Məhkəmə qərarları › İş №2-1(112)-564/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-564/2023

07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-564/2023 07.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X11 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1974-xx.xx.1898-cu il tarixləri arasındakı dövr ərzində əllə döymədə dəmirçi, xx.xx.2014-cü il tarixdən bugünə kimi təmir emalatxanasında çilingər vəzifələrində işlədiyi illərin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına əsaəsn 1 nömrəli Siyahı ilə 57 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın məbləğinin həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna əsasən hesbalanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1957-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində doğulmuşdur. 24 noyabr 1976-ci il tarixdən 10 noyabr 1978-ci ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. 1973-cu il tarixdən bugünə qədər hərbi xidmətdəki dövrü çıxmaqla bugünə qədər işləyir. "Azneft" H.Z.Tağıyev adına NQÇİ 08 oktyabr 2021-ci il tarixli "zərərli iş şəraiti haqqında" arayışdan göründüyü kimi, xx.xx.1973-xx.xx.1978-ci il tarixədək, xx.xx.1975-xx.xx.1975-ci il tarixinədək və xx.xx.1983-xx.xx.1989-cu il tarixədək bu dövr ərzində o, əllə döymədə dəmirçi peşəsində çalışmışdır. "SOCAR" Baş Ofis Mərkəzi arxiv İdarəsinin 06 oktyabr 2021 ciil tarixli güzəştli şərtlərə görə verdiyi cavab məktubuna əsasən xx.xx.1975-ci il tarixində "Əzizbəyovneft "NQÇİ-nin traktor nəliyyat kontorundan köçürülmə yolu ilə X1 idarəsinə işə qəbul olunmuşdur. xx.xx.1975-xx.xx.1976-cı il tarixədək əllə döymədə dəmirçi, sonra həqiqi hərbi xidmətə çağırıldığına görə öz xahişi ilə işdən azad olunmuşdur. Yenidən xx.xx.1978xx.xx.1980-cı il tarixədək əllə döymədə dəmirçi peşəsində çalışmışdır. "Azneft” İB-nin 5 saylı Texnoloji Nəqliyyat Departamentinin verdiyi arayışa əsasən isə xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək avtomobillərin təmiri üzrə çilingər peşəsində çalışmışdır. xx.xx.2020-ci ildən bu günə kimi 5 saylı Texnoloji Nəqliyyat Departamentində 1 saylı AXTS-nin təmir emalatxanasına 6-cı dərəcəli avtomobillərin təmiri üzrə çilingər peşəsində çalışır. Bundan əlavə məhkəmənin nəzərinə çatdırır ki, o, iş saatlarının nəzərə alınaraq işlədiyi qurumdan süd məhsulu alır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına 11 oktyabr 2021-ci il tarixində daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmış və 22 oktyabr 2021-ci il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina etmişlər. Rəsmi surətdə cavabı poçtla 08 noyabr 2021-ci ildə almışdır. Cavabdeh onun güzəştli iş stajını hesablayarkən mübahisəli dövrü “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına əsasən hesablamalı olduğu halda, o, vəzifələrin və göstəricilərin Siyahısı”na əsaslanmışdır. Həmçinin, cavabdeh sözügedən vəzifələrin müvafiq siyahıda olmadığını bildirsə də, həmin vəzifələr həm 21 iyun 1993-cü il tarixli 320 saylı, həm də 23 yanvar 2007-ci il tarixli qərarla təsdiq edilmiş siyahılarda vardır: 1071300a-18598 – turşunun tökülməsi ilə məşğul olan süzücülər-tökücülər – 1993 turşunun tökülməsi ilə məşğul olan süzücü-tökücülər – 2007. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək,ona 57 yaşdan yəni, 11 iyul 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, iddiaçı təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi xx.xx.1974-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində əllə döymədə dəmirçi, xx.xx.2014-cü il tarixdən bu günə kimi təmir emalatxanasında çilingər vəzifələrində işlədiyi illəri güzəştli pensiya hüququ verən peşələr kimi qəbul edilməsinini göstərir. İddiaçı ərizəsində qeyd etdiyi peşələrə və onun işlədiyi sahəyə baxdıqda müəyyən edilir ki, həmin peşələr güzəştli peşə kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı xx.xx.1974-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində əllə döymədə dəmirçi peşəsində işlədiyi sahə neft və qaz sahəsi olmuş, həmin sahə “Metal Emalı” sahəsi olmamışdır. Həm halhazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında “ Qərarının Xİ “Metal Emal” bölməsinin 2-ci yarım bölməsində 11102000-ci kod altında Dəmirçipresləmə istehsalat sahəsinə aid olan 1110200a-13227 kodu altında, həmçinin hal-hazırda qüvvədə olan AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da Metal Emalı (11) bölməsinin Dəmirçi-presləmə istehsalat bölməsində (11.2) fəhlələr yarımbəndində (b) göstərilən əllə döymədə dəmirçi vəzifələri qeyd edilmişdir. Həmin qərarlardan göründüyü kimi, qeyd edilən peşə Metal Emalı sahəsinin dəmirçi presləmə istehsalat sahəsinə aiddir. İddiaçının həmin peşədə işlədiyi sahə isə həm onun əmək kitabçasında, həm də SOCAR “Azneft” İB-nin H.Z.Tağıyev adına NQCİ tərəfindən verilmiş arayışdan da, bəlli olduğu kimi neft-qaz istehsalat sahəsidir və həmin sahədə əllə döymədə dəmirçi vəzifəsi güzəştli pensiya hüququ verən sahə kimi nəzərdə tutulmamışdır. İddiaçının təqdim etdiyi SOCAR “Azneft” İB-nin H.Z.Tağıyev adına NQCİ tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli arayışda mötəbər subut kimi qəbul edilə bilməz, belə ki,həmin arayışda iddiaçının işlədiyi əllə döymədə dəmirçi peşəsi güzəştli peşə kimi qeyd edilsə, arayışı verən müəssisənin iş sahəsinin metal emalı sahəsi olması qeyd edilməmiş və əsaslandırılmamış, formal olaraq ancaq iddiaçının işlədiyi peşənin adına istinad edərək onun işlədiyi peşələrin ona güzəştli pensiya hüququ verən peşələr olması qeyd edilmişdir. Məhz bu səbəbdən, qeyd edilən arayış mötəbər sübut kimi qəbul edilə bilməz. Əmək kitabçasında qeyd edilən peşələrin güzəştli pensiya hüququ verən peşə kimi qəbul edilməsi üçün həmin peşənin adı yuxarıda qeyd etdiyi Siyahılarda qeyd edilməsi ilə bərabər həmin peşə adlarının daxil olduğu istehaslat sahələrinin də şəxsin işlədiyi sahə ilə eynilik təşkil etməlidir. Məhz bu səbəbdən, iddiaçının işlədiyi qeyd edilən peşəsi güzəştli pensiya hüququ verən peşə kimi qəbul edilə bilməz. İddiaçının təqdim etdiyi “Azneft” istehsalat Birliyinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti tıərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışında onun xx.xx.2014-xx.xx.2020-ci il tarixlərində işlədiyi avtomobil təmiri üzrə çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2-ci bölməsinin “a” bəndinə əsasən güzəştli staj kimi qeyd edilmişdir. Lakin, arayışda qeyd edilən bəndə baxdıqda müəyyən etmək olar ki, həmin arayış ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da qeyd edilən peşələr fərqli peşələrdir və həmin arayışı tərtib edən şəxs qanunsuz olaraq həmin məzmunlu arayışı tərtib etmişdir. Belə ki, həmin 10.2-ci bölmənin a bəndində avtomobil təmiri üzrə çilingər peşəsi adlı peşə qeyd edilən bölmədə göstərilməmişdir. Məhz bu səbəbdən də, iddiaçının işlədiyi həmin peşədə qüzəştli pensiya hüququ verən peşə kimi qəbul edilə bilməz. İddiaçı iddia ərizəsində özünün xx.xx.1986-xx.xx.1997-ci illər ərzində süzücü- tökücü vəzifəsində, xx.xx.2003-xx.xx.2004cü illər ərzində isə süzücü qablaşdırıcı vəzifələrində işlədiyini qeyd edərək həmin vəzifələrin ona güzəştli pensiya hüququ verdiyi bildirmiş və bunun üçün hal-hazırda qüvvədən düşmüş və adı yuxarıda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 1071300a-18598 koduna və hal-hazırda qüvvədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısda 7.11 bəndinə istinad etmişdir. Lakin, elə iddiaçının istinad etdiyi həmin kod (qüvvədən düşmüş Qərarda) və bəndə (qüvvədə olan Qərarda) baxdıqda müəyyən edilir ki, həmin süzücütökücülər peşələr Metallurgiya istehsalatı (əlvan metallar) sahəsinə aiddir. İddiaçının işlədiyi sahə isə işə götürənin adından da bəlli olduğu kimi, neft-emalı sahəsidir. Məhz bu şəbədən də, qeyd edilən peşələr güzəştli pensiya hüququ verən peşələr kimi qəbul edilə bilməz. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən ididaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən aşağıdakılar müəyyən edilmişdir: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla ünvan 1 ünvanında qeydiyyatdadır. - НЗ seriyalı, ******* nömrəli hərbi biletə əsasən xx.xx.1976-xx.xx.1978-ci il tarixlərdə Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçının adına açılmış 18 noyabr 1974-cü il tarixli əmək kitabçasına əsasən xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək müxtəlif peşələrdə işləmiş, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsinin X7 İdarəsində “əllə döymədə dəmirçi” peşəsində işləmiş, xx.xx.1975-ci ildə “Əzizbəyovneft” NQÇİ-nin Traktor Nəqliyyat kontorundan köçürülmə yolu ilə X2 İdarəsinə (TNİ) işə qəbul edilmiş, xx.xx.1975-ci ildə Əzizbəyov sahəsinə 1-ci dərəcəli əllə döymə dəmirçi peşəsinə keçirilmiş, xx.xx.1976-cı ildə 2-ci dərəcəli əllə döymədə dəmirçi peşəsinə keçirilmiş, xx.xx.1976-cı ildə Azərbaycan SSR ƏQM-nin 36-cı maddəsinin 3-cü bəndinə əsasən Sovet Ordusuna çağrıılması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1978-ci ildə Suraxanı TNİ-nin Əzizbəyov sahəsinə 3-cü dərəcəli əllə döymədə dəmirçi peşəsinə işə qəbul edilmişdir. xx.xx.1980-ci ildə 4-cü dərəcəli əllə döymədə dəmirçi peşəsinə keçirilmiş və “Azneft” Birliyinin Kalin TNİ-nə köçürülmə yolu ilə işdən azad edilmişdir. xx.xx.1980-ci il tarixdən, xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək müxtəlif peşələrdə işləmiş, xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsinin X7 İdarəsində “əllə döymədə dəmirçi” peşəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək lehimçi, xx.xx.1989-cu il tarixdən xx.xx.1995-ci il tarixədək, H.Z.Tağıyev adına NQÇİ-nin Texnoloji nəqliyyat sexində xx.xx.1995-ci il tarixdənxx.xx.1998-ci il tarixədək X7 İdarəsində xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək, H.Z.Tağıyev adına NQÇİ-nin Nəqliyyat sexində xx.xx.2003-cü il tarixdən xx.xx.2010-cu il tarixədək rəngsaz peşəsində, xx.xx.2010-cu il tarixdə “Azneft” X3 Departamentinə 5-ci dərəcəli rəngsaz peşəsinə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdə 6 saylı Texnoloji nəqliyyat bölümünün təmiri emalatxanasına 5-ci dərəcəli rəngsaz peşəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixdə işdən azad olunmuş, xx.xx.2014-cü il tarixdə AR DNŞ Nəqliyyat İdarəsi 5 saylı Texnoloji Nəqliyyat Departamentinə 1 saylı A və XTS-nin təmir emalatxanasına 6-cı dərəcəli avtomobillərin təmiri üzrə çilingər peşəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2020-ci il tarixdə SOCAR “Azneft” İstehsalat Birliyi 5 saylı Texnoloji Nəqliyyyat Departamenti 1 saylı A və XTS-nin təmir emalatxanasına 6-cı dərəcəli avtomobillərin təmiri üzrə çilingər peşəsinə qəbul edilmiş və hal-hazırda işləyir. - “Azneft” İB H.Z.Tağıyev adına NQÇİ tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli arayışa əsasən İddiaçı "Əzizbəyovneft" Neft və Qazçıxarma İdarəsinin Nəqliyyat traktor kantorunda xx.xx.1974-cü il tarixdən 20.05.195-ci il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsinin X7 İdarəsində xx.xx.1983-cü il tarixindən, xx.xx.1988-cı il tarixədək Nəqliyyat sexində xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək “əllə döymədə dəmirçi " peşəsində işləyib və bu peşədə işlədiyi müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 11-ci «Metal emalı» bölməsinin 11.2-cı “Dəmirçipresləmə istehsalatı" yarımbölməsinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır. Əllə döymədə dəmirçi peşəsi, Siyahının 11.2-ci bölməsinin “a” bəndinə əsasən, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək. - SOCAR Baş Ofis Mərkəzi Arxivi tərəfindən verilmiş 06 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1957-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1975-ci ildə (əmr № 20/k, xx.xx.1975-ci “Əzizbəyovneft" NQÇİ-nin Traktor Nəqliyyat kontorundan köçürülmə yolu ilə X2 İdarəsinə (TNİ) işə qəbul edilmişdir. xx.xx.1975-ci ildə (əmr № 3/k, xx.xx.1975-ci il) Əzizbəyov sahəsinə 1-ci dərəcəli əllə döymə» dəmirçi peşəsinə keçirilmişdir. xx.xx.1976-cı ildə (əmr № 43/k, xx.xx.1976-cı il) 2-ci dərəcəli əllə döymədə dəmirçi peşəsinə keçirilmişdir. xx.xx.1976-cı ildə (əmr № 215/k, xx.xx.1976-cı il) Azərbaycan SSR ƏQM-nin 36-cı maddəsin 3-cü bəndinə əsasən Sovet Ordusuna çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1978-ci ildə (əmr № 232/k, xx.xx.1978-ci il) Suraxanı TNİ-nin Əzizbəyov sahəsinə 3-cü dərəcəli əllə döymədə dəmirçi peşəsinə işə qəbul edilmişdir. xx.xx.1980-cı ildə (əmr № 64/k, 01,04.1980-cı il) 4-cü dərəcəli əllə döymədə dəmirçi peşəsin keçirilmiş və “Azneft" Birliyinin Kalin TNİ-nə köçürülmə yolu ilə işdən azad olunmuşdur. - SOCAR “Azneft” İstehsalat Birliyi 5 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfinədn verilmiş 26 nömrəli, xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən İddiaçı həqiqətən də, o SOCAR Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentinin 1 saylı Avtonəqliyyat Xüsusi Texnika sahəsinin təmir emalatxanasına xx.xx.2014-cü il tarixdə (Əmr NP 143 K saylı, 01 08 2014-cü il) 6-cı dərəcəli avtomobillərin təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilib. xx.xx.2020-ci il tarixindən (Əmr № 711 K saylı, xx.xx.2020-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün öz xahişi ilə işdən azad edilmişdir. İxtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısına əsasən güzəştli sayılır. Siyahının 10.2-ci bölməsinin “a” bəndinə əsasən güzəştli staj peşəsinə əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək 6 il 3 ay 29 gün. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarilxi **********2 nömrəli “Güzəştli şərtlərlə yaşa görə pensiya təyinatından imtina haqqında” məktuba əsasən, iddiaçıya müraciəti ilə əlaqədar bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Metal emalı bölməsinin (11) dəmirşçi –presləmə istehsalatı bəndində (11.2) fəhlələr yarımbəndində (b) müvafiq olaraq əllə döymədə dəmirçi vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın “Azneft” İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin 08 oktyabr 2021-ci il tarixli SOCAR**********81200601B00067 nömrəli arayışında xx.xx.1974-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsinin Nəqliyyat sexində əllə döymədə dəmirçi vəzifəsində işlədiy iqeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsinin sexində əllə döymədə dəmirçi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsinin Nəqliyyat sexi yuxarıda qeyd olunan Siyahı üzrə dəmirçi-presləmə istehsalatı sahəsinə aid deyil. Bundan başqa təqdim etdiyi sənədlərdə xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində SOCAR-ın Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji departamentinin 1 saylı Avtonəqliyyat xüsusi texnika sahəsinin təmir emalatxanasında işlədiyi avtomobillərin təmiri üzrə çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəblərdən də, onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - “Azneft” İstehsalat Birliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 17 yanvar 2023-cü il tarixli cavab məktubuna əsasən, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinin xx.xx.2023-cü İİ tarixli 14-2/3-6-4/2023 nömrəli məktubunda qeyd edilən arxiv məlumatlarına və xx.xx.1957-cı il təvəllüdlü X5 məxsus HT ******* nömrəli əmək kitabçasındakı qeydlərə əsasən o, “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsinin Traktor-nəqliyyat kontorunda xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək əllə döymədə dəmirçi köməkçisi, həmin kontorda xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, X2 İdarəsində 01 12.1975-ci il tarixdən 01.11 1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, X7 İdarəsində xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, “Əzizbəyovneft" NQÇİ-nin X7 İdarəsində xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək əllə döymədə dəmirçi, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək lehimçi, xx.xx.1989-cu il tarixdən xx.xx.1995-ci il tarixədək, H.Z.Tağıyev adma NQÇİ-nin Texnoloji nəqliyyat sexində 01 03.1995-ci il tarixdən 01.05 1998-ci il tarixədək, X7 İdarəsində 01 05.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək, H Z.Tağıyev adına NQÇİ-nin Nəqliyyat sexində xx.xx.2003-cü il tarixdən xx.xx.2010-cu il tarixədək rəngsaz peşəsində işləmişdir. X4 yuxanda qeyd edilən təşkilatlarda xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək (05 ay 29 gün) işlədiyi əllə döymədə dəmirçi köməkçisi, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək (01 il 01 ay 02 gün), xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək (01 il 09 ay 26 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək (02 il 09 ay 10 gün) işlədiyi əllə döymədə dəmirçi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci “Metal emalı” bölməsinin 11.2-ci Dəmirçi- presləmə istehsalatı yarımbölməsində qeyd edilmiş “əllə döymədə dəmirçilər" peşəsinə uyğundur (əllə döymədə dəmirçi peşəsində iş stajı 06 il 02 ay 07 gün). Belə ki, Texnoloji nəqliyyat sexinin (idarəsinin) Mexaniki emalatxanasında əllə döymədə dəmirçi peşəsinin adı yerinə yetirilən işin xüsusiyyətlərinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilmiş normativ sənəd “Fəhlə peşələrini və İşlərin Vahid tarif-ixtisas sorğu kitabçası” (VTİSK) hissə 2-nin “Dəmirçi-presləyici və termik işlər” bölməsinə uyğun olaraq müəyyən edilmişdir. Texnoloji nəqliyyat sexinin (idarəsinin) Mexaniki emalatxanasında əllə döymədə dəmirçi peşəsində işləyən işçi avtomobil resorlarının dəst halında yığılması və təbəqələrin əvvəlki şablon vəziyyətinə uyğunlaşdırılınası, resor təbəqələrinin şablon üzrə əyilməsi, resor boyunları və kronşteynerlərin döymə ilə düzəldilməsi, resor boyunları dəstinin paketlərə taxılması, müxtəlif muft və sıxacların döyməklə hazırlanması, açarların buynuzlarının aralanması və düzəldilməsi və s. işləri icra etmişdir. Bu işlər isə VTlSK-nın "Dəmirçi-presləyici və termik işlər” bölməsində mövcud olan “əl ilə dəmir döyən" peşəsinin işinin xüsusiyyətləri ilə eynidir. Texnoloji nəqliyyat sexinin (idarəsinin) Mexaniki emalatxanasında əllə döymədə dəmirçi peşəsinin işinin xüsusiyyətləri VTlSK-nın “Dəmirçi-presləyici və termik işlər" bölməsində mövcud olan “əllə dəmir döyən" peşəsinin işinin xüsusiyyətlərinə uyğun olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı İlə təsdiq edilmiş Siyahıda da “Dəmirçi-presləmə istehsalatı” yarımbölməsində nəzərdə tutulmuş “əllə döymədə dəmirçilər" peşəsi ilə eynilik təşkil etdiyini hesab edirlər. SOCAR-ın Mərkəzi arxivində saxlanılan “Əzizbəyovneft” NQÇİ-nin Nəqliyyat sexinin, X2 İdarəsinin, X7 idarəsinin əmək haqqı cədvəllərində 2004-cü ilədək ödəniş növləri qeyd edilmədiyi üçün X4 əllə döymədə dəmirçi peşəsində işlədiyi dövrdə zərərli əmək şəritinə görə onun tarif maaşına artım əmsalının tətbiq edilib-edilməməsi haqqında dəqiq məlumat vermək mümükün deyildir. Eyni zamanda bildirmişlər ki, X4 xx.xx.1989-cu il tarixdən xx.xx.2010-cu i! tarixədək (20 il 08 ay 28 gün) işlədiyi rəngsaz peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci “Ümumi peşələr” bölməsində qeyd edilmiş "təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar" peşəsinə uyğundur. Lakin X7 İdarəsinin (Nəqliyyat sexinin) iş yerlərinin attestasiyası sənədləri SOCAR-ın Mərkəzi arxivində saxlanılan sənədlərin siyahısında aşkarlanmadığı üçün onun təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işləməyi haqqında təsdiq edici sənədləri təqdim edə bilmirlər. SOCAR-ın Mərkəzi arxivində saxlanılan 2004-2010-cu illərin əmək haqqı cədvəllərinə əsasən X4 rəngsaz peşəsində işlədiyi dövrdə zərərli əmək şəraitinə görə onun tarif maaşına 1,04 (4%) artım əmsalı tətbiq edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 12 oktyabr 2021-ci il tarixli, **********2 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən güzəştli iş stajının olmamasına istinad edilməklə imtina edilmişdir. Cavabdehin imtinasının əsaslarının düzgünlüyünün məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisələrə göndərilmiş məhkəmə sorğularına daxil olmuş cavab məktublarına əsasən müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək (05 ay 29 gün) işlədiyi əllə döymədə dəmirçi köməkçisi, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək (01 il 01 ay 02 gün), xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək (01 il 09 ay 26 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək (02 il 09 ay 10 gün) işlədiyi əllə döymədə dəmirçi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci “Metal emalı” bölməsinin 11.2-ci Dəmirçi-presləmə istehsalatı yarımbölməsində qeyd edilmiş “əllə döymədə dəmirçilər" peşəsinə uyğundur (əllə döymədə dəmirçi peşəsində iş stajı 06 il 02 ay 07 gün). xx.xx.1989-cu il tarixdən xx.xx.2010-cu il tarixədək (20 il 08 ay 28 gün) işlədiyi rəngsaz peşəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci “Ümumi peşələr” bölməsində qeyd edilmiş "təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar" peşəsinə uyğundur. İddiaçının ümumilikdə 26 ildən çox güzəştli iş stajına malik olması məhkəmə arşadırması zamanı öz təsdiqini tapmışdır. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərlə (əmək kitabçası, hərbi bilet, arayış, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür və o, hazırda ümumi və xüsusi iş stajının tamamlandığına istinad edərək, ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının xx.xx.2014-cü il tarixdə 57 yaşı olmuş, iddiaçının 57 yaşınadək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur. Bununla da, o, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbayca Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli sədlərlə əmək pensiyası təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Adıçəkilən Qaydaların 2 №-li Əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2014-cü il tarixdə yarandığından ona münasibətdə bu Qaydalar tətbiq oluna bilməz. İş materiallarında olan iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlara əsasən isə müəyyən edilir ki, onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11.2-ci “Dəmirçi-presləmə istehsalatı” yarımbölməsində qeyd edilmiş “əllə döymədə dəmirçilər” peşəsinə və 35-ci “Ümumi peşələr” bölməsində qeyd edilmiş “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məaşğul olan rəngsazlar” peşəsinə uyğundur. Beləliklə, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müddəaları tətbiq olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, eləcə də, tələb olunan yaş həddini tamamladığından, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar