Məhkəmə qərarları › İş №2-1(112)-5631/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5631/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5631/2022 07.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Ağahüseynova Ası̇ ya Əbı̇ lfərz qızının Cavabdehnə qarşı "adın dəyişdirilməsi" tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Ağahüseynova Ası̇ ya Əbı̇ lfərz qızı cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adının “Asiya”dan “Cəmilə”yə dəyişdirilməsi, bununla əlaqədar doğum aktı qeydində düzəliş edilməsi və “İddiaçı Əbülfəz qızı” yazılmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddai tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək doğum akt qeydində adının “Asiya”dan “Cəmilə”yə dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1988-ci il tarixində Bakı şəhərində anadan olmuş, bu barədə Xətai rayon qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. 2010-cu ildə X2 ilə faktiki nikah münasibətləri yaranmış, xx.xx.2016-cı ildə onunla rəsmi nikaha daxil olmuş, uşaqları olmamış, sonradan Səbail rayon Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikaha girərkən soyadı Əliyeva olmuş, nikah pozulduqdan sonra Ağahüseynova soyadını qəbul etmişdir. Evli olarkən həyat yoldaşı onu məcbur etmişdir ki, adını dəyişdirsin. O, da məcbur olub 2012-ci ildə adını Cəmilədən Asiyaya dəyişmişdir. Suraxanı rayon Qeydiyyat şöbəsinin tərtib etdiyi “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı adı “Cəmilə”dən “Asiya”ya dəyişdirilmiş və bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 18 avqust 2012-ci il tarixdə 19 nömrəli qeyd edilmişdir. Hazırda əvvəlki Cəmilə adının qaytarılmasını istəyir, çünki Asiya adını məcburiyyətdən götürmüş, bu ad onun üçün əlavə problemlər yaradır, onu tanıyan bütün şəxslər onu Cəmilə kimi çağırır, Asiya adı formal xarakter daşıyır. Adının dəyişdirilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdehin xx.xx.2022ci il tarixli məktubunda heç bir səbəb göstərilmədən bildirilmişdir ki, ərizəsinin təmin edilməsi mümkün deyil və vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında icra edilir. Ona görə də o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi təklif olunsa da, etiraz məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-1646/2016 saylı 27 iyul 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 ilə cavabdeh X2 arasında 5 saylı Bakı”ASAN Xidmət Mərkəzi” Qeydiyyat Şöbəsində 14 yanvar 2016-cı il tarixdə bağlanmış və 186 №li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. - AZ-İ № 252182 nömrəli, xx.xx.2016-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X1 ilə olan nikah 22 dekabr 2016-cı il tarixdə ləğv edilmiş və akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 234 nömrəsi ilə qeyd aparılmışdır. Qadına Ağahüseynova soyadı verilmişdir. - AZ-İİ № 954691 nömrəli, xx.xx.2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı Ağahüseynova Ası̇ ya Əbı̇ lfərz qızı xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1988-ci il tarixdə 375 nömrəsi ilə qeyd aparılmışdır. - Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında AZ-İ №006011 nömrəli, xx.xx.2012-ci il tarixdə verilmiş şəhadətnamənin surətindən görünür ki, İddiaçı adı “Cəmilə”dən “Asiya”ya dəyişdirilmiş və bu barədə akt qeydləri kitabında 18 avqust 2012-ci il tarixdə 19 nömrəli qeyd edilmişdir. - Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən iddiaçının tərtib edilmiş xx.xx.2012-ci il tarixli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ilkin akt qeydinin ləğv edilməsi barədə müraciətinə baxılaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, 07-05/76 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını”nın 23-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında icra edilir. Məhkəmə qeyd edir ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.5ci bəndinə görə isə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2012-ci il tarixli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ilkin akt qeydi ilə iddiaçının adı “Cəmilə”dən Asiya”ya dəyişdirilmiş, iddiaçı yenidən adının dəyişdirilməsini tələb etməsinə baxmayaraq, iş üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3-cü bəndində qeyd edilən istisna haları, 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallardan hər hansı biri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddiaçı isə tələbinin əsası kimi heç bir səbəb göstərməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçı Ağahüseynova Ası̇ ya Əbı̇ lfərz qızının cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı “adın dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. HAKİM MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar