Məhkəmə qərarları › İş №2-1(112)-5624/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5624/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5624/2025 24.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin qoyulması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı İddiaçı ilə "xxxx" MMC-nin təmsilçisi X5 arasında iddiaçının xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-nə “Metal döyən usta, təyyarə paneli, usta” vəzifəsındə, əsas iş yeri kimi, aylıq 440 manat əmək haqqı ödənilməsi şərtilə, “müddətsiz” bağlanmış X1 Sistemi”ndən silinməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Ərazi İdarəsi ilə əvəz olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, O, peşəkar aşpazdır və bunu təsqıq edən sənədləri var. 2023-cü ilin sonlarında peşəsinə uyğun iş tapmış və həmin müəssisə ilə əmək müqaviləsi bağlamışdır. Bu müqaviləni X2 Xidmətinin (ƏMX) “Əmək və Məşğulluq" alt sisteminə yerləşdirəndə sistem onunla guya xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin (VÖEN **********, hüquqi ünvanı: AZ1002, ünvan 1 “X5 adında şəxs arasında “Metal döyən usta, təyyarə paneli, usta” vəzifəsində, əsas iş yeri kimi, aylıq 440 manat əmək haqqı ödənilməsi şərti ilə, “müddətsiz” Əmək Müqaviləsinin bağlanmasına və həmin tarixdə də sistemə daxıl edilməsinə görə 2 əsas iş yeri olmasının qeyri-mümkünlüyü ilə əlaqədar, onun əsas iş yeri kimi başqa müəssisədə işə qəbul edilməsinin mumkun olmadığını bildirib müqavilənin qeydiyyatından imtina etmişdir. İddiaçı belə bir şirkəti tanımır, onunla Əmək Müqaviləsi bağlamamış, həmin şirkətin yerim bilmirəm, həmin şirkətdən də hazıra kımı hər hansı bır üsulla, yəni nəqd, yaxud da hesaba köçürmə, yaxud başqa yollarla əmək haqqı almamışdır. Bununla əlaqədar, 2023-cü ilin oktyabr ayında ƏƏSMN-nin ƏMX-nə ərizə ilə müraciət edib "xxxx" MMC adlı müəssisə ilə “Əmək Müqaviləsi” bağlamadığını, həmin müəssisədə işləmədiyini, onlar üçün heç bır iş görmədiyini, əmək haqqı almadığını", ümumiyyətlə “Metal döyən usta, təyyarə paneli, usta" vəzifəsinin nə olduğunu bilmədiyini, təyyarə panelinin necə döyülmıəsi barədə məlumatının belə olmadığını bildirib, həmin müqavilənin ləğv edilməsi üçün "xxxx" MMC adlı müəssisənin tapılmasına köməklik göstərmələrini xahiş etmişdir. X2 Xidmətinin iddiaçıya göndərdiyi xx.xx.2023-cü il tarixli, 3-17-5/1-T-34155/2023 nömrəli məktubla bildirilmişdir ki, o özü həmin müəssisəni tapıb xx.xx.2023-cü il tarixli Əmək Müqaviləsini ləğv etdirməlidir. Bundan sonra, 2023-cü ilin sonlarında "xxxx" MMC-nin (VÖEN **********) qeydiyyatda olduğu və faktiki yerləşdiyi yer kimi göstərilən ünvan 2 ünvanına getmiş və orada heç bir şirkətin olmadığını görmüşdür. Qonşulardan bu ünvanda fəaliyyət göstərməsi bildirilən "xxxx" MMC-nin barəsində sorğu edəndə bildirilmişdir ki, 2023-cü ilin əvvəllərində burada kirayənişinlər qalırdı, lakin onların hansı işlə məşğul olmalarını bilməmişlər, sonradan da çıxıb hara getmələri barədə heç bir məlumatları yoxdur. Nə qədər soraqlaşsa da, müəssisəni tapa bilməmişdir. Hətta o, müəssisənin sonuncu sahibi adlanan “X4 (ş/v AA3293502, FİN 6GÜÜC60. d/t.-xx.xx.1993. Kürdəmir rayonu Çöhranlı kəndi) adlı şəxsi tapanda məlum olmuşdur kı, o, Lökbatan qəsəbəsində "avtomaşınların yuyulması sexində maşın yuyandır və onunla söhbət zamanı 200 manat müqabilində adına kiminsə müəssisə aldığını, həmin şəxsi tanımadığını, müəssisənin nə işlə məşğul olmasını da bilmədiyini göstərdi. Bundan sonra, "xxxx" MMC-ni (VÖEN **********) tapmaq üçün Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinə ərizə vermişdir. Araşdırma zamanı onlar da, "xxxx" MMC-ni tapa bilməmiş və ona “müraciətinin mülki xarakterli məsələ olduğundan məhkəməyə müraciət etmək huququnun olmasını bildirmişlər. "xxxx" MMC-ni (VÖEN **********) və MMC-nin adından onunla guya əmək müqaviləsi bağlamış X5 adında şəxsi tanımadığından və tapa bilmədiyindən adından bağlanmış əmək müqaviləsinin saxta olmasını və bu səbəbdən də xitam edilməsi üçün bu Əmək Müqaviləsini qeydə almış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdatıəsı Nazirliyinin X2 Xidmətinə müraciət etmişdir. X3 Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən onun məktubuna verilmiş xx.xx.2024-cü ıl tarixli, 3-17-5/1-F80847/2024 saylı cavabda müqavilənin ləğv edilməsi vəzifəsinin X2 Xidmətinin üzərinə qoyulması üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" MMC iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmiş, lakin münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl hazırkı tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı verdiyi izahatında ərizəsində göstərilənləri müdafiə edərək tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-5/1-T-34155/2023 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki: “Müraciətinizlə əlaqədar ünvanınıza (AZ1122, ünvan 37/2023 nömrəli 07.11,2023-cü il tarixli məktubla müraciət olunaraq müraciətinizin ətraflı araşdırılması, müəssisə tərəfindən Sizə təqdim eaiimiş əmə'k haqqı kartından öcəniş barədə müvafiq bank çıxarışını təqdim etməyiniz və izahatınızın alınması məqsədilə Bakı şəhəri üzrə hər hansı DOST mərkəzlərindən birinə dəvət olunsanız da gəlməmisiniz. Eyni zamanda "xxxx" MMC-nin ünvanına (AZ1002, ünvan 4izdən 3-17-5/2-45109/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktub göndərilmiş və Sizə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin müəssisə tərəfindən sənədlər təqdim edilmədiyindən müraciətinizin baxılmasını başa çatdırmaq mümkün olmamışdır. Tərəfimizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən Sizinlə “N.H.- İNŞAAT' MMC-nin işəgötürəni arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanmasına dair bildirişin qüvvədə olduğu məlum olmuşdur. Məlumat üçün bildiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 01.01,2024-cü il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Nəzərinizə çatdırırıq ki. "xxxx" MMC tərəfindən X2 Xidmətinin Bakı şəhər İdarəsinə sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinizə yenidən baxılaraq cavab veriləcəkdir. Bildiririk ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X2 Xidmətinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin "h" bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökumət" portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya "Elektron hökumət" portalında yerləşdirilmiş "Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi" xidməti vasitəsilə işəgötüıəhm səlahiyyətli şəxslər tərəfinə ən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi ilə bağlı əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edilməli və əmək müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məlumatların "Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X2 Xidmətinə həvalə edilməlidir.” İddiaçıya müraciətdə edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüquququnun olduğu izah edilmişdir. -AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) rəhbəri X5, hüquqi ünvanı ünvan 5 "xxxx" MMC-nin hüquqi varisliyi barədə məlumat müəyyən edilməmişdir. -Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, nəticədə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə “metal döyən usta, təyyarə paneli;” vəzifəsinə işə götürülmüş və elə həmin tarixdə əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi müvafiq sistemə daxil edilmişdir. Beləliklə işin faktiki hallarına görə, işəgötürən "xxxx" MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı "metal döyən usta, təyyarə paneli; usta" vəzifəsinə işə qəbul olunmuş, bununla bağlı onunla əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin bağlanması barədə bildiriş “Elektron hökumət” portalı vasitəsilə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmişdir. İddiaçı tərəflər arasında faktiki olaraq əmək münasibətlərinin heç vaxt yaranmadığına, işəgötürən "xxxx" MMC ilə əlaqə yaratması və sonuncunun harada olması barədə məlumatı olmadığına istinad edərək mövcud tələbi ilə bağlı cavabdehə müraciət etmiş, lakin idiaçının cavabdeh inzibati orqana etdiyi müraciəti təmin edilməmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmin maddənin V hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Konstitusiyanın 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. AR Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən, Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 12-ci maddəsinin “k” bəndinə əsasən, elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydaları”ndan: 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-İVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydalarını, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat formasını, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydaları müəyyən edir. 2.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. 2.2. Elektron informasiya sistemində əmək müqaviləsi bildirişinin aşağıdakı formaları yerləşdirilir: 2.2.1. əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda -1 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 2 nömrəli əlavəyə uyğun); 2.2.2. əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda - 3 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 4 nömrəli əlavəyə uyğun); 2.2.3. əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (5 nömrəli əlavəyə uyğun). 3.4. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. 8.1. Bilavasitə işəgötürənin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilən məlumatlar həqiqi və düzgün olmalıdır. 17 oktyabr 2012-ci il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı” yeni redaksiyada təsdiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi (9.13-cü bənd) və Əmək müqaviləsi bildirişləri barədə məlumatın işçilərə verilməsi (9.14-cü bənd) növdə elektron xidmətlər müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarına əsasən, “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı" təsdiq edilmişdir. “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən: 1.2. Bu Qaydalar mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən fəaliyyətin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və informasiya sistemləri vasitəsilə digər dövlət qurumlarına, fiziki və hüquqi şəxslərə elektron xidmətlər göstərilməsi ilə bağlı məsələləri tənzimləyir. 2.1.1. elektron xidmətlər - mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq digər dövlət qurumlarına, fiziki və hüquqi şəxslərə informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə, tərəflər arasında bilavasitə təmas olmadan göstərilən xidmətlər; 2.1.3. elektron xidmət təminatçısı (bundan sonra - təminatçı) - elektron xidmətlər göstərən mərkəzi icra hakimiyyəti orqanı və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxs; 5.1. Elektron xidmətlərdən istifadə zamanı istifadəçilərin aşağıdakı hüquqları vardır: 5.1.1. elektron xidmətləri müvafiq inzibati reqlamentə uyğun qaydada və vaxtında almaq; 5.1.2. elektron xidmətlərdən istifadə etmək üçün dolğun, aktual və düzgün məlumat əldə etmək; 5.1.3. elektron xidmətlərdən eyni şərtlərlə və bərabərhüquqlu istifadə etmək; 7.1.3. elektron xidmətin göstərilməsinin gedişatı barədə istifadəçiyə məlumat almaq imkanının yaradılması və nəticənin ona təqdim edilməsi; 7.2. Elektron xidmətlərin göstərilməsi zamanı təminatçı istifadəçidən inzibati reqlamentdə nəzərdə tutulmayan sənədlərin, həmçinin digər dövlət qurumlarının informasiya ehtiyatlarında mövcud olan sənədlərin və məlumatların təqdim edilməsini, o cümlədən, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, digər dövlət qurumlarına əlavə müraciət etməsini, hər hansı razılaşdırma aparılmasını tələb etməməlidir. 7.3. Təminatçı istifadəçi tərəfindən elektron formada göndərilmiş sənədlərin və məlumatların adi qaydada emal edilməsini, saxlanılmasını və mövcud kargüzarlıq qaydalarına müvafiq olaraq baxılmasını təmin etməlidir. 17 oktyabr 2012-ci il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı” yeni redaksiyada təsdiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi (9.13-cü bənd) və Əmək müqaviləsi bildirişləri barədə məlumatın işçilərə verilməsi (9.14-cü bənd) növdə elektron xidmətlər müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Həmin Fərmanın 3.1.1-ci maddəsinə əsasən, öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin vəzifəsidir. Qeyd edilən normativ hüquqi aktların təhlili bu nəticəyə gəlməyə əsas verir ki, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir, qarşıya qoyulan məqsəd modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının göstərdiyi xidmətlərin operativliyinin və keyfiyyətinin, habelə dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılmasıdır. Bu sahədə dövlət siyasətini həyata keçirən və əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsinə riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək Xidmətin vəzifəsidir. Məhkəmə qeyd edir ki, qeyd edilən qaydalar məhz işəgötürən tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsini tənzimləyir. Lakin qeyd edilən hal həmin məlumatların işçinin təşəbbüsü və tələbi ilə elektron informasiya sisteminə daxil edilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, əmək müqaviləsi hər iki tərəfin razılığı ilə bağlanır, tərəflərdən hər birinin ayrılıqda təşəbbüsü ilə xitam verilə bilər. Əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi halları Əmək Məcəlləsinin 69-cu maddəsi, işəgötürənin təşəbbüsü ilə xitam verilməsi halları Əmək Məcəlləsinin 70-ci maddəsi ilə tənzimlənir. Eləcə də Əmək Məcəlləsi tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsaslarını (74-cü maddə) və əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsini tənzimləyir (75-ci maddə). Belə olan halda, ancaq işəgötürənin təşəbbüsü və iradəsi ilə əmək müqaviləsinə ləğv edilməsinə dair məlumatın elektron informasiya sisteminə daxil edilməsi imkanının olduğunun bildirilməsi tərəflərin bərabərlik hüququnun, nəticədə işçinin əmək hüququnun pozulması ilə nəticələnə bilər. Məhkəmə hazırkı halda cavabdehin iddiaçı ilə işəgötürən arasında xitam verilməmiş əmək müqaviləsinin mövcudluğu ilə bağlı dəlili ilə razılaşmayaraq qeyd edir ki, EİS-də mövcud olan qeyd hazırda formal xarakter daşıyır. Məhkəmə hesab edir ki, əmək müqaviləsinin ləğv edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsinə dair ərizə ilə də iddiaçı arzuladığı nəticəni əldə edə bilməyəcək. Belə ki, cavabdeh qurum həmin məlumatın EİS-ə məhz işəgötürən tərəfindən daxil edilməli olunduğunu bildirir. Digər tərəfdən əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilə bildiyindən həmin faktın məhkəmə qaydasında müəyyən olunmasını məhkəmə mümkün hesab etmir. Elektron informasiya sisteminə yalnız işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin daxil edilməli olmasına dair cavabdehin yanaşması işçinin işəgötürənə münasibətdə bərabərlik hüququnun və sərbəst iş yeri seçmək hüququnun pozulması ilə nəticələnə bilər. Hazırkı halda iddiaçının işəgötürən tərəfindən və ya işəgötürənin səlahiyyət verdiyi şəxs tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin elektron informasiya sisteminə daxil edilməsi yuxarıda göstərilən səbəblərdən imkan xaricindədir. Belə ki, iddiaçı öz arzusu ilə əmək müqaviləsini ləğv edilməsini tələb etsə də, lakin onun iradəsinə zidd olaraq bu günədək əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməməsi nəticəsində onun konstitusion hüququ olan əmək hüququ pozulmuşdur. İddiaçının adına "xxxx" MMC tərəfindən “Elektron hökumət” portalında yerləşdirilmiş əmək müqaviləsinin bağlanması barədə bildiriş mövcud olduğu halda, onun başqa işəgötürənlə əmək müqaviləsi bağlaması, həmin bildirişin elektron informasiya sisteminə daxil edilməsi mümkünsüzdür. Odur ki, qeyd edilən müddətdə iddiaçının əsas iş yeri kimi işlədiyi yeri müəyyən edə bilməməsi onun sərbəst surətdə iş yeri seçmək hüququnu məhdudlaşdıra bilər. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanuna zidd hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilərək İddiaçı ilə "xxxx" MMC-nin təmsilçisi X5 arasında iddiaçının xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Qanunun: -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ilə "xxxx" MMC-nin təmsilçisi X5 arasında iddiaçının xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar