Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5636/2024 20.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********07 saylı imtinasının əsassız hesab edilməsi və Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən 14/47 saylı 1000,0 kv.metr torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən 14/47 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün xx.xx.2023-cü il tarixli ********** saylı ərizə ilə cavabdehə müraciət etmişdir. Müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli **********07 saylı imtina məktubu də cavabdeh bildirmişdir ki, “Dəniz neftçisi” bağçılıqyoldaşlığın üzvləri siyahısında adı aşkar edilməmiş, həmçinin sözügedən bağşılıq yoldaşlıq təsərrüfatının bölgü sxemi İdarənin arxivində aşkar olunmamışdır. Bundan əlavə göstərilən torpaq sahəstı heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində olmamaqla bir hissəsi yüksək-gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Qeyd olunanlarla yanaşı, sənəd üzrə torpaq sahəsinin ölçüsü 1000 kv.metr göstərilsə də, faktiki 887 kv.metr təşkil edir. Halbuki, 14/47 aylı Bağçılıq üzvük kitabçasında, N.Nərimanov adına Neft və Qazçıxartma idarəsinin X1nın orderində, N.Nərimanov adına NQÇİ-si Həmkarlar İttifaqı Komitəsinin X1 üzvlərinin xx.xx.1999-cu il tarixli 54 saylı protokolundan çıxarışla, eləcə də adıma bağ sahsi olmasına dair sxemdən (ayrıc aktı) də görünür ki, mənə 1000 kv metrlik torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində çıxarış verilməsinə mane olan elektrik xətti keçmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" AR Qanununuhn 8.0.7-ci maddəsinə əsasən 2007-ci ilin mayının 22-dək müvafiq icra hakimiyyəti orqanın nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə verilən order, üzvlük kitabçası və üzvlərin iclas ımn protokolundan çıxarış təqdim edilmişdir. Cavabdeh imtina məktubu (inzibati akt) verməklə hüquqlarını pozmuş və mülkiyyət hüququnun tanınmasına maneə yaradır. Bu səbəbdən, hesab edir ki, məhkəmə müdafiə hüququndan istifadə edərək pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, idarənin arxivində saxlanılan "Dəniz Neftçisi" bağçılıq-yoldaşlığın üzvlərinin syahısında adı aşkar edilməmiş, həmçinin sözügedən X1nın bölgü sxemi idarənin arxivində aşkar olunmamışdır. Bundan əlavə, göstərilən torpaq sahəsi heç bir bağçılıqyoldaşlığın ayrıc aktı daxilində olmamaqla bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Qeyd olunanlarla yanaşı idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin sənəd üzrə ölçüsünün 1000 kv.m göstərilsə də, faktiki 887 kv.m təşkil etdiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş N.Nərimanov adına NQÇİ-si Həmkarlar İttifaqı Komitəsinin X1 üzvlərinin xx.xx.1999-cu il tarixli 54 saylı protokolundan çıxarışa əsasən İddiaçı X1na üzvlüyünə qəbul edilir və ona 1000kv.m olan 14/47 bağ sahəsi təhkim edilir. İş materiallarına əlavə edilmiş N.Nərimanov adına NQÇİ-si X1 tərəfindən verilmiş Orderindən və Bağçının üzvlük kitabçasından görünür ki, İddiaçı 1000kv.m olan 14/47 bağ sahəsi ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 10/369 saylı, xx.xx.1990-cı il tarixli 4/145 saylı, xx.xx.1990-cı il tarixli 7/437 saylı və xx.xx.1991-ci il tarixli 10/518 saylı qərarları ilə Səngəçal bağ massivindən N.Nərimanov adına NQÇİ-nin işçilərinə paylanmış bağ sahəsinin siyahısının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmçinin, bildirilmişdir ki, həmin bağçılıq yoldaşlığına aid bölgü sxemi arxiv qovluğunda aşkar olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə göndərilmiş Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən 14/47 saylı torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə -0.1 ha, faktiki 0.0887ha. Vətəndaş tərəfindən göstərilən torpaq sahəsinin sərhədləri bir tərəfinə qonşu tərəfindən mişar daşlar düzülmüşdür, qalan tərəflər şərtidir. Bəzi hissələrdə beton özül tökülmüş, işlər yarımçıq qalmışdır. Topraq sahəsi üzərində tikili yoxdur. Torpaq sahəsinin şərq tərəfindən 4.75m metr məsafədə 6 kv-luk, 9.0 m metr məsafədə 35 kv-luk hava, elektrik xətti keçir. Vətəndaş tərəfindən göstərilən torpaq sahəsi başqa fiziki şəxsə məxsus bağ sahəsinin qabağı olmuş və həmin bağ sahəsindən bu əraziyə mişar daşından pilləkan var. Göstərilən sahəsinin bağ sahələrinə aid olub-olmadığına aidiyyatı üzrə baxılması məqsədəuyğundur. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın xx.xx.2024-cü il tarixli 14-2/2- 1725/2024 nömrəli məktubunda bildirilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlər arasında N.Nərimanov adına Neft Qazçıxarma İdarəsinin “Dəniz Neftçisi” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən vətəndaş İddiaçı bağ sahəsinin ayrılması barədə hər hansı sənəd aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən 14/47 saylı torpaq (bağ) sahəsinin ortofoto görüntüsü və “Dəniz Neftçisi” bağçılıq-yoldaşlığın ayrıc aktının təsdiq olunmuş surətləri məhkəməyə göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə “Dəniz Neftçisi” bağçılıq yoldaşlıq təsərrüfat birliyinə aid olan ayrıc-aktı daxilində yerləşən torpaq (bağ) sahələrinin (Qaradağ rayonu, Səngəçal qəsəbəsi ünvanında yerləşən 14/47 saylı torpaq (bağ) sahəsi göstərilməklə) ortofoto görüntüsü məhkəməyə göndərilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023cü il tarixli məktubunda bildirilmişdir ki, İdarənin arxivində saxlanılan “Dəniz Neftçisi” bağçılıq-yoldaşlığın üzvlərinin siyahısında adınız aşkar edilməmiş, həmçinin sözügedən X1nın bölgü sxemi İdarənin arxivində aşkar olunmamışdır. Bundan əlavə, göstərilən torpaq sahəsi heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində olmamaqla bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Qeyd olunanlarla yanaşı, sənəd üzrə torpaq sahəsinin ölçüsü 1000 kv.m. göstərilsə də, faktiki 887 kv.m. təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən hüququn dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Yerli İcra Hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfat idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 14/47 saylı bağ sahəsi ilə bağlı yalnız N.Nərimanov adına Neft Qazçıxarma bağçılıq-yoldaşlıq təsərrüfatının sədrinin imza və möhürü ilə təsdiq edilmiş N.Nərimanov adına Neft Qazçıxarma İdarəsinin bağçılıq-yoldaşlıq təsərrüfatının xx.xx.1999-cu il tarixli, 54 saylı protokolundan çıxarışı və bağçılıq üzvlük kitabçasını təqdim etmişdir. İş üzrə müəyyən olunur ki, iddiaçının adı arxivdə saxlanılan və məhkəmə sorğusu ilə əldə edilmiş Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 10/369 saylı, xx.xx.1990-cı il tarixli 4/145 saylı, xx.xx.1990-cı il tarixli 7/437 saylı və xx.xx.1991-ci il tarixli 10/518 saylı qərarları ilə Səngəçal bağ massivindən N.Nərimanov adına NQÇİ-nin işçilərinə paylanmış bağ sahəsinin 385 nəfərdən ibarət adlı siyahısında nəzərdə tutulmamışdır. Həmin siyahı N.Nərimanov adına NQÇİ-nin sədri və N.Nərimanov adına NQÇİ-nin HİK sədrinin imza və möhürü ilə təsdiq edilmişdir. Halbuki, yuxarıda qeyd olunan qanun normasından da müəyyən olunur ki, üzvlük kitabçası yalnız bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi halda hüquqmüəyyənedici sənəd qüvvəsinə malik hesab olunur. Bundan əlavə, məhkəmə sorğusu əsasında “Dəniz Neftçisi” bağçılıq yoldaşlıq təsərrüfat birliyinə (əvvəlki adı N.Nərimanov adına Neft Qazçıxarma bağçılıq-yoldaşlıq təsərrüfatı) aid olan ayrıc-aktı və həmin ayrıc aktı daxilində yerləşən torpaq (bağ) sahələrinin (Qaradağ rayonu, Səngəçal qəsəbəsi ünvanında yerləşən 14/47 saylı torpaq (bağ) sahəsi göstərilməklə) ortofoto görüntüsünün müqayisəli təhlilindən müəyyən olunur ki, iddiaçı tərəfindən “Dəniz Neftçisi” Bağçılıq birliyinin ayrıdığını iddia etdiyi 14/47 nömrəli bağ sahəsi N.Nərimanov adına Neft Qazçıxarma bağçılıq-yoldaşlığının ayrıc aktından kənarda yerləşir, habelə həmin bağ sahəsi hər hansı bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində deyil. Beləliklə, iddia olunan bağ sahəsinin hüquqmüəyyənedici sənədlərinin arxiv əsaslarının olmaması ilə yanaşı həmin sahənin bağçılığa aid ərazi daxilində yerləşmədiyi də müəyyən olunmuşdur. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırkı icraatın nəticəsi olaraq iddiaçının təqdim etdiyi sənədlər mübahisəli bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər qismində qəbul edilmədiyindən məhkəmə sözügedən bağ sahəsinin elektrik xəttinin mühafizəsində yerləşməsi ilə bağlı cavabdehin digər imtina dəlilinə hüquqi qiymət verilməsini zəruri hesab etmir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5636/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5636/2024
20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver