Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5629/2022 08.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “maddi və mənəvi zərərin ödənilməsi” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin hərəkətlərinin qanunsuz sayılması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində əldə edə bilmədiyi 20.000 (iyirmi min) manat gəlir - əldən çıxmış fayda, bütün bu qanunsuz müdaxilə və hərəkətlər nəticəsində onun çəkdiyi və çəkməkdə davam etdiyi mənəvi iztirablara görə 100.000 (yüz min) manat məbləğində mənəvi zərər, ümumilikdə 120.000 (yüz iyirmi min) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəfindən verilmiş ərizə əsasında iş üzrə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş və iddia tələbi dəqiqləşdirilərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində əldə edə bilmədiyi 20.000 (iyirmi min) manat gəlir-əldən çıxmış fayda, bütün bu qanunsuz müdaxilə və hərəkətlər nəticəsində çəkdiyi mənəvi iztirablara görə 100.000 (yüz min) manat məbləğində mənəvi zərər, ümumilikdə 120.000 (yüz iyirmi min) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsi məzmunda icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-720/2018 saylı,14 iyun 2018-ci il tarixli qərarına əsasən iddiaçıya müharibə veteranı kimi nəzərdə tutulmuş sosial müavinətin təyin edildiyi gündən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2092/2018 saylı, 04 oktyabr 2018-ci il tarixli qərarına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1720/2018 saylı,14 iyun 2018-ci il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-357/19 saylı, 23 yanvar 2019-cu il tarixli qərarına əsasən isə Bakı Apellyasiya Məhkəməsinin 2-l(103)-2092/2018 saylı, 04 oktyabr 2018-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Müharibə veteranı müavinətinin cavabdeh tərəfindən qanunsuz olaraq verməkdən imtina etməsi nəticəsində iddiaçının Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan hüquqları pozulmuş, psixoloji sarsıntı keçirmiş, ona zərər dəymişdir. Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin Azərbaycan Respublikası İnzibati - Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş və cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Lakin cavabdehin iddiaya dair yazılı münasibəti daxil olmamışdır. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2743/2017 nömrəli, xx.xx.2017ci il tarixli qərarından görünür ki, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. - İddiaçıya Azərbaycan Respublikası Müdafiəsi Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş M/V seriyalı, 059540 nömrəli, xx.xx.2017-ci il tarixli vəsiqənin surətindən görünür ki, o, müharibə veteranı olmaqla müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1720/2018 nömrəli, xx.xx.2018ci il tarixli qərarından görünür ki, iddia tələbi təmin edilmiş və İddiaçı müharibə veteranı kimi nəzərdə tutulmuş sosial müavinətin təyin edildiyi gündən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə həvalə edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(103)-2092/2018 nömrəli, 04 oktyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-720/2018 saylı, 14 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(102)- 357/19 nömrəli, 23 yanvar 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 4 oktyabr tarixli, 2-1(103)-2092/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1720/2018 nömrəli, 11 aprel 2019-cu il tarixli məktubundan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2-1(82)-1720/2018 saylı qərarı icra üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə göndərilmişdir. - İddiaçıya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən ünvünlünmış 24 noyabr 2017-ci il tarixli məktubunda bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.6 maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin verilməsi nəzərdə tutulmuşdur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərildiyi kimi veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu müavinət veteranlıq statusunu təsdiq edən veteran vəsiqəsinin verildiyi tarixdən hesablanmalıdır. Veteran vəsiqəsi isə iddiaçıya xx.xx.2017-ci il tarixdə verilmişdir. Həmin tarixdən ona müavinət təyin edilmişdir. - Cavabdehin iddiaçıya ünvanladığı 10 mart 2022-ci il tarixli, **********3 nömrəli məktubunda bildirilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1720/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə ona müharibə veteranı kimi nəzərdə tutulmuş sosial müavinətin təyin edildiyi gündən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 4 oktyabr tarixli 2-1(103)- 2092/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 357/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2018-ci il 4 oktyabr tarixli, 2-1(103)-2092/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məlumat üçün bildirilmişdir ki, cavabdehin məhkəmə qərarlarından apellyasiya və kassasiya qaydasında şikayət verməsi qanun pozuntusu hesab edilə bilməz. Cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1 və 90.1-ci maddələrində nəzərdə tutulan prosessual hüquqlarından istifadə etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 117.1.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra sənədi hesab edilir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 14 iyun tarixli, 2-1(82)-1720/2018 nömrəli qanuni qüvvəyə minmiş qərarı Fondun Suraxanı rayon şöbəsinə təqdim edildikdən sonra həmin qərarının icrası təmin edilmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial Ödənişlər altsisteminə əsasən ona müharibə veteranı kimi müavinətin təyin olunduğu xx.xx.2017-ci il tarixindən əvvəlki 3 il üçün ödənilməli məbləğ hesablanaraq xx.xx.2019-cu il tarixindən etibarən ödənilmişdir. Keçmiş dövr üçün ödənilməyən müavinətin ödənişi xx.xx.2019-cu il tarixində başa çatdırılmışdır. Eyni zamanda bildirilmişdir ki, məhkəmə qərarında keçmiş dövr üzrə ödənilməyən müavinətin birdəfəlik ödənilməsi öhdəliyi nəzərdə tutulmamışdır. Bu səbəbdən əvvəlki 3 il üzrə ödənilməli vəsait (1243,22 manat) Fondun keçmiş Suraxanı rayon şöbəsi tərəfindən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-2-ci maddəsinin tələblərinə uyğun olaraq tam şəkildə ödənilməmişdir. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 14 iyun tarixli 2-1(82)-1720/2018 nömrəli qərarı cavabdeh tərəfindən ağlabatan müddətdə və tam icra edilmişdir. Təqdim edilmiş sənədlər məhkəmə qərarının vaxtında icra edilməməsini və bunun nəticəsində dəymiş maddi və mənəvi zərəri sübut etmir. Bu səbəbdən ona hər hansı bir məbləğdə kompensasiyanın ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İddiaçı hazırki iddia tələbi ilə cavabdehdən ona vurulmuş maddi ziyana görə 20.000 (iyirmi min) manat və mənəvi zərərə görə 100.000 (yüz min) manat pulun ödənilməsini tələb edir. İnzibati Prosessual Məcəllənin 2.2.4 və 2.2.7 maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) və inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. Məhkəmə tərəfindən araşdırılan işin halları ilə müəyyən edilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2743/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Müdafiəsi Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən M/V seriyalı, 059540 nömrəli, xx.xx.2017-ci il tarixli vəsiqə iddiaçıya verildiyindən o, müharibə veteranı olmaqla müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Daha sonra iddiaçı ona müharibə veteranı kimi nəzərdə tutulmuş sosial müavinətin təyin edildiyi gündən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə həvalə edilməsi barədə iddia tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2-1(82)-1720/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə iddiası təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 4 oktyabr tarixli 2-1(103)-2092/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 2-1(102)-357/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 4 oktyabr tarixli, 2-1(103)-2092/2018 nömrəli qərarını dəyişdirilmədən qüvvədə saxlamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 14 iyun tarixli, 2-1(82)-1720/2018 nömrəli qanuni qüvvəyə minmiş qərarı Fondun Suraxanı rayon şöbəsinə təqdim edildikdən sonra həmin qərarının icrası təmin edilmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial Ödənişlər altsisteminə əsasən iddiaçıya müharibə veteranı kimi müavinətin təyin olunduğu xx.xx.2017-ci il tarixindən əvvəlki 3 il üçün ödənilməli məbləğ hesablanaraq xx.xx.2019-cu il tarixindən etibarən ödənilmişdir. Keçmiş dövr üçün ödənilməyən müavinətin ödənişi xx.xx.2019-cu il tarixində başa çatdırılmışdır. İddiaçının dəlillərinə görə cavabdeh onun müraciətini vaxtında təmin etməkdən və müavinəti ödəməkdən yayındıgından, bu hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. İddiaçının ona dəymiş zərərlə bağlı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə məhkəmə araşdırması zamanı hər-hansı qanunsuz və əsassız hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Belə ki, cavabdehin məhkəmə qərarlarından apellyasiya və kassasiya qaydasında şikayət verməsi qanun pozuntusu hesab edilə bilməz. Cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1 və 90.1-ci maddələrində nəzərdə tutulan prosessual hüquqlarından istifadə etmişdir. Əksinə cavabdeh inzibati orqan tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edildikdən sonra icrası təmin edilmiş, iddiaçıya müharibə veteranı kimi müavinətin təyin olunduğu xx.xx.2017-ci il tarixindən əvvəlki 3 il üçün ödənilməli məbləğ hesablanaraq 1243,22 manat Fondun keçmiş Suraxanı rayon şöbəsi tərəfindən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-2-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2019-cu il tarixindən ödənilərək xx.xx.2019-cu il tarixində tam başa çatdırılmış və beləliklə də məhkəmə qərarının icrası təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100.-ci maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. “İnzibati icraat haqqında” Qanunun 89.1.-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2.-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə MMnin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. İddia tələbinin mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “mənəvi zərərin ödənilməsi” barədə hüquqi mövqeyindən göründüyü kimi, sözügedən iddia o zaman təmin edilə bilər ki, cavabdehi hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə müəyyən edilmiş olsun. İşə məhkəmədə baxılarkən isə belə əlaqə müəyyən edilməmişdir. İddiaçı cavabdehin hərəkətsizliyi nəticəsində iztirab keçirdiyini, bu səbəbdən mənəvi zərər tələbinin əsaslı olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Ali Məhkəmə Plenumunun göstərilən qərarında qeyd edilmişdir ki, şəxsin iztirab keçirməsi dedikdə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin məhkəmədə araşdırılan hallarından isə cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının sağlamlığının pozulması, bunun nəticəsində fiziki əzab çəkməsi öz təsdiqini tapmamışdır. Beləliklə də hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Odur ki, cavabdehin mülki hüquq məsuliyyət daşıması, hər hansı zərərin əvəzinin ödənilməli olması istisna olunduğundan iddia əsassızdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı cavabdehin qanunsuz hərəkətləri nəticəsində əldə edə bilmədiyi 20.000 (iyirmi min) manat gəlir-əldən çıxmış fayda, bütün bu qanunsuz müdaxilə və hərəkətlər nəticəsində çəkdiyi mənəvi iztirablara görə 100.000 (yüz min) manat məbləğində mənəvi zərər, ümumilikdə 120.000 (yüz iyirmi min) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16-cı, 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilməsin. Qərardan inzibati rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5629/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5629/2022
08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver