina edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş aktın surəti vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və elektron qutuda xx.xx.2022-ci il tarixli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 09:26:10-də oxunduğu müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş idarə tərəfindən xx.xx.2022-ci il tarixli **********9444 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, elektron qutuda xx.xx.2022-ci il tarixli **********221700 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 13:57:08-də oxunduğu müəyyən edilmişdir. İlk növbədə qeyd etmək istəyirik ki, uçot-baza məlumatlarına əsasən iddiaçı xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış və əsas fəaliyyət növü “kofe evlərinin fəaliyyətindən ibarət olmuşdur. xx.xx.2023-cü il tarixdə saat saat 17:31-də fərdi sahibkara məxsus ünvan 2 ünvanda yerləşən “Ormado Kaffeehaus” obyektində operativ vergi nəzarəti tədbiri zamanı alınmış 1 (bir) fincan “isti şokolad” içkisi üçün nağd şəkildə 4,50 manat ödəniş olunduğu, lakin ödəniş müqabilində nəzarət-kassa aparatından çek verilmədiyi və təqdim edilmədiyi, uçotdan yayındırılmış məbləğin həmin tarixdə saat 17:36-da nəzarət-kassa aparatına 4003 nömrəli çeklə bərpa edildiy və operativ vergi nəzarətinin nəticəsinin xx.xx.2022-ci il tarixli DVX seriyalı 014069 nömrəli “Əhali ilə pul hesablaşmlarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən vergi orqanının qərarından xx.xx.2022-ci il tarixli **********281200 nömrəli inzibati şikayət verilmiş və vergi orqanının 5 sentyabr 2022-ci il tarixli **********038400 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasında baxılmış, xx.xx.2022-ci il tarixli qərar qəbul edilərək 5 sentyabr 2022-ci il tarixli **********038400 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərar dəyişdirilmədən saxlanılmışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, operativ vergi nəzarət tədbiri həyata keçirilən zaman fərdi sahibkara məxsus obyekt işlək vəziyyətdə olmuş və obyektdə iddiaçının adına qeydiyyatdan keçirilmiş nəzarət-kassa aparatı mövcud olmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, iddiaçı tərəfindən operativ vergi nəzarəti tədbiri keçirilən xx.xx.2022-ci il tarixdən sonra obyektin qeydiyyatdan çıxarılması ilə əlaqədar işlərin görülməsinə başlanılmış, ardıcıl olaraq xx.xx.2022-ci il tarixdə “POSterminahn qeydiyyatdan çıxarılması” barədə ərizə, xx.xx.2022-ci il tarixdə “Proqram kassa sistemin (PKS) və ya tokenin (NMQ) uçotdan çıxarılması” barədə ərizə və xx.xx.2022-ci il tarixdə “Obyektin ləğvi” barədə ərizə vergi orqanına təqdim edilmişdir. İddiaçı tərəfindən NKA-dan istifadə edilməməsinin digər dəlili ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixdə operativ vergi nəzarəti tədbirinə qədər, yəni saat 17:30 radələrinə qədər nəzarət-kassa aparatına cəmi 2 sayda çek vurulmuş, həmçinin nəzarət tədbirindən sonra da xx.xx.2022xx.xx.2022-ci il tarix aralığında nəzarət- kassa aparatına çeklər vurulmuşdur. Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən isə nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsi olduğu halda, iddiaçı tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydaları pozulmuşdur. Həmçinin bildiririk ki, qeyd olunan obyektin qeydiyyatı ilə əlaqədar "xxxx" MMC müvafiq ərizə ilə vergi orqanına müraciət edilmiş, xx.xx.2022-ci il tarixində obyekt həmin cəmiyyətin adına uçota alınmışdır. Lakin qısa müddət sonra, "xxxx" MMC ünvan 3 ünvanda yerləşən “Ormado Kaffeehaus” adlı obyektin uçotdan çıxarılması ilə bağlı xx.xx.2022-ci il tarixli **********891100 nömrəli ərizə ilə vergi orqanına müraciət etmişdir. Daha sonra X1 (VÖEN **********) xx.xx.2022-ci il tarixli **********235800 nömrəli ərizə ilə qeyd olunan obyektin uçota alınması ilə bağlı vergi orqanına müraciət etmiş, lakin vergi orqanı tərəfindən icra müqaviləsinin tam olmaması səbəbindən ərizəyə rədd verilmişdir. Eyni zamanda araşdırma zamanı ünvan 3 ünvanda yerləşən “Ormado Kaffeehaus” obyektin xx.xx.2019-cu il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən vergi orqanında uçota alındığı, xx.xx.2021-ci il tarixdə isə obyektin ləğv edildiyi, Cəmiyyətin təsisçilərinin isə X1 və İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X10 olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunan hallardan göründüyü kimi ünvan 3 ünvanda yerləşən “Ormado Kaffeehaus” obyekti ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilməklə eyni ad altında, eyni fəaliyyət növü və eyni işçi qüvvəsi ilə fəaliyyət göstərmiş, bununla da dövriyyənin bölüşdürülməsi yolu ilə vergi üstünlüyü əldə etmək məqsədilə vergidən yayınma sxemi qurulmuşdur. Beləliklə, vergi orqanı tərəfindən həyata keçirilən operativ vergi nəzarəti tədbiri zamanı hər hansı prosessual pozuntuya yol verilməmişdir və cavabdehin iddiaçı barəsində qəbul etdiyi inzibati aktın ləğv edilməsi üçün heç bir əsas mövcud deyildir. Vergi Məcəlləsinin: 16.1.9-cu maddəsin görə nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.1- ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 50.1.3-cü maddəsinə əsaən vergi orqanları əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1-ci maddəsinə əsasən təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2-ci maddəsinə görə təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.2-ci maddəsinə əsasən təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya şurasının 2 dekabr 2022-ci il tarixli 116 nömrəli qərarının surətindən görünür ki, həmin qərarla fiziki şəxs İddiaçı inzibati şikayəti təmin edilməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 iyul 2022-ci il tarixli **********9444 nömrəli və Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında" 5 sentyabr 2022-ci il tarixli **********924600 nömrəli qərarları dəyişdirilmədən saxlanılması, qərarın maraqlı şəxsə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilməsi qərara alnmış və qərardan onun təqdim edildiyi gündən 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ nəzərdə tutulmuşdur. - İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X10 tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya şurasına ünvanlanmış “inzibati şikayətin təmin edilməməsi haqqında qərardan” şikayətdə bildirilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********924600 nömrəli qərarı ilə, Baş İdarənin xx.xx.2022-ci il tarixli **********9444 nömrəli qərarı ilə barəsində vergi ödəyicisi kimi 1000,0 manat məbləğində tətbiq edilmiş maliyyə sanksiyasından verdiyi şikayət təmin edilməmişdir. Şikayətin məzmunu tam fərqli olmasına baxmayaraq, qərarda əsassız faktlara istinad olaraq onun məqsədli şəkildə dövriyyənin bölüşdürülməsi yolu ilə vergi üstünlüyü əldə etmək məqsədi güdərək vergidən yayınma sxemi qurduğu önə sürülmüşdür. Halbuki istər hüquqi şəxs, istərsə də fiziki şəxs kimi fəaliyyət göstərdiyi müddətdə vergilər vaxtlı-vaxtında ödənilmişdir. Pandemiyanın sahibkarlara təsiri şirkətdən də yan keçmədiyi üçün məcbur olaraq fəaliyyəti fərdi sahibkar kimi davam etməli olmuşlar. Adı çəkilən "xxxx" MMC nizamnamə kapitalı 30020 AZN təşkil edir. Nizamnamə kapitalı 30020 manat təşkil edən sahibkarın vergidən yayınması qeyrimümkündür. Belə ki, hər kəsə məlumdur ki, əksər şirkətlər tərəfindən nizamnamə kapitalı az məbləğ göstərilməklə vergidən yayınma hallarına yol verilir. Fəaliyyət göstərdiyi müddətdə konstitusiyon hüquqularını və öhədliklərini bildiyi üçün vaxtlı-vaxtında vergi borcunu ödəmişədir. Həmin illər ərzində bir dəfə də olsa vergidən yayınma halı olmamışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında AR qanunun məqsədi Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən etdiyi halda yoxlayıcı orqan olaraq, tərəfimdən heç bir pozuntu olmadığı təqdirdə vergi sanksiyası tətbiq edilir. Eyni zamanda fiziki şəxs olaraq, VÖEN-i dəyişdirmək kimi hüququnun məhdudlaşdırılması heç bir qanunvericilikdə nəzərdə tutulmamışdır. Əgər qanun bunu qadağan etmirsə yoxlayıcı orqan tərəfindən (vergi əməkdaşları) bunu əsas gətirərək, borclu olaraq tanıması hansı qanuna uyğundur?! Eyni zamanda pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməli olduğunu bilir. Vergi Məcəlləsinin bu tələbinin pozulduğu halda məsuliyyətini də vətəndaş olaraq başa düşür. O, qanunvericiliyin tələblərini bildiyi halda belə bir kobud pozuntuya yol verməsi mümkünsüzdür. Həmin nəzarət-kassa aparatının adından çıxaılması ilə bağlı "xxxx" MMCyə müraciət etmişdir. Həmin müddətdə də "xxxx" MMC-nin işçiləri tərəfindən ondan xəbərsiz, heç bir məlumatı olmadığı halda nəzarət-kassa aparatından istifadə etmişlər. Bu səbəbdən məsuliyyətin artıq ona aid olmadığı, "xxxx" MMC tərəfindən belə bir pozuntunun törədildiyi və məsuliyyətin də ona aid olması nəzərə alınmalıdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “inzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli **********924600 nömrəli qərardan görünür ki, fərdi sahibkar İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 operativ vergi nəzarəti tədbirinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, xx.xx.2022-ci il tarixli DVX seriyalı 014069 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9444 nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmış, qərarın şikayətçiyə göndərilməsi qərara alınmış, bu Qərardan onun təqdim olunduğu gündən 30 gün müddətində İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına və (və ya) məhkəməyə şikayət vermək hüququnun olduğu izah edilmişdir; - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9444 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2022-ci il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır; - Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli **********61752 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan obyektdə (ünvan 4 ünvanında yerləşən Ormado Kaffeehaus” kafedə) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (0707.2022 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir.( İPM-nin 2.2.1-ci və 32.1-cü maddələri). İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan prosessual müddətə əməl etmişdir. Belə ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş cavabdehin hüquqi ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin məhkəmə araşdırması zamanı və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********9444 saylı 21 iyul 2022-ci il tarixli qərar qəbul edilmiş və həmin qərarla vergi ödəyici olan iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına əsasən vergi məsuliyyətinə cəlb edilərək 1000 (min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilmiş və xx.xx.2022-ci il tarixədək 1000 manat məbləğin dövlət büdcəsinə ödənilməsi təmin edilməsi qərara alınmışdır. İddiaçı MMC onun barəsində tətbiq edilmiş maliyyə sanksiyasının əsassız olduğunu iddia edərək məhkəməyə müraciət etmiş və həmin qərarı mübahisələndirmişdir. Məhkəmə tərəfindən işin hallarının araşdırılmasını təmin etmək məqsədi ilə cavabdeh vergi orqanına xx.xx.2022-cü ildə sorğu məktubu göndərilərək, İddiaçı sahibkar olaraq fəaliyyəti barədə mümkün olan bütün məlumatların məhkəməyə təqdim etməyiniz tələb edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən xx.xx.2023- cü il tarixli məktub ilə tələb edilən sənədlər məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş və iş materiallarına əlavə edilmiş cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********61752 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan obyektdə (ünvan 4 ünvanında yerləşən “Ormado Kafehaus”da) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 10 iyun 2022-ci il tarixdə çap edilmiş KY221745189 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən plandankənar (növbədənkənar) operativ vergi nəzarəti, yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi (Vergi orqanlarının Vergi Məcəlləsinin 50.1.3-cü maddəsində göstərilən məsələlər barədə Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması) göstərilmişdir. Cavabdehin “Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2022-ci il tarixli, seriya DVX, 014069 nömrəli aktına əsasən, İddiaçı məxsus “Ormado kafehaus” kafesində quraşdırılmış P********** zavod nömrəli, Pax A930 markalı nəzarət-kassa aparatı xx.xx.2021-ci il tarixli, ********** nömrəli qeydiyyat vərəqəsi ilə qeydiyyata alındığı və kafedə əhali ilə pul hesablaşmalarının aparılmasında NKA-dan istifadə olunduğu qeyd edilmişdir. Həmçinin aktda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17:31-də keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı müşah idə nəticəsində alınmış 1 fincan “isti şokolad” içkisi üçün 4,50 manat ödənildiyi və müqabilində ödənilən məbləğ NKA-dan çek vurulmadığı və müştəriyə təqdim edilmədiyi qeyd edilmişdir.uçotdan yayındırılmış məbləğ xx.xx.2022-ci il tarxdə saat 17:36-da çeklə bərpa edilmiş və “X” hesabatı və bərpa çeki akta əlavə olunmuşdur. Bərpa edilmiş çekin nömrəsi 4003. Operativ vergi nəzarəti zamanı vurulmuş NKA çekində qanunvericiliklə müəyyən edilmiş məlumatların (Vergi Məcəlləsinin 50.8-ci maddəsində-malın və ya xidmətin adı) əks etdirilməməsi müəyyən edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019cu il 1 avqust tarixli, 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatının istismarı qaydaları”nın 8.3.16-cı bəndinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin tələblərinin pozulduğu müəyyən edilmiş, nəticədə iddiaçı barəsində Vergi Məcəlləsinin 50.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9444 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2022-ci il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X10 tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına xx.xx.2022-ci il tarixdə “İnzibati şikayətin təmin edilməməsi haqqında qərardan şikayət” ünvanlanmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********924600 nömrəli qərarı ilə, Baş İdarənin xx.xx.2022-ci il tarixli **********9444 nömrəli qərarı ilə barəsində vergi ödəyicisi kimi 1000,0 manat məbləğində tətbiq edilmiş maliyyə sanksiyasından verdiyi şikayət təmin edilməmişdir. Şikayətin məzmunu tam fərqli olmasına baxmayaraq, qərarda əsassız faktlara istinad olaraq onun məqsədli şəkildə dövriyyənin bölüşdürülməsi yolu ilə vergi üstünlüyü əldə etmək məqsədi güdərək vergidən yayınma sxemi qurduğu önə sürülmüşdür. Halbuki istər hüquqi şəxs, istərsə də fiziki şəxs kimi fəaliyyət göstərdiyi müddətdə vergilər vaxtlı-vaxtında ödənilmişdir. Pandemiyanın sahibkarlara təsiri şirkətdən də yan keçmədiyi üçün məcbur olaraq fəaliyyəti fərdi sahibkar kimi davam etməli olmuşlar. Adı çəkilən "xxxx" MMC nizamnamə kapitalı 30020 AZN təşkil edir. Nizamnamə kapitalı 30020 manat təşkil edən sahibkarın vergidən yayınması qeyri- mümkündür. Belə ki, hər kəsə məlumdur ki, əksər şirkətlər tərəfindən nizamnamə kapitalı az məbləğ göstərilməklə vergidən yayınma hallarına yol verilir. Fəaliyyət göstərdiyi müddətdə konstitusiyon hüquqularını və öhədliklərini bildiyi üçün vaxtlı-vaxtında vergi borcunu ödəmişədir. Həmin illər ərzində bir dəfə də olsa vergidən yayınma halı olmamışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında AR qanunun məqsədi Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən etdiyi halda yoxlayıcı orqan olaraq, tərəfimdən heç bir pozuntu olmadığı təqdirdə vergi sanksiyası tətbiq edilir. Eyni zamanda fiziki şəxs olaraq, VÖEN-i dəyişdirmək kimi hüququnun məhdudlaşdırılması heç bir qanunvericilikdə nəzərdə tutulmamışdır. Əgər qanun bunu qadağan etmirsə yoxlayıcı orqan tərəfindən (vergi əməkdaşları) bunu əsas gətirərək, borclu olaraq tanıması hansı qanuna uyğundur?! Eyni zamanda pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməli olduğunu bilir. Vergi Məcəlləsinin bu tələbinin pozulduğu halda məsuliyyətini də vətəndaş olaraq başa düşür. O, qanunvericiliyin tələblərini bildiyi halda belə bir kobud pozuntuya yol verməsi mümkünsüzdür. Həmin nəzarət-kassa aparatının adından çıxaılması ilə bağlı "xxxx" MMC-yə müraciət etmişdir. Həmin müddətdə də "xxxx" MMC-nin işçiləri tərəfindən ondan xəbərsiz, heç bir məlumatı olmadığı halda nəzarətkassa aparatından istifadə etmişlər. Bu səbəbdən məsuliyyətin artıq ona aid olmadığı, "xxxx" MMC tərəfindən belə bir pozuntunun törədildiyi və məsuliyyətin də ona aid olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya şurasının 2 dekabr 2022-ci il tarixli 116 nömrəli qərarının surətindən görünür ki, həmin qərarla fiziki şəxs İddiaçı inzibati şikayəti təmin edilməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 iyul 2022-ci il tarixli **********9444 nömrəli və Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında" 5 sentyabr 2022-ci il tarixli **********924600 nömrəli qərarları dəyişdirilmədən saxlanılması, qərarın maraqlı şəxsə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilməsi qərara alnmış və qərardan onun təqdim edildiyi gündən 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “inzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli **********924600 nömrəli qərardan görünür ki, fərdi sahibkar İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 operativ vergi nəzarəti tədbirinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, xx.xx.2022-ci il tarixli DVX seriyalı 014069 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9444 nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmış, qərarın şikayətçiyə göndərilməsi qərara alınmış, bu Qərardan onun təqdim olunduğu gündən 30 gün müddətində İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına və (və ya) məhkəməyə şikayət vermək hüququnun olduğu izah edilmişdir. Bununla belə, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Vergi Məcəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinə əməl edilməsinə nəzarət olunması və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif yoxlama tədbirləri həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyətlər kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti əhatə edir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqları kimi qeyd edilmişdir. Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Vergi qanunvericiliyi hər 2 yoxlamanın və operativ vergi nəzarətinin keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyinin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Lakin bununla yanaşı, vergi orqanı bu hər hansı yoxlama növünü seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə iş üzrə cavabdeh iddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” müvafiq qərar qəbul etmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının dəqiq siyahısı Vergi Məcəlləsinin 50.2-ci maddəsində təsbit edilmişdir. Lakin cavabdeh vergi orqanı hazırki iş üzrə qəbul etdiyi “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” müvafiq qərarlarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş və qərar əsaslandırılmamışdır. Qanunverici operativ vergi nəzarətinin həyata keçirilməsi üçün mütləq qaydada 5 əsas müəyyən etdiyi halda, hazırki iş üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə vergi orqanı tərəfindən qəbul edilmiş qərarda göstərilən əsaslardan heç biri qeyd olunmamışdır. (qərarlarda “istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POSterminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi və nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və nağd hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına istinad edilmişdir). Reyestrdə cavabdeh vergi orqanı yoxlamanın keçirilməsi əsası kimi Vergi Məcəlləsinin 50.2.2-cü maddəsinə istinad edilsə də, cavabdeh operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğunu əsaslandırmamış, başqa sözlə, 50.2.2-cü maddəsinə sadəcə istinad etməklə kiyafətlənmişdir. Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına deyil, həmçinin cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. İnzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, o zaman Vergi Məcəlləsinin 50.2-ci maddələsinin müddəaları baxımından diskresion səlahiyyətini bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Cavabdehin “Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2022-ci il tarixli, seriya DVX, 014069 nömrəli aktına əsasən, İddiaçı məxsus “Ormado kafehaus” kafesində quraşdırılmış P********** zavod nömrəli, Pax A930 markalı nəzarət-kassa aparatı xx.xx.2021-ci il tarixli, ********** nömrəli qeydiyyat vərəqəsi ilə qeydiyyata alındığı və kafedə əhali ilə pul hesablaşmalarının aparılmasında NKA-dan istifadə olunduğu qeyd edilmişdir. Həmçinin aktda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17:31-də keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı müşah idə nəticəsində alınmış 1 fincan “isti şokolad” içkisi üçün 4,50 manat ödənildiyi və müqabilində ödənilən məbləğ (uçotdan yayındırılmış məbləğ) xx.xx.2022-ci il tarxdə saat 17:36-da çeklə bərpa edilmiş və “X” hesabatı və bərpa çeki akta əlavə olunmuşdur. Bərpa edilmiş çekin nömrəsi 4003. Göründüyü kimi, cavabdehin özü də iddiaçıya məxsus kafedə əhali ilə pul hesablaşmalarının aparılmasında nəzarət kassa aparatından istifadə olunduğunu, həmin nəzarət-kassa aparatının müvafiq qaydada vergi orqanı tərəfindən qeydiyyata alındığını və operativ vergi nəzarətinin həyata keçirildiyi 29 yanvar 2021-ci il tarixdə müştəriyə nəzarətkassa aparatından çekin vurularaq təqdim edildiyini göstərmişdir. Cavabdehin mübahisələndirdiyi hal həmin çekdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulan məlumatların göstərilməməsindən və “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərinin pozulmasından ibarət olmuşdur. Məhkəmə “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərinin pozulması ilə bağlı qeyd edir ki, həmin bəndin tələbinə əsasən vergi ödəyicisi tərəfindən aparılan əməliyyat zamanı vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə edərək alıcıya çek təqdim edilmişdir. Belə ki, həmin qaydalara əsasən NKA qeydiyyata alınarkən vergi ödəyicisi və Operatorun NKA-ya dair daxil etdiyi məlumatların eyniliyini yoxlamaq NKA üzrə Nazirliyin vəzifələri kimi göstərilməsinə baxmayaraq vergi orqanı tərəfindən NKA qeydiyyata alınarkən vergi ödəyicisi və operatorun NKA-ya dair daxil etdiyi məlumatların dəqiqliyi yoxlanılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli, 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatının istismarı qaydaları”nın: 8.3.7.-ci bəndinə əsasən vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını Operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq; ... 8.3.16. pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək istifadəçinin hüquq və vəzifələri olaraq qeyd edilmişdir. ... 10.1.4. NKA qeydiyyata alınarkən vergi ödəyicisi və operatorun NKA-ya dair daxil etdiyi məlumatların eyniliyini yoxlamaq NKA üzrə Nazirliyin vəzifələri kimi göstərilmişdir. Vergi Məcəlləsinin 36.2-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 53.3 və 54.0.1-ci maddələri). Cavabdeh vergi orqanı tərəfindən məhkəmə icraatı zamanı təqdim edilmiş xx.xx.2023-cü il tarixli etiraz ərizəsində qeyd etdiyi “Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, operativ vergi nəzarət tədbiri həyata keçirilən zaman fərdi sahibkara məxsus obyekt işlək vəziyyətdə olmuş və obyektdə iddiaçının adına qeydiyyatdan keçirilmiş nəzarət-kassa aparatı mövcud olmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, iddiaçı tərəfindən operativ vergi nəzarəti tədbiri keçirilən xx.xx.2022-ci il tarixdən sonra obyektin qeydiyyatdan çıxarılması ilə əlaqədar işlərin görülməsinə başlanılmış, ardıcıl olaraq xx.xx.2022-ci il tarixdə “POS-terminalın qeydiyyatdan çıxarılması” barədə ərizə, xx.xx.2022-ci il tarixdə “Proqram kassa sistemin (PKS) və ya tokenin (NMQ) uçotdan çıxarılması” barədə ərizə və xx.xx.2022-ci il tarixdə “Obyektin ləğvi” barədə ərizə vergi orqanına təqdim edilmişdir. İddiaçı tərəfindən NKA-dan istifadə edilməməsinin digər dəlili ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixdə operativ vergi nəzarəti tədbirinə qədər, yəni saat 17:30 radələrinə qədər nəzarət-kassa aparatına cəmi 2 sayda çek vurulmuş, həmçinin nəzarət tədbirindən sonra da xx.xx.2022-xx.xx.2022-ci il tarix aralığında nəzarət- kassa aparatına çeklər vurulmuşdur.” Cavabdeh vergi orqanınaın etiraz dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, vergi orqanın özünün də etiraf etdiyi kimi operativ vergi nəzarət tədbiri həyata keçirilən zaman fərdi sahibkara məxsus obyekt işlək vəziyyətdə olmuş və obyektdə iddiaçının adına qeydiyyatdan keçirilmiş nəzarət-kassa aparatı mövcud olmuşdur. Eyni zamanda etiraz məktubunda bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə operativ vergi nəzarəti tədbirinə qədər, yəni saat 17:30 radələrinə qədər nəzarət-kassa aparatına 2 sayda çek vurulmuşdur. İş materiallarında olan, çeklərdən müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən iddiaçının istifadəsində olan “Ormado Kaffeehaus” obyektində müştəri tərəfindən alınmış isti içkiyə görə 4,50 manat nağd pul ödənilmiş və 17:36-da nəzarət kassa aparatına çek vurulmuşdur. Sübut kimi əsas götürülmüş çeklərə nəzər yetirilsə, görmək olur ki, aparılmış əməliyyat nəzarət kassa aparatına daxil edildiyindən heç bir vergidən yayınmadan söhbət gedə bilməz. Çünki vergi ödəyicisi olaraq satılmış malların dövriyyəsi bəyan edilmiş və müvafiq vergi dövlət büdcəsinə ödənilmişdir. Cavabdeh vergi orqanının “Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, iddiaçı tərəfindən operativ vergi nəzarəti tədbiri keçirilən xx.xx.2022-ci il tarixdən sonra obyektin qeydiyyatdan çıxarılması ilə əlaqədar işlərin görülməsinə başlanılmış, ardıcıl olaraq xx.xx.2022-ci il tarixdə “POS-terminahn qeydiyyatdan çıxarılması” barədə ərizə, xx.xx.2022-ci il tarixdə “Proqram kassa sistemin (PKS) və ya tokenin (NMQ) uçotdan çıxarılması” barədə ərizə və xx.xx.2022-ci il tarixdə “Obyektin ləğvi” barədə ərizə vergi orqanına təqdim edilmişdir” dəlili iddiaçının NKA-dan istifadə edilməməsinin dəlili olaraq qəbul edilə bilməz. Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsi olaraq göstərilmişdir. Vergi Məcəlləsinin 50.7-ci Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Vergi Məcəlləsinin 48.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda vergi yoxlamasının keçirilməsi zamanı protokollar tərtib edilir. Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Vergi Məcəlləsinin 49.3-cü maddəsinə əsasən Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Vergi Məcəlləsinin 49.6-ci maddəsinə əsasən Vergi orqanı tərəfindən aşkar edilmiş vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisi inzibati məsuliyyətə cəlb edilməli olduqda, vergi yoxlamasını keçirən vergi orqanının səlahiyyətli vəzifəli şəxsi inzibati hüquq pozuntusu haqqında ayrıca protokol tərtib edir. Bu hüquq pozuntuları haqqında işlərə baxılma və inzibati tənbeh tədbirlərinin həmin pozuntuların edilməsində günahkar olan vergi ödəyicisinin vəzifəli şəxslərinə və vergi ödəyicisi – fərdi sahibkara münasibətdə tətbiq edilməsi vergi orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq həyata keçirilir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin qeyd edilən maddələrinin tələbləri də pozulmuşdur. Belə ki, cavabdeh vergi orqanı tərəfindən aparılmış vergi nəzarti zamanı heç bir çəkiliş aparılmamış və aşkar edilmiş pozuntu Vergi Məcəlləsinin 49.6-cı maddəsinə əsasən protokol ilə rəsmiləşdirilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, yoxlama xx.xx.2022-ci ildə bitdiyi halda cavabdeh iznibati orqan tərəfindən qərar qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə, yəni 10 gündən gec müddətdə xx.xx.2022-ci il tarixində qəbul edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki cavabdehin mübahisələndirilən qərarı maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 31.0.3. vergi ödəyicilərinə, onların nümayəndələrinə və vergi münasibətlərinin digər iştirakçılarına diqqət və nəzakətlə yanaşmaq vergi orqanlarının vəzifəli şəxslərinin vəzifələridir. 32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır. 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məqsədi ilə operativ vergi nəzarəti keçirir. 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.
64. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. -70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, istinad olunan hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9444 nömrəli qərar ləğv edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 70, 75,81 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9444 nömrəli qərarı ləğv edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev