Məhkəmə qərarları › İş №2-1(112)-5632/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5632/2020

19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5632/2020 19.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası X2 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı “xx.xx.2020-ci il tarixli 62/İSN saylı qərarının ləğv olunması və qida təhlükəsizliyi sertifikatının verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası X1rşı qərarın ləğv olunması və s. tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin “Malların (məhsulların) zərərsizləşdirilməsi və ya məhv edilməsi haqqında” xx.xx.2020-ci il tarixli 62/İSN saylı Qərarının ləğv olunması və Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin üzərinə İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixli QT 13328/20 nömrəli idxal icazə sənədi ilə ölkəyə idxal olunmuş, ümumi çəkisi 58.500 kq dondurulmuş putassu balığı məhsuluna qida təhlükəsizliyi sertifikatının verilməsi vəzifəsinin qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı MMC həmçinin müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müvəqqəti xarakterli müdafiə tədbiri qismində hazırkı iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdeh Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin “Malların (məhsulların) zərərsizləşdirilməsi və ya məhv edilməsi haqqında” xx.xx.2020-ci il tarixli 62/İSN saylı Qərarının icrasının dayandırılması və cavabdehin üzərinə həmin inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə dair ərizəsi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası X2 üzərinə hazırki işə mahiyyəti üzrə baxılıb qurtaranadək Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin “Malların (məhsulların) zərərsizləşdirilməsi və ya məhv edilməsi haqqında” xx.xx.2020-ci il tarixli 62/İSN saylı Qərarının icrasının dayandırılması və həmin inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə “Yeyinti məhsullarının gigiyenik ekspertizası” təyin edilərək, ekspertizanın keçirilməsi “Societe Generale de Surveillance Azeri LTD” məhdud məsuliyyətli cəmiyyətinə tapşırılmışdır. İddiaçı MMC xx.xx.2020-ci il tarixdə məhkəməyə iddiadan imtina edilməsi barədə 18/11-20 №li ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası X1rşı “xx.xx.2020ci il tarixli 62/İSN saylı qərarının ləğv olunması və qida təhlükəsizliyi sertifikatının verilməsi” barədə iddiadan imtina etdiyi üçün iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bununla əlaqədar məhkəmə tərəfindən “Societe Generale de Surveillance Azeri LTD” məhdud məsuliyyətli cəmiyyətinə məktubla müraciət olunaraq Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş “Yeyinti məhsullarının gigiyenik ekspertizası”nın keçirilmədən geri qaytarılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası X2 nümayəndəsi X4 İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası X1rşı “xx.xx.2020-ci il tarixli 62/İSN saylı qərarının ləğv olunması və qida təhlükəsizliyi sertifikatının verilməsi” barədə iddiası üzrə inzibati iş üzrə icraata iddiaçı iddiadan imtina etdiyi üçün xitam verilməsinə etiraz etmədiyini bildirdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 50.0.2-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsəni həll edir və bu barədə müvafiq qərardad qəbul edir Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4 iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi barədə ərizəsi təmin edilməklə, iş üzrə icraata iddiaçı iddiadan imtina etdiyi üçün xitam verilməlidir. İddiaçıya izah olunur ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən iddia ilə bağlı işə mahiyyəti üzrə baxan məhkəmə, bunun üçün kifayət qədər əsaslar olduğu hallarda istənilən zaman xidməti vəzifəsinə görə müvəqqəti xarakterli müdafiə barədə qərardadını dəyişdirə və ya ləğv edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi əsası ilə iş üzrə icraata xitam verildiyi üçün, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin ərizəsi üzrə görülmüş müvəqqəti xarakterli müdafiə tədbiri ləğv olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44.1, 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı iddiadan imtina edilməsi barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı “xx.xx.2020-ci il tarixli 62/İSN saylı qərarının ləğv olunması və qida təhlükəsizliyi sertifikatının verilməsi” barədə inzibati iş üzrə icraata iddiaçı iddiadan imtina etdiyi üçün xitam verilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi üzrə görülmüş müvəqqəti xarakterli müdafiə tədbiri ləğv olunsun. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar