Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5631/2023 18.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “təkrar əlillik dərəcəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək qabiliyyətini itirdiyi üçün təkrar əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, hərbi xidmətdə olarkən xəstələnmiş və Silahlı Qüvvələrin Hərbi həkim komisiyasının qərarı ilə xəstəliyi şəhadətləndirilmiş və diaqnoz qoyulmuşdur, nəticədə təxris olunmuş və xx.xx.2015-ci il tarixdə 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkir, görmə qabliyyəti məhduddur. Belə ki, o, müayinə və müalicə olunmuş və hərbi həkim komisiyasından aldığı epikriz nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində X7 2-ci qrup əlillik dərəcəsi almışdır. O, xx.xx.2021ci ildə təkrar müayinə edilməklə əlillik dərəcəsinin təyin olunması ilə bağlı müraciət etsə də, ona verilən rəy normal olsa da, Dövlət Tibbi Sosial Ekspertizia və Reablitasiya Agentliyi tərəfindən imtinalar verilmişdir. İmtinanın səbəbi kimi həkim rəyi, ixtisaslaşmış müayinəyə ehtiyacı var kimi əsassız tələblər qoyulmuş, bu səbəbdən də, məhkəməyə müraciət etmişdir. Hazırda ürək infaktından əziyyət çəkir, ürək damarlarına stent qoyulmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 16 nömrəli Şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış, X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => 101 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.0 - Kəskin revmatik perikardit, Diaqnozun mətni: revmatizm, qeyri-fəal mərhələ, postmiakarditik kardioskleroz. ekstrasistolik aritmiya. ÜİX: X3 İİ F.S.” “Meyar: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Bakı 16 nömrəli Şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => 101 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.1 - Kəskin revmatik endokardit, Diaqnozun mətni: Hipertoniya xəstəliyi l-ll dər.” “Meyar: Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina verilmişdir. Həmin göndəriş əsasında xx.xx.2016-cı il tarixli müayinə aktı ilə qiymətləndirilərək “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar, X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => 101 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.1 - Kəskin revmatik endokardit, Diaqnozun mətni: ÜİX:Stabil gərginlik atenokardiyası İİ f.s. Hipertoniya xəstəliyi İİİ mərhələ. Ekstrasistolik aritmiya. Revmatizm, qeyri-fəal mərhələ. Postmiokarditik kardioskleroz. QDÇ İİ dərəcə. Alimentar-konstitusional piylənmə İİİ dərəcə. Düyünlü ur. Xroniki bronxit, Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101-109,111.0, İ13- 113.2,120-125,...”) səbəbi ilə 5 il müddətinə əlillik verilmişdir. Bakı Qaradağ Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ63 - Beyin infarktı => İ63.5 - Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində ..., Diaqnozun mətni: Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində yaranan beyin infarktı, Sol orta beyin arteriyası hövzəsində keçirilmiş geniş ölçülü işemik insultun davamlı qalıq əlamətləri. Spastik hemiplegiya, Sağ tərəfli spastik hemiplegiya-əzələ gücü 0.5 bal, sağ ətraf oynaqlarında bükücü kontraktura., Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əsas xəstəliyin ağırlaşmalarını təsdiq edən instrumental müayinələr ətraflı qeyd olunsun.” səbəbi ilə imtina verilmişdir. Bakı Qaradağ Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış, Diaqnozun mətni: Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində yaranan beyin infarktı, Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində yaranan beyin infarktı Sol orta beyin arteriyası hövzəsində keçirilmiş geniş ölçülü işemik insultun davamlı qalıq əlamətləri. Spastik hemiplegiya, Spastik hemiplegiya Sağ tərəfli spastik hemiplegiya-əzələ gücü 0.5 bal, sağ ətraf oynaqlarında bükücü kontraktura., Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: İxtisaslaşmış müayinəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2016-cı il tarixli 313 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı şəhadətləndirilmiş və diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı aşağıdakı kimi olmuşdur: İİİ (üçüncü) dərəcəli alimentar-konstitusional piylənmə. Simptomatik an erial hipertenziya öd kisəsinin polipi. Düyünlü ur, eutireoid forma. Sol gözün sadə miopik astiqmatizmi Em və M 0,75D nəticəsində görmə itiliyinin 0,8-ə qədəı azalması, korreksiya ilə 1,0, sağ gözün görmə itiliyinin 1,0 olmaqla, “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. İşdən görünür ki, iddiaçının əlillik vəziyyəti Bakı 16 nömrəli Şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında qiymətləndirilmiş, X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => 101 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.0 - Kəskin revmatik perikardit, Diaqnozun mətni: Revmatizm, Qeyri-Fəal Mərhələ, Postmiakarditik Kardioskleroz. Ekstrasistolik Aritmiya. Üix:X3 İİ F.S.” “Meyar: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Bakı 16 nömrəli Şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə yenidən baxılmış, X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => 101 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.1 - Kəskin revmatik endokardit, Diaqnozun mətni: Hipertoniya xəstəliyi l-ll dər.” “Meyar: Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina verilmişdir. Həmin göndəriş əsasında xx.xx.2016-cı il tarixli müayinə aktı ilə qiymətləndirilərək “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar, X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => 101 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.1 - Kəskin revmatik endokardit, Diaqnozun mətni: ÜİX: Stabil gərginlik atenokardiyası İİ f.s. Hipertoniya xəstəliyi İİİ mərhələ. Ekstrasistolik aritmiya. Revmatizm, qeyri-fəal mərhələ. Postmiokarditik kardioskleroz. QDÇ İİ dərəcə. Alimentar-konstitusional piylənmə İİİ dərəcə. Düyünlü ur.Xroniki bronxit, Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101-109, 111.0, İ13- 113.2,120-125,...” səbəbi ilə 5 il müddətinə əlillik verilmişdir. 5 illik müddət bitdikdən sonra Bakı Qaradağ Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış, “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ63 - Beyin infarktı => İ63.5 - Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində ..., Diaqnozun mətni: Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində yaranan beyin infarktı, Sol orta beyin arteriyası hövzəsində keçirilmiş geniş ölçülü işemik insultun davamlı qalıq əlamətləri.Spastik hemiplegiya, Sağ tərəfli spastik hemiplegiya-əzələ gücü 0.5 bal, sağ ətraf oynaqlarında bükücü kontraktura., Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əsas xəstəliyin ağırlaşmalarını təsdiq edən instrumental müayinələr ətraflı qeyd olunsun.” səbəbi ilə imtina verilmişdir. Daha sonra Bakı Qaradağ Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında yenidən qiymətləndirmə aparılmış, Diaqnozun mətni: Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində yaranan beyin infarktı, Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində yaranan beyin infarktı Sol orta beyin arteriyası hövzəsində keçirilmiş geniş ölçülü işemik insultun davamlı qalıq əlamətləri. Spastik hemiplegiya, Spastik hemiplegiya Sağ tərəfli spastik hemiplegiyaəzələ gücü 0.5 bal, sağ ətraf oynaqlarında bükücü kontraktura., Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: İxtisaslaşmış müayinəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. İş materiallarından görünür ki, iddiaçı bu imtinadan narazı qalaraq hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5631/2023 saylı qərardadı ilə əyani müayinəyə cəlb edilməklə İddiaçı təkrar əlillik dərəcəsinin verilməsi barədə müraciətinə yenidən baxılması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Həmin qərardada əsasən qəbul edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 05 iyul 2023-cü il tarixli, 3-17-4/3-3-16042/2023 nömrəli Qərarında göstərilmişdir ki, “Bakı şəhər sakini xx.xx.1986-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin U00042835GBS nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 313 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "İİİ (üçüncü) dərəcəli alimentar-konstitusional piylənmə. Simptomatik arterial hipertenziya. Öd kisəsinin polipi. Düyünlü ur, eutireoid forma. Sol gözün sadə miopik astiqmatizmi Em və M 0.75D nəticəsində görmə itiliyinin 0.8-ə gədər azalması, korreksiya ilə 1.0, sağ gözün görmə itiliyinin 1.0 olmaqla" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş "Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində yaranan beyin infarktı, Sol orta beyin arteriyası hövzəsində keçirilmiş geniş ölçülü işemik insultun davamlı qalıq əlamətləri. Spastik hemiplegiya, Sağ tərəfli spastik hemiplegiya-əzələ gücü 0.5 bal, sağ ətraf oynaqlarında bükücü kontraktura" diaqnozu araşdırılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı halsızlıq, yüksək arterial təzyiqdən şikayətlənmişdir. Anamnestik məlumatlarında 8-9 ay əvvəl infarkt keçirdiyini, ürək damarlarına 5 ədəd stent qoyulduğunu bildirmişdir. Müayinə zamanı arterial təzyiqi 140/90 mm.c.st., boyu 180 sm, çəkisi 109 kq, BKİ=34, saturasiyası (Sp02) 99%, nəbzi 82 vurğu müəyyənləşdirilmiş, yüngül fiziki aktivlik zamanı təngnəfəslik, aşağı ətraflarda ödem, trofik pozuntular izlənilməmiş, hərəkətlər sərbəst və ağrısız olmuşdur. 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2020-xx.xx.2020-ci il tarixli Çıxarışda diaqnoz "UİX X3 İİİ fs. UG-İİİ fs. Ekstrasistolik aritmiya. Revmatizm qeyri aktiv faza. Hipertoniya xəstəliyi İİİ mərhələ. Qara ciyər piy distrofiyası” kimi qeyd olunsa da, əlillik təyinatına əsas verməmişdir. X8 Mərkəzinin xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz "ÜİX. Sol mədəciyin aşağı divarının miokard infarktı kəskin mərhələ” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi "Koronar angioplastikadan sonrakı vəziyyət (2022). Aorta sərtləşib. Sol qulaqcıq genişlənib (4.4sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, həcmlər artıb, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunur, inferior lateralın bazalı, midi akinezdir sistolik funksiya azalıb (LVEF=52%). Aortal və Mitral qapaqlar fibrotikdir. Min MR. Min TR. Perikard təmizdir. Müayinə ekstrasistolik aritmiya fonunda aparıldı” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir.” Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 xx.xx.2023-cü il tarixli, 4986 saylı məktubundan görünür ki, X6 iddiası ilə bağlı təyin olunmuş məhkəmə-tibbi ekspertizasının aparılmasından ötrü onun özünün şəxsiyyət vəsiqəsi və tibbi sənədləri ilə Birliyə təqdim edilməsinə baxmayaraq bu günədək gəlmədiyindən ekspertizanı başa çatdırmaq mümkün olmamışdır. Bu səbəbdən sənədlər ekspertiza aparılmadan icrasız geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, əlillik şəxsdə müəyyən fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. Belə pozuntuların olması həkim-məsləhət komissiyası tərəfindən aparılan müayinədən sonra müəyyən olunur və bununla bağlı şəxs barəsində tibbi-sosial ekspertiza müayinəsinə göndəriş tərtib edilir, hansı ki, həmin göndərişdə şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilir. Yəni şəxsə əlillik təyin edilməsi üçün ilk növbədə onun sağlamlıq vəziyyətinin hansı diaqnoza uyğun gəlməsi müəyyən olunmalı, daha sonra həmin xəstəlik üzrə əlillik təyin edilməsi üçün müvafiq meyarların olub olmaması yoxlanılmalıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi isə xüsusi bilik tələb edən sahə olmaqla, funksional, diaqnostik, laborator və şəxsən obyektiv müayinələr nəticəsində müəyyən edilir, bu zaman xəstəlik tarixindən çıxarışlar (epikrizlər) toplanılır, ehtiyac yaranarsa, diaqnozun dəqiqləşdirilməsi üçün şəxs əlavə ambulator və ya stasionar müayinəyə göndərilir. Buna görə də qanunverici şəxsin iştirakı olmadan onun sağlamlıq vəziyyətinin qiymətləndirilməsinə yol vermir. Lakin işdən görünür ki, iddiaçı iddia tələbi üzrə xüsusi bilik tələb edən halların müəyyən edilməsi üçün təyin edilmiş ekspertizanın keçirilməsinə maneçilik törətmiş, ekspertizanın aparılmasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Qeyd olunanlar nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının iştirakı olmadan ekspertizanın keçirilməsi, ekspertiza keçirilmədən və ekspert qarşısında qoyulmuş suallar cavablandırılmadan isə iddiaçıya əlilliyin təyin edilməsindən imtinanın düzgünlüyünün müəyyən edilməsi, onun sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mümkünsüzdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazıkı iddia tələbi iddiaçıya əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsindən ibarət olmaqla məcburetmə haqqında iddia növünə aiddir. Deməli, belə bir aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək ilk növbədə iddiaçının vəzifəsidir. İşin istinad olunan hallarından məlum olur ki, iddiaçı nəinki belə bir sübutu məhkəməyə təqdim etməmiş, hətta həmin sübutun əldə edilməsinə şərait yaratmamaqla, onun arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtinasının qanuniliyinə qiymət vermək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin hərəkəti ilə iddiaçının hüquqlarının pozulması müəyyən edilmədiyindən iddiaçının tələbi təmin edilə və cavabdehin üzərinə iddiaçıya əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-5631/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5631/2023
18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver