Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5642/2022 17.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Birgə Azərbaycan-İngiltərə MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Birgə Azərbaycan-İngiltərə MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Birgə Azərbaycan-İngiltərə MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 24 noyabr 2021-ci il tarixli, **********481600 saylı qərarının qanunsuz hesab edilərək ləğv edilməsini; onun nəticələrinin aradan qaldırılaraq müvafiq olaraq 28.333,33 manatın üzərinə peniya hesablanmaqla İddiaçı Birgə Azərbaycan - X2 Cəmiyyətinin bank hesabına qaytarılmasını və nümayəndə-vəkil üçün ödənilən 2010 manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin “Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin 24 noyabr 2021-ci il tarixli, **********481600 saylı qərarının ləğv edilməsi və 28.333,33 manatın vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə qaytarılması və nümayəndə-vəkil üçün ödənilən 2010 manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi oxunması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Birgə Azərbaycan - X2 Cəmiyyəti tərəfindən 2021-ci ilin üçüncü rübü üzrə 20 oktyabr 2021-ci il tarixdə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” üzrə cavabdeh vergi orqanı tərəfindən kameral yoxlama nəticəsində 24 noyabr 2021-ci il tarixli, **********481600 saylı qərarla 28.333,33 manat əlavə vergi hesablanmışdır. Göstərilən qərarda əlavə verginin hesablanması əsası kimi 2021-ci ilin 3-cü rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 2 nömrəli Əlavəsinə əsasən Alia İnternational Limited Şirkətinə (Rezident olduğu ölkənin adı - Britaniya Virgin adaları) 283.333.33 manat ödəniş edildiyi. 1603.2-ci (qeyri-rezidentin AR-da dividend gəlirləri) sətirində göstərilməsinə baxmayaraq, həmin ödənişin 1608.5-ci sətir üzrə vergiyə cəlb edilmədiyi müəyyən edilmişdir. Əlavə hesablamanın hüquqi əsası göstərilməmişdir. Hesablanmış əlavə vergi məbləğləri qərarların çıxarıldığı gün İddiaçının hesabından silinmişdir. İddiaçı tərəfindən 04 noyabr 2021-ci ildə vergi orqanına yazılı etiraz təqdim edilmişdir. Etiraza cavab olaraq 10 noyabr 2021 -ci il tarixli məktub ilə bildirilmişdir ki, güzəştli vergi tutulan ölkələrdə qeydiyyatda olan qeyri-rezidentlərin dividend gəlirləri ilə bağlı rezident müəssisənin ödəmələrindən Vergi Məcəlləsinin 125.1.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmaqla yanaşı. Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilir. Cavabdeh vergi orqanının 24 noyabr 2021-ci il tarixli, **********481600 saylı qərarından 06 yanvar 2022-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayət verilmişdir. Bu günədək həmin şikayətə baxılması barədə hər hansı məlumat yoxdur. Cəmiyyət Azərbaycan Respublikasının xarici investisiyah hüquqi şəxsi və vergiqoyma baxımından rezident müəssisədir. Müxtəlif növ sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Təsisçiləri 81% payla X4 qeydiyyatda olan "xxxx" Şirkəti, 19% payla Dominikan Respublikasında qeydiyyatda olan “Alaris Corporation" Şirkətidir. Təsisçilərin heç birinin Azərbaycan Respublikasında nümayəndəliyi və / və ya fıliah olmayıb və yoxdur. Təsisçilərin ümumi yığıncağının 12 fevral 2021-ci il tarixli qərarına əsasən müvafiq olaraq: -2020-ci ilin yekunlarına görə bölüşdürülən xalis mənfəət 3.585,068.98 manat, dividenddən 10% vergi 358,506.90 manat. "xxxx" Şirkətinə çatacaq məbləğ 1.537,361.93 ABŞ dolları, "xxxx" Şirkətinə çatacaq məbləğ 360,615.76 ABŞ dolları; — müəyyən olunmuşdur. -“Alia İnternational Limited" Şirkətinə çatacaq məbləğin 150.000 ABŞ dolları hissəsi 01 iyul 2021-ci ildə köçürülmüş və həmin tarixdə dividend məbləğinə müvafiq olaraq, 10 % vergi məbləğinin - 28.333,33 manatın Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilməsi təmin olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddianı qəbul etməyərək iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək inzibati iş üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz və etiraza əlavə təqdim etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, mübahisələndirilən məsələnin mahiyyəti ilə bağlı bildiririk ki, aparılan araşdırma zamanı iddiaçı tərəfindən 2021-ci ilin 3cü rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 2 nömrəli Əlavəsinə əsasən 2021-ci ilin 3-cü rübü ərzində güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə (Alia international limited şirkətinə) 283333,33 manat ödəniş edildiyi və qeyri-rezidentin AR-da dividend gəlirləri sətirində göstərilməsinə baxmayaraq, aparılmış ödənişlərin “Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər” sətri üzrə vergiyə cəlb edilmədiyi müəyyən edilmişdir. Qeyd edilən kənarlaşmalar üzrə iddiaçı vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********603100 nömrəli məktub göndərilərək araşdırma üçün zəruri olan sənədlərin, dəqiqləşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin məktubda qeyd olunan müddət ərzində əsaslandırılmış izahat, zəruri sənədlər və mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla bəyannamələr təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən ödəmə mənbəyində tutulan vergi üzrə xx.xx.2021-ci il tarixli **********481600 nömrəli qərar göndərilmişdir. İddia ərizəsində qeyri-rezident təsisçilərə aparılan ödənişlərdən ödəmə mənbəyində verginin Vergi Məcəlləsinə əsasən tutulduğu və bu məbləğdən təkrar vergi tutulmasının həmin məcəllənin prinsiplərinə zidd olduğu bildirilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən eyni növ vergi tətbiq edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 125.1.1-ci maddəsinə əsasən dividenddən bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq, Məcəllənin 125.1.9-cu maddəsinə uyğun olaraq isə bu Məcəllənin 13.2.16.14-1 -ci maddəsində göstərilən ödəmələdən 10 faiz dərəcələrlə vergilər tutulması nəzərdə tutulmuşdur. Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin müddəalarına əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirə aid edilmişdir. Eyni zamanda, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb edilir. Göründüyü kimi Vergi Məcəlləsində birbaşa olaraq bu vergilərin tutulması nəzərdə tutulmuşdur. Bundan əlavə Vergi Məcəlləsinin ödəmə mənbəyində verginin tutulması qaydasını müəyyən edən Vergi Məcəlləsinin 150-ci maddənin müddəalarına əsasən qeyri-rezidentə ödəmələr verən hüquqi şəxslər və ya sahibkarlarvergi agentləri hesab edilərək ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Vergi Məcəlləsinin 10.0.2-ci maddəsi ilə bu Məcəlləyə uyğun olaraq vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları hesab edilir. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən vergi agenti bu Məcəlləyə uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir. Həmçinin 17.4-cü maddəsinə əsasən vergi agenti qanunla ona həvalə edilmiş vəzifələri yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə bu Məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Göründüyü kimi, iddiaçı vergi ödəyicisinin iş üzrə qeyri-rezidentə ödəmələr aparması və vergi agenti hesab olunması işin mübahisəsiz tərəfi olsa da, həmin vergi agentinin yerinə yetirməli olduğu öhdəliklər hissəsində qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunmalıdır ki, Azərbaycan mənbəyindən əldə olunan gəlirlərin siyahısı Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə müəyyən edilmişdir. Təqdim olunan bəyannamə məlumatlarına əsasən ödənişlərin aparıldığı qeyri- rezidentlər ‘Alia İnternational limited” Şirkətinin rezident olduğu ölkə - Britaniya Virgin adaları, ‘Alaris Corporation” Şirkətinin rezident olduğu ölkə- Dominikan Respublikası “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin haqqındaH.07.2017-ci il tarixli1505 nömrəli Fərmanına əsasən güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısına daxil edilmiş ölkələrdir. Göründüyü kimi, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş qeyri-rezident şəxslərə ödəniş aparan zaman vergitutma öhdəliyi müəyyən edilmişdir. İddiaçı isə qanunun bu tələbini yerinə yetirməyərək, dividentdən vergitutma öhdəliyi yerinə yetirildiyindən, digər müddəa üzrə verginin tutulmalı olmaması qənaətinə gəlmişdir. Halbuki, qanunvericilik həm dividentlər üzrə, həm də güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş qeyri-rezident şəxslərə ödəniş aparan zaman vergitutma öhdəliyinin olmasının konkret vergi dərəcləri ilə müəyyən etmiş, bu müddəalarının tətbiqində istisna müəyyən etməmişdir. İddiaçı əlavə vergi hesablanmasının hüquqi əsasının göstərilmədiyini bildirsə də, cavabdeh tərəfindən qanunun konkret hansı maddəsinin tələblərinə istinad edilmişdir. iddiaçının kameral vergi yoxlamasını aparılması müddəti ilə bağlı istinad etdiyi hallarla bağlı bildiririk ki, həmin yoxlamanın Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla 30 iş günü müddətində həyata keçirilməsi təmin edilmişdir. Belə ki, iddiaçı tərəfindən 2021-ci ilin 3-cü rübü üçün xx.xx.2021-ci il tarixdə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması üzrə hesablama xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Göründüyü kimi, 30 iş günündən az müddətə həyata keçirilmiş yoxlama ilə bağlı iddiaçı heç bir əsası olmayan tələb irəli sürmüşdür. İddiaçının Dövlət Vergi Xidmətinə edilmiş inzibati şikayət xx.xx.2022ci il tarixli **********689800 nömrəli məktubla cavablandırılmış, eyni predmet üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etdiyi müəyyən edildiyindən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.2-ci maddəsinə əsasən həmin şikayət üzrə başlanılmış icraata xitam verimişdir. Əlavə olaraq qeyd olunmaldır ki, hesablama ilə bağlı adları çəkilən ölkələrlə Azərbaycan Respublikası arşında ikiqat vergitumanın aradan qaldırılmasına dair sazişlər mövcud deyildir. Azərbaycan Respublikası Avropa Şurası və OECD tərəfindən birgə hazırlanmış “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Çoxtərəfli Konvensiya” 26 mart 2003-cü il tarixində Konvensiyanı, 23 may 2014cü il tarixində isə həmin Konvensiyaya düzəlişlər edilməsi haqqında Protokolu imzalamış və təşkilatın vergitutma sahəsində mövcud hesabat və tövsiyyələrini tətbiq etmək üçün sıx əməkdaşlıq aparır. Həmin təşkilatın Mənfəətin yerdəyişməsi və vergitutma bazasının aşınması ilə mübarizə çərçivəsində hazırladığı 5-ci Fəaliyyət Planına əsasən aşağı və ya sıfır dərəcəli vergitutma sistemini tətbiq edən ölkələrin təcrübəsinin digər ölkələrin vergitutma bazasına zərərli nəticələrinin aradan qaldırılması üçün dövlətlərə həm beynəlxalq həm də mövcud daxili qanunvericiliyin tərtibi üçün tövsiyələr hazırlayır. İddiaçının vəkil xidmətlərinə görə ödənilmiş məbləğin iddia məbləğinə daxil edilərək cavabdehdən tələb edilməsi tamamilə əsassızdır. Belə ki, iddiaçı tərəfindən vergi orqanının qərarının ləğv edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilmişdir. Vergi ödəyicisinin onun barəsində çıxarılmış qərarını mübahisələndirməsi hüquq və azadlıqların inzibati və məhkəmə təminatı kimi konstitusion prinsipdən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Lakin qeyd olunmalıdır ki, bu hüququ tətbiq edən hər kəs tərəfindən özü üçün dəymiş zərər formalaşdırması və bununla bağlı inzibati orqana qarşı tələb irəli sürməsi dövlətin hüquqların qorunmasının məhkəmə təminatına dair iradəsinin təhrif olunmasına, həmin konstitusion hüquqdan sui-istifadə olunmasına və dövlət orqanlarının fəaliyyətinin məhdudlaşdırılmasına səbəb ola bilər. İddiaçının qeyd edilən dəlilinə dair bildiririk ki, Vergi Məcəlləsinin 51.1-ci maddəsinə əsasən vergi yoxlaması keçirildikdə, vergi ödəyicisinə və ya onun sahibliyində, istifadəsində və sərəncamında olan əmlaka qanunsuz olaraq zərər vurulmasına yol verilmir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə vergi orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə vergi yoxlaması keçirildikdə, vurulan ziyan tam həcmdə, buraxılmış fayda (əldə edilməyən gəlir) da daxil olmaqla, vergi ödəyicisinə ödənilməlidir. Həmçinin Məcəllənin 51.3-cü maddəsinə uyğun olaraq, vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyicisinə qanunsuz hərəkətləri nəticəsində vurduqları ziyana görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Bundan başqa Məcəllənin 51.4-cü maddəsinə görə vergi orqanlarının vəzifəli şəxslərinin qanuni hərəkətləri nəticəsində vergi ödəyicisinə vurulan ziyan qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ödənilmir. Belə ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Vergi orqanı isə həmin hüquqların icrasını təmin etmək məqsədi ilə vergi ödəyicisində qanuna müvafiq şəkildə kameral vergi yoxlaması keçirmiş və nəticələrini rəsmiləşdirmişdir. Başqa sözlə, vergi orqanı hər hansı qanunsuz hərəkət etməmişdir. O dövlət tərəfindən onun üzərinə qoyulan vəzifəni icra etdiyindən bu yoxlamanı həyata keçirməklə vergi ödəyicisinin hər hansı hüququnu pozmamışdır. Yəni, tərəfin qanunla verilmiş hüququnu həyata keçirməsi digər tərəfin hüququnun pozulması demək deyildir. Qeyd edilənlər həmçinin Vergi Məcəlləsinin yuxarıda qeyd edilən 51-ci maddəsi ilə də öz təsdiqini tapır. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək Azərbaycan Respublikasının Konstitusiyasi ilə müəyyən edilmiş vəzifədir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsasən verginin ödənilməməsi ilə bağlı iddiaçının istinad etdiyi hallar tamamilə əsassızdır. Cavabdehin etiraza əlavəsi onunla əsaslandırılmışdır ki, hesablama barədə qərarların mübahisələndirilməsi ilə bağlı etiraz məhkəməyə təqdim edilmişdir. Məbləğlərin üzərinə faiz hesablanmaqla iddiaçının bank hesablarına geri qaytarılması ilə bağlı bildiririk ki, vergi qanunvericiliyinin tələblərinə əsasən faizlər vaxtında ödənilməmiş vergilər üzrə hesablanır və əsas vergi öhdəliyi ilə bağlı hesablamalar ləğv edildikdə ona uyğun hesablanmış faizlər də ləğv edilir. Belə ki, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Hesablanmış vergi məbləğlərinin iddiaçının bank hesablarına geri qaytarılması ilə bağlı bildiririk ki, kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbəğləri ləğv edildikdə həmin məbləğlərə müvafiq faizlərlə birgə müvafiq düzəlişlər şəxsi hesab vərəqəsində aparılır. Şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin aparılması həmin məbləğlərin avtomatik olaraq iddiaçının bank hesablarına geri qaytarılmasını nəzərdə tutmur. Belə ki, məbləğlərin geri qaytarılması vergi ödəyicisinin ərizəsi əsasında həyata keçirilən və qanunvericilikdə xüsusi qaydalarla tənzimlənən ayrıca prosedurlardır. Məbləğlərin qaytarılması yalnız vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud artıq ödəmə məbləğləri ilə bağlı həyata keçirilməklə Vergi Məcəlləsinin 87-ci maddəsi ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Vergi Məcəlləsinin 87-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, inzibati cərimələr üzrə borclar istisna olmaq şərti ilə, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Həmin Məcəllənin 87.4-ci maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin qaydaların 3.1.-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1 -ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən, kameral vergi yoxlaması barədə qərarların ləğvi mübahisələndirmə haqqında iddia olduğu halda, məbləğlərin geri qaytarılması yalnız artıq ödəmələrin yarandığı hallara şamil edilməklə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara daxildir. İnzibati Prosessual Məcəllənin 2-ci maddəsi ilə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə əlavədə Vergi Məcəlləsinə 03 dekabr 2021-ci il tarixli qanunla edilmiş dəyişikliklərə və “Normativ hüquqi aktlar haqqında” qanunun normativ hüquqi aktların geriyə qüvvəsi ilə bağlı müddəalarına istinadlar edilir. Qeyd olunanlarla əlaqədar bildiririk ki, iddiaçı vergi ödəyicisində kameral vergi yoxlaması 24 noyabr 2021-ci il tarixdə həyata keçirilməklə Vergi Məcəlləsinə 03 dekabr 2021-ci il tarixli qanunla edilmiş dəyişikliklər 01 yanvar 2022ci il tarixdən qüvvəyə minir. Hesab edirlər ki, iş üzrə qanunvericiliyə edilmiş dəyişkliklərə istinad edilməsi tamamilə əsassızdır. İlk növbədə qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş vergiləri ödəmək Konstitusiya ilə müəyyən edilmiş əsas öhdəliklərdən biri olmaqla şəxsin vəziyyətini ağırlaşdıran hal kimi qiymətləndirilməməlidir. Belə ki, vergi öhdəliyi şəxslərin vəziyyətini ağırlaşdırmaq, cəzalandırmaq məqsədi deyil, dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatına yönəlməklə sosial problemlərin həll olunması vəzifəsini daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə görə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Bu funksiyaların həyata keçirilməsinin təmin edilməsi qanunla müəyyən edilmiş vergiləri ödəməklə bağlı fiziki və hüquqi şəxslərin hüquqi vəzifələrini yaradır. Vergi Məcəlləsinin 11-ci maddəsinə əsasən vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Hazırda iddia predmeti dövlət büdcəsinə ödənilməli olan, lakin vaxtında ödənilməmiş və yayındırılmış vergi məbləğinin hesablanması üzrə qərarın mübahisələndirilməsidir. Qeyd olunan vergi öhdəliyi hesablamanın aparıldığı dövrdə qanunvericiliyin birbaşa tələbindən irəli gəlməklə, həmin il üçün müəyyən edilən dövlət büdcəsinin tərkibində nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1 -ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında da qeyd olunduğu kimi, fiziki və hüquqi şəxslər tərəfindən ödənişin məcburiliyi, onun fərdiliyi və əvəzsizliyi vergiləri digər icbari ödənişlərdən fərqləndirən əsas əlamətlərdir. Vergilərin dövlət və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı kimi qəbul edilməsi onların üzərinə sosial problemlərin həll olunması vəzifəsini də qoyur. Dövlət və bələdiyyə büdcələrinin formalaşması mənbələri sırasında vergilərin xüsusi yeri və çəkisi vardır. Vergi münasibətlərini tənzimləmək yolu ilə dövlət özünün və bələdiyyələrin məqsəd və vəzifələrinin həyata keçirilməsini təmin edir. Büdcə sistemi ilə vergilər arasındakı mövcud əlaqələrin həcmi və möhkəmliyi dövlət və cəmiyyətdəki iqtisadi və sosial proseslərin inkişafına göstərdiyi təsirlə sıx bağlıdır. Dövlət məhz maliyyə resursları (o cümlədən vergi yığımları) hesabına iqtisadi, sosial, ekoloji və s. sahələrdəki funksiyalarının maliyyələşdirilməsi imkanına malik olur. Vergi ödəmək öhdəliyi mütləq xarakter daşımaqla qanunvericiliyə edilmiş dəyişikliklərin yalnız sonrakı münasibətlərə şamil edilməsini nəzərdə tutur. Belə ki, vergi qanunvericiliyinə hər yeni dəyişklik edilməsi əvvəlki illərdə ödənilmiş vergilərin geri tələb edilməsi kimi nəticələr nəzərdə tutmur. Vergilərin dövlətin öz funksiyalarını yerinə yetirilməsindəki rolu və iqtisadi mahiyyəti normaların geriyə tətbiqinin dövlət orqanı tərəfindən yoxlanılmış dövrlər üzrə tətbiq edilmiş əvvəlki vergilərin əsassız olması nəticəsinə gətirmir. Hazırkı mübahisələndirilən dövr üzrə müvafiq yoxlama aparılmış və aid olduğu dövrlər üzrə vergi öhdəliyi müəyyən edilmişdir. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək Azərbaycan Respublikasının Konstitusiyasi ilə müəyyən edilmiş vəzifədir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsasən verginin ödənilməməsi ilə bağlı iddiaçının istinad etdiyi hallar tamamilə əsassızdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçı barədə kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış. - Təsisçilərin ümumi yığıncağının 12 fevral 2021-ci il tarixli protokolu - Dividend ödənilməsi barədə 01 iyul 2021-ci il tarixli, **********53 nömrəli Ödəniş tapşırığı. - Dividend vergisinin ödənilməsinə dair 01 iyul 2021-ci il tarixli, **********0 nömrəli Ödəniş qəbzi. - Cavabdehin 24 noyabr 2021-ci il tarixli, **********481600 saylı qərarının surəti.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibatiprosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının hüquqi ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından iddia əsassızdır. Göstərilənlrə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə hesablanmış vergi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 3.5-ci maddəsinə 12.3-cü maddəsinə əsasən gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergi qanunvericiliyinin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Vergi Məcəlləsinin 6-cı maddəsində dövlət vergilərinin siyahısı tam sadalanmışdır və burada hüquqi şəxslərin mənfəət vergisi nəzərdə tutulur, həmin siyahıda rezidentin qeyri-rezidentə ödənişlərindən mənbədən vergi tutulması nəzərdə tutulmamışdır, başqa sözlə. Vergi Məcəlləsinin 5-ci maddəsinin məzmununu da nəzərə aldıqda ödəmə mənbəyində verginin ayrıca vergi növü deyil, qanunda nəzərdə tutulan vergilərin təmin edilmə üsulu olduğu aydın olur. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş. Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır. Vergi Məcəlləsinin 13.2.16.6-cı maddəsinə əsasən maddəsinə əsasən rezident hüquqi şəxsdən dividend şəklində əldə edilən gəlir, həmçinin bu hüquqi şəxsdə iştirak payının satılmasından və ya başqasına verilməsindən əldə edilən gəlir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur. Həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlər üzrə mənfəətin bölüşdürülməsi, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin tam mülkiyyətində olan törəmə müəssisələrin xalis mənfəətinin həmin hüquqi şəxsin mərkəzləşdirilmiş fondunda cəmləşdirilməsi üzrə köçürmələr və bu şəxsin həmin gəliri vergiyə cəlb olunmur. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən cəmiyyətin fəaliyyəti zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir və bu zaman bu Məcəllənin 122.1-ci maddəsi ilə ödəmə mənbəyində vergi tutulur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: 125.1.1. dividend - bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq... İşin sadalanan hallarından da aydın olduğu kimi mübahisələndirilən qərarla əlavə verginin hesablanmasının səbəbi iddiaçı tərəfindən "xxxx" şirkətinə ödənilmiş 283333.33 manat məbləğ olmuşdur. Digər tərəfdən eyni əməliyyat üzrə, yəni 283333.33 manat məbləğin "xxxx" şirkətinə edilməsinə görə cavabdeh vergi orqanının Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə (hazırda qüvvədə olan redaksiyasının 125-1-ci maddə) istinad etməklə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə və güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərə görə tələb etdiyi vergi də həmçinin ödəmə mənbəyindən tutulan vergi növünə aid olması işin mübahizəsiz halıdır. Belə olan təqdirdə aparılmış eyni əməliyyatdan, bir vergitutma obyektindən (mənfəətdən) iki dəfə vergi tutulmuş olur. Yəni ödənilmiş 283333.33 manat məbləğ Vergi Məcəlləsinin tələblərinə əsasən vergitutma obyektidir və bu vergitutma obyektindən ödəmə mənbəyində tutulan vergi vergi növündə iki dəfə vergi tələb edilməkdədir. Cavabdeh vergi orqanının tələb etdiyi vergi növünün Vergi Məcəlləsinin hazırda qüvvədə olan redaksiyasının 125-1-ci maddəsində təsbit edilməsinə gəldikdə isə, məhkəmə yuxarıda qeyd edilən əsaslara görə bu halı ziddiyət kimi qiymətləndirir. Vergi qanunvericiliyin tələblərinə əsasən bütün ziddiyyətlər və aydın olmayan məqamlar, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Vergi qanunvericliyinə uyğun olaraq vergi tutma prinsiplərinə, eləcə də, Vergi Məcəlləsinin 125-ci maddəsində müəyyənləşdirilən əsaslara, habelə 13.2.16.14-1-ci maddəsinin güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərin Azərbaycan mənbəyindən gəlir hesab edilməsi barədə göstərişləri nəzərə alındıqda, qanunvericinin belə ödənişlər sırasında dividendləri nəzərdə tutmadığı müəyyən olunur. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən cavabdeh inzibati orqanın 24 noyabr **********48160 nömrəli qərarı ləğv edilməli və 28.333,33 manatın vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə qaytarılması təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. (61.1) Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (61.2) İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. (61.3) Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmçinin, məhkəmə qeyd edir ki, iddia tələbində “nümayəndə-vəkil üçün ödənilən 2010 manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” prosessual xərclərə aiddir. İPM-in 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. İPM-in 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. İPM-in 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən hüquqlarının qorunmasına görə bağlanmış müqavilə üzrə ödənilmiş 2010 (iki min on) manat İPM-in 110.1-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsindən tutularaq iddiaçının hesabına keçirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin 24 noyabr 2021-ci il tarixli, **********481600 saylı qərarı ləğv edilsin və 28.333,33 manatın vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. İddiaçının hüquqlarının qorunmasına görə bağlanmış müqavilə üzrə ödənilmiş 2010 (iki min on) manat cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsindən tutularaq iddiaçının hesabına keçirilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev