Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5619/2021 24.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı sərəncamın ləğv olunması və mənzil növbəsinin bərpa edilməsi tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küç., 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı sərəncamın ləğv olunması və mənzil növbəsinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Cavabdeh başçısının 33 №li 01.02.2021-ci il tarixli sərəncamının ləğv olunması və onun mənzil növbəsinə bərpa olunması vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 15 ildən çox xidmət etmiş ehtiyata buraxılan hərbi qulluqçu kimi Cavabdeh başçısının 69 №li 13.03.2015-ci il tarixli Sərəncamı ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmişdir. Daha sonra Cavabdeh başçısının 383 №li 27.12.2017-ci il tarixli Sərəncamı ilə ailə üzvləri də həmin mənzil növbəsinə əlavə olunmuşdur. Lakin Cavabdeh başçısının 33 №li 01.02.2021-ci il tarixli sərəncamı ilə onun mənzil növbəsinə götürülməsi və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilməsi haqqında Cavabdeh başçısının 69 №li, 13.03.2015-ci il tarixli və 383 №li 27.12.2017-ci il tarixli sərəncamları ləğv edilmişdir. Bu zaman “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi (öz arzusu ilə) və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsi ilə ehtiyata buraxılan hərbi qulluqçunun mənzil növbəsinə götürülməsinin nəzərdə tutulmadığı əsas gətirilmişdir. Qeyd olunan sərəncamın ləğv olunması və onun və ailə üzvlərinin mənzil növbəsinə bərpa olunması üçün qərar çıxarılması xahişi ilə o, 2021ci ilin fevral ayında cavabdehə müraciət etmişdir. Lakin müraciətinə B-21-068 №li, 09.03.2021-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Hesab edir ki, imtina əsassız və qanunsuzdur. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh başçısının 69 №li 13.03.2015-ci il tarixli və 383 №li 27.12.2017-ci il tarixli sərəncamların ləğv edilməsi əsassız və qanunsuzdur. Belə ki, o, 12.08.1993-cü il tarixdən 20.11.2014-cü ilədək AR Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və AR Müdafiə nazirinin 0814 №li 20.11.2014cü il tarixli əmri ilə mayor hərbi rütbəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmışdır. Hazırda AR Səfərbərlik və HXÇ üzrə DX-nin Yasamal rayon idarəsində hərbi qeydiyyatdadır. 21 təqvim ilindən çox hərbi xidmət keçmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1976-cı ildə doğulmuşdur. İddiaçıya məxsus EZ seriyalı ******* №li hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı 12.08.1993-cü ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə çağırılmış və 20.11.2014-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin 0814 №li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Bakı şəhəri Cavabdeh 873/d №li 03 may 2021-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş sənədlərdən o cümlədən; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi tərəfindən verilmiş 28.01.2015-ci il tarixli, 39 nömrəli arayışdan müəyyən olunur ki, 1976-cı il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı 07.1993-cü ildən, 20.11.2014-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin 0814 №li, 20.11.2014-cü il tarixli əmri ilə ehtiyata tərxis olunub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsində hərbi qeydiyyatdadır. - Bakı şəhəri Cavabdeh başçısının 69 nömrəli, 13.03.2015-ci il tarixli “İddiaçı güzəştli mənzil uçotuna qəbul edilməsi haqqında” sərəncamının surətindən görünür ki, qeyd olunan sərəncamla İddiaçı 2 nəfər ailə tərkibi ilə (özü, anası) yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil uçotuna götürülməsi və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilməsi qərara alınmışdır. - Bakı şəhəri Cavabdeh başçısının 383 nömrəli, 27.12.2017-ci il tarixli “İddiaçı ailə üzvünün mənzil növbəsinə daxil edilməsi haqqında” sərəncamının surətindən görünür ki, qeyd olunan sərəncamla İddiaçı arvadı, qızı və oğlunun mənzil növbəsinə daxil edilmələri və onun (İddiaçı) növbədə 5 nəfərlə hesab olunması qərara alınmışdır. - Bakı şəhəri Cavabdeh başçısının 33 nömrəli, 01.02.2021-ci il tarixli “Cavabdeh başçısının 69 nömrəli, 13.03.2015-ci il tarixli və 383 nömrəli, 27.12.2017-ci il tarixli sərəncamlarının ləğv edilməsi haqqında” sərəncamının surətindən görünür ki, qeyd olunan sərəncamla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi (öz arzusu) ilə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsi ilə ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmadığından İddiaçı və onun ailə üzvlərinin Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması məqsədəmüvafiq hesab edilərək, İddiaçı və onun ailə üzvlərinin Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmaları, Cavabdeh Başçısının 69 nömrəli, 13.03.2015-ci il tarixli və 383 nömrəli 27.12.2017-ci il tarixli sərəncamlarının ləğv olunması qərara alınmışdır. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavabdeh tərəfindən verilmiş 13-21068 nömrəli, 09.03.2021-ci il tarixli cavab məktubundan görünür ki, müraciəti ilə əlaqədar bildirilmişdir ki, Cavabdeh başçısının 69 nömrəli 13.03.2015-ci il tarixli sərəncamı ilə yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüş və mənzil-uçot siyahısına daxil edilmişdir. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “j” bəndi (öz arzusu ilə) ilə ehtiyata buraxılması səbəbindən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən mənzil növbəsinə götürüləcək ehtiyata buraxılmış hərbi qulluqçu kimi nəzərdə tutulmadığından Cavabdeh başçısının 33 nömrəli, 01.02.2021-ci il tarixli sərəncamı ilə o, ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Hazırda iddiaçı onun ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması barədə cavabdeh inzibati orqanın sərəncamının ləğv olunması və hərbi qulluqçuların güzəştli mənzil növbəsinə bərpa olunmasını xahiş edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüquqları vardır. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. İşin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, iddiaçı 15 ildən artıq Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir və iddiaçı xidmət etdiyi müddət ərzində torpaq sahəsi və ya mənzillə təmin olunmamışdır. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Göründüyü kimi, iddiaçıya münasibətdə qanunvericilikdə müəyyən edilmiş bu şərtlər ödənilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə görə uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək Məhkəmə qeyd edir ki, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunvericilik). İş üzrə mübahisələndirilən sərəncamın – inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, həmin aktda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmamış, inzibati orqan mübahisəli sərəncamın qəbulu zamanı maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Göründüyü kimi, cavabdeh iddiaçının mənzil növbəsinə götürülməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, mübahisələndirilən sərəncam ləğv edilməli, iddiaçının mənzil növbəsinə bərpa olunması vəzifəsi cavabdehin üzərinə qoyulmalır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh orqan əsassız olaraq Cavabdeh başçısının 69 nömrəli, 13.03.2015-ci il tarixli və 383 nömrəli 27.12.2017-ci il tarixli sərəncamlarını 01.02.2021-ci il tarixli 33 saylı sərəncamı ilə ləğv etdiyindən, hazırki mübahisənin araşdırması çərçivəsində Cavabdeh başçısının 01.02.2021-ci il tarixli 33 saylı sərəncamı ləğv edilməli, iddiaçı hərbi qulluqçu kimi mənzil növbəsinə bərpa olunmalıdır. İPM-nin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdeh başçısının 33 №li 01.02.2021-ci il tarixli sərəncamı ləğv olunsun və iddiaçı xx.xx.1976-cı il təvəllüdlü İddiaçı ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə bərpa olunması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5619/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5619/2021
24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver