Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5618/2020 03.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialı) “yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq yaşa görə pensiya hüququ qazandığı vaxt qüvvədə olan daxili işlər orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən əlavələr İddiaçı təminat xərcliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X5 İş İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialı) təqdim edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, daxili işlər orqanı əməkdaşı kimi onun gediş-gəlişli xidmətə görə aylıq vəzifə maaşına əlavə edilən 150 manat pulun təminat xərcliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X5 İş İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialı) təqdim edilməsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, uzun müddət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müxtəlif qurumlarında fəaliyyət göstərmişdir. Hər biri xüsusi rütbəli olmaqla, 20 təqvim ilindən artıq iş stajı vardır. Lakin onun pensiyasının hesablanması üçün Daxili İşlər Nazirliyinin məlumat vərəqində büdcədən kənar ödənişlər və digər əlavələr öz əksini tapmamışdır. Buna görə də ona qanunla nəzərdə tutulan məbləğdən az pensiya hesablanmışdır. O, xx xxxxxxxx 1992-ci ildən Daxili İşlər Nazirliyində işə qəbul edilmiş, xx xxxxxx 2016-cı ildə daxili işlər orqanlarında son yaş həddinə görə xidmətdən xaric olunmuşdur. Xidmət illəri təqvim hesablaması ilə 28 il, imtiyazlı hesablama ilə 33 il, 07 ay, 27 gün təşkil edir. X9 Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim təqdim edilən məlumat vərəqəsinə əsasən pensiya təyin olunmuşdur. Lakin məlumat vərəqi doldurularkən təminat xərcləri tam hesablanmamışdır. İddiaçıya pensiya təyin olunan vaxt qüvvədə olan 1362-VQD nömrəli "Əmək pensiyaları haqqında" Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Ona təqdim edilmiş əmək haqqı və başqa gəlirlər barədə arayışdan da məlum olur ki, ona gediş-gəlişli xidmətə görə əmək haqqına 150 manat əlavə ödənilmişdir. Lakin həmin məbləğ pensiya məbləğinə hesablanmamışdır. Bununla əlaqədar cavabdehə müraciət etsə də, həmin vəsaitin təminat xərcliyinə daxil edilməməsi və bu səbəbdən də pensiya təminatında nəzərə alınmasının mümkün olmaması bildirilməklə imtina edilmişdir. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçı Xaçmaz RPŞ-nin polis sahə inspektoru vəzifəsindən, polis mayoru rütbəsi ilə yaşa görə xx.xx.2016-cı il tarixdən daxili işlər orqanlarından xaric edilmişdir. Pensiya təyini üçün xidmət müddəti təqvimi hesablama ilə 28 il, 0 ay, 13 gün, imtiyazlı hesablama ilə 33 il, 7 ay, 27 gün təşkil etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının xx xxxxxx 2006-cı il tarixli 54İİİ-Q nömrəli Qanununa əsasən xidmət müddəti nəzərə alınaraq barəsində tərtib edilmiş Məlumat Vərəqi Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 2008-ci ildə təsdiq edilmiş «X1»na əsasən respublika ərazisində daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə(vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) təşkilatların işçilərinə ezamiyyə xərcləri (yemək xərcləri) əvəzinə hər gün üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən məbləğdə vəsait ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının xx xxxxxx 2006-cı il tarixli 54İİİ-Q nömrəli Qanununun 1.0.5-ci maddəsinə əsasən, polis əməkdaşlarının pensiya məbləğləri onların xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyindən, yəni sonuncu aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından və vəzifə maaşına hesablanan digər əlavələrdən hesablanır. İddiaçının sonuncu xidmət yeri üzrə vəzifəsi gediş-gəliş xarakteri daşıdığına görə müəyyən məbləğdə ödənilən vəsait təminat xərcliyinə daxil edilmir və bu səbəbdən pensiya təminatında nəzərə alınması mümkün deyildir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X6 izahatında bildirdi ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. İddiaçıya xx.xx.2016-cı ildən «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş məlumat vərəqəsində qeyd olunan təminat xərcliyinə daxil olan məbləğlər göstərilmişdir. Ezamiyyə xərcləri əvəzinə ödənilən vəsaitlər qeyd olunan təminat xərcliyinə daxil edilmir və bu səbəbdən pensiya təminatı üçün məlumat vərəqəsində göstərilmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: Pensiya təminatınızla bağlı Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, müraciətinizlə əlaqədar arxiv şəxsi işiniz öyrənilərkən müəyyən edilmişdir ki, siz xx.xx.1978-xx.xx.1980-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1992-xx.xx.1993; xx.xx.1994-xx.xx.1994; xx.xx.1994-xx.xx.2016-cı il tarixlərdə daxili işlər orqanlarında xidmət etmisiniz. xx.xx.2016-cı il tarixdə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 5-ci bəndinə əsasən xidmətdə olmanın son yaş həddinə çatdığına görə daxili işlər orqanlarından xaric olunarkən xidmət illəriniz təqvimi hesablama ilə 28 il, 00 ay, 13 gün, imtiyazlı hesablama ilə 33 il, 07 ay, 27 gün təşkil etmişdir. Nəzərinizə çatdırırıq ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının xx xxxxxx 2006-cı il tarixli 54İİİ-Q nömrəli Qanununun 1.0.5-ci maddəsinə əsasən, polis əməkdaşlarının pensiya məbləğləri onların xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyindən, yəni sonuncu aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından və vəzifə maaşına hesablanan digər əlavələrdən müəyyən edilir. Sonuncu xidmət yeri üzrə vəzifəniz gediş-gəliş xarakteri daşıdığına görə müəyyən məbləğdə ödənilən vəsait təminat xərcliyinə daxil edilmir və bu səbəbdən pensiya təminatında nəzərə alınması mümkün deyildir. Qaldırdığınız məsələ ilə bağlı funksiyalar Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və X5 iş departamenti tərəfindən həyata keçirildiyindən pensiya təminatınızla bağlı aidiyyəti üzrə müraciət etməyiniz məqsədəmüvafiqdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsi tərəfindən verilmiş Əmək haqqında və başqa gəlirlər barədə xx.xx.2018-ci il tarixli arayışın surətindən görünür ki, Xaçmaz rayon Polis Şöbəsinin sabiq polis əməkdaşı İddiaçı 2016-cı il noyabr ayı üçün əmək haqqı 728 manat, gediş-gəlişli xidmətə görə əmək haqqına əlavə 150 manat hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunur: İddiaçı Xaçmaz RPŞ-nin polis sahə inspektoru vəzifəsindən, polis mayoru rütbəsi ilə yaşa görə xx.xx.2016-cı il tarixdən daxili işlər orqanlarından xaric edilmişdir. Pensiya təyini üçün xidmət müddəti təqvimi hesablama ilə 28 il, 0 ay, 13 gün, imtiyazlı hesablama ilə 33 il, 7 ay, 27 gün təşkil etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının xx xxxxxx 2006-cı il tarixli 54İİİ-Q nömrəli Qanununa əsasən pensiya almaq hüququ olan 33 il, 7 ay xidmət müddəti nəzərə alınaraq barəsində tərtib edilmiş Məlumat Vərəqi Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsinə göndərilmişdir. Həmin idarədən aldığımız məlumata əsasən hazırda pensiya təminatı: vəzifə maaşı – 420 manat, rütbə maaşı – 150 manat, xidmət illərinə görə 30 faiz əlavə – 171 manat, məharət dərəcəsinə görə 35 faiz əlavə – 147 manat və ərzaq payı əvəzinə kompensasiya – 64 manat nəzərə alınmaqla cəmi 952 manat aylıq pul təminatından yeni hesablama qaydasına görə 868,36 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 2008-ci ildə təsdiq edilmiş «X1»na əsasən respublika ərazisində daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə(vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) təşkilatların işçilərinə ezamiyyə xərcləri (yemək xərcləri) əvəzinə hər gün üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən məbləğdə vəsait ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının xx xxxxxx 2006-cı il tarixli 54İİİ-Q nömrəli Qanununun 1.0.5ci maddəsinə əsasən, polis əməkdaşlarının pensiya məbləğləri onların xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyindən, yəni sonuncu aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından və vəzifə maaşına hesablanan digər əlavələrdən hesablanır. Sonuncu xidmət yeri üzrə vəzifəsi gediş-gəliş xarakteri daşıdığına görə müəyyən məbləğdə ödənilən vəsait təminat xərcliyinə daxil edilmir və bu səbəbdən pensiya təminatında nəzərə alınması mümkün deyildir. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan Azərbaycan Respublikası DSMFnin HQXRŞİİ-nin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2017-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2016-cı ildən «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan məlumat vərəqəsindən görünür ki, İddiaçı doğulduğu tarix xx.xx.1958-ci il, hərbi (xüsusi) rütbəsi mayor, tutduğu vəzifə Xaçmaz RPŞ-nin polis sahə inspektoru vəzifəsidir, təqvim xidmət illəri 28 il, 0 ay, 13 gün, güzəştli xidmət illəri 5 il, 7 ay, 14 gün, cəmi iş stajı və xidmət illəri 33 il, 07 ay, 27 gün, tərxis olunduğu tarix xx.xx.2016-cı il, tərxis olunub – yaşa görə. Pul təminatı (təminat xərcliyi) vəzifə maaşı 300 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə əlavə 129 manat, ərzaq payı əvəzində kompensasiya 64 manat, məharət dərəcəsi 105 manat, cəmi təminatı 728 manat göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş «X1»nın 6-cı bəndinə əsasən respublika ərazisində daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) təşkilatların işçilərinə ezamiyyə xərcləri (yemək xərcləri) əvəzinə hər gün üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən məbləğdə vəsait ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir; 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır; 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı daxili işlər orqanlarında xidmət etmişdir, xx.xx.2016-cı ildən «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq ona ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası təyin edilərkən iddiaçının tutduğu vəzifə Xaçmaz RPŞ-nin polis sahə inspektoru vəzifəsi olmuş, təqvim xidmət illəri 28 il, 0 ay, 13 gün, güzəştli xidmət illəri 5 il, 7 ay, 14 gün, cəmi iş stajı və xidmət illəri 33 il, 07 ay, 27 gün təşkil etmiş, pul təminatında (təminat xərcliyi) vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzində kompensasiya, məharət dərəcəsi əlavə göstərilmişdir. Bu məlumatlar məlumat vərəqəsində göstərilməklə cavabdeh tərəfindən üçüncü şəxsə təqdim edilmiş və buna uyğun olaraq iddiaçıya pensiya məbləği hesablanmışdır. Hazırda iddiaçı daxili işlər orqanı əməkdaşı kimi onun gediş-gəlişli xidmətə görə aylıq vəzifə maaşına əlavə edilən 150 manat pulun təminat xərcliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin verilməsini tələb edir. Lakin məhkəmə qeyd edir ki, həmin vəsait «X1»na əsasən respublika ərazisində daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) təşkilatların işçilərinə ezamiyyə xərcləri (yemək xərcləri) əvəzinə hər gün üçün ödənilən vəsaitdir, həmin vəsait isə təminat xərcliyinə daxil deyildir. Həmin vəsait təminat xərcliyinə daxil olmadığı üçün məlumat vərəqində göstərilə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialı) “yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5618/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5618/2020
03.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver