Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5627/2022 15.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məhdudiyyətin götürülməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən ümumi sahəsi 1,2 ha olan torpaq sahəsi üzrə məhdudiyyətin (qadağanın) götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil izahatında bildirdi ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən ümumi sahəsi 1,2 ha olan torpaq sahəsi İddiaçı MMC-nin mülkiyyətindədir. Həmin torpaq sahəsi 10 torpaq sahəsindən birləşdirilmiş və ona dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarış verilmişdir. Bundan əvvəl isə qeyd olunan 10 torpaq sahəsi iddiaçı tərəfindən qanuni əsaslara notarial qaydada təsdiq olunmuş alıqsatqı müqavilələri əsasında əvvəlki mülkiyyətçisi X3 alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya mülkiyyət hüququ əsasında məxsus həmin torpaq sahəsi üzərinə məhdudiyyət qoyulmuşdur. İddiaçı cavabdehə müraciət edərək həmin əsassız məhdudiyyətin götürülməsini xahiş etmişdir. Cavabdehin 10 yanvar 2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 izahatında bildirdi ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(81)-2132/2015 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Səbail rayon Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 421 nömrəli qərarı ilə Səbail rayonu ərazisində Səbail rayonu, Salyan şossesi 12 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinin mülkiyyət hüququ əsasında X9 adına qeydiyyata alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün cavabdeh orqana göndərilmiş və sonuncu tərəfindən ********** qeydiyyat nömrəsi ilə icra olunaraq X9 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X17 müvafiq torpaq sahəsini X5, o da öz növbəsində İddiaçı MMC-yə satmışdır. X2 məhkəməyə ərizə ilə müraciət edərək, üçüncü şəxs qismində cəlb olunmaqla 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsinini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə X15 həmin iş üzrə üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb olunmuşdur. 1 saylı Bakı İnzibatiiqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-2132/2018 saylı qərardadı ilə həmin məhkəmənin xx.xx.2015-ci il tarixli, 2-1(81)-2132/2015 saylı qərarı ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(81)-11/2019 saylı qərar ilə iddia tələbi təmin edilərək, Səbail rayon Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 421 nömrəli qərarı ilə Səbail rayonu, Salyan şossesi, 12 ünvanda yerləşən 1.200 kv m torpaq sahəsinin X9 adına qeydiyyata alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan sözügedən iş üzrə üçüncü şəxs olan X15 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-995/2020 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-11/2019 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-267/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 07.10 2020-ci il tarixli, 2-1(103)-995/2020 saylı qərarından İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. Göründüyü kimi, sözügedən torpaq sahəsinin verilməsinə əsas olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2- 1(81)-2132/2015 saylı qərarı ləğv olunmuş, iddia tələbi təmin olunmamışdır. Beləliklə, müvafiq torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsas olmuş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarının ləğv edilməsi ilə əlaqədar daşınmaz əmlakın milli qeydiyyat sistemində və reyestr kitabında müvafiq qeydlər aparılmışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində xx.xx.2021-ci il tarixli müraciətinizə baxılmışdır. Bildiririk ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(81)-2132/2015 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Səbail rayon Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 421 nömrəli qərarı ilə Səbail rayonu ərazisində Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 1.200 kv.m torpaq sahəsinin mülkiyyət hüququ əsasında X9 adına qeydiyyata alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2015ci il tarixli, 2-1(81)-2132/2015 saylı qərarı qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş və İdarə tərəfindən ********** qerydiyyat nömrəsi ilə icra olunaraq X9 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X17 müvafiq torpaq sahəsini X5, o da öz nöbəsində İddiaçı MMC-yə satmışdır. X2 məhkəməyə ərizə ilə müraciət edərək, 3-cü şəxs qismində cəlb olunmaqla 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1 (81)-2132/2015 saylı qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsinini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)- 1870/2018 saylı qərardadı ilə X15 hazırkı iş üzrə 3-cü şəxs kimi inzibati məhkəmə icraatına cəlb olunmuşdur. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)-2132/2018 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(81)-2132/2015 saylı qərarı ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)- 11/2019 saylı qərar ilə iddia tələbi təmin edilərək, Səbail rayon Bələdiyyəsinin xx.xx.2006cı il tarixli 421 nömrəli qərarı ilə Səbail rayonu ərazisində Səbail rayonu, Salyan şossesi 12 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinin X9 adına qeydiyyata alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan üçüncü şəxs X15 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(103)-995/2020 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)- 11/2019 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-267/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(103)-995/2020 saylı qərarından İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. Göründüyü kimi, sözügedən torpaq sahəsinin verilməsinə əsas olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(81)-2132/2015 saylı qərarı ləğv olunmuş, iddia tələbi təmin olunmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, müvafiq torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsas olmuş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(81 )- 2132/2015 sylı qərarının ləğv edilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemində və reyestr kitabında müvafiq qeydlər aparılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, ünvan ünvanda yerləşən sahəsi 1,2 ha olan torpaq sahəsinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı MMCnin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin surətlərindən görünür ki, satıcı X10 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən, hər bir müqavilə üzrə sahəsi 0,12 ha olmaqla, ümumilikdə 1.2 ha torpaq sahəsini alıcı İddiaçı MMC-nin mülkiyyətinə verir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-11/2019-cu il saylı, xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, iddiaçı X13 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər X15 və İddiaçı MMC işə cəlb edilməklə çıxarışın və tekniki pasportun verilməsi tələbi barədə iddiası təmin edilmiş, Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 12 saylı sərəncamı ilə X13 mülkiyyətinə ayrılmış Səbail rayonu ərazisində Səbail rayonu, Salyan şossesi, 12 ünvanda yerləşən 1.200 kv.m torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alımması, həmin torpaq sahəsinə dair müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-995/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, üçüncü şəxs İ.Cəfərovun nümayəndəsi və vəkili M.Dəmirov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-11/2019 saylı qərarı ləğv edilmiş, iddiaçı X13 mülkiyyətində olan, Səbail rayon Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 223 saylı qərarı ilə Səbail rayonu ərazisində Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 1.200 kv.m torpaq sahəsinin mülkiyyət hüququ əsasında qeydiyyata alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 267/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, üçüncü şəxs İddiaçı MMC-nin kassasiya şikayəti mümkün sayılmamışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya (surəti Bakı Apellyasiya Məhkəməsinə) ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-1(81)-2132/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, X13 mülkiyyətində olan, Səbail rayon Bələdiyyəsinin 29 oktyabr 2006-cı il tarixli 421 saylı qərarı ilə Səbail rayonu ərazisində Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 1.200 kv.m torpaq sahəsinin mülkiyyət hüququ əsasında qeydiyyata alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 aprel 2015-ci il tarixli 2-1(81)- 2132/2015 saylı qərarından şikayət verilməmiş, qərar qanuni qüvvəyə minmiş və icra edilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuşdur. Müvafiq qərar Bakı şəhər Ərazi İdarəsi tərəfindən icra edilmiş və Bakı şəhəri, Salyan şossesi 12 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X13 adına **********26 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, xx.xx.2015-ci il qeydiyyat tarixi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhər 51 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş AN-İ seriyalı, ******* nömrəli, DNKnın 4Ə-491 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsinə əsasən X13 mülkiyyətində olan Bakı şəhəri, Salyan şossesi 12 ünvnında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini X1. X10 tərəfindən 14 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş alğı-satqı müqaviləsinə əsasən sözügedən torpaq sahəsini "xxxx" MMC-yə satmışdır. Hazırda həmin torpaq sahəsi sonuncunun xüsusi mülkiyyətindədir. Daha sonra, X15 məhkəməyə ərizə ilə müraciət edərək, 3-cü şəxs qismində cəlb olunmaqla 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 aprel 2015-ci il tarixli 2-1(81)-2132/2015 saylı qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2132/2015 saylı, 08 may 2018-ci il tarixli qərardadı ilə X7 ərizəsi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-1870/2018 saylı, 19 iyul 2018-ci il tarixli qərardadı ilə X7 apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2132/2015 nömrəli iş üzrə 08 may 2018-ci il tarixli qərardadı ləğv edilmiş, X7 ərizəsi təmin edilmiş, X15 hazırki iş üzrə üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2132/2019 saylı, 16 oktyabr 2018-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2132/2015 saylı, 16 aprel 2015-ci il tarixli qərarı ləğv edilmiş və işin icraatı təzələnmişdir. xx.xx.2019-cu il tarixdə "xxxx" MMC vəsatat verərək, üçüncü şəxs qismində işə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 10 sentyabr 2019-cu il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində işə cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2-1(81)-11/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri Səbail Bələdiyyəsinin 18 iyul 2003-cü il tarixli, 12 saylı sərəncamı ilə X13 mülkiyyətinə ayrılmış Səbail rayonu ərazisində, Səbail rayonu, Salyan şössesi 12 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə dair müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə olunması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-995/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2-1(81)-11/2019 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmamışdır. Üçüncü şəxs İddiaçı MMC-nin nümayəndəsi həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)- 267/2021 saylı qərarı ilə üçüncü şəxs İddiaçı MMC-nin kassasiya şikayəti mümkün sayılmamışdır. Həmçinin nəzərinizə çatdırırıq ki, X15 tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2132/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarının icrasına geri dönüş barədə, yəni "xxxx" MMC-yə məsxsus dövlət reyestrinin qismən, yəni Səbail rayonu, Salyan şossesi 12 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinə, X11 aid hissədə dövlət reyestri məlumatlarının silinməsi və həmin hissədə inzibati aktın (çıxarışın) ləğv ediilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı inzibati Məhkəməsinin 2-1(81)-11/2019 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə qərardadı ilə ərizə təmin edilməmişdir. Qeyd olunan məhkəmə mübahisələrindən göründüyü kimi X13 adına olan Bakı şəhəri, Salyan şossesi 12 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsinin verilməsinə əsas olmuş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 aprel 2015-ci il tarixli 2-1(81)-2132/2015 saylı qərarı ləğv edilmişdir. Buna görə də, ərizənizin icrası tərəfimizdən mümkün deyildir. Həmin məktuba əlavə edilmiş Bakı İnzibati Məhkəməsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 1 saylı Bakı-İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2132/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək X13 mülkiyyətində olan, Səbail rayon Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 421 saylı qərarı ilə Səbail rayonu ərazisində Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 1.200 kv.m torpaq sahəsinin mülkiyyət hüququ əsasında qeydiyyata alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 16 aprel 2015-ci il tarixli 2-1(81)-2132/2015 saylı qərarından şikayət verilməmiş, qərar qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. Məhkəməyə X15 ərizə ilə müraciət edərək, üçüncü şəxs qismində cəlb olunmaqla 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 16 aprel 2015-ci il tarixli 2-1(81)-2132/2015 saylı qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 08 may 2018-ci il tarixli 2-1(81)-2132/2015 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1870/2018 saylı, 19 iyul 2018-ci il tarixli qərardadı ilə X7 apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-2132/2015 nömrəli iş üzrə 08 may 2018-ci il tarixli qərardadı ləğv edilmiş, X7 ərizəsi təmin edilmiş, X7 hazırkı iş üzrə vəsatət verərək, iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 10 sentyabr 2019-cu il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2- 1(81)-11/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri Səbail Bələdiyyəsinin 18 iyul 2003-cü il tarixli 12 saylı sərəncamı ilə X13 mülkiyyətinə ayrılmış Səbail rayonu ərazisində Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 1.200 kv.m torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə dair müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə olunması qərara alınmışdır. Həmin qərardan üçüncü şəxs İ.Cəfərovun nümayəndəsi və vəkili M.Dəmirov tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-995/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə üçüncü şəxs İ.Cəfərovun nümayəndəsi və vəkili M.Dəmirov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2-1(81)-11/2019 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddiaçı X13 mülkiyyətində olan, Səbail rayon Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 223 saylı qərarı ilə Səbail rayonu ərazisində Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 1.200 kv.m torpaq sahəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi rədd edilmişdir. Həmin qərardan üçüncü şəxs İddiaçı MMC və onun vəkili A.Tixamirov tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-267/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə üçüncü şəxs İddiaçı MMC-nin kassasiya şikayəti mümkün sayılmamışdır. İş üzrə müvəqqəti xarakterli müdafiə tədbiri qismində, o cümlədən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus 1,2 ha torpaq sahəsi üzərində məhdudiyyət qoyulması barədə hər hansı bir qərardad qəbul edilməmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-11/2019 saylı, xx.xx.2022-ci il tarixli qərardadı 28 mart 2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2-1(81)-11/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri Səbail Bələdiyyəsinin 18 iyul 2003-cü il tarixli 12 saylı sərəncamı ilə X13 mülkiyyətinə ayrılmış Səbail rayonu ərazisində Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 1.200 kv.m torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə dair müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə olunması qərara alınmışdır. Həmin qərardan üçüncü şəxs İ.Cəfərovun nümayəndəsi və vəkili M.Dəmirov tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-995/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibatiiqtisadi Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2-1(81)-11/2019 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmamışdır. Üçüncü şəxs İddiaçı MMC-nin nümayəndəsi həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-267/2021 saylı qərarı ilə üçüncü şəxs İddiaçı MMC-nin kassasiya şikayəti mümkün sayılmamışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-995/2020 saylı, xx.xx.2020-ci il tarixli qərar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22, 23 və 89-cu maddələrinə əsasən qərar qanuni qüvvəyə minmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-304/2018ci il saylı, xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və 3-cü şəxslər X10 və “Atlas ES" MMC-yə qarşı torpaq sahəsinin hüquqi qeydiyyatdan keçirilməsi tələbi barədə iddiası rədd edilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1710/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı X8 apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-304/2018 nömrəli, 27 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin məktuba əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1081/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, iddiaçı X8 apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-304/2018 nömrəli, 27 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 3370/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 avqust 2019-cu il tarixli, 2-1(103)- 1081/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti təmin olunmamışdır. Həmin məktuba əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(81)-11/2019 saylı qərardadının surətindən görünür ki, iddiaçı X13 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı 3-cü şəxslər X15 və İddiaçı MMC işə cəlb edilməklə çıxarışın və texniki verilməsi barədə iddia tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2132/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarının icrasına dönüş edilməsi məsələsinə dair ərizəsi təmin edilməmişdir. Həmin məktuba əlavə edilmiş Bakı İnzibati Məhkəməsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (surəti iddiaçıya) ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilir: İddiaçı MMC-nin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış ərizəsinə əsasən bildiririk ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-2127/2015 saylı, 16 aprel 2015-ci il tarixli Qərarına əsasən X16 mülkiyyətində olan, Səbail Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 421 saylı qərarı ilə Səbail rayonu ərazisində Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1.200 kv.m torpaq sahəsinin mülkiyyət hüququ əsasında qeydiyyata alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Qərar qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilmişdir. Sonradan həmin qərardan X12 tərəfindən apelyasiya şikayəti və iş üzrə 3cü şəxs qismində cəlb edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə vəsatət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-12/2019 saylı, 05 fevral 2019-cu il tarixli qərardadı ilə X4 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-2127/2015 nömrəli iş üzrə 16 aprel 2015-ci il tarixli qərarından apelyasiyası mümkün sayılmamış, apelyasiya şikayətinin qəbul olunmasından imtina edilmiş, T.Fərhadovun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmə barədə vəsatəti təmin edilməmişdir. Qərardaddan kassasiya şikayəti daxil olmamış qanuni qüvvəsini almışdır. Həmin məktuba əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-12/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının surətindən görünür ki, X4 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-2127/2015 nömrəli iş uzrə 16 aprel 2015-ci il tarixli qərarından apellyasiyası mümkün sayılmamış, apellyasiya şikayətinin qəbul olunmasından imtina edilmiş, T.Fərhadovun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmə barədə vəsatəti təmin edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X7 3-cü şəxs qismində icraata cəlb edilməklə bağlı ərizəsi əsasında Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1870/2018 saylı, xx.xx.2018-ci il tarixli bildirişi İdarəyə daxil olmuşdur. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən torpaq sahəsi üzərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-267/2021 saylı qərarı ilə müvəqqəti nəzarət qoyulması ilə bağlı Milli Qeydiyyat Sistemində və reyestr aparılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Səbail rayonu, ünvan ünvanda yerləşən sahəsi 1,2 ha olan torpaq sahəsinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı MMCnin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinin bir hissəsi ilə əlaqədar məhkəmə mübahisəsi olsa da və qeyd olunan məhkəmə mübahisəsinə görə həmin torpaq sahəsinin üzərinə cavabdeh tərəfindən məhdudiyyət (müvəqqəti nəzarət) qoyulsa da, hazırda həmin mübahisə yekunlaşmışdır və ümumi sahəsi 1,2 ha olan torpaq sahəsi hazırda iddiaçının mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, torpaq sahəsinin üzərində məhdudiyyətin saxlanılması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən ümumi sahəsi 1,2 ha olan torpaq sahəsi üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5627/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5627/2022
15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver