Məhkəmə qərarları › İş №2-1(112)-5648/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5648/2024

29.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5648/2024 29.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X9 kаtibliyi, İddiaçı nümayəndəsi (qardaşı) X10 iştirakı ilə, İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “vəfat etmiş X6 yaşayış sahəsinin əldə etməsi üçün növbəlik sırasındakı yerini müəyyən edən uçota alınacaq ailə üzvü olan (təmsilçi) iddiaçı üçün saxlanılması” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: I. Təsviri hissə

1. İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “vəfat etmiş X6 yaşayış sahəsinin əldə etməsi üçün növbəlik sırasındakı yerini müəyyən edən uçota alınacaq ailə üzvü olan (təmsilçi) iddiaçı üçün saxlanılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2-ci qrup Çernobıl əlili X4 rayon icra hakimiyyətinin xx.xx.2021 -ci il tarixli, 442 nömrəli sərəncamına əsasən özü və onunla 2009-cu ildən bir ünvanda (yaşayış sahəsi 29.11 kv.m) qeydiyyatda olan ailə üzvləri (oğlu, gəlini, iki nəvəsi) 2-ci qrup Çernobil əlili kimi güzəştli mənzil növbəsinə götürülmüşdür. X13 vəfat etdikdən sonra, onunla bir ünvanda daimi qeydiyyatda olan və növbəyə durduğu zaman ailə üzvü kimi qeydiyyata alınan İddiaçı, mənzil növbəsini onun adına saxlanılması ilə əlaqədər XRİH-nə müraciət etmişdir. Həmin müraciətə imtina cavabı verilmişdir.

4. Azərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Xətai Rayon İcra Hakimiyyətinin iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, X3 Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021 -ci il tarixli, 442 saylı sərəncamına əsasən 2-ci dərəcə Çernobıl əlili kimi 1 nəfər (özü) ailə tərkibi ilə güzəştli mənzil növbəsinə götürülmüşdür. X3 mənzil növbəsinə alınarkən oğlu İddiaçı Xətai rayonunda daimi qeydiyyatda olmadığından X3nun ailə tərkibi kimi güzəştli mənzil növbəsinə götürülməmişdir. 2-ci dərəcə Çernobıl əlili olmuş X3na verilmiş güzəşt, onun yetkinlik yaşını keçmiş oğlu İddiaçı şamil edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 322 saylı qərarına əsasən yalnız yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə alınmış və əlilliyi müəyyən edilmiş şəxs vəfat etdiyi halda həmin növbəlilik onun h/yoldaşının adına keçirilə bilər.

İİ. Əsaslandırma hissə

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

6. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

7. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh səlahiyyətli nümаyəndəsinin məhkəmə baxışında iştirakını təmin etməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (qardaşı) iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

9. Məhkəmə iddiaçının nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iddia ərizəsini və işdə olan sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir.

İİİ. Faktiki hallar və sübutlar::

10. İş maretiallarında olan sübutlar:

AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1969-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 442 nömrəli sərəncamından çıxarışdan görünür ki, X2 xx.xx.2009-cu il tarixində Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 91 saylı evin yaşayış sahəsi 29.11 kv.m olan 2 otaqlı, 69 saylı mənzilində 5 nəfər ailə tərkibi ilə (özü, oğlu, gəlini, 2 nəvəsi) daimi qeydiyyatdadırlar. X1 təqdim etdiyi Nizami rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən təsdiq olunan 265610 saylı, xx.xx.1989-cu il tarixli vəsiqəyə əsasən o, 2-ci dərəcəli Çernobil əlildir. X2 ərizə ilə Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək yaşayış yeri üzrə mənzil növbəsinə alınmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən, X1 1 nəfər (özü) ailə tərkibi ilə yaşayış yeri üzrə mənzil növbəsinə alınması və 2-ci dərəcəli Çernobıl əlili kimi güzəştli siyahıya daxil edilməsi qərara alınmışdır. AZ-İİ seriyalı 163580 №-li “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 (iddiaçının atası) xx.xx.2022-ci il ildə “durğunluq ürək çatışmamazlığı” səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 03-cü ayının 17-ci günündə 181 № ilə qeyd edilmişdir. AZ-İİ seriyalı 109413 №-li “ Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 (iddiaçının anası) xx.xx.2020-ci il ildə “beyin odemi” səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 08-ci ayının 06-ci günündə 565 № ilə qeyd edilmişdir. 6 saylı Bakı “ASAN Xidmət” X5 xx.xx.2023-cü il tarixli, 05/09İS/162451-23 saylı arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.1969-cu il təvəllüdlü İddiaçı aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdirş: 1. Arvadı – X16 (xx.xx.1974), 2. Oğlu – X22 (xx.xx.2000), 3. Oğlu – X21 (xx.xx.2004). “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan şəxslər - İddiaçı (xx.xx.1969), X16 (xx.xx.1974), X22 (xx.xx.2000), X21 (xx.xx.2004), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin “Daşınmaz əmlakın dövlət reyestrindən”: - xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2023 tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən aşağıdakı əmlak aşkar edilmişdir: mənzil - ünvan 1 (2 otaq, ü/s 48 kv.m, y/s 29.1 kv) - xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X12 (iddiaçının arvadı) adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2023 tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən aşağıdakı əmlak aşkar edilmişdir: torpaq sahəsi – İmişli rayonu, Əlqulular kəndində yerləşən 2.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi. - xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X14 (iddiaçının oğlu) adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2023 tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. - xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X17 (iddiaçının oğlu) adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2023 tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. X12, X14, X17 və İddiaçı Xətai Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli notarial qaydasında təsdiq edilmiş ərizələrindən görünür ki, onlar, Xətai Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış, vəfat etmiş X6 18 yaşına çatmış ailə üzvləri mənzil uçotunun saxlanılması üçün müraciətin edilməsi məqsədilə ailəsilərini təmsil edən şəxs qismində İddiaçı qeydə alınmasına razılıq bildirmişlər. İddiaçı tərəfindən təqdim edilən Xətai rayon İcra Hakimiyyətinin “mənzil-uçot siyahıları” üzrə elektron çıxarışından görünür ki, X13 yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi “Çernobıl əlilləri üzrə” siyahıda 24-cü sıradadır. Xətai rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-11/2-Ə- 293-068/2023 nömrəli məktubundan görünür ki, mərhum atası X29 Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 442 saylı sərəncamına əsasən 1 nəfər (özü) ailə tərkibi ilə 2-ci dərəcə Çernobıl əlili kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 322 saylı qərarına əsasən yalnız yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə alınmış və əlilliyi müəyyən edilmiş şəxs vəfat etdiyi halda həmin növbəlilik onun h/yoldaşının adına keçirilə bilər. Yuxarıda qeyd olunanlara və qüvvədə olan qanunvericiliyinin tələblərini nəzərə alaraq onun xahişini təmin etmək imkanları xaricindədir. Məhkəmənin müvafiq sorğusuna əsasən, Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2024cü il tarixli, 5-11/2-433/2024 nömrəli məktubu ilə 2-ci dərəcə Çernobil əlili X6 güzəştli mənzil növbəsinə götürülməsi ilə bağlı sənədlərin surətləri (sərəncam, ərizə, arayışlar, əlillik vəsiqəsi, çıxarış) məhkəməyə təqdim edilmişdir. Məktuba qoşma kimi əlavə edilmiş Xətai rayon Xətai bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 03/Ə-1262 nömrəli arayışından görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan X13, İddiaçı, X18, X19 Xətai rayon Xətai bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır.

İV. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 43. Mənzil hüququ İİ hissə. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ hissə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

12. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 1. Əsas anlayışlar. 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq (21 avqust 2021-ci tarixədək olan redaksiyada). Maddə 31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.

13. “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında 24 iyul 2019-cu il tarixli, 322 nömrəli qərarından Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarı. (Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası)

1. Ümumi qaydalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən hazırlanmışdır və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydasını müəyyən edir. 1.2. Bu Qaydada istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. əlilliyi olan şəxsin uçotunun saxlanılması - yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış vəfat etmiş əlilliyi olan şəxsin (bundan sonra - əlilliyi olan şəxs) yaşayış sahəsini əldə etməsi üçün növbəlilik sırasındakı yerini müəyyən edən uçot işinin nömrəsinin onun əvəzinə uçota alınacaq ailə üzvü (üzvləri) üçün saxlanılması; 1.2.2. əlilliyi olan şəxsin ailə üzvləri - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsələr sırasından olan və əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslər; 1.2.3. uçota alınmanı həyata keçirən orqan - əlilliyi olan şəxsin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı müvafiq yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə orqanı

2. Əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması 2.1. Əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq vərəsələrin növbəliliyi nəzərə alınmaqla, ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri (bundan sonra - təmsilçi) əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə (bundan sonra – Mərkəz) bu Qaydaya 1 nömrəli əlavədə nəzərdə tutulmuş formada ərizə ilə müraciət edir. 2.2. Ərizə ilə birlikdə uçota alınmanı həyata keçirən orqana və ya Mərkəzə aşağıdakı sənədlər təqdim edilir: 2.2.1. təmsilçinin və digər ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surətləri; 2.2.2. təmsilçilik barədə ərizə (2 nömrəli əlavə) (yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və ya “ASAN xidmət” Mərkəzinin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir); 2.2.3. əlilliyi olan şəxsin ölümü haqqında şəhadətnamənin surəti. 2.2-1. Bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların X8 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar təmsilçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X8 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi təmsilçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya təmsilçi tərəfindən təmin edilir. 2.3. Uçota alınmanı həyata keçirən orqan və ya Mərkəz tərəfindən təmsilçiyə qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuledilmə tarixi barədə qəbz verilir. Çatışmayan sənəd (sənədlər) olduqda, bu barədə qəbzdə müvafiq qeyd aparılır. 2.4. Təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, uçota alınmanı həyata keçirən orqan və ya Mərkəz bu barədə təmsilçiyə 1 (bir) iş günündən gec olmayaraq (bu Qaydanın 2.2-1-ci bəndinin tələbi nəzərə alınmaqla) yazılı məlumat verir və həmin çatışmazlıqlar yazılı məlumatın alındığı gündən ən geci 7 (yeddi) iş günü müddətində təmsilçi tərəfindən aradan qaldırılır. [6] 2.5. Bu Qaydanın 2.2-ci bəndində göstərilən sənədlərin təqdim edildiyi gündən 30 iş günündən gec olmayaraq uçota alınmanı həyata keçirən orqan tərəfindən təmsilçinin əlilliyi olan şəxsin əvəzinə uçota alınması və ya bundan imtina edilməsi barədə qərar qəbul edilir. Uçota almanı həyata keçirən orqan qərarın qəbul edildiyi gündən 3 (üç) iş günündən gec olmayaraq qərarın surətini təmsilçiyə təqdim edir və ya göndərir, yaxud təmsilçiyə göndərilməsi üçün Mərkəzə təqdim edir. [7] 2.6. Uçota alınmış təmsilçinin təqdim etdiyi sənədlər əlilliyi olan şəxs uçota alınarkən onun üçün açılmış uçot işinə əlavə edilir.

3. Əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından imtina edilməsi 3.1. Vəfat etmiş əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından aşağıdakı hallarda imtina edilir: 3.1.1. bu Qaydanın 2.2-ci bəndində qeyd edilən sənədlər təqdim edilmədikdə (bu Qaydanın 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla); 3.1.2. əlilliyi olan şəxsin vəfat etməsi ilə onun ailə üzvlərinin sərəncamında olan yaşayış sahəsinin (sahələrinin) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.5-ci maddəsi ilə müəyyən edilmiş uçot normasına əsasən ailə üçün kifayət etdiyi müəyyən edildikdə; 3.1.3. təmsilçi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləyaqətsiz vərəsə hesab edildikdə. 3.2. Əlilliyi olan şəxsin uçotunun saxlanılmasından imtina edilməsi haqqında qərar imtinanın səbəbləri göstərilməklə əsaslandırılmalıdır. 3.3. Əlilliyi olan şəxsin uçotunun saxlanılmasından imtina edilməsi haqqında qərarın surəti onun qəbul edildiyi gündən 3 (üç) iş günündən gec olmayaraq təmsilçiyə təqdim edilir və ya göndərilir. Həmin qərardan təmsilçi tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati icraat qaydasında və ya məhkəmə qaydasında şikayət verilə bilər.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi. Maddə 58. Sübutların araşdırılması qaydası. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi

16. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarında olan sənədləri tədqiq edərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir.

17. Əvvəla məhkəmə onu qeyd edir ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı vəfat etmiş X6 yaşayış sahəsinin əldə etməsi üçün növbəlik sırasındakı yerini müəyyən edən uçota alınacaq ailə üzvü olan (təmsilçi) iddiaçı üçün saxlanılmasından ibarətdir

18. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

19. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

20. Hazırki işin faktiki hallarından göründüyü kimi, iddiaçının atası xx.xx.2021-ci ildə Xətai RİH-nin sərəncamı ilə Çernobil əlili kimi mənzil növbəsinə alınmış və güzəştli siyahıya daxil edilmişdir. Lakin o, xx.xx.2022-ci il tarixdə ölmüş və mənzillə təmin olunmamışdır. Beləki iddiaçının atasının gözlənti hüququ olmuş və ölüm səbəbi ilə bu hüquqlar həyata keçməmişdir.

21. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddiaçının gözlənti hüquqları onun qanuni vərəsələri tərəfindən həyata keçirilməlidir. Belə olan halda Mülki Məcəllənin 1159-cü maddəsinə əsasən onun qanuni vərəsələri - birinci növbədə - uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlərdir (övladlığa götürənlər). Hazırki iş üzrə iddia qaldıran şəxs vəfat edən şəxsin (gözlənti hüququ olan şəxsin) oğludur, yəni birinci növbədə qanuni vərəsəsidir. Digər qanuni vərəsələrdə vəfat etmiş X6 yaşayış sahəsinin əldə etməsi üçün növbəlik sırasındakı yerini müəyyən edən uçota alınacaq ailə üzvü olan (təmsilçi) iddiaçı üçün saxlanılmasına etiraz etmirlər və razılıq vermişlər.

22. Cavabdeh inzibati orqanın imtina məktubunda və etiraz ərizəsində 2 əsas göstərmişdir:1. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 24 iyul 2019-cu il tarixli, 322 nömrəli Qərarına əsasən yalnız yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə alınmış və əlilliyi müəyyən edilmiş şəxs vəfat etdiyi halda həmin növbəlilik onun h/yoldaşının adına keçirilə bilər; 2. X3 mənzil növbəsinə alınarkən oğlu İddiaçı Xətai rayonunda daimi qeydiyyatda olmadığından X3nun ailə tərkibi kimi güzəştli mənzil növbəsinə götürülməmişdir.

23. Məhkəmə bu iki hal ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 24 iyul 2019-cu il tarixli, 322 nömrəli Qərarında imtina məktubunda göstərilən əsas yoxdur. Sözügedən Qərarda göstərilmişdir ki, ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri təmsilçi kimi çıxış edə bilər. Cavabdeh inzibati orqanın etirazında iddiaçının Xətai rayonunda daimi qeydiyyatda olmadığı göstərilsədə, bu hal heç bir qanunvericilik normasına öz əksini tapmamışdır. Əlavə olaraq hazırda iddiaçının daimi qeydiyyatı Xətai rayonudur.

24. Beləliklə, cavabdehin etirazında göstərilənləri məhkəmə iddianın təmin edilməməsi üçün əsas hesab etmir.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

26. Bundan əlavə qeyd edilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri).

27. İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

28. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı iddiası təmil olunmalı, vəfat etmiş X6 yaşayış sahəsinin əldə etməsi üçün növbəlik sırasındakı yerini müəyyən edən uçota alınacaq ailə üzvü olan (təmsilçi) iddiaçı üçün saxlanılması öhdəliyi Xətai RİH-yə həvalə edilməlidir.

29. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir.

30. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Vəfat etmiş X6 yaşayış sahəsinin əldə etməsi üçün növbəlik sırasındakı yerini müəyyən edən uçota alınacaq ailə üzvü olan (təmsilçi) iddiaçı – İddiaçı üçün saxlanılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan apellyasiya şikayəti qərar tam formada təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar