Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5645/2023 07.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "əmək pensiyasının yenidən hesablanmasə" tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I.İşin halları
1. İddiaçı (bundan sonra – İddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı Dost Mərkəzinə ərizə ilə müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, həmin müraciətin aidiyyəti üzrə göndərildiyi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktub ilə iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, xx.xx.2022-ci il tarixli müraciəti əsasında xx.xx.1964-cü il tarixindən xx.xx.1968-ci il tarixinədək əyani təhsil dövrü, xx.xx.1970-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 25 il 9 ay 24 gün sığorta stajına, xx.xx.2009-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 1048,32 manat pensiya kapitalına və xx.xx.2011-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək (Qanunun 37.3.1-ci maddəsinə əsasən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarix) 1682,76 manat pensiya kapitalına uyğun olaraq əmək pensiyasının yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 297,94 manat müəyyən olunmuşdur. Təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1993-cü il tarixindən xx.xx.2009-cu il tarixinədək “Xəzri KM” müəssisəsində əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın keçirdiyi monitorinqin nəticəsinə əsasən “Xəzri KM” müəssisəsinin xx.xx.1993-cü il tarixindən xx.xx.2009-cu il tarixinədək olan faktiki və arxiv sənədlərinin yerləşdiyi ünvan məlum olmadığından sözügedən müəssisədə onun əmək haqqı alıb-almadığını müəyyən etmək mümkün olmadığı üçün qeyd edilən dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlara əsasən bildirilmişdir ki, xx.xx.2011-ci il tarixində yaşa görə əmək pensiyasının ilkin təyinatı zamanı “Xəzri KM” müəssisəsinin xx.xx.1993-cü il tarixindən xx.xx.2009-cu il tarixinədək olan dövrləri araşdırılmadan sığorta stajına daxil edildiyindən sığorta stajının xx.xx.2006-cı il tarixinədək 25 il 9 ay 24 gün olduğu halda 34 il 9 ay nəzərə alınaraq hesablandığından əmək pensiyasının məbləğində xx.xx.2011-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək artıqödəmə müəyyən olunmuşdur.
2. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona verilən pensiyanın yenidən hesablanaraq əlavələrin nəzərə alınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmə tərəfindən göstərilən hüquqi yardım nəzərə alınmaqla iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əvəz edilməsini və həmin hüquqi şəxsin cavabdeh qismində tanınmasını xahiş etmiş, məhkəmənin 2-1(112)-5645/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.
4. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və cavabdeh tərəfindən onun “Xəzri KM” müəssisəsində xx.xx.1993-cü il tarixdən xx.xx.2009-cu il tarixinədək işlədiyi dövr sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması
5. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü il tarixdən xx.xx.1968-ci il tarixədək əyani təhsil dövrünün, xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 25 il 9 ay 24 gün sığorta stajına, xx.xx.2009-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək, xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixinədək pensiyasının yenidən hesablanaraq artırılması ilə bağlı cavabdehə müraciət etmişdir. Müraciətinin əsası olaraq xx.xx.1993-cü il tarixdən xx.xx.2009-cu il tarixinədək “Xəzri KM” müəssisəsində əmək fəaliyyətinin pensiya hesablanmasında nəzərə alınmaması olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 02 dekabr 2022-ci il tarixli məktubuna əsasən “Xəzri KM” müəssisəsinin faktiki və arxiv sənədlərinin yerləşdiyi ünvanın məlum olmadığı üçün həmin dövrün sığorta stajına əlavə edilməsindən imtina edilmişdir. Bundan başqa xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək artıqödəmə müəyyən edildiyi göstərilərək aldığı pensiya azaldılmışdır. Halbuki, həmin müəssisə rəsmi yaradılmış müəssisə olmuşdur. Bu vergi xidmətindən daxil olmuş məlumatlarla təsdiq edilir.
6. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən əsaslara istinad etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının xx.xx.1993xx.xx.2009-cu illərdəki əmək fəaliyyəti dövründə əmək haqqı (aylar üzrə) alması barədə faktı təsdiqləyən mötəbər sübutların olmaması səbəbindən belə nəticəyə gəlmək mümkündür ki, İddiaçı müvafiq dövrlərdə sığortaolunan kimi qeydiyyatı olmadığından müvafiq olaraq məcburi dövlət sosial sığorta haqqı (MDSS) ödəməmişdir. Qeyd olunanlar nəzərə alınmaqla, əmək kitabçasında göstərilən xx.xx.1993-cü il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövrlərə dair faktiki və arxiv sənədlərinin yerləşdiyi ünvan məlum olmadığından, habelə xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək iddiaçının fərdi şəxsi hesabında məcburi dövlət sosial sığorta haqqı (MDSS) ödəməsi ilə bağlı qeydlər olmadığından və sözügedən müəssisədə iddiaçının əmək haqqı alıb-almadığını müəyyən etmək mümkün olmadığı üçün qeyd edilən dövrlərin ümumi sığorta stajına daxil edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III.Məhkəmənin mövqeyi
9. .Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
10. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 03 iyul 1968ci il tarixli, P № 601412 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 1964-cü ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbinə daxil olmuş və 1968-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini rəsm və rəsm-xətt müəllimi ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 25 iyun 1968-ci il tarixli qərarı ilə ona ümumitəhsil məktəblərində rəsm və rəsm-xətt müəllimi ixtisası verilmişdir.
11. S.T.Stroqanov adına Moskva dövlət rəsm-sənaye institutunun ABC ******* nömrəli diplomunun surətindən görünür ki, İddiaçı dövlət attestasiya komissiyasının 14 iyun 1972-ci il tarixli qərarı ilə diplom verilmişdir.
12. İddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1973-cü il tarixdən xx.xx.1979-cu il tarixədək rəssam asisstenti vəzifəsində işləmiş, xx.xx.1979-xx.xx.1984-cü il tarixlərdə Azərbaycan SSR Bədii Fondunda rəssam, xx.xx.1984-сü il tarixdən xx.xx.1989-cu il tarixədək Dəqiq Mexanizmlər təmiri zavodunda, xx.xx.1989-xx.xx.1990-cı il tarixlərdə “Çıraq” kooperativində sədr vəzifəsində işləmişdir. xx.xx.1990-xx.xx.1993-cü il tarixlərdə “Azərməişəttextəmir respublika istehsal-kommersiya birliyi”, xx.xx.1993-xx.xx.2009-cu il tarixədək "xxxx" Kiçik Müəssisəsində direktor vəzifəsində işləmişdir. xx.xx.2009-xx.xx.2014-cü il tarixlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzində işləmişdir.
13. İşdə olan xx.xx.2022-ci il tarixli əmək pensiyasının yenidən hesablanması barədə qərardan görünür ki, iddiaçının pensiya hüququ xx.xx.2011-ci il tarixdə yaranmış, xx.xx.2022-ci il tarixdə əmək pensiyası yenidən hesablanmış, əmək pensiyasının məbləği 337.86 manatdan 297.94 manata azaldılmışdır. Qərar bununla əsaslandırılmışdır ki, vətəndaşın xx.xx.2022-ci il tarixli müraciəti əsasında pensiya işinə baxılan zaman məlum olmuşdur ki, xx.xx.2011-ci il tarixdə “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən pensiya təyin edilərkən sosial sığorta stajı 22 il olduğu təqdirdə 34 il 9 ay ilə hesablama aparılmışdır. Nəticədə xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək pensiya artıq ödənilmişdir. "Xəzri KM" müəssisəsi (xx.xx.1993 - xx.xx.2009) stajı monitorinq təsdiqləməmişdir.
14. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 04 avqust 2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1970-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək hərbi xidmət dövrü, təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1964-cü il tarixindən xx.xx.1968-ci il tarixinədək təhsil dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1993-cü il tarixinədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumilikdə 25 il 9 ay 24 gün sığorta stajı müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixinədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.2.3-cü maddəsinə görə Qanunun 27-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İddiaçı xx.xx.2006-cı il tarixinədək 25 il 9 ay 24 gün sığorta stajına əsasən xx.xx.2006-cı il tarixinə hesablanan pensiya sığorta kapitalı 4388,83 manat təşkil edir: (25 il+(9 ay+24 gün/30gün)/12ay)x170=4388,83 manat xx.xx.2006-cı il tarixinədək olan pensiya kapitalının pensiya təyin olunduğu xx.xx.2011-ci il tarixinə indeksləşdirilmiş məbləği 7188,79 manat təşkil edir:
İndeksləşdirmə nəzərə İstehlak qiymətləri alınmaqla ilin əvvəlinə pensiya İllər indeksinin illik kapitalı (manatla) səviyyəsi (faizlə)
2006 - 4388,83 2007 8,3 4753,10 2008 16,7 5546,87 2009 20,8 6700,62 2010 1,5 6801,13 2011 5,7 7188,79
Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən xx.xx.2009-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək (vətəndaşa xx.xx.2011-ci il tarixində pensiya təyin olunduğunu nəzərə alaraq) qeydə alınmış pensiya kapitalının məbləği 1048,32 manat (2011-ci il tarixinə indeksləşdirilmiş məbləğ) təşkil edir. Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. SH - (7188,79+1048,32):144=57,20 manat Adıçəkilən şəxsin əmək pensiyasının xx.xx.2014-cü il tarixinədək indeksləşdirilmiş məbləği aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2012- 85 (baza hissə)+(57,20+57,20x7,9%)=146,72 xx.xx.2013- 85 (baza hissə)+(61,72+61,72x1.1%)=147,40 xx.xx.2013- 100 (baza hissə)+ 62,40=162,40 xx.xx.2014- 100 (baza hissə)+(62,40+62,40x2,4%)=163,89 Qanununun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. İddiaçının xx.xx.2014-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar olaraq əmək pensiyasının məbləği xx.xx.2011-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək qeydə alınmış 1682,76 manat (2014-cü il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya sığorta kapitalı əsasında yenidən hesablanmışdır (144 ay-33 ау=111 ay; 1682,76 manat: 111 ay =15,16 manat; 163,89 manat + 15,16 manat= 179,05 manat). Vətəndaşın əmək pensiyasının xx.xx.2022-ci il tarixinədək indeksləşdirilmiş məbləği aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2015- 100 (baza hissə)+(79,05+79,05x1,4%)=180,15 xx.xx.2016- 100 (baza hissə)+(80,15+80,15x4,0%)=183,36 xx.xx.2016- 110 (baza hissə)+ 83,36=193,36 xx.xx.2017-110 (baza hissə)+(83,36+83,36x12,4%)=203,70 xx.xx.2018-203,70+203,70x5,7%=215,31 xx.xx.2019-215,31+215,31x3%=221,77 xx.xx.2020 - 221,77+221,77x16,6%=258,58 xx.xx.2021 - 258,58+258,58x11,4%=288,06 xx.xx.2022 - 288,06+288,06x3,4%=297,85 Qanununun xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəsinə əsasən 2022- ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği 314,51 manat müəyyən edilib: 297,85+(200/12)=314,51 manat Qanunun 29.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən əmək pensiyasının məbləği indeksləşdirilərək 360,85 manata çatdırılmışdır: xx.xx.2023-314,51+314,51x14,7%=360,85 manat Əlavə olaraq bildirilmişdir ki, İddiaçı əmək pensiyasından cari tarixədək tutulma həyata keçirilməmişdir.
15. İddiaçı hazırda bu hesablama ilə razılaşmayaraq, onun “Xəzri KM” müəssisəsində işlədiyi xx.xx.1993-cü il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövrün də sığorta stajına daxil edilməsini xahiş edir. Cavabdeh isə həmin müəssisənin faktiki və arxiv sənədlərinin yerləşdiyi ünvan məlum olmadığından və sözügedən müəssisədə iddiaçının əmək haqqı alıb-almadığını aydınlaşdırmaq mümkün olmadığından qeyd edilən dövrlərin sosial sığorta stajına daxil edilməsindən imtina edir.
16. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi 1993-2006-cı illərdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
17. 26.09.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Həmin Əsasnamənin 27-ci bəndinə əsasən ümumi iş stajına aid sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər aşağıdakı iş dövrü üzrə əmək stajına əsas kimi qəbul edilir. 14 dekabr 1962-ci ildən sonrakı dövr əgər əmək kitabçasını verən idarə, müəssisə və təşkilata işə daxil olana qədər hansı idarə, müəssisə və təşkilatda, hansı vaxtda, hansı vəzifələrdə işləməsi barədə əmək kitabçasında konkret qeyd aparılmışsa.
18. Məhkəmə qeyd edir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir.
19. İddiaçının 1993-2006-ci illərdə işləməsi barədə qeydlər əmək kitabçasında öz təsdiqini tapmış, səlahiyyətli şəxsin imza və möhrü ilə təsdiq edilmiş, qeydlər ardıcıl olmaqla hər hansı bir düzəliş edilməmiş, əldə edilmiş sənədlər əsasında isə həmin müəssisənin mövcudluğu müəyyən edilmişdir.
20. Belə ki, məsələnin araşdırılması ilə bağlı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, dövlət reyestrində "xxxx" X2 xx.xx.1993-cü il tarixdə 287 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır.
21. Həmçinin Milli Gəlirlər Baş idarəsinin X3 Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli **********921000 saylı məktubundan və həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, “Azməişəttextəmir” Birliyinin (АзРемБытТехника) xx.xx.1992-ci il tarixli 69/3 saylı əmri ilə "xxxx" X4 yaradılmış, nizamnaməsi təsdiq edilmiş, İddiaçı isə həmin müəssisənin direktoru təyin edilmişdir.
22. Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında 287 saylı şəhadətnamədən görünür ki, "xxxx" X4 xx.xx.1993-cü il tarixdə Azərbayca Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmış, müəssisənin əsas məsədi əhaliyə və müəssisələrə mürəkkəb məişət texnikası təmiri, radio-elektrik texnikası təmiri ilə əlaqədar xidmət göstərmək, xalq istehlakı mallarının istehsalı, kommersiya və kommision fəaliyyəti, firma mağazaları və salonlar açmaq olmuşdur.
23. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə X4 olmuş, onun mövcudluğu, habelə iddiaçının həmin müəssisənin direktoru olması iş materialları ilə öz təsdiqini tapmışdır.
24. Beləliklə, işin hallarına və qanunvericiliyin müddəalarına uyğun olaraq 1993- 2006-cı illər iddiaçının əmək kitabçasında qeyd edildiyindən, bununla iddiaçının işləməsi təsdiq edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, bəhs edilən dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməlidir.
25. Belə olan halda aydın olur ki, İddiaçı "Xəzri” kiçik müəssisəsində işlədiyi (xx.xx.1993 - xx.xx.2009) staj daxil edilmədən ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması barədə cavabdehin xx.xx.2022-ci il tarixli qərarı qanunsuz olmuşdur. Buna görə də həmin qərar ləğv edilməli və xx.xx.1993-xx.xx.2006-cı illər nəzərə alınmaqla İddiaçı təyin edilmiş əmək pensiyası yenidən hesablanmalıdır.
26. İddiaçının "xxxx" X4ndə işlədiyi xx.xx.2006-xx.xx.2009-cu illərə gəldikdə, məhkəmə qeyd edir ki, xx.xx.2006-cı il tarixdən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) ƏPQ-nin 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
27. Göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin.
28. İşdə olan cavabdehin 23 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilən məlumatlara əsasən İddiaçı (FİN: xxxxxxx) xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək hər hansı sığortaedən tərəfindən təqdim edilmiş hesabatlara əsasən xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə məlumatlar aşkar olunmamışdır. Həmin dövrdə qüvvədə olan “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili 01 yanvar 2006-cı il tarixdən başlayaraq aparıldığından 2006-cı il tarixdən əvvəlki dövrlər üzrə məlumatların təqdim olunması mümkün olmamışdır.
29. Məhkəmə ƏPQ-nin 21.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçının "xxxx" X4ndə işlədiyi xx.xx.2006-xx.xx.2009-cu illər onun sosial sığorta stajına daxil edilə bilməz. Buna görə də iddia tələbi həmin hissədə təmin olunmamalıdır.
30. ƏPQ-nin 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********1 (**********4) nömrəli qərarı ləğv edilsin. İddiaçı "xxxx" X4ndə xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova