Məhkəmə qərarları › İş №2-1(112)-5618/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5618/2024

17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5618/2024 17.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X6) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Üçüncü şəxs X7 mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Binəqədi ray., 9A mkr., Mir Cəlal küç., ev 7, 47№li mənzildən qeydiyyatdan çıxarılmasının cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin öhdəlik qoyulması barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1, 47 mənzil X9 mülkiyyət hüququ üzrə məxsus idi. X12 xx.xx.1937-ci il təvəllüddür. Yaşının çox olması və ona baxma ehtiyacı ilə əlaqədar xx.xx.2022- ci il tarixdə 3 saylı ASAN Xidmət Mərkəzində Notariat ofisində X8 məxsus olan bütun daşınar və daşınmaz əmlakını vətəndaş X4 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamənin əsasında X6 iddiaçı X9 mülkiyyət hüququ üzrə məxsus olan mənzildə qeydiyyata düşmüşdür. X14 Osipova Taisə yaxşı baxmamışdır, ona lazımı qulluq etməmişdir. Bu səbəbdən 17 fevral 2023-cü ildə X17 Miriyevanın adına verilmiş etibarnaməni ləğv etmişdir. Bundan sonra Taisa Osipova ona mülkiyyət hüququ üzrə məxsus olan bütün əmlakına İddiaçı adına vəsiyyətnamə vermişdir. Eyni zamanda Taisa Osipova müxtəlif dövlət və digər qurumlarda onu təmsil olunmaq üçün İddiaçı adına etibarnamə vermişdir. Bu yaxınlarda məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə X12 vəfat etmişdir. Bu barədə məlumatı yazılı şəklində İddiaçı xx.xx.2023-cü il tarixdə almışdır. T.Osipovsnın qohumları onun ölüm haqqında şəhadətnaməsi poçt vasitəsilə göndərmişlər və ölüm haqında şəhadətnamə iddiaçıya xx.xx.2023-cü il tarixdə poçt şöbəsindən vermişlər. T.Osipovanın ölüm haqqında şəhadətnamənin aldıqdan sonra İddiaçı T.Osipovaya mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanda yerləşən 47 saylı mənzilə vərəsəlik hüququna daxil olmuşdur. Vərəsəlik şəhadətnamə əsasən mülkiyyət hüququ barədə çıxarış da almışdır. Hal-hazırda İddiaçı yuxarıda qeyd edilən ünvanda yerləşən 47 №li mənzilin mülkiyyətçisidir. Mülkiyyət hüququ üzrə ona məxsus mənzildə X6 qeydiyyatdadır. Lakin o, İddiaçı ailə üzvü deyil. Nobar Miriyeva faktiki olaraq həmin ünvanda yerləşən 48 № mənzildə ailə üzvləri ilə birlikdə yaşayır, onun mübahisəli mənzilə heç bir aidiyyəti yoxdur. Üçüncü şəxs Nobar Miriyeva könüllü olaraq mənzildən qeydiyyatdan çıxmaqdan imtina edir. Bununla əlaqədar iddiaçının nümayəndəsi Vəkil X10 Dadaşovaya məxsus olan mənzildən qeydiyytdan çıxarılması barədə ərizə ilə cavabdeh orqana müraciət etmişdir. X15 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-46/2-D-475xx/xx/2023 №li məktubu ilə İddiaçı (nümayəndəsi İsgəndərovaya) N.Miriyevanın qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. İddiaçı isə hesab edir ki, cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin cavabı tamamilə əsassızdır.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 9-cu maddəsinə əsasən X1 Bakı şəhəri, Binəqədi rayonu, 9a mkr., m.Cəlal küç., ev 7, mənzil 47 (yeni qaydalarla: AZ1134, ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən idtifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu bildirilmişdir.

4. Üçüncü şəxs tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli ərizədə qeyd edilmişdir ki, ünvan 3 ünvanında yaşamış (aldığımız məlumata görə vəfat edib) X12 (AZE 05369871; FİN 14VU4MS) 3 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat ofisinin xx.xx.2022-ci il tarixli 2V-422 reyestri ilə ölən günədək ona məxsus olan və ünvan 4 ünvanında yeləşən mənzilini mənə yəni ünvan 5 ünvanında yaşayan X5 (AZE 14934699; FİN: 3F47T5E) vəsiyyət etmiş və həmin evin qeydiyyatına almışdır. T.Petrovna adıçəkilən ünvanda yaşlı bacısı ilə birgə yaşamışdır. Onun əri və uşaqları halhazırda Azərbaycan Respublikasının ərazisindən kənarda, yəni Rusiya Federasiyasında yaşayırlar. T.Petrovna və onun bacısı həm yaşlı, həm də xəstə olduqları üçün uzun müddət onlara üçüncü şəxs qulluq etmişdir. Qeyd olunanlar qonşuların da ifadələri ilə təsdiq edilə bilər. 2022-ci ilin sonlarına yaxın T.Petrovnanın sağlıq durumunda ciddi problemlər yaşanmışdır. Belə ki, onunla birgə yaşayan bacısının vəfat etdiyini belə anlaya bilmirdi. Üçüncü şəxs 30 yanvar 2023-cü il tarixdə təcili tibbi yardım stansiyasına müraciət etmiş və adıçəkilən şəxs xəstəxanaya yerləşdirilmişdir. Üçüncü şəxs T.Petrovna xəstəxanada olduğu müddət ərzində ona mütəmadi olaraq ona baş çəkmiş, qida ilə təmin etmiş, paltarlarını təmizləmişdir. Həmçinin T.Petrovnanın müalicəsini aparan həkimdən onun səhhəti ilə bağlı hər dəfə maraqlandıqda, xəstənin vəziyyətinin pisləşməyə doğru getdiyi, nitqi tutulduğundan nə demək istədiyinin anlaşılmadığını bildirirdi. Təxminən iki həftə sonra özlərini T.Petrovanın qohumları kimi təqdim edən şəxslər onu oğlunun yanına, yəni Rusiya Fəderasiyasına aparacaqlarını bildirərək onu xəstəxanadan çıxartdılar. Bu prosesdə Anar, Validə adlı xanım və Validə xanımın qızı Əsmər adlı şəxslərlə bərabər xəstəxanaya yaxın ərazidə yerləşən 4 nömrəli polis şöbəsinin əməkdaşı da iştirak etmişdir. Bir müddət sonra Əsmər adlı xanımın tələbi ilə üçüncü şəxs T.Petrovnaya aid xarici pasport və pensiya kartını ona təqdim etmişdir. T.Petrovna Rusiya Federasiyasında yaşayan oğlunun yanına aparılmışdır. Üçüncü şəxs həyat yoldaşının vasitəsi ilə T.Petrovanın oğlu ilə telefon əlaqəsi saxlayaraq anasının səhhəti barədə məlumat alırdı. T.Petrovnanın oğlu isə öz növbəsində anasının vəziyyəti ilə bağlı məlumat verir və göstərdiyi xidmətə görə təşəkkürünü bildirir. Lakin T.Petrovna ilə şəxsən əlaqə saxlamaq mümkün olmamışdır. Bir müddət sonra Binəqədi Polis İdarəsinin əməkdaşı üçüncü şəxsin yaşadığı ünvana gələrək T.Petrovnaya aid mənzilin açarlarını tələb etmişdir. Buna səbəb kimi T.Petrovnanın verdiyi vəsiyyətnamənin ləğv olunduğunu və həmin mənzilin digər şəxsə vəsiyyət edildiyini bildirmişdir. Qeyd olunan hallarla bağlı 12 sentyabr 2023-cü il tarixdə adiyyəti üzrə Bakı şəhəri 31 saylı Notariat ofisinə sorğu göndərilmişdir. Sorğuya cavab gəlmədiyi üçün adıçəkilən notariat ofisi ilə əlaqə saxlamağa çalışmış, lakin heç bir nəticə olmamışdır. Aldığı məlumata əsasən Bakı şəhəri 31 nömrəli Notariat ofisinin səalhiyyəti Bakı şəhəri 25 nömrəli Notariat ofisinə verildiyi məlum olmuşdur. Lakin notariat ofisinin fəalliyətinin hansı səbəbdən dayandırılması ilə bağlı hər hansı bir məlumat verilməmişdir. Üçüncü şəxs aidiyyəti üzrə 25 nömrəli Notariat ofisinə yenidən sorğu göndərmişdir. Adıçəkilən notariat ofisindən təqdim olunan sənədlərdən göründüyü kimi, Taisa Petrovna 3 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat ofisinin xx.xx.2022-ci il tarixli 2V-422 reyestri ilə Nobar Miriyevaya verdiyi vəsiyyətnamə 31 nömrəli Notarat ofisi tərəfindən ləğv edilmişdir. X16 məlum vəsiyyətnaməsini ləğv etməsi ilə bağlı razılığını harada və hansı şəraitdə verdiyi müəmmalıdır. Üçüncü şəxs 3 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat ofisinin xx.xx.2022-ci il tarixli 2V- 422 reyestri ilə Taisa Petrovna tərəfindən üçüncü şəxsə verilən vəsiyyətnamənin Notariat haqqında Azərbaycan Respublikasının Qanunu tələbləri kobud şəkildə pozulmaqla 31 nömrəli Notariat ofisi tərəfindən ləğv olunması ilə bağlı Bakı şəhər Xəzər rayon Məhkəməsinə müraciət etmişdir. Həmin müraciətdə Bakı şəhəri 31 saylı notariat ofisində 2V-26 reyestr nömrəsi ilə verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi və 3 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat ofisinin xx.xx.2022-ci il tarixli 2V- 422 reyestri vəsiyyətnamənin qüvvədə olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi ilə bağlı iddia qaldırmışdır.

5. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə ünvanlanan ərizədə qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında İddiaçı cavabdeh Bakl şəhəri Binəqədi RPİ-nə və üçüncü şəxs X5 qarşı "mülkiyyət hüququ üzrə məxsus olan mənzildən qeydiyytdan çıxarılması barədə" iddia ərizəsi vardır. Eyni zamanda Bakı şəhəri Xəzər rayon məhkəməsinin icraatında X10 Dadaşovaya qarşı "vərəsəlik şəhadətnamənin etibarsız hesab edilməsi və əsasında verilmiş çıxarışın ləğv olunması barədə" iddia ərizəsi var idi. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Xəzər rayon məhkəməsinin qətnaməsi ilə iddiaçı Nobar Miriyevanın iddia ərizəsi rədd edilmişdir, eyni zamanda qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia təmin edilmişdir və qətnaməyə əsasən X7 tərəfindən İddiaçı Bakı şəhəri,Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9a mikrorayon, ev 7, 47 nömrəli mənzilə (Yeni qaydalarla: AZ1134, ünvan 9 daxil olmasına törədilən maneə aradan qaldırılması və Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9a mikrorayon, ev 7, 47 nömrəlimənzilin (Yeni qaydalarla: AZ1134, Bakı şəhəri, Binəqədi rayonu,Mir Cəlal küçəsi, 33, M6,m1) açarları X2 alınaraq İddiaçı verilməsinə qət etmişdir. İlkin iddia üzrə iddiaçı Nobar Miriyeva qətnamədən apellyasiya şikayəti verməmişdir. Hal-hazırda qətnamə qanuni qüvvəsinə minmişdir və icra etməyi üçün Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir.

6. Cavabdeh məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktuba əsasən işə məhkəmə iclasında cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək bildirdi ki, üçüncü şəxs həmin evdə yaşamır, hazırda evdəki qeydiyyatı formal xarakter daşıyır.

8. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

9. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

10. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.

11. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

13. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X6 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

14. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın (elektron) surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9A kmr., Mir Cəlal küçəsi, ev 7, mənzil 47 (yeni qaydalarla: AZ 1134, ünvan 9 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

15. Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li Arayışa əsasən X7 (xx.xx.1980-ci il təvəllüdlü) ünvan 10 ünvanında qeydiyyatdadır.

16. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 12 9a mkr., ev 7, 47 saylı mənzilə dair X1 istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.

17. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-965/2024 nömrəli Qətnaməsi ilə İddiaçı X3 cavabdehlər Bakı şəhəri 31 saylı notariat ofisinə və Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı İddiaçı üçüncü şəxs qismində cəlb edilməklə “vəsiyyətnamənin ləğv edilməsi barədə qeydin etibarsız hesab edilməsi və vəsiyyətnamənin qüvvədə olmasının müəyyən edilməsi” tələbinə tələbinə dair ilkin iddiası rədd edilmişdir. Qarşılıqlı iddia təmin edilmişdir. X7 tərəfindən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9a mikrorayon, ev 7, 47 nömrəli mənzilə (Yeni qaydalarla: AZ1134, ünvan 9 daxil olmasına törədilən maneənin aradan qaldırılması qərara alınmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9a mikrorayon, ev 7, 47 nömrəli mənzilin (Yeni qaydalarla: AZ1134, ünvan 9 açarlarının X2 alınaraq İddiaçı verilməsi qərara alınmışdır.

18. Məhkəmə qərarının icra olunaraq mənzilin açarlarının X2 alınaraq İddiaçı verilməsi işin mübahisəsiz halıdır.

IV. Məhkəmənin mövqeyi

19. Beləliklə, məhkəmə müəyyən edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(003)-965/2024 nömrəli Qətnaməsi ilə X7 tərəfindən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9a mikrorayon, ev 7, 47 nömrəli mənzilə (Yeni qaydalarla: AZ1134, ünvan 9 daxil olmasına törədilən maneənin aradan qaldırılması və Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9a mikrorayon, ev 7, 47 nömrəli mənzilin (Yeni qaydalarla: AZ1134, ünvan 9 açarlarının X2 alınaraq İddiaçı verilməsi qərara alınmışdır. Eləcə də Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın (elektron) surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9A kmr., Mir Cəlal küçəsi, ev 7, mənzil 47 (yeni qaydalarla: AZ 1134, ünvan 9 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

20. Üçüncü şəxs həmin ünvanda faktiki olaraq yaşamır, bu ünvandakı qeydiyyatı hazırda formal xarakter daşıyır, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

21. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

24. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....

25. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

26. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

27. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin hərəkətləri qanunsuz hesab edilməli, X3 Bakı şəhəri, Binəqədi rayonu, 9A kmr., Mir Cəlal küçəsi, ev 7, mənzil 47 (yeni qaydalarla: AZ 1134, ünvan 9 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.

28. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia təmin edilsin. X3 Bakı şəhəri, Binəqədi rayonu, 9A kmr., Mir Cəlal küçəsi, ev 7, mənzil 47 (yeni qaydalarla: AZ 1134, ünvan 9 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar