Məhkəmə qərarları › İş №2-1(112)-5630/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5630/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5630/2023 11.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) xx xxxx N975-ci il tarixdə doğulmuşdur, hazırda Bakı şəhərində yaşayır. N993-cü ilin oktyabr ayında Oğuz Rayon Hərbi Komissarlığı həqiqi hərbi xidmətə göndərilmiş, Biləcəri qəsəbəsindən toplanış məntəqəsinə gətirilmişdir. 777 saylı Hərbi hissəyə göndərilmişdir. N ay müddətində hərbi hissənin təlimlərində aktiv iştirak etmişdir. Sonradan o, digərləri ilə birlikdə Füzuli rayonunun Dilağarda kəndinə döyüş bölgəsinə göndərilmişdir. Həmin vaxt bölük Füzuli rayonunun Dilağarda, Alxanlı, Kürdmahmudlu, Balaəhmədli və digər kəndləri istiqamətində gedən döyüş əməliyyatlarında iştirak edirdi. N2 may N994-cü il tarixdə atəşgah elan olunduqdan sonra Tərtər rayonuna aparılmışdır. Döyüşlərdə yaralanan və həlak olan olmuşdur, iddiaçı da yaralanmışdır. Çoxlu sayda yaralı hospitallara aparılmışdır, iddiaçını Mingəçevir Xəstəxanasına göndərmişlər. O, 28 iyun N994-cü il tarixdən 8 iyun N994-cü il tarixədək həmin Xəstəxanada müalicə almışdır. Müalicədən sonra yenidən N saylı Hərbi hissəyə göndərilmişdir. Hərbi biletinə isə, N saylı Hərbi hissənin möhürü vurulmuşdur. Həmin dövrdə döyüşlərdə iştirak edən şəxslərin hərbi biletləri naməlum şəraitdə itmişdir. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Müraciətinə tələb olunan bütün sənədlər əlavə olunmuşdur. Bir müddət keçdikdən sonra N2 dekabr 2022-ci il tarixli 4/3- N3629 nömrəli cavab məktubu ilə ona bildirilmişdir ki, sənədlərə N5 noyabr 2022-ci il tarixli iclasda baxılmış və onun barəsində müsbət qərar qəbul edilmədiyindən, təqdim olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin müvafiq arxiv arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə N yanvar N994-cü il tarixdən sonrakı xidməti təsdiqlənmədiyindən və xidmət yerini özbaşına tərk etdiyindən, qanuni əsaslarla ehtiyata buraxılmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N6 saylı 22 sentyabr N995-ci il tarixli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona (iddiaçıya) müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunur. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Bu hal Müdafiə nazirinin iddiaçının arxiv sənədlərini saxlamağa məsul şəxslərinin və xidmət etdiyi hərbi hissənin aidiyyəti şəxslərinin səhvləridir. İddiaçı başqa hərbi hissəyə göndərilsə də, sonradan arxiv sənədlərindən məlum olmuşdur ki, guya hərbi hissəsi özbaşına təkt etmişdir və bu səbəbdən 777 Hərbi hissə komandirinin NN oktyabr N994-cü il tarixli 225 saylı əmri ilə şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyat sənədləri X5etmə məntəqəsinə göndərilmişdir. Özbaşına tərk etmə ilə bağlı araşdırma aparılmasını tələb etdikdə isə, Füzuli hərbi prokurorluğu tərəfindən verilmiş NN sentyabr 20N9-cu il tarixli N7/43N4 saylı cavab məktubunda onun barəsində həmin prokurorluqda təqsirləndirici material və ya cinayət işinin olmadığı müəyyən edilmişdir. İddiaçının Qarabağ uğrunda gedən döyüşlərdə iştirakını onunla birlikdə xidmət keçmiş döyüş yoldaşları öz izahatlarında təsdiq etmişlər. Onun döyüşlərdə yaralanması da Mingəçevir Xəstəxanasından verilmiş stasionat tibbi kartdan çıxarışla təsdiqlənir. O, yaralı vəziyyətdə müalicəyə göndərildiyi halda, hərbi hissəni özbaşına tərk edə bilməzdi. Vəkil sorğusuna Azərbaycan Respublikası Hərbi Prokurorluğundan verilmiş cavab məktubunda da onun 777, N və N saylı hərbi hissələrdə hərbi xidmıti ilə bağlı barəsində hərbi prokurorluqda cinayət işi və ya təqsirləndirici matetial olmadığı qeyd edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz Rayon Bölməsinin 24 yanvar 2022ci il tarixli məktubunda iddiaçının 6 oktyabr N993-cü il tarixdə Hərbi Komissarlıq tərəfindən hərbi xidmətə göndərildiyi göstərilsə də, sonradan qeyd olunur ki, Mərkəzi arxivin 24 oktyabr 20N9-cu il tarixli cavabında onun 777 saylı Hərbi hissənin iyun N992-ci il, aprel N994-cü il tarixli əmr və şəxsi heyətin əlifba qeydiyyatı kitabında xidməti barədə məlumat aşkar olunmamışdır. Halbuki, iddiaçının N992-ci ilin iyun ayında N8 yaşı tamam olmamışdır. O, 6 oktyabr N993-cü il tarixdə hərbi xidmətə göndərildiyi halda, adı N992-ci ilin iyun ayı üzrə siyahıda ola bilməzdi. Eləcə də N994-cü ilin aprel ayında o, Mingəçevir Şəhər Xəxtəxanasında iki ay müddətinə stasionar müalicə almışdır ki, həmin dövrdə onun adı siyahıda ola bilməzdi. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin 29 dekabr 202N-ci il tarixli N436 nömrəli məktubunda da onun (iddiaçının) N saylı hərbi hissənin göndərişi ilə N aprel N994-cü il tarixdə Xəstəxananın Nefrologiya şöbəsinə daxil olması və 8 iyun N994-cü il tarixdə Xəstəxanadan çıxarılması barədə məlumat verilmişdir. Onun müharibədə iştirakı və sonradan yaralanması ilə əlaqədar xəstəxanaya göndərilməsi hərbi komissarlığın arayışı, xəstəxananın arayışı, Hərbi prokurorluğun araşdırması və digər sənədlərlə təsdiqlənir. O, həqiqətən də xidmət yerini özbaşına tərk etmişdirsə, onda barəsində Hərbi Komissarlıq dərhal xidməti araşdırma aparıb cinayət işi açmalı idi. Halbuki, o, göstərilən müddətdə təxminən 25 – 30 nəfər yaralı döyüşçü ilə birlikdə Füzulidən Tərtərə, sonradan Gəncə Hospitalına göndərilmişdir. Orda yer olmadığından, Mingəçevir Xəstəxanasına aparılmışdır. Həmin Xəstəxanada müalicə ilə əlaqədar isə arxiv sənədləri mövcuddur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə, İPM-in 2.2.2, 45, 68-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiqlənmiş Əsasnamənin müddəalarına əsaslanaraq, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N6 nömrəli 22 sentyabr N995-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında Əsasnamə»nin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci ilin fevralın N-dən N94-cü ilin mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (keçmiş Qasım İsmayılov və Şaumyan (kənd)), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz Ağstafa, Qazax )Sofulu, Barxudarlı, Yuxarı Əksipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya onlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə haqqında iddia ilə nəticələnın inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültətiv deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə göstərilməsidir. Hərbi xidmət keçmə dedikdə isə, şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd olunur ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan mübahisəyə baxan məhkəmə üçün imperativdir. N) Şəxsin xidmət keçməsi – hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasıdır. 2) Bunun müvafiq sənədlərdə eks etdirilməsi – bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 20N8-ci il tarixli qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da daxil olmuşdur. Qeyd olunan şərtlərdən birinin və ya hər ikisinin mövcud olmaması şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina üçün əsasdır. İddia tələbinin təmin olunmasını istisna edən faktiki əsasında gəldikdə isə, qeyd etmək zəruridir ki, Mərkəzi Arxivin 25 yanvar 202N-ci il tarixli arayışı ilə iddiaçının N yanvar N994cü il tarixdən sonrakı xidməti və qanuni əsaslarla ehtiyata buraxılması təsdiq olunmur. Bununla əlaqədar Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya əsaslı olaraq iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Göstərilənlərə və N4.3, 48.2-ci maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindın verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N6 saylı 22 sentyabr N995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci hissəsinin Nci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.N-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun N5.N-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.N-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 35.N-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”nın ərizəçi İddiaçı ünvanlanmış N2 dekabr 2022-ci il tarixli məktubunda bildirilir ki, ərizəçiyə (İddiaçı) “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Komissiyanın N5 noyabr 2022-ci il tarixli iclasında baxılmış və onun barəsində müsbət qərar qəbul edilmədiyindən, təqdim olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin 25 yanvar 202N-ci il tarixli 9/2-426 nömrəli arayışına əsasən onun (ərizəçi İddiaçı) döyüş əməliyyatları aparılan dövrdə N yanvar N994-cü il tarixdən sonrakı xidməti təsdiqlənmədiyindən və döyüş əməliyyatları zamanı xidmət yerini özbaşına tərk etdiyindən, qanuni əsaslarla ehtiyata buraxılmadığından, Azərbaycan respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunur. «Vətəndaşların müraciətləri haqqında» Qanunun N4.0.8-ci maddəsinə əsasən ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda, həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 gün müddətinə şikayət vermək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz Rayon Bölməsinə Füzuli Hərbi Prokurorluğundan ünvanlanmış NN sentyabr 20N9-cu il tarixli məktubunda qeyd olunur ki, İddiaçı barəsində hal-hazırda Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və cinayət işi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin 25 yanvar 202N-ci il tarixli 9/2-426 nömrəli arxiv arayışında qeyd olunur ki, Oğuz RHK-dan çağırılmış N975-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N993-cü il tarixli NN0 nömrəli əmri ilə (əsas: sıra-N8) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınmışdır. N nömrəli hərbi hissə komandirinin N2 noyabr N993-cü il tarixli N28 nömrəli əmri ilə (əsas: §4) sürücü mexanik vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli N nömrəli əmri ilə (əsas: sıra-4) maddi təminat bölüyünə sürücü vəzifəsinə təyin olunmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyi üçün “RMO”-nun sıravisi İddiaçı Müdafiə nazirinin 5 sentyabr N994-cü il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin NN oktyabr N994-cü il tarixli 225 nömrəli əmrilə (əsas: sıra-N, §6) şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyat sənədləri X5 Etmə məntəqəsinə göndərilmişdir. N nömrəli hərb hissə komandirinin aprel – iyun N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hospitala yerləşdirilməsi və müalicə alması barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 dekabr 202N-ci il tarixli məktubunda qeyd olunur ki, xx xxxx N975-ci il tarixdə Xaçmaz rayonunda doğulmuş İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin N8 aprel 20N3-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22N.2.N və 69.3-cü maddələri ilə əmək haqqının 20%-i dövlət nəfinə tutulmaqla N il N0 ay 2N gün islah işləri cəzasına məhkum edilmiş və N4 may 20N5-ci it tarixdə cəza müddəti bitmişdir. İş materiallarında olan “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 29 dekabr 202N-ci il tarixli arayışında qeyd olunur ki, Oğuz rayonu Xaçmaz kəndində yaşayan, N975-ci il təvəllüdlü İddiaçı həqiqətən N90 sylı Hərbi hissənin göndərişi ilə N aprel N994-cü il tarixdə Mingəçevir Şəhər Birləşmiş Xəstəxanasının Nefrologiya şöbəsinə daxil olmuş və 8 iyun N994-cü il tarixdə Xəstəxanadan çıxarılmışdır. Diaqnoz: “Xroniki pielonefrit”. Qeydiyyat №-si: 3249. Arayış Mingəçevir Şəhər XN şöbəsinin xəstələrin xəstəxanaya daxil olması barədə tərtib edilmiş jurnalda aparılan qeydiyyata əsasən yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin 30 dekabr 202N-ci il tarixli 4/3-2593 nömrəli məktubunda qeyd olunur ki, vətəndaş İddiaçı hərbi bilet əvəzi arayışında xidmətilə bağlı heç bir qeyd olmadığından, xidmətini müəyyən etmək mümkün olmadığı üçün xidmət dövrünün aylarla qeyd edilməsi ilə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciət olunması məqsədəuyğundur. Alınmış arxiv arayışını zəruri sənədlərlə birlikdə (hərbi bilet əvəzi arayışın əsli və ya notarial qaydada təsdiq olunmuş surətini, şəxsiyyət vəsiqəsi surətini və s.) ətraflı ərizəsi ilə təqdim olunarsa vətəndaş İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxıla bilər. İş materiallarında olan Füzuli Hərbi Prokurorluğunun 2N yanvar 2022-ci il tarixli məktubunda qeyd olunur ki, N6 oktyabr N993-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı N993-cü ilin dekabr ayından N nömrəli hərbi hissənin tərkibində Füzuli rayonu ərazisində döyüşlərdə iştirak etməsi, N994-cü ilin may ayında yaralanıb müalicə olunduqdan sonra hərbi xidmətini N90 nömrəli, daha sonra isə 2N2 nömrəli hərbi hissələrdə davam etdirməsi ilə bağlı onun barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin X2 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz Rayon Bölməsinə ünvanlanmış 24 oktyabr 20N9-cu il tarixli məktubunda qeyd olunur ki, N nömrəli hərbi hissə komandirinin iyun N992-ci il tarixli, aprel N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz Rayon Bölməsinin 24 yanvar 2022-ci il tarixli məktubunda qeyd olunur ki, xx xxxx N975-ci il təvəllüdlü İddiaçı 6 oktyabr N993-cü il tarixdə keçmiş Oğuz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. N5 avqust 20NN-ci il tarixdə onun hərbi xidməti barəsində Azərbaycan Respubli Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinə sorğu edilmişdir. Arxivin 24 oktyabr 20N9-cu il tarixli 9/2-N6299 nömrəli məktubunda N nömrəli hərbi hissə komandirinin iyun N992-ci il tarixli, aprel N994-cü il te nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmadığı qeyd edilmişdir. Füzuli Hərbi Prokurorluğunun NN sentyabr 20N9-cu il tarixli N7/43N4 nömrəli məktubuna əsasən İddiaçı 20 sentyabr 20N9-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz Rayon Bölməsində hərbi qeydiyyata götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin X4 Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”sına ünvanlanmış 22 oktyabr 2022-ci il tarixli məktubunda qeyd olunur ki, N saylı Hərbi hissə komandirinin yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və N saylı Hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N saylı Hərbi hissə komandirinin N994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. N saylı və N saylı hərbi hissələrdə xidmət müddəti ayrı-ayrılıqda göstərilmədiyi uçun İddiaçı xidməti barədə əlavə araşdırma apara bilmirik. Məhkəmə qeyd edir ki, İddiaçı N993 – N994-cü illərdə xidməti ilə bağlı yetərli sübutlar təqdim olunmur. Belə ki, onun N994-cü ilin aprel – iyun aylarında Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında yaralı kimi müalicə olunması barədə məlumatlar mövcud olsa da, sonrakı xidməti, habelə qanuni əsaslarla xidmətdən tərxis olunması ilə bağlı hər hansı sənəd, məlumat yoxdur. Lakin nəzərə alınmalıdır ki, mövcud qanunvericilik normaları aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və hərbi biletlərlərin “müharibə veteranı” adı verilməsi üçün əsas kimi müəyyən edərkən onların hərbi xidmət keçməni dəqiqliklə təsdiqləyən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsi ilə şərtləndirir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi İddiaçı müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaəti belədir ki, İddiaçı N994-cü illərdə hərbi xidmət üzrə şəxsi heyətin sıralarından qanuni əsaslarla tərxis olunması mötəbər sübutlarla təsdiqini tapmır. Nəzərə alınmalıdır ki, Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən müvafiq komissiya iddiamının hərbi hissəni “özbaşına tərk etmə”si halını əsas gətirərək onun barəsində müsbət qərar qəbul etməmişdir. Hazırkı icraatda bu halı təkzib edən tutarlı sübut təqdim edilməmişdir. Odur ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.N, 58.7, 62, 75, 8N, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar