Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5620/2021 07.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “diplomun ölkə ərazisində tanınması” barədə iddia tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:
1. İddiaçı (bundan sonra – İddiaçı) 2010-cu ildən 2014-cü il tarixədək Ukraynada “X1 Akademiyası”nda “menecment” ixtisası üzrə əyani təhsil almış, Akademiya tərəfindən onun adına xx.xx.2014-cü il tarixli, Dİ 041959 nömrəli bakalavr diplomu verilmişdir.
2. İddiaçı xx.xx.2014-cü il tarixdə həmin diplomun tanınması ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmiş, Təhsil Nazirliyi xx.xx.2015-ci il tarixli cavab məktubu ilə İddiaçının ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi müəyyən edildiyindən diplomun ölkə ərazisində tanınmasının mümkün hesab olunmadığını bildirmişdir.
3. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə İddiaçı yenidən xx.xx.2014-cü il tarixli, Dİ 041959 nömrəli bakalavr diplomunun tanınması ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra –cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli cavab məktubları ilə iddiaçının müraciətini təmin etməkdən imtina edərək göstərmişdir ki, iddiaçının xx.xx.2014-cü il tarixli elektron müraciətinin nəticəsi barədə ona xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na daxil olan “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması” elektron xidməti vasitəsilə müvafiq məlumat verilmiş və xx.xx.2015-ci il tarixli, H-16027/03-24 saylı məktub elektron ərizədə qeyd olunan ünvana göndərilmişdir. Eyni zamanda imtina səbəbləri ilə qane olmadığı halda şikayət etmək hüququ izah olunmuşdur.
4. Bundan sonra İddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ukrayna “X1 Akademiyası”nın xx.xx.2014-cü il tarixli, Dİ 041959 nömrəli bakalavr diplomunun öklə ərazisində tanınmasının cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, dörd il əyani təhsil aldığı müddətdə Ukraynada yaşamışdır və cavabdehin onun rus dilini bilməməsi barədə dəlili ilə razılaşmır.
6. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir ki, ixtisas üzrə bilik səviyyəsi qənaətbəxş olmadığı üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmişdir.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun çıxış etdi və bildirdi ki, ilk dəfə diplomunun tanınması ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 2014-cü il tarixdə müraciət etmişdir. Rus dilini bilmədiyi üçün rədd cavabı almışdır, lakin bunu mübahisələndirməmişdir. Konstitusiyada təsbit edilmiş təhsil almaq hüququnun pozulduğunu hesab edən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
9. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia mümkün sayılmamalıdır.
10. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM): - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddia hesab olunur. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
11. İddiaçı hazırda xarici ölkə tərəfindən ona verilmiş diplomun ölkə ərazisində tanınmasını, yəni onun üçün əlverişli vəziyyət yaradan inzibati akt qəbul edilməsini, başqa sözlə özünün hüquqi vəziyyətinin genişləndirilməsini tələb edir ki, bu iddia məcburetmə haqqında iddiaya aiddir və qanunvericiliyə əsasən məcburetmə haqqında iddia üzrə iddia müddəti, tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya məlumat verilməsindən sonra 30 gün təşkil edir. Bu müddətin ötməsindən sonra həmin inzibati akt qanuni qüvvəyə minir.
12. Qərardadın 2-3-cü hissələrində qeyd edildiyi kimi işdən görünür ki, İddiaçı ali təhsil haqqında sənədin nostrifikasiya olunması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə 2014-cü ilin sentyabr ayında müraciət etmiş, müraciəti H-16017/03-24 nömrəli, xx.xx.2015-ci il tarixli məktubla cavablandırılmışdır. Məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi üzrə komissiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dölətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nı, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 3.1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarını rəhbər tutaraq, İddiaçının ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən etmişdir. Göstərilənləri nəzərə alaraq, X1 Akademiyası tərəfindən iddiaçının adına verilmiş xx.xx.2014-cü il tarixli, Dİ ******* nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir.
13. Bundan sonra İddiaçı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə yenidən cavabdehə müraciət etmiş, cavabdeh isə məsələ ilə bağlı xx.xx.2015-ci il tarixli, H- 16027/03-24 saylı məktubla İddiaçıya imtina cavabının verilməsinə istinad etmişdir.
14. Göründüyü kimi, İddiaçı onun barəsində əlverşli inzibati aktın qəbul edilməsi barədə cavabdehə etdiyi müraciətə verilən imtina cavabından 6 ilə yaxın zaman keçdikdən sonra məhkəməyə müraciət etmiş, bununla qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.
15. İPM-in 24-cü maddəsinə əsasən: - həmin Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (maddə 24.1). - Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (maddə 24.2). - Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (maddə 24.3). - Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (maddə 24.4). 16.Yuxarıda qeyd olunanlardan aydın olduğu kimi iddiaçı prosessual müddəti 1 ildən artıq ötürmüşdür və bu müddətin ötürülməsi təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmamışdır. Belə olan halda hazırkı halda buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə də verilə bilməz.
17. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. 18.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). 19.Beləliklə, hazırkı iddia məcburetmə haqında iddialar üzrə xüsusi mümkünlük şərtinə - iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi) cavab vermir. 20.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2alahova