Məhkəmə qərarları › İş №2-1(112)-563/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-563/2023

16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-563/2023 16.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılma barədə arxiv arayışının verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək, xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixinədək elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul etməsi və qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barəsində qərardan irəli gələn ehtiyata buraxılması barədə arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması barəsində qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı N974-cü il təvəllüdlü, xx.xx.N992-ci il tarixdən N994-cü ilin may ayına qədər Müdafiə Nazirliyinin tabeliyində olan döyüşən ordunun N saylı hərbi hissənin ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı N995-ci ilə qədər döyüş əməliyyatları aparılan Hərbi hissələrdə xidmət etdiyi üçün ona müharibə veteranı adı və vəsiqəsi verilməli idi. Azərbaycan Respublikasının Müdafiə Nazirinə və Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon şöbəsinə və Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinin xx.xx.20N6-cı il tarixli 9/2-7780 nömrəli məktubla N saylı Hərbi Hissəyə həqiqi hərbi xidmətə çağrılması barədə müraciət etmişdir. Füzuli rayonu N saylı hərbi hissə Komandirinin N sentyabr N992-ci il tarixli N9N nömrəli əmrindən göründüyü kimi həqiqətən də adı çəkilən hərbi hissədə Taborda və bütün təminatlarda təmin olunmuşdur. Ona SHXÇDX nın Zəngilan rayon İdarəsi tərəfindən verilmiş H3 № ******* saylı Hərbi biletin qanuni qrafalarında (7,9-cu səhifəsinin abzasların)dan görünür ki, iddiaçı həqiqi hərbi xidmət keçmiş və bu haqda Müdafiə Nazirliyinin Arxiv İdarəsinə sorğu verilsə də, Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsindən heç bir cavab verilməmişdir.

3. Məhkəmə tərəfindən iddiaçıya İPM-nin N3-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək iddia tələbinin “müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirməsi təklif edilmişdir.

4. Buna baxmayaraq iddiaçı iddia tələbini eyni məzmunda dəqiqləşdirərək xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixinədək elan olunan atəşkəsə qədər və tərxis olunduğu xx.xx.N996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul etməsinin, qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixinədək elan olunan atəşkəsə qədər və tərxis olunduğu xx.xx.N996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissələrdə ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barəsində qərardan irəli gələn ehtiyata buraxılmasının arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbinin qeyd edilən məzmunda dəyişdirilməsi qəbul edilmişdir.

5. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25 avqust 2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, xx.xx.N974-cü il təvəllüdül İddiaçı məhkumluğu barədə DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində heç bir məlumat qeydə alınmamışdır.

6. Məhkəmənin sorğusuna cavab olaraq Azəraycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli N9N nömrəli, 27 fevral N994-cü il tarixli 58 nömrəli, 0N may N994-cü il tarixli N2N nömrəli və 07 noyabr N994-cü il tarixli 3NN nömrəli əmrlərindən arxiv çıxarışları məhkəməyə təqdim edilmişdir. N nömrəli hərbi hissədən Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N nömrəli hərbi hissənin xx.xx.N992-ci ildən xx.xx.N994-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır.

7. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayıla bilməz: Belə ki, Azərbaycan Respublikası İPM-nin 35.N-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki iddia AR İnzibati-prosessual Məcəlləsinin 33.N -ci maddəsində təsbit edilən məcburetmə haqqında iddiadır. Bu qəbildən olan iddialar üçün xüsusi mümkünlük şərti iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etməsi və bunun nəticəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina edilməsi və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində hüquq və qanuni mənafelərinin pozulmasının əsaslandırılması təşkil edir.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair “Qərarının N.4- cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qərarın 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmüş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üçün tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə öhdəliyinin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s) də mövcudluğu yoxlanılmalıdır. Bununla əlaqədar qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Arxivi iddiaçının xidmətinə dair Mərkəzi Arxivdə olan əmrlər əsasında araşdırma apararaq, iddiaçıya arayış təqdim etmişdir. Beləliklə də, Mərkəzi Arxiv tərəfindən hər hansı hərəkətsizlik edilməmiş, müvafiq araşdırılma aparılaraq, iddiaçının xidmətinə dair arayış təqdim edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh İddiaçı N nömrəli hərbi hissədən tələb olunan əmrlər əsasında araşdırmaların nəticəsi barədə qərarın qəbul edilməsi və arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında tərəflər iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

9. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.20N5-ci il tarixli № 05 qərarından:

10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.20N5-ci il tarixli 05 nömrəli Qərarına əsasən: N.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. N.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.N. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.N. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. ...9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... ...N6.N. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. N6.2. İddia ərizəsi İPM-in 46.N-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. N6.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. N6.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.N-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. N6.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in NN.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in NN.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. N6.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər...

11. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

12. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının çatmaq istədiyi məqsədə uyğun olaraq lazımi qaydada qaldırılmamışdır və həmin tələbə uyğun (müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı) cavabdeh qurumun imtinası yoxdur. Belə ki, çatmaq istədiyi məqsədə uyğun olaraq məhkəmə iddia tələbini müharibə veteranı adı və vəsiqəsinin verilməsi kimi dəyişdirilməsini təklif etmiş, iddiaçı tələbini dəyişdirməmişdir. Odur ki, iddia tələbi iddia mümkün sayılmamalıdır.

13. Məhkəmə hesab edir ki, iddianın mümkün sayılmaması iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Belə ki, iddiaçı hüquqi marağına uyğun iddia tələbi ilə məhkəməyə müraciət edə bilər.

14. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan N0 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar